Məhkəmə qərarları › İş №2(103)-4730/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4730/2021

03.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4730/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və maraqlı şəxs Cavabdeh-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh-nın Hüquq və Kadrlar İdarəsinin rəisi Rasim Ağasiyevə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1010/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nın 25 sentyabr 2020 ci ii tarixli 14\12 saylı qərarının hec bir Qanuna, Nazirlər kabinetinin qərarına, Əmək məcəlləsinin müddəalarına uyğun olmadığını nəzərə alınıb, 03 yanvar 2021 ci il tarixdən Riyaziyyat və Mexanika İnstitutunda 16 dərəcə üzrə baş hüquq-məsləhətçisi vəzifəsinə (işə) bərpa edilməsini təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1010/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.2, 152.1.3, 152.1.1, 152.1, 152.4 maddələrinə istinadən) iddia ərizəsi geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, iddia ərizəsində cavabdehin ünvanı kimi ünvan 1iqləyən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmiş, iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməklə Səbail Rayon Məhkəməsinə verilməsim müəyyənləşdirmək mümkün olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı şikayət vermiş və qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Milli Elmlər Akaqdemiyası və Cavabdeh-nın hüquq və kadrlar idarəsi ünvan 2 ünvanında yerləşir. Sübut olaraq da Cavabdeh-nın ona verdiyi firma blankının yuxarı hissəsində Cavabdeh-nın ünvanı (istiqlaliyyət küç.30 göstərilən) Səbail rayon məhkəməsinə birdaha təqdim edir.İddiaçı Cavabdeh-nın hüquq və kadrlar idarəsinin müdürü Rasim Ağasiyeva qarşı mülki qaydada verilən iddia ərizəsini yuxarıda qeyd etdiyi sübuti əsasları nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1010/2021 nömrəli saylı işi üzrə 05.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh-nın blankında olan ünvan üzrə iddia qaldırdığını, işdən azad edilmə barədə əmrdə Rasim Ağasiyevin adının qeyd olunduğunu, ona görə də iddianın ona qarşı qaldırdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Cavabdeh-nın nümayəndəsi X3 maraqlı şəxs qismində iclasda iştirak etməyə etiraz etmədiyini, iddiaçının Riyaziyyat və Mexanika İnstitunun əməkdaşı olduğunu, cavabdehin düzgün seçilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 35, 36, 46-50, 149-152, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdeh (hüquqi və ya fiziki şəxs olması) iddiaçı tərəfindən dəqiqləşdirilərək prosessual qanunvericiliyinin tələblərinə riayyət edilərək yenidən iddia vermək hüquqları mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1010/2021 saylı işi üzrə 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar