Məhkəmə qərarları › İş №2(103)-4718/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4718/2024

30.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4718/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə qarşı qanun üzrə vərəsə hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş X1 1-ci növbədə qanun üzrə vərəsəsi hesab edilməsini və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindəki yanlışlığın düzəldilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə baxılması ilə əlaqədar mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindəki yanlışlığın düzəldilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə baxılması ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4718/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1711/2024 saylı, 15 may 2024cü il tarixli qətnaməsindəki yanlışlığın düzəldilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizəyə baxılması ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar