Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4717/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızıznın katibliyi, İlkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı9, İlkin iddia tələbi üzrə İddiaçı3 nümayəndəsi X1, İlkin iddia tələbi üzrə İddiaçı6 nümayəndəsi X6 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı2 və İddiaçı4 Cavabdeh-nə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının verilməsi və kommunal ödənişlərə görə alınmış pul vəsaitinin tutulması tələbinə dair ilkin, Cavabdeh-nin İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı2 və İddiaçı4 qarşı borc tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə ilkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3911/2020 saylı 11.11.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, «xxxx» Mənzil Tikinti Kooperativindən “mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı” alınaraq İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı4 təqdim olunması, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, ödənilməmiş kommunal xidmət haqlarına görə İddiaçı8 936 manat, İddiaçı9 936 manat, İddiaçı2 160 manat, İddiaçı4 260 manat, İddiaçı6 208 manat məbləğində pul vəsaitinin tutularaq «xxxx» Mənzil Tikinti Kooperativinə verilməsi qət edilmişdir. İlk iddia və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı2 və İddiaçı4 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, «xxxx» Mənzil Tikinti Kooperativi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan “kooperativin üzvlərinin ümumi yığıncağının qərarı”nın onlara verilməsi, İddiaçı6 4 ilə hər təqvim ayı üçün 26 manat olmaqla, kommunal xidmətlərə görə alınmış 1248 manatın, İddiaçı2 4 ilə hər təqvim ayı üçün 20 manat olmaqla kommunal xidmətlərə görə alınmış 960 manatın, İddiaçı4 4 ilə hər təqvim ayı üçün 20 manat olmaqla kommunal xidmətlərə görə alınmış 960 manatın, İddiaçı8 2 il 4 aya hər təqvim ayı üçün 20 manat olmaqla kommunal xidmətlərə görə 550 manatın, ümumilikdə 4533 manatın və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 31 manat pul vəsaitinin cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X2 alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7nın barəsində hərəkətlərində cinayət əlamətlərinin tərkibi olduğundan xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7 müxtəlif vaxtlarda “xxxx” MMC və cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 3 saylı çoxmənzilli çoxmərtəbəli yaşayış binasında mənzillərin tam dəyərini ödəyərək, mənzil sahibi olmuşlar. Buna dair müvafiq alqı-satqı müqavilələri hüquqi qüvvəyə minmiş, iddiaçılara maliyyə arayışları və kooperativə üzvlük arayışları təqdim olunmuşdur. İddiaçılar tərəfindən cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X11 Azərbaycan Respublikası qanunvericiliyinə uyğun Mənzil-tikinti kooperativi binasının tərkib hissəsi olan yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri olan “kooperativin üzvlərinin ümumi yığıncağının qərarı”nın təqdim olunmasına dair bir neçə dəfə şifahi və yazılı müraciət etmələrinə baxmayaraq, cavabdeh qərəzli şəkildə heç bir qanuni əsas gətirmədən üzərinə qoyulmuş vəzifələri icra etməkdən yayınmışdır. Həmçinin, iddiaçılar 30 may 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etmişlər, cavabdeh qeyd olunan ərizələri qəbul etməsinə baxmayaraq, onlara bu günədək hər hansı bir cavab verməmişdir. İddiaçılar cavabdehlə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən mənzillərin tam dəyərini ödəmişlər. İddiaçıların cari günədək cavabdeh qarşısında heç bir öhdəlik, pul borcu və s. kimi öhdəlikləri mövcud deyildir, buna sübut maliyyə və üzvlük arayışlarıdır. Cavabdeh öz maraqları üçün, yəni qanunsuz şəkildə iddiaçılardan “kooperativin üzvlərinin ümumi yığıncağının qərarı”nın verilməsi üçün pul tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən sədrin (qanuni təmsilçi) mülkiyyətçilərin mülkiyyət hüququnun təmin olunması birbaşa vəzifəsidir. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin lərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə ki, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinə iddiaçılar tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh qərəzli şəkildə vəzifəsini icra etməkdən yayınmışdır. Cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativi 2016-cı ildə vergi orqanlarına fəaliyyətinin dayandırılması barədə ərizə ilə müraciət etmiş, lakin bununla bağlı MTK üzvlərinə heç bir məlumat verməmişdir. Cavabdeh vergi orqanlarına öz mənafeyi üçün (vergidən yayınma, əsassız varlanma) fəaliyyətin dayandırılması barədə arayış təqdim edərək, 2016-cı ildən bu günədək bütün bina sakinlərindən kommunal ödənişləri alımışdır. Buna əyani sübut hal-hazırkı vergi borcunun 4700 manat məbləğində olmasıdır. Cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 460-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Məcəllədə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə sanksiyasının mövcud olmasına baxmayaraq, cavabdehə qarşı vergi orqanları tərəfindən heç bir qanunamüvafiq hərəkət aparılmamışdır. 2019-cu ilin dekabr ayından cari günədək vergi orqanlarına ünvanladıqları şikayətlərə, ərizələrə baxılsa da, aparılmış hərəkətlər barədə məlumat və ya yekun nəticə barədə qanunamüvafiq izah verilməmişdir. Cavabdeh öz nizamnaməsinin 1-ci maddəsində kooperativ üzvlərinin cəmi 5 nəfər olduğunu qeyd etmişdir. Lakin Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən şəxs pay miqdarını tam ödədikdə, kooperativ üzvlüyü arayışı aldıqda, qanuna müvafiq şəkildə nizamnamədə onun üzv kimi qeydi aparılmalı, qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2019-cu il tarixdə imzaladığı Fərmanla Azərbaycan Respublikası İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Məcəllədə mənzil qanunvericiliyinin pozulmasına görə əlavə cərimələrin tətbiqi nəzərdə tutulmuşdur. Mənzil Tikinti Kooperativləri bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər. Əks halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcəklər. Göründüyü kimi, «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 vəzifəli şəxs kimi qanunla müəyyən edilmiş qaydada üzərinə qoyulmuş vəzifəni icra etməyərək normativ hüquqi aktların tələbini pozmaqla mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Hazırkı halda Mənzil Məcəlləsinin tələblərinə riayət olunmadan qanunla müəyyən edilmiş qaydada mülki hüquq münasibətləri yaranmadığı halda qanunsuz olaraq «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 vəzifəli şəxs kimi Kooperativin fəaliyyətini rəsmi dayandıraraq sakinlərdən əsassız olaraq pul yığımları etmiş və qanunun tələblərinə uyğun olmayan qəbzlər vermişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən iddia tələbi üzrə mülki mübahisə araşdırılmış və «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7nın hərəkətlərində dələduzluq və mənimsəmə cinayətlərinin əlamətlərinin olması barədə Bakı şəhəri Yasamal rayon prokuroruna məlumatın verilməsinə dair 23 sentyabr 2014-cü il tarixdə xüsusi qərardad çıxarılıb aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda, «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 onları aldadaraq kooperativin rəsmi fəaliyyətini dayaandırmış və qanunsuz yolla onlardan kommunal xidmətlərə görə pul yığımı edərək mədaxil qəbzləri vermişdir. Belə ki, İddiaçı6 4 ilə hər təqvim ayı üçün 26 manat olmaqla 1248 manat. İddiaçı2 4 ilə hər təqvim ayı üçün 20 manat olmaqla 960 manat, İddiaçı4 4 ilə hər təqvim ayı üçün 20 manat olmaqla 960 manat, İddiaçı8 2 il 4 aya hər təqvim ayı üçün 20 manat olmaqla 550 manat məbləondə pul vəsaiti kommunal xidmətlərə görə alınmışdır. Öz növbəsində «xxxx» Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı8 1000 manat, İddiaçı3 1378 manat, İddiaçı9 1534 manat, İddiaçı7dan 1600 manat, İddiaçı1 1482 manat, İddiaçı2 220 manat, İddiaçı4 286 manat, İddiaçı6 494 manat məbləğində borcun alınaraq «xxxx» Mənzil Tikinti Kooperativinə verilməsi və cavabdehlərdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393.1.4-cü maddəsinə əsasən cərimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» Mənzil Tikinti Kooperativinin inşa etdiyi tək bloklu, 12 mərtəbəli kooperativ yaşayış binası ünvan 1 ünvanında yerləşir. Binanın mənzil mülkiyyətçilərinin 13.04.2014-cü il tarixli ümumi iclasının qərarına əsasən binada mövcud mənzillərin hər kv.m. üçün aylıq ödəniləcək (ümumi əmlakın saxlanması üzrə xərclər) məbləğ 0.25 (iyirmi beş) manat müəyyən edilmişdir. (1 otaq üçün 13 manat, 2 otaq üçün 26 manat, 3 otaq üçün 32 manat). Binanın 1-ci mərtəbəsində yerləşən 5 saylı mənzilin 06.05.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı8 - 1000 manat, binanın 1-ci mərtəbəsində yerləşən 6 saylı mənzilin cavabdeh İddiaçı3 - 1378 manat, binanın 8-ci mərtəbəsində yerləşən 47 saylı mənzilin 10.09.2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı9 - 1534 manat, binanın 5-ci mərtəbəsində yerləşən 25 saylı mənzilin cavabdeh İddiaçı7 Zülfiqar oğlu - 1600 manat, binanın 10cu mərtəbəsində yerləşən 56 saylı mənzilin cavabdeh İddiaçı1 - 1482 manat, binanın 2-ci mərtəbəsində yerləşən 11 saylı mənzilin 04.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı2 - 220 manat, binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin 15.10.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı4 - 286 manat, binanın 7-ci mərtəbəsində yerləşən 38 saylı mənzilin 15.10.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh İddiaçı6 - 494 manat və binanın sakinlərinin yarısından çoxu ilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr var. Lakin cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı7 müqavilələri imzalamaqdan imtina edirlər. Keçən dövr ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən sözügedən aylıq ödənişlər həyata keçirilmir. Azərbaycan Respublikasının qanunlarına əsasən mənzil mülkiyyətçisi ümumi mülkiyyətinin saxlanması üçün müəyyən edilmiş aylıq ödənişləri ödənilməlidir. İddianın əvvəlində qeyd edildiyi kimi binanın mənzil mülkiyyətçilərinin ümumi iclasının qərarına əsasən aylıq ödəniləcək məbləğ müəyyən edilmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.2 və 135.2.3-cü maddələrinə əsasən sahə mülkiyyətçiyə verildiyi (müqavilə bağlanan) andan bu məbləğ ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393.1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlər məbləğin 100%-dən 50%- dək məbləğdə cərimə edilir. Bu günkü tarixə cavabdeh İddiaçı8 1000 manat, cavabdeh İddiaçı3 1378 manat, cavabdeh İddiaçı9 1534 manat, cavabdeh İddiaçı7 Zülfıqar oğlunun 1600 manat, cavabdeh İddiaçı1 1482 manat, cavabdeh İddiaçı2 220 manat, cavabdeh İddiaçı4 Əbilfət oğlunun 286 manat, cavabdeh İddiaçı6 494 manat borcu yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7 Zülfuqar oğlu və İddiaçı6, İddiaçı2 və İddiaçı4 Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməli və ilk iddia tələbi tam təmin olunması qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı4 və Cavabdeh-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən ilk iddia üzrə iddiaçıların və onların nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Vergilər Nazirliyi İnternet Vergi İdarəsindən Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, «xxxx» Mənzil Tikinti Kooperativi 23 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X3r. İş materiallarında olan, Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən 15.10.2004-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, «xxxx» Mənzil Tikinti Kooperativi 15 oktyabr 2004-cü il tarixdə VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin nizamnaməsindən görünür ki, kooperativ Bakı şəhər XDS İK-nin 26 aprel 1991-ci il tarixli 5/359 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış “203 saylı” mənzil tikinti kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Kooperativin fəaliyyətinin məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra koooperativin üzvlərinin və respublika vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsidir. Nizamnamənin 5.6. bəndindən görünür ki, kooperativ üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də, digər sənədləri ilə tanış olmaq hüquqları, o cümlədən, Mülki Məcəllədə və bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları vardır. Nizamnamənin 5.7. bəndinə əsasən, kooperativ üzvlərinin kooperativə daxil olduqda Nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək vəzifələri vardır. Nizamnamənin 7.1.1. bəndindən görünür ki, kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ümumi yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. İş materiallarına əlavə olunmuş, icraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı7 Zülfiqar oğlu arasında bağlanmış 27 sentyabr 2011-ci il tarixli 870 №-li müqavilədən görünür ki, icraçı inşa etdiyi Yeni Yasamal yaşayış massivi 3 saylı yaşayış binasında yerləşən mənzil sahəsini sifarişçiyə satmağı, sifarişçi isə mənzilin 64065 manat məbləğində dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş, “xxxx” MMC-nin 11 aprel 2012-ci il tarixli arayışından görünür ki, ünvan 4 saylı binanın 25 saylı 3 otaqlı mənzilinin tam dəyəri İddiaçı7 Zülfiqar oğlu tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş, icraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı1 arasında bağlanmış 08 sentyabr 2011-ci il tarixli 864 №-li müqavilədən görünür ki, icraçı inşa etdiyi Yeni Yasamal yaşayış massivi 3 saylı yaşayış binasında yerləşən mənzil sahəsini sifarişçiyə satmağı, sifarişçi isə mənzilin 46246,5 manat məbləğində dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş, icraçı “xxxx” MMC-nin 24 sentyabr 2014-cü il tarixli arayışından görünür ki, ünvan 4 saylı binanın 56 saylı 2 otaqlı mənzilinin tam dəyəri İddiaçı1 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin üzvlərinin 10 dekabr 2015-ci il tarixli ümumi iclas protokolunun qərar hissəsindən çıxarışdan görünür ki, İddiaçı1 «xxxx» Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş, icraçı “xxxx” MMC ilə sifarişçi İddiaçı3 arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1565 №-li müqavilədən görünür ki, icraçı inşa etdiyi Yeni Yasamal yaşayış massivi 3 saylı yaşayış binasında yerləşən mənzil sahəsini sifarişçiyə satmağı, sifarişçi isə mənzilin 76878 manat məbləğində dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş, icraçı “xxxx” MMC-nin 24 fevral 2016-cı il tarixli arayışından görünür ki, ünvan 4 saylı binanın 6 saylı 3 otaqlı mənzilinin tam dəyəri İddiaçı3 tərəfindən ödənilmişdir. İş materiallarında olan, 203 saylı «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 ilə payçı İddiaçı8 arasında bağlanmış 06 may 2013-cü il tarixli müqavilədən görünür ki, MTK payçını Yeni Yasamal yaşayış massivi 3 saylı yaşayış binasında mənzillə təmin etməyi, payçı isə mənzilin 49329,6 manat məbləğində dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin 06 may 2012-ci il tarixli arayışından görünür ki, ünvan 4 saylı binanın 5 saylı 2 otaqlı mənzilinin tam dəyəri İddiaçı8 tərəfindən ödənilmişdir. İş materiallarında olan, 203 saylı «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 ilə payçı X18 arasında bağlanmış 13 may 2004-cü il tarixli müqavilədən görünür ki, MTK payçını Yeni Yasamal yaşayış massivi 3 saylı yaşayış binasında mənzillə təmin etməyi, payçı isə mənzilin dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin 12 may 2014-cü il tarixli arayışından görünür ki, ünvan 4 saylı binanın 47 saylı 2 otaqlı mənzilinin tam dəyəri X18 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 dekabr 2018-ci il tarixdə adını Rza-dan Mirrzaya dəyişdirmişdir. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin bazasında “Yasamal-50” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağının 14 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, 40 nəfər lehinə olmaqla «xxxx» Mənzil Tikinti Kooperativinin bazasında “Yasamal-50” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilərək nizamnaməsi təsdiq edilmiş, X8, X14 və İddiaçı8 ibarət tərkibdə cəmiyyətin icra orqanı olan İdarə heyəti seçilmiş və cəmiyyətin hüquqi ünvanı kimi ünvan 2ilmişdir. İş materiallarına əlavə olunmuş, 203 saylı «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məktubdan görünür ki, X22 Bünyadzadə küçəsi bina 3-də yerləşən MTK-nın sifarişi ilə sadələşmiş qaydada istismara icazə sənədinin surətinin verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş, «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X12 ilə MTK-ya məxsus 3 saylı binanın iki otaqlı 102,77 kv.m sahəsi olan 5 saylı mənzilinin sahibi sifarişçi İddiaçı8 arasında bağlanmış 06 may 2013-cü il tarixli kommunal xidmətlər haqqında müqavilədən görünür ki, icraçı ünvan 4 ünvanında inşa etdirdiyi yaşayış binası üzrə sifarişçinin tapşırığına əsasən müqavilənin 2.9 və 2.10-cu bəndlərində nəzərdə tutulmuş xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən xidmətlərin ümümi dəyəri 2 otaqlı mənzil üçün 26 manat təşkil edir və binadan mənzil almış bütün payçılar mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq 01 may 2013-cü ildən bütün kommunal xərcləri ödəmək məcburiyyətindədirlər. İş materiallarına əlavə olunmuş, icraçı «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 ilə MTKya məxsus 3 saylı binanın iki otaqlı 102,77 kv.m sahəsi olan 47 saylı mənzilinin sahibi sifarişçi X18 arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli kommunal xidmətlər haqqında müqavilədən görünür ki, icraçı ünvan 4 ünvanında inşa etdirdiyi yaşayış binası üzrə sifarişçinin tapşırığına əsasən müqavilənin 2.9 və 2.10-cu bəndlərində nəzərdə tutulmuş xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin müqavilə ilə müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən xidmətlərin ümümi dəyəri 2 otaqlı mənzil üçün 26 manat təşkil edir və binadan mənzil almış bütün payçılar mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq 10 sentyabr 2014-cü ildən bütün kommunal xərcləri ödəmək məcburiyyətindədirlər. İş materiallarına əlavə olunmuş, icraçı «xxxx» Mənzil Tikinti Kooperativinin direktoru X7 ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 3 saylı binanın 11 saylı mənzilinin sahibi mülkiyyətçi İddiaçı2 arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, mülkiyyətçi hər ay icraçıya hər cari ayın 1-dən 15-ci tarixinə qədər 20 manat xidmət haqqı ödəməlidir. İş materiallarına əlavə olunmuş, icraçı «xxxx» Mənzil Tikinti Kooperativinin direktoru X7 ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 3 saylı binanın 38 saylı mənzilinin sahibi mülkiyyətçi İddiaçı6 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, mülkiyyətçi hər ay icraçıya hər cari ayın 1-dən 15-ci tarixinə qədər 26 manat xidmət haqqı ödəməlidir. İş materiallarına əlavə olunmuş, icraçı «xxxx» Mənzil Tikinti Kooperativinin direktoru X7 ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə küçəsi 3 saylı binanın 53 saylı mənzilinin sahibi mülkiyyətçi İddiaçı4 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, mülkiyyətçi hər ay icraçıya hər cari ayın 1-dən 15-ci tarixinə qədər 26 manat xidmət haqqı ödəməlidir. İş materiallarında olan, hesab ödəniş vərəqələrindən görünür ki, 203 saylı «xxxx» Mənzil Tikinti Kooperativinin 12.01.2019-cu il tarixdən 08.02.2019-cu il tarixinə qədər elektrik enercisindən istifadəyə görə “xxxx” ASC-yə 119,15 manat, 07.11.2019-cu il tarixdən 12.12.2019-cu il tarixinə qədər 139.71 manat, 09.11.2018-ci il tarixdən 13.12.2018-ci il tarixinə qədər 131,22 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş, İddiaçı6, İddiaçı2 və İddiaçı4 tərəfindən «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X4 ünvanlanmış iyun 2020-ci il bildirişlərdən görünür ki, sakinlər kooperativlə aralarında bağlanmış kommunal xidmətlər haqqında müqavilələrə xitam verilməsini tələb etmişlər. İş materiallarında olan, Sabunçu rayon Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli 2(008)- 5894/2012 №-li qətnaməsinin surətindən görünür ki, X7nın «xxxx» Mənzil Tikinti Kooperativinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, «xxxx» Mənzil Tikinti Kooperativinin 1 №-li 16 yanvar 2011-ci il tarixli protokolu etibarsız hesab edilmişdir. İş materiallarına əlavə olunmuş, 24 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X9 «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 tərəfindən əmək hüquqlarının pozulması və kommunal xidmət haqqlarının mənimsənilməsi barədə ərizəsi əsasında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılaraq X7nın əməlində dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunmuş, mülki qaydada məhkəməyə müraciət etmək hüququ şikayətçiyə izah olunmuşdur. İş materiallarına əlavə olunmuş, elektron çıxarışdan görünür ki, «xxxx» Mənzil Tikinti Kooperativinin 4703,06 manat vergi borcu vardır. İş materiallarına əlavə olunmuş, mənzil kommunal xidməti üçün mədaxil qəbzlərinin kötüklərindən görünür ki, Məcidov Kamal tərəfindən son ödəniş 09 noyabr 2019-cu il tarixdə, İddiaçı4 tərəfindən son ödəniş 18 noyabr 2019-cu il tarixdə edilmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 16 mart 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 4 saylı çoxmənzilli binanın idarə olunmasında mövcud nöqsanlar, o cümlədən mənzillərə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə «xxxx» Mənzil Tikinti Kooperativi tərəfindən ödənişin tələb edilməsi və vergidən yayınma halları barədə bina sakinlərinin kollektiv müraciətinə İqtisadiyyat Nazirliyində baxılmış, bina sakinləri və MTK sədri ilə bu müraciətlə əlaqədar söhbət aparılaraq tövsiyələr verilmişdir. İşin hallarından müəyyən olundu ki, ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7, İddiaçı6, İddiaçı2 və İddiaçı4 “xxxx” MMC və cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 3 saylı çoxmənzilli çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilləri aralarında bağlanmış müqavilələr əsasında tam dəyərlərini ödəyərək, mənzilləri əldə etmiş və kooperativ üzvlüyünə qəbul edilərək əmlak pay haqlarını birləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.1. maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.2. maddəsinə əsasən, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. İlkin iddia tələbindən, proses iştirakçılarının izahatlarından və işin müəyyən edilmiş hallarından görünür ki, həmin tələb üzrə iddiaçılar tərəfindən mənzilləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X5 “kooperativin üzvlərinin ümumi yığıncağının qərarı”nın təqdim olunmasına dair müraciətlərin edilməsinə baxmayaraq, cavabdeh həmin sənədi onlara təqdim etməmiş və məhkəmə iclasında bunu MTK üzvlərinin borclarının olması ilə əlaqələndirmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-4.1. maddəsindən görünür ki. kooperativin üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq, kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq, bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. maddəsindən görünür ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6. maddəsinin tələbinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1. maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1. maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2. maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Göründüyü kimi, kooperativin fəaliyyətinə dair sənədləri, o cümlədən, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını əldə etmək kooperativin üzvlərinin qanunvericilik və nizamnamə ilə müəyyən edilmiş hüquqlarıdır, eyni zamanda, onlar tərəfindən pay haqqları tam ödənildiyi və bu hal mübahisələndirilmədiyi üçün mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, kooperativ üzvlərinin qanunla qorunan hüquq və mənafelərinin təmin olunması üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ilkin iddia tələbi üzrə iddiaçılara verilməsi hissəsində tələbi birinci instansiya məhkəməsi təmin etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya hesab edir ki, ilkin iddia tələbi kommunal xidmətlərə görə alınmış pul vəsaitlərinin «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X2 alınaraq onlara ödənilməsi və X7nın barəsində hərəkətlərində cinayət əlamətlərinin tərkibi olması əsası ilə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi hissəsində iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən tələb qeyd olunan hissələrdə haqlı olaraq təmin olunmamışdır. Belə ki, X7nın kommunal xidmət haqqlarının mənimsəməklə əməlində dələduzluq və mənimsəmə cinayətlərinin tərkib əlamətləri olması barədə polis orqanı tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanması rədd olunmuş, həmçinin, «xxxx» Mənzil Tikinti Kooperativinin sədri X7 tərəfindən mənimsəmə və vergidən yayılma halları barədə sakinlər tərəfindən müxtəlif dövlət orqanlarına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciətlər edilsə də, bu faktların müvafiq orqanlar tərəfindən aşkar edilməsi müəyyən edilməmişdir. Həmçinin iş materilları ilə müəyyən edilmişdir ki, binanın ümumi istifadədə olan hissəsinə dair (lift, işiqlandırma və s.) xərclər MTK-nın sədiri ilə bağlanmış müqavilələr əsasında ödənilir. Buna görə də, binanın sakinləri tərəfindən ödənilmiş pulların geri qaytarılması tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, mənzil-tikinti kooperativinin kommunal xidmətlərə görə ödənişləri tələb etməsi üçün onunla üzvlər arasında bu xidmətlərin göstərilməsi və haqqının ödənilməsi barədə müqavilə olmalı və qeyd olunan xidmətlərlə bağlı məsələlər müqavilə münasibətləri əsasında tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.12. maddəsinə əsasən, kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər. Həmin Məcəllənin 109-4.4.1. maddəsinə əsasən, kooperativin üzvlərinin kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək vəzifələri vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1. maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2. maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3. maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.3. maddəsinə əsasən, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 136.4. maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 137.1. maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.9. maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Həmin Məcəllənin 139.1. maddəsinə əsasən, Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. İşin məhkəmə iclasında araşdırılması zamanı isə müəyyən edilmişdir ki, İddiaçı3, İddiaçı7 və İddiaçı1 ilə “xxxx» Mənzil Tikinti Kooperativi arasında kommunal xidmətlərin göstərilməsi və bu barədə münasibətləri tənzimləyən müqavilələr mövcud deyildir. Qarşılıqlı iddia tələbi üzrə digər cavabdehlər ilə “xxxx» Mənzil Tikinti Kooperativi arasında isə kommunal xidmətlər haqqında müqavilələr mövcuddur və həmin müqavilələrə əsasən, İddiaçı8 2 otaqlı mənzil üçün hər ay 26 manat, İddiaçı9 (Rza) Yusif oğlu 2 otaqlı mənzil üçün hər ay 26 manat, İddiaçı2 hər ay 20 manat, İddiaçı6 hər ay 26 manat, İddiaçı4 hər ay 26 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İşə məhkəmə iclasında baxılması zamanı, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər həqiqətən də kommunal xidmətlər üzrə ödənişləri etmədiklərini bildirərək borclarının olmasını etiraf etmiş, lakin eyni zamanda qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1. maddəsinə əsasən ümumi iddia müddəti 10 il, həmin Məcəllənin 373.3. maddəsinə əsasən isə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Göründüyü kimi, İddiaçı8, İddiaçı9, İddiaçı2, İddiaçı6 və İddiaçı4 kommunal xidmətlərə görə hər ay xidmət haqqı ödəməyi öhdələrinə götürmələrinə baxmayaraq, üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin qismən təmin edərək son 3 il ərzində, 2020-ci ilin avqust ayına kimi ödənilməmiş kommunal xidmət haqlarına görə İddiaçı8 936 manat, İddiaçı9 936 manat, İddiaçı2 160 manat, İddiaçı4 260 manat, İddiaçı6 208 manat məbləğində pul vəsaitinin tutularaq «xxxx» Mənzil Tikinti Kooperativinə verilməsi əsaslı və qanunamüvafiq olduğundan düzgün olaraq həmin hissədə qarşılıqlı iddia təmin edilmişdir. İddiaçılar cavabdehlə bağlanmış müqavilənin vaxtından əvvəl xitam verilməsi barədə bildirişi 16.06.2020-ci il tarixdə X4 ünvanlamaqla, müqavilənin 6.4-cü bəndinə uyğun olaraq tərəflərdən birinin 30 gün əvvəldən xəbardar edilməklə müqaviləni ləğv etmək hüququndan istifadə etdiklərinə görə məhkəmə haqlı olaraq iddiaçılardan cavabdehin xeyrinə kommunal xərclərinin tutulmasının 2020-ci ilin avqust ayına kimi hesablanması gənaətinə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı7 Zülfuqar oğlu, İddiaçı6, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi İlk iddia üzrə iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4717/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4717/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver