Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4715/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və https://courts.gov.az/az/bakuappeal/judge/Talisinski-Fuad-Smsddin-oglu_129X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Qabil oğlunun, Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" QSC-ə qarşı "işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 21-1082 saylı əmrinin ləğv edilməsi, onun Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə bərpa olunması və xx.xx.2021-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2018-ci il tarixdə onunla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış PERSORD18-07985 saylı əmək müqaviləsinə əsasən, o həmin bankda Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 05 oktyabr 2018-ci il tarixdə qüvvəyə minmişdir. Cavabdeh bankın X10 X11 Gashikulina tərəfindən imzalanmış 21-1082 saylı, 10 noyabr 2021-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 10 noyabr 2021-ci il tarixdən Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin çıxarılmasına əsas kimi xx.xx.2021ci il tarixli "Yoxlamanın nəticələrinə dair" akt göstərilmişdir. "Yoxlamanın nəticələrinə dair" xx.xx.2021-ci il tarixli akta əsasən guya o, kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəlikləri pozmuşdur. Onunla cavabdeh qurum arasında, yalnız əmək müqaviləsi bağlanmış, kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı bir razılaşma bağlanmamışdır. Bu səbəbdən də hansı razılaşmanın tələblərini pozduğu və bu pozuntunun nədən ibarət olması ona aydın deyil. Bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamışdır. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə öz xahişiylə işdən çıxmaqla bağlı ərizə yazaraq bankın İnsan Resursları Departamentinə təqdim etmiş və bu barədə öz işlədiyi Plastik Kartlar Departamentin müdir müavini Rəşid Xanməmmədova məlumat vermişdir. Bundan təxminən 5-6 gün sonra Rəşid Xanməmmədov ona zəng edərək banka məxsus hard diskin onda olub-olmadığını soruşduqda, o, işlətdiyi hard diskin özündə olduğunu bildirmişdir. Bundan da 2-3 gün sonra şöbə müdiri Sevinc Əliyeva ona hard diski gətirməyini tələb etmiş, o, İnformasiya Təhlükəsizliyi Departamentinin, İnsan Resursları Departamentinin və işlədiyi Plastik Kartlar Departamentinin müdirlərinin iştirakı ilə hard diski təhvil vermişdir. Onlar ondan hard diski nəyə görə bankdan kənara çıxarmağı və iş kompüterini nəyə görə şifrələdiyi barədə izahat yazmağını tələb etmişdilər. O izahat yazaraq hard diski orada olan şəxsi məlumatlarının və öz vəsaitiylə aldığı, banka aid olmayan kompüter proqramlarının şəxsi kompüterinə köçürməyi səbəbindən apardığını, iş kompüterini isə o, işdə olmadığı müddət ərzində kompüterə başqa şəxslərin daxil olmasının qarşısını almaq üçün şifrələdiyini bildirmişdir. Həmin vaxt hard disk xüsusi proqram vasitəsi ilə yoxlanılmış və hard diksdən heç bir məlumatın silinmədiyi aşkar olunmuşdu. Bundan təxminən bir həftə sonra İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri onu yenidən çağıraraq ondan hard diskdə olan iki faylın şifrəsini soruşmuşdu. O da həmin faylların şifrəsinin hard diskdə olan mətn faylının içərisində olduğunu bildirmiş, həmin vaxt hard diskdə fayllar yoxlanılmış və fayllarla bağlı heç problemin olmadığı aşkar edilmişdir Bundan bir müddət sonra X13 sədr müavini Andrey Zainulin onu çağıraraq hard diskdə aşkar olunan banka aid məlumatların hansı əsaslarla onda olduğunu soruşmuş, o da təxminən iki il əvvəl Plastik Kartlar Departamentinin müdiri Sevinc Əliyevanın və müdir müavini Rəşid Xanməmmədovun göstərişi ilə iş kompüterində olan əməliyyat sisteminin surətini hard diskə köçürdüyünü, məlumatların bir surətini də Rəşid Xanməmmədova verdiyinmi, əməliyyat sisteminin içərisində hansı məlumatların olduğunu bilmədiyini demişdir. Bundan sonra A.Zainulin həmin hard diski başqa nə zaman bankdan kənara çıxardığını soruşduqda, o işlədiyi vəzifənin xüsusiyyəti ilə əlaqdar olaraq bankomatların proqram təminatları da həmin hard diskdə olduğundan bankın işi ilə bağlı həmin hard diski hər zaman özüylə gəzdirdiyini bildirmişdir. Bundan sonra 10 noyabr 2021-ci il tarixdə işdən azad olunmağı barədə əmr ona təqdim olunmuş, həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onunla bank arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində göstərilmişdir ki, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.Yuxarıda da qeyd etdiyi kimi onda olan banka məxsus hard diski tutduğu vəzifənin xüsusiyyətləri ilə əlaqdar bankın işi ilə bağlı hər zaman özüylə gəzdirmişdir. Həmin hard diskdə olan bankın müştərilərinə aid plastik kartların məlumatları yoxlanılarkən, həmin kartların bəzilərinin istifadə müddətinin çoxdan bitdiyi, aktiv olan kartlarla isə hər hansı qeyri-qanuni əməliyyatların aparılmadığı müəyyən olunmuşdur. Bir daha qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamış, banka aid olan kommmersiya sirri təşkil edən məlumatları hər hansı formada yaymamış, əmək fəaliyyəti nəticəsində işəgötürən hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” xx.xx.2021-ci il tarixli, 21- 1082 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilməsi və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, ödənilmiş mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə Cavabdeh QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin 9-cu səhifəsində qeyd etmişdir ki, “işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz” Belə bir yanaşma irəli sürməklə məhkəmə Kommersiya sirri haqqında Qanunun kommersiya sirrinin yayılması barədə 2.0.7-cibəndinin tələblərini pozmuşdur. Hazırkı işdə də İddiaçı kommersiya sirlərinin olduğu hard diski Bankdan kənara çıxarmış və bununla da kommersiya sirrinin rejimini riayət olunması üzrə öhdəliklərini pozmuşdur. Belə ki, İddiaçı həm Əmək Müqaviləsinin 7.4-cü bəndin, həm də əməl etməyi üzərinə götürdüyü Davranış Kodeksinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, kommersiya sirrinin sahibi Cavabdeh QSC, kommersiya sirrinin konfidenti isə İddiaçı olmalı idi. Lakin Kommersiya sirri haqqında Qanunun 2.0.5-ci bəndindən aydın olur ki, konfident hesab oluna bilməsi üçün İddiaçı həmin sirləri qanuni əsaslarla əldə etməli idi. Hazırkı işdə isə İddiaçı kommersiya sirlərini açıq-aşkar qeyriqanuni üsullarla, yəni kommersiya sirrinin rejimini pozmaqla əldə etmişdir. Beləliklə, hazırkı məsələdə İddiaçının həmin kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə, İddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. Belə olan halda isə İddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla və həmin sirləri yayaraq əldə edən “başqa şəxs” hesab olunmalıdır. Bu isə o deməkdir ki, İddiaçı kommersiya sirrini yaymışdır. Məhkəmə öz qətnaməsində İddiaçının “xx.xx.2021-ci il tarixdə Banka məxsus hard diski şifrələməsini, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarmasını işin mübahisəsiz halı” olaraq qiymətləndirmiş, bununla belə, bu halları “yayılma” faktı kimi yetərli hesab etməmiş, əlavə sübutların təqdim olunmasının zəruriliyini bildirmişdir. Həmçinin məhkəmə yuxarıdakı faktları “mübahisəsiz hallar” olaraq qeyd etsə də, bunu “əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək” kimi qiymətləndirməmişdir. Nəticə etibarilə, məhkəmə Kommersiya sirri haqqında Qanunun 2-ci vəxüsusilə də 2.0.7-cibəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığını qətnamədə qeyd etmişdir. Məhkəmə İddiaçının hərəkətləri nəticəsində Cavabdeh QSC-yə məxsus kommersiya sirlərinin yayılmadığını və buna görə də İddiaçının əmək müqaviləsinin ləğvinin Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbləri ödənmədiyi üçün əsassız olduğunu hesab etmişdir. Bu yanaşma heç bir halda qanuna müvafiq hesab edilə bilməz. Belə ki, kommersiya sirləri qeyri-maddi nemət hesab olunurlar. Şəxsin kommersiya sirləri ilə əlaqədar olaraq sahiblik etdiyi tək element həmin sirlər üzərindəki hüquqlarıdır. Kommersiya sirri üzrə bu hüquqlar yalnız kommersiya sirrinin sahibinə və müqavilə əsasında verilmiş konfidentə məxsusdur. Tərəflər arasındakı həmin müqavilə kommersiya sirrinin rejimini müəyyən edir. Bu rejimin, yəni kommersiya sirrinin rejimini müəyyən edən müqavilənin şərtlərinin pozulması birbaşa kommersiya sirrindən qanunsuz istifadə və kommersiya sirrinin sahibinin hüquqlarının pozulmasıhesabolunur. Hal-hazırda isə İddiaçı kommersiya sirri rejimini pozmuşdur. O, kommersiya sirlərini ehtiva edən hard diski Cavabdeh QSC-nin nəzarətindən kənara çıxarmaqla Əmək Müqaviləsinin 7.4-cü bəndini və Davranış Kodeksinin tələblərini pozmuşdur. X5 Kodeksi isə kommersiya sirrinin rejimini müəyyən edir və İddiaçı bu rejimi pozmuşdur. Bütün bunlar isə onu göstərir ki, İddiaçı hərəkətləri nəticəsində kommersiya sirri rejimini pozmuş, bununla da işəgötürən olaraq Cavabdeh QSC-nin hüquqlarına və Kommersiya sirri haqqında Qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə olduğu təqdirdə isə aydın görünür ki, məhkəmə Əmək Məcəlləsinin 71.2-ci bəndini düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır”. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli, 21-1082 nömrəli X18 Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğundur. Əmək Məcəlləsinin 71.3cü maddəsitələb edir ki, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Mübahisə predmeti olan kadr əmrində “Əsas” olaraq qeyd edilən hissə mövcuddur. Orada “xx.xx.2021-ci il tarixli Yoxlamanın Nəticələrinə dair Akt” (“Akt”) ifadəsi qeyd edilmişdir. Bu isə o deməkdir ki, kadr əmrinin, başqa sözlə İddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi həmin Akt ilə əsaslandırılmışdır. Xüsusilə qeyd etməlidir ki, həmin Aktda iddiaçının törətdiyi pozuntunun xarakteri, həmin pozuntunu törətməklə iddiaçının pozduğu razılaşma və öhdəlikləri, habelə həmin pozuntu nəticəsində Cavabdeh QSC-nin pozulan hüquqları qeyd edilmişdir. Aktda bunların qeyd edilməsi isəİddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyiniəsaslandırmaq üçün yetərlidir. Beləliklə, CavabdehQSC mübahisə predmeti olan kadr əmrini əsaslandırmaq məqsədilə Aktdan istifadə etmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçını Aktla tanış etmişdir. Adı keçən Aktda İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasının zəruriliyi barədə kifayət qədər məlumat əks olunmasına baxmayaraq məhkəmə qətnaməsində həmin Aktı nəzərə almamış və əsassız olaraq Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Belə hal isə özü-özlüyündə onu göstərir ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 71.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh QSC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Qabil oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış PERSORD18-07985 saylı 04 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-də Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə qəbul edilmişdir. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli 21-1082 nömrəli əmrinə əsasən, Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Cavabdeh QSC-nin əməkdaşları-İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X7, Risklərin İdarə edilməsi üzrə icraçı direktor X4 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X9 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində İnformasiya Texnologiyaları tərəfindən Kartları üzrə Aparıcı Mütəxəssis/X2 Timur Eldaroviçə məxsus komputerin əməliyyat sisteminin sıradan çıxması ilə əlaqədar İnformasiya Təhlükəsizliyinə məlumat daxil olmuş, yoxlama aparılmış və kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixda, saat 13:16-da Banka maxsus hard diski şifrələdiyi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxardığı, xx.xx.2021-ci il tarixdə sistem disklərini şifrələməyə cəhd etdiyi və cəhd nəticəsində komputerin əməliyyat sistemini sıradan çıxardığı aşkarlanmış, İddiaçı izahatında hard diski Bankdan kənara çıxardığını bildirmiş və müvafiq hard disk Banka geri qaytarmışdır. Hard disk Bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədlər olduğu müəyyən olunmuşdur. Yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları işçi İddiaçı Eldaroviç (kartlar üzrə aparıcı mütəxəssis/texniki administrator) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan müəyyən olunur ki, kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı on atəqdim olunan İS- 20210000 saylı, xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, Cavabdeh QSC ilə İddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan izahatda İddiaçı qeyd edir ki, “D” diskində və xarici sərt diskin içində şəxsi xarakterli məlumatlar olduğundan, onlara parol qoyulmuşdur.“C” diskində həmçinin şəxsən tərəfindən, bankomatların tam diaqnostikası üçün köçürülmüş və bank təqdim etdiyi proqramların standart dəstinə daxil olunmamış proqramlar var. Sistem faylları “C” sistem diskin xassələrini dəyişmək cəhdi zamanı avtomatik silinmişdilər. Xarici daşıyıcı şəxsi məlumatların surətə aldığına görə,evdə idi. Xəstəxanadan sonra məzuniyyətdə olduğundan və tutduğu vəzifəni azad etmək istəyi haqqında yazılı bildirişə görə və nəticədə bu kompüterdən gələcək məqsədlərində istifadə etmək lazım olmadığından, kompüterin nasaz olduğu haqqında məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu hüquqi xidmətlərə görə Sumqayıt Regional Vəkil Bürosuna 300 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2022-MŞİH-11321 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir. Kommersiya haqqında Azərbaycan Respublikası qanunun 2.0.1-ci maddəsinə əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya haqqında qanunun 2.0.7-ci maddəsinə əsasən, kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Kommersiya haqqında qanunun 4.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.5-ci maddəsinə əsasən, bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində əsasən, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən, işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və kommersiya sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. Razılaşmanın 11-ci bəndinə əsasən, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində əsasən, bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz. Əmək Müqaviləsinin 7.6-cı bəndinə əsasən, işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinin “d” bəndinə əsasən, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, PERSORD18-07985 saylı 04 oktyabr 2018-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh QSC-də Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli 21-1082 nömrəli əmrinə əsasən, Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixda, saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır. İddiaçı bu halı izahatında onun işi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Lakin İddiaçı qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizlin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış və cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışdığından, onun əmək funksiyalarının icrası ilə bağlı hard disk daima onun yanında olmuş, işlədiyi müddət ərzində buna qarşı hər – hansı irad bildirilməmişdir. Qeyd olunanları cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” xx.xx.2021-ci il tarixli, 21-1082 saylı ləğv edilməli, İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilməli və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan əlavə ödənilmiş mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh, Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh T.Eldaroviç tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2193/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4715/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4715/2022
06.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver