Məhkəmə qərarları › İş №2(103)-47/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-47/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-47/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(004)-32/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(004)-32/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 13.05.2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 85.929,19 ABŞ dolları əsas borc, 11.254,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 97.283,34 (doxsan yeddi min dörd yüz səksən üç ABŞ dolları otuz dörd sent) ABŞ dolları borcun (ödəniş günü manat məzənnəsi ilə), ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı 14 nömrəli mənzilinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı 14 nömrəli mənzilin bazar dəyərinin 130.000 (yüz otuz min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan 1 (bir) ay sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 240.000 (iki yüz qırx min) manat müəyyən edilməklə açıq hərracda satılması, fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra cavabdeh X3 ailə üzvləri ilə birlikdə həmin evindən çıxarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 306 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsinə dair 19.10.2018-ci il tarixli 0854/18/TUB və 0855/18/TUB nömrəli mütəxəssis rəylərinin hazırlanması üçün 250 manat xərcin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin və fərdi yaşayış evin satışından əldə olunacaq vəsait hesabına cəmi 97.483,34 (doxsan yeddi min dörd yüz səksən üç ABŞ dolları otuz dörd sent) ABŞ dolları borcun (ödəniş günü manat məzənnəsi ilə), ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-yə, 306 manat ekspertiza xərcinin 145 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 manat qiymətləndirmə xərcinin "xxxx" MMC-nin bank hesabına ödənilməsi, artıq qalan vəsaitin ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, maddi cəhətdən müflisləşmiş və iflasa uğramışdır. Ona görə borcu və əlavə faizləri ödəməyə qadir deyil. "xxxx" ASC-dən 100.000 ABŞ dolları kredit götürəndə 50.000 ABŞ dolları manatın məzənnəsinə nisbətən 1,048 manat, yəni 52,400 AZN manat 13.05.2015-ci il tarixdən 13.02.2017-ci il tarixə kimi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bankın ona verdiyi 100.000 ABŞ dolları çıxıldıqda, onun banka 66,728,74 ABŞ dolları borcu qalır. Lakin bank ədalətsiz olaraq artıq pul tələb edir. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, 13 may 2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçınin Binəqədi filialı borcalan Cavabdeh1 illik 19 faizlə 36 ay müddətinə 100.000 ABŞ dolları kredit vermişdir. 13 may 2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 13 may 2015-ci il tarixli 364/F-15-01 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 14 nömrəli mənzil və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 68,4 kv.m yaşayış, 21,7 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 18.10.2016-cı il tarixli 1595 və 1596 nömrəli ipoteka predmetləri olan ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 58,51 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 14 nömrəli mənzil və Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 68,4 kv.m yaşayış, 21,7 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildirişlər 15.05.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-də qeydiyyata alınmışdır İddiaçı-nin 02.11.2018-ci il tarixli 1029 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 13 may 2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 85929,17 ABŞ dolları əsas, 11254,15 ABŞ dolları faiz, 15063,60 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 112246,92 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin hesablanması, əsas, faiz və cərimə borcunun müəyyən edilməsi üçün əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları təyin edilmiş, iddia tələbi qismən təmin edilərkən əsas və faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı Məhkəmə ekspertizası mərkəzinin 13.03.2018-ci il tarixli ekspert rəyi və "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsas götürülmüşdür. Apellyasiya baxışı zamanı təkrarən məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02.07.2021-ci il tarixli 9/2425 nömrəli və 11 yanvar 2022-ci il tarixli, 9/9129 saylı ekspert rəylərinin hər ikisində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları 13 may 2015-ci il tarixli 364F/-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 14.05.2018-ci il tarixə Cavabdeh1 İddiaçı-yə olan borcu 96.004,18 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 85.929,17 ABŞ dolları, faiz borcu 10.075,01 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit müqaviləsi üzrə əsas borc 85.929,17 ABŞ dolları, faiz borcu 10.075,01 ABŞ dolları müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 449.4 və 467-ci maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. Bu baxımdan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli və (müqavilə müddətinin bitdiyi 14.05.2018-ci il tarixə) 10.075,01 ABŞ dolları faiz borcu tutulmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 33, 34, 36.1, 36.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 avqust 2020-ci il tarixli 01/2020 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.11.2020-ci il tarixli QXM 288/M saylı ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 500.000 manat, likvid dəyəri 400.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında mübahisəli fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi zamanı əmlaka baxış keçirmədən rəy verildiyini, həmçinin "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, yuxarıda qeyd olunan və ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 300 manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 250 manat Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və bundan asılı olaraq cəmi borcun tutulması, həmçinin ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(004)-32/2019 saylı qətnaməsi 13.05.2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində, həmçinin ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 13.05.2015-ci il tarixli 364/F-15 nömrəli kredit müqaviləsi üzrə 10.075,01 ABŞ dolları faiz borcu, cəmi 96.104,2 ABŞ dolları borc tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı-yə ödənilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 1-ci Qəsr döngəsində istifadədə olan 0,013720 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 68,4 kv.m-dən ibarət 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 400.000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 300 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab: AZ64BBTB********************, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ13NABZ********************, Kod: 501554; SWİFT BBTBAZ22) ödənilsin. Cavabdeh1 250 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar