Məhkəmə qərarları › İş №2(103)-4709/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4709/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4709/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(004)-96/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2012-ci il tarixli, 402/F23 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014- cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manatın tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı iddia tələbində göstərir ki, MBA X2 tərəfindən verilən rəy əsas götürürlər, həmin rəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin likvid dəyəri 27000 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(004)-96/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 (doqquz min altı manat 49 qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiymətinin 27000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, tutma ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək, açıq hərracdan satılması və satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, iddia tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 ödənilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-96/2021 saylı iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-96/2021 saylı iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən yalnız AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli, 9/3009 saylı ekspert rəyinə əsaslanmış, bank tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş maliyyə arayışlarına və hesabdan çıxarışlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə tərəfindən qətnamənin əsaslandırım hissəsində qeyd olunur: 26.10.2020-ci il tarixində məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, 19.11.2019 tarixinə cavabdehin borcu əsas borc üzrə 7741.27 manat, faiz borcu üzrə 0.00 manat, gecikmiş faiz borcu 1 165.22 manatdır. Beləliklə, Məlikəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. 16 oktyabr 2020-ci il tarixli, 9/3009 saylı ekspert rəyində göstərilənlərə əsasən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 7741.27 manat əsas borc, 100 manat cərimə borcu, 1165.22 manat müqavilə şərtlərinin pozulması nəicəsində dəymiş zərər olmaqla, cəmi 9006.49 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən yalnız ekspert rəyinə əsaslanmış, tərəflərindən məhkəməyə təqdim edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlərinin nəzərə alınmadığını, halbuki həmin vəsatətdə tərəflərindən ekspert rəyinə etiraz bildirilmiş və ekspertin kredit müqaviləsinin şərtlərini nəzərə almayaraq, eyni zamanda birçox gün üzrə faiz məbləği hesablamayaraq və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması açıq-aşkar izah edilmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində göstərilən məbləğin açıq-aşkar iddia tələblərindən az olmasına, ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmiş, vəsatətlərinə heç bir qiymət verməyərək qətnamə qəbul etdiyini qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyinin düzgünlüyünə əsaslı şübhələr olduğu halda, məhkəmə tərəfindən həmin rəy mötəbər sübut kimi qəbul edilərək, digər heç bir sübuta qiymət verilməyərək maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmaqla qətnamə qəbul edilmişdir. Həmçinin İddia tələbi üzrə cərimə hissəsi 927.80 manat olduğu halda, 9 dəfə azaldılaraq məhkəmə qətnaməsi ilə yalnız 100 manat cərimə məbləği təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamə qət edərkən maddi və prosessual normaları pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 Fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6.2-ci bəndinə əsasən “fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Göründüyü kimi LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi restrukturizasiya olunan kreditlər siyahına daxildir. Bununla bağlı X5 ləğvedici Əmanətlərin Sığortalanması Fonduna nəzərdə tutulmuş müddətdə müraciət etmişdir (ərizə əlavə olunur).Hal-hazırda mübahisə predmeti olan kredit müqaviləsi üzrə tərəflər arasında danışıqlar gedir və bank fərmana uyğun olaraq, müvafiq tədbir görməli, iddia tələbini məhkəmədən geri çəkməlidir. Həmin Fərmanın 8.10-ci bəndində qeyd olunub ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəlillərinə istinad edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh 2019-cu ilin dekabr ayının sonuncu iş günündə Azərbaycan Respublikası Prezidentinin 28 Fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə əlaqədar restruktrizasiya ilə bağlı ərizə ilə iddiaçı banka müraciət etsə də, bankla əlaqə saxlamamış, il bitdiyi üçün, bankdan asılı olmayaraq müqavilə bağlanması mümkün olmamışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətndə olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı ASC arasında 14.08.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir və o, həmin mənzil 14.08.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19.11.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 14.11.2019-cu il tarixə banka olan borcu 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat təşkil edir. İddiaçı ASC 21.10.2019-cu il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsinə müraciət etmişdir və həmin bildiriş İdarədə qeydə alınmışdır. “xxxx” MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilin bazar dəyəri 30.000 manat, likvid dəyəri 27.000 manat məbləğində müəyyənləşdirilmişdir. 26.10.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, Cavabdeh2 14.08.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 7.856,10 manat məbləğində və 19.11.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan borcu 8.906,50 manat məbləğində müəyyən edilir, o cümlədən: 14.05.2015-ci il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 114.83 manat (illik 6%-lə). 19.11.2019-cu il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 0,00 mana; gecikmə borcu üzrə 1.165,22 manat (illik 5%-lə). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müqaviləyə əsasən borcverən öhdəliklərini yerinə yetirmiş, borcalan isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 manat borc tutularaq İddiaçı - nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilməli, daşınmaz əmlakın ilkin satış qiyməti 27000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, satışdan əldə olunmuş pu ödənişə yönəldilməli, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, bankla Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 14.08.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri üzrə zaminlik müddət müəyyən edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 14.08.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı 14.08.2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, zaminlik müqavilələri üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4- cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminlərə aid hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, 14.08.2012-ci il tarixli, 402/F23 saylı kredit müqaviləsi üzrə 927,80 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin ilkin satış məbləği 27000 manat müəyyən edilməlidir. Belə ki, MBA X2 tərəfindən verilmiş MB 05/681 nömrəli, 29 iyun 2012-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin likvid dəyəri 27000 manat təşkil edir. Məhkəmə kollegiyası mənzilin likvid dəyərinin MBA X1 qiymətləndirməyə dair rəyinə əsasən, yəni 27000 manat dəyərində qiymətləndirilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh2 dövlət nəfinə tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 (doqquz min altı manat 49 qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiymətinin 27000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək, açıq hərracdan satılması və satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, iddia tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh 2019-cu ilin dekabr ayının sonuncu iş günündə Azərbaycan Respublikası Prezidentinin 28 Fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə əlaqədar restruktrizasiya ilə bağlı ərizə ilə iddiaçı banka müraciət etsə də, bankla əlaqə saxlamamış, il bitdiyi üçün, bankdan asılı olmayaraq müqavilə bağlanması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(004)-96/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar