Məhkəmə qərarları › İş №2(103)-4727/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4727/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4727/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh, X1 və X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X2 və X7 qarşı mənzildən çıxsrılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1511/2020 nömrəli iş üzrə qəbul etdiyi 19 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “mənzildən çıxarılma” tələbinə iddiası təmin edilərək, Cavabdeh, X3, X9, X6 onlara məxsus ev əşyaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157, 17 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh 04.09.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1511/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsini xahiş etmiş və ərizədə göstərmişdir ki, həmin qətnaməni o almamış, həmin qətnamə barədə icra şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Belə ki, qətnamənin məzmunu ilə icra şöbəsində tanış olduqdan sonra belə bir qətnamənin çıxmasını bilmiş və 03.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək qətnaməni almışdır. Buna görə də ondan asılı olmayan səbəblərdən . apellyasiya şikayətini məhkəməyə təqdim etmək üçün müəyyən edilmiş müddəti buraxmışdırakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X4, X10 birgə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsindən şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh, X3 və X9 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadından şikayət vermişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehlərin, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1511/2020 nömrəli iş üzrə qəbul etdiyi 19 mart 2020-ci il tarixli qətnaməsi həmin tarixdə Cavabdeh göndərilmiş, lakin 18.06.2020-ci il tarixdə sonuncu tərəfindən “imtina edildiyi” üçün 23.06.2020-ci il tarixdə məhkəməyə qaytarılmışdır. İş materiallarında olan 133 saylı Poçt Şöbəsi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən, 42 saylı RŞ-dən göndərilmiş, 133saylı PŞ-nə 17.06.2020-ci il tarixində daxil olmuş, Yeni Günəşli qəsəbəsi AB massivi, yataqxana 11\157, mənzil 228 ünvanında yerləşən Cavabdeh ünvanlanmış DSS646756375 AZ ştrix kodlu, sifarişli xəbərnaməli məktub əraziyə xidmət edən poçtalyon Hüseynova Müslümə tərəfindən ünvana aparılmış, evdə heç kim olmadığı üçün, mənzilin qapısına “Poçta gəlməyiniz xahiş olunur” qeydi qoyulmuşdur. Cavabdeh həyat yoldaşı Raziyə xanım məktubun qəbul edilməsindən imtina etmişdir. Nəticədə məktub göndəriciyə geri qaytarılmışdır. Həmçinin iş materiallarında məhkəmə iclasının 17 mart 2020-ci il tarixə təyin edilməsi barədə bildirişin alınmasına dair qəbzə əsasən Cavabdeh həmin bildirişi 12 mart 2020-ci il tarixdə almışdır. Respublikası Mülki Prosessual Məcəlləsinin 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. 133 saylı Poçt Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh ailə üzvü olan digər cavabdeh X3 məktubun qəbul edilməsindən imtina etmişdir. Belə olan halda həmin qətnamədən apellyasiya şikayəti verilməsinin son tarixi (Cavabdeh üçün) 18 iyul 2020-ci il tarixidir. Cavabdeh apellyasiya şikayətinin üzərinə vurulmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin daxil olma ştampından da göründüyü kimi apellyasiya şikayəti 04 sentyabr 2020-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət 1 (bir) ay 17 (on yeddi) gün ötürülməklə məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh 03.09.2020-ci il tarixdə yenidən qətnamənin surətini məhkəmə qəbzinə imza edilməklə almışdır. Göründüyü kimi cavabdehlər sözügedən qətnamədən xəbəri olmuş və həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehin ərizədə göstərdiyi səbəb üzürlü hesab oluna və müvafiq olaraq qanunla müəyyən edilmiş ötürülmüş prossesual müddətin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən, cavabdehlərin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizələri təmin edilməməklə apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdehlər Cavabdeh, X3 və X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar