Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4698/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 19 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “X1” MMC-də mütəxəssis vəzifəsinə təyin edilmişdir. 14 noyabr 2018-ci il tarixdə müddətli müqavillə əsasında Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Sumqayıt regional bölməsinə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 01 dekrabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatların ixtisarı” ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. RBƏŞ-nin müdiri Ramin Sadıqov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Natiq Dadaşova ünvanlanmış xidməti məruzədə qeyd olunur ki, regional bölməsinin əlaqələndirilməsi şöbəsinin Sumqayıt Regional bölməsinin mütəxəssisləri X8, X9, İddiaçı və texnik mexaniki X6 rəhbərlik tərəfindən verilən tapşırıqlara məsuliyyətsiz yanaşaraq xidməti vəzifələrini yerinə yetirməmişdirlər. Xəbərdarlıq olunmalarına baxmayaraq nöqsanları aradan qaldırmaq istiqamətində onlar tərəfindən heç bir tədbir görülməmişdir. "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun "xxxx" MMC-nin həmkarlar İttifaqı komitəsinin sədri Mübariz Namazəliyevə ünvanladığı təqdimatıda AR Prezidentinin “Avtomobil Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat rabitə və yüksək Texnologiyalar Nazirliyinin tabeliyində avtomobil nəqliyyat sahəsində fəaliyyət göstərən bir sıra qurumların əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliiyi publik hüquqi şəxsinin yaradılması ilə əlaqədar "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından işçilərin əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi zərurəti yarandığı bildirilib və bunları nəzərə alaraq ixtisarı nəzərdə tutulan işçilərin siyahısının təqdim edilməsi xahiş olunub.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 dekabr 2022-ci il tarixli 50/K №-li əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin əmək müqaviləsinə xitam vermək üçün səlahiyyəti mövcud deyildi, belə ki iddiaçı əmək müqaviləsini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə deyil, "xxxx" MMC ilə bağlamışdır. İxtisar olunmayan işçilərin iddiaçıdan hansı üstünlüklərinin olması məlum deyil. Hesab edir ki, ona qarşı ayrı-seçkilik tətbiq edilmiş, işçilərin bilik səviyyəsi yoxlanılmadan, şəxsi-qərəzliyə görə onun əmək müqaviləsinə xitam verilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1182/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsini cavabdehin rəhbərliyinin ona və digər işçilərə qarşı qərəzli mövqeyinin olması ilə bağlı əlaqələndirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 77, 78-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, hazırkı situasiyada Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi işçilərin peşəkarlıq səviyyəsini ümumiyyətlə müəyyən etməmişdir. Ayrı-seçkilik əsasında ürəyi istədiyi işçiləri ixtisara salmışdır. Ümumiyyətlə 2 aya baxılmalı olan əmək mübahisəsinə 5 aya baxılmış, qətnamə 1 aya rəsmi qaydada verilmiş, iclas protokolları ilə tanış olmaq üçün verilmiş ərizəyə məhəl qoyulmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə məhz ayrı-seçkilik nəticəsində xitam verildiyini nəzərə alınmamışdır. Belə ki, cavabdeh heç bir yoxlama aparılmadan iddiaçının 10 ildən çox müddətdə heç bir nöqsana yol vermədən həmin müəssisədə işlədiyini, həmin təşkilatda azsaylı ali təhsilli şəxslərdən biri olduğunu nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclasında hər-hansı həmkarlar ittifaqının razılıq məktubu tədqiq edilməmişdir. Elektron sistemdə də belə bir məktub yoxdur. Həmkarlar ittifaqının iclasının vaxtı və yeri barədə məlumatlandırılmayıb, ona görə də iştirak etməyib. Eyni zamanda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinə riayət olunmamışdır. Bundan başqa əgər cavabdeh təşkilatda mütəxəssis ştatı ləğv edilmişdirsə, onda həmin şöbənin bütün işçiləri ilə bağlanmış əmək müqavilələri ləğv edilməli idi. Lakin, həmin rəhbərliyin şəxsi istəklərinə uyğun bütün işçilər işdə saxlanılıb. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə yəni, müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilməyib. Mülki Məcəllənin 59.1ci ma d d ə s i nə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Cavabdeh tərəf məhkəməyə hər-hansı təhvil aktı və ya bölünmə balansı təqdim etməmişdir ki, məlum olsun ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq işdən çıxarılma barədə əmr qəbul oluna bilərdi yoxsa yox?! Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. Həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmayıb, onu dəvət etməyib, araşdırma aparmadan və heç bir iclas keçirilmədən məktub hazırlayıb. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə sübut hesab olunan "xxxx" MMC-nin fəaliyyəti dayandırıldıqdan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 şəxsində saxlanılaraq ixtisara salınmayan işçilərin siyahısını əldə etmək üçün verilmiş sorğuya cavab əldə edilməmiş, sorğuya cavabdeh tərəfindən aidiyyəti olmayan cavab verilmişdir. Əgər ixtisara salınmayan işçilərin kimlikləri məhkəməyə təqdim edilsəydi onun onların hamısından daha üstün olduğunu sübut edə bilərdi. Lakin məhkəmənin işə əvvəlcədən obyektiv baxmaq niyyəti olmadığı üçün sorğunu səhv göndərmiş, sonradan guya səhvini düzəltmiş lakin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 şəxsində saxlanılaraq ixtisara salınmayan mütəxxəsislərin siyahısı əldə edilməmiş və bu da yanlış qətnamə çıxarılmasına səbəb olmuşdur. İşin həqiqi halı ondan ibarətdir ki, o, ixtisar həyata keçirilən zaman işdə saxlanılmalı olan yeganə işçi olmalı olduğu halda ixtisara salınmışdır. Çünki cavabdeh təşkilatda ən uzun müddət işləyən, ali təhsilli, heç bir tənbeh almayan yeganə işçidir. c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12.Maddə 70, bənd b. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. 13.Maddə 71, hissə 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 14.Maddə 77, hissə 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 15.Maddə 78. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Apellyasiya baxışının hədləri 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 17.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
19. İddiaçı bildirir ki, cavabdeh tərəfindən ona qarşı ayrı-seçkilik tətbiq edilmiş, ixtisar edilməyən digər işçilərdən daha təcrübəli və savadlı olmasına baxmayaraq əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir.
20. 05 noyabr 2022-ci il tarixli 1-31104/11329-22 saylı məktubdan görünür ki, Fərmanın icrası ilə əlaqədar fəaliyyəti dayandırılmış qurumlar üzrə ştat vahidlərinin ixtisarı nəzərdə tutulmuş, əmək müqaviləsi ləğv ediləcək işçilərin siyahısı Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Siyahıda 60-dan çox işçinin məlumatları qeyd edilmişdir. Həmin işçilərin arasında iddiaçıdan savayı ali təhsilli şəxslər də nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 21.Beləliklə, qanunverici işçinin “işçilərin sayını ixtisar etməyi, ştatları, struktur bölmələri ləğv etməyi işəgötürənin əsas hüquqularından biri kimi təsbit etməklə yanaşı (AR ƏM-nin 11-ci maddəsi), işçinin peşəkarlıq səviyyəsinin müəyən edilməsini işəgötürənin səlahiyyətlərinə aid etmişdir. 22.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli, 1463 saylı fərmanına əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "xxxx" MMC fəaliyyətini dayandırılmış, bir sıra qurumun əsasında Azərbaycan Yerüstü Nəqliyyat X7 şəxsi yaradılmışdır. Fərmanın 8-ci bəndinə əsasən, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Fərmanın 1-ci hissəsində göstərilən qurumların öz fəaliyyətini davam etdirmələri nəzərdə tutulmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat X7 şəxsin Nizamnaməsi 8 sentyabr 2022-ci il tarixdə imzalanmışdır. Həmin Nizamnamənin 3.1.43-cü bəndinə əsasən Agentliyin hüquq və vəzifələrinə Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək nəzərdə tutulmuşdur. Nizamnamənin 4.1.18-ci bəndinə əsasən, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edilməsi səlahiyyəti X5 Sədrinə verilmişdir. 18 oktyabr 2022-ci il tarixdə Agentliyin strukturu təsdiq edilmişdir. 23.Fərmanın məzmunundan aydın olur ki, Azərbaycan Yerüstü Nəqliyyat X7 şəxs dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMC fəaliyyətini davam etdirərək əmək müqaviləsinə xitam verə bilməzdi. 24.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. 25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 26.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.