Məhkəmə qərarları › İş №2(103)-4725/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4725/2021

11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4725/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlakda vərəsəlik payının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev № 44-də yerləşən 15 №-li mənzilə münasibətdə iddiaçının 100 faiz mirsa payla qanun üzrə vərəsə olması barədə qətnamə qəbul edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə hazırkı işlə bağlı aşağıdakıları qeyd edir. Eyni tərəfləri arasında, eyni predmet brəsində eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə var. Bu qətnamə Xətai Rayon Məhkəməsinin 2(011)-75/2013 №-li iş üzrə qəbul etdiyi 15.02.2013-cü il tarixli qətnamədir (iş v. 52). Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2088/2014 №-li iş üzrə qəbul etdiyi 27.05.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb (iş v. 72). Ona görə də məhkəmə Mülki- Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlakda vərəsəlik payının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar