Məhkəmə qərarları › İş №2(103)-4710/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4710/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4710/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativinə q̇arşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28.12.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78.654,90 manat əsas, 8.529,31 manat faiz, cəmi 87.184,21 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat pulun Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin 102.000 manat müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, ondan əldə olunan pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları və mənzilin ən geci bir ay ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri 145 manatın Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 16.04.2021-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh1 prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət üzrə prosessual müddətin bərpası barədə ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2020 saylı iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 verdiyi prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar