Məhkəmə qərarları › İş №2(103)-4731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4731/2024

16.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4731/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“əmrin ləğvi, işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi") hakimlər X*4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil2, Vəkil3, cavabdehin nümayəndəsi Vəkil*, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X60 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X*9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “əmrin ləğvi, işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı *. İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.**.2023-cü il tarixli 239 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işdən azad edildiyi gündən hazırkı günədək ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20*8-ci ildən Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. 24.**.2023-cü il tarixli əmrə əsasən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Xitam verilərkən məktəbin 8-ci sinif şagirdi X39 ilə iddiaçının "müəllimə yaraşmayan hərəkətlər” etdiyi qeyd edilmiş və bu əsas olaraq işdən azad edilmişdir. Məktəbin 8-ci sinif şagirdi X39 iddiaçı barəsində şikayət etmiş və şikayəti Suraxanı rayon Polis İdarəsində araşdırılmış və məlum olmuşdur ki, Nərminə qarşı iddiaçı hər hansısa müəllimə yaraşmayan hərəkət etməmiş, ona qarşı hər hansı bir qanunsuz iş görməmişdir. Bundan başqa, istintaqa məlum olmuşdur ki, Nərmin öz qardaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalmış və o, cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da, iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və iddiaçı məsuliyyətə cəlb edilməmişdir, bu barədə Suraxanı RPİ sorğu verildiyi təqdirdə onun təqsirsizliyi sübut ediləcəkdir. İddiaçı işlədiyi dövr ərzində heç bir nöqsanı olmamış, daim müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmiş, daim şagird müəllim və texniki heyət tərəfindən normal qarşılanmış, işini layiqincə etmiş və işində daim məsuliyyətli olmuşdur. İddiaçının atası şəhid ailəsi statusundadır, nə iddiaçıya, nə də ki, ailəsinə yaraşmaz ki, kiminsə övladına digər bir formada baxsın və ya ona qarşı hər hansısa çirkin bir addım atsın. Cavabdehə təklif göndərilməsinə baxmayaraq, ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçının işinə xitam verilərkən Məcəllənin 70 “ç” bəndinə istinad edilmiş və məktəbin şagirdi ilə yaraşmayan hərəkətlərə istinad edilmişdir. İddiaçı heç bir qanunsuz və ya müəllimə yaraşmayan hərəkət etməmişdir. Bununla əlaqədar olaraq məktəb rəhbərliyinə bildirmişdir ki, Nərminin işi ilə bağlı istintaq yekunlaşmayıbdır. İddiaçı təqsirli şəxs deyil, bu sübuta yetirilibdir ki, təqsirkar digər şəxsdir, lakin iddiaçını nə eşidən, nə də dinləyən olmamışdır. İddiaçının burada şagirdə qarşı heç bir günahı, heç bir əməli olmamışdır. Şagirdlərinə daim müəllim və valideyn kimi yanaşmışdır. Onlara daim diqqət və qayğı göstərmişdir. İddiaçının əmrinə verilən xitamın maddəsi tamamilə qanunsuz və absurddur. Belə ki, Məcəllədə müəyyən edilmiş halların heç biri iddiaçıda olmamışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, *86.*, *86.2, 300; Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 88, *06.*, 2*7.3, 2*7.4ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdeh məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. Sonuncuya işlədiyi dövr ərzində müxtəlif vaxtlarda müəllimin etik davranış qaydalarına əməl etmədiyi üçün töhmət, şiddətli töhmət verilmişdir. Məktəb rəhbərliyi iddiaçı müəllimin həmin məktəbin 8-ci sinif şagirdi Nərminlə müəllim şagird münasibətlərini aşan formada yaxın münasibətdə olduğundan şübhələnmiş, həmin şagirdi sorğulamışlar. Şagird Nərmin isə Hüseyn müəllimin məktəbin idman otağının yanında müəllimlər üçün ayrılmış otaqda çay verdiyini, onu qucaqladığını, öpdüyünü, onunla gələcəkdə bir evdə yaşayacaqlarını, ona telefon alacağını söz verdiyini bildirmişdir. Qeyd edilən halla bağlı həmkarlar komitəsinin rəyi də alınmaqla iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad edilmişdir. İddia tələbinin əsaslandırması ondan ibarətdir ki, ona münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmuş, işdən azad edilməsi qanunsuz olmuş, ona qarşı qərəzli münasibət olmuşdur. Məhkəmə iddiaçının izahatına və digər iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı, dərs və dərsdən kənar vaxtlarda idman otağının yaxınlığında müəllimlər üçün ayrılmış otaqda məktəbin şagirdi Nərminin onunla birlikdə oturub vaxt keçirməsinə icazə vermişdir. İddiaçı bu hərəkətlərini belə əsaslandırmışdır: Onun bütün şagirdlərlə münasibəti yaxşıdır. Nərminin psixoloji problemləri olduğundan, şagird özünə qapanmağa meylli olduğundan, daima iddiaçının dəstəyinə ehtiyac duymuşdur. Hətta şagirdin ona uşaqlıq sevgisi hiss etdiyindən də şübhələnmişdir. Bunu bildiyindən həmin şagirdə qarşı o, həmişə həssas yanaşmış, dərslərə girmədiyini görəndə məktəbdən kənar getməsin deyə özünün oturduğu otaqda onunla bərabər oturmasına icazə vermişdir. Həmin vaxt o öz yazı işləri ilə məşğul olmuş, şagird isə onun yanında oturmuşdur. O, təkcə Nərmini deyil, ehtiyac olduqda digər şagirdləri də avtomobilinə mindirərək ehtiyacı olduqları yerə aparmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş ərizələrə əsasən məhkəmə onu da müəyyən etmişdir ki, baş verənlər məktəbin şagird və valideyn kollektivini də biganə qoymamış, bütün bunlar məktəbdə mənfi ictimai fikir və abu-hava formalaşdırmış, bunun nəticəsi olaraq şagirdlər və valideynlər ərizə yazaraq iddiaçının sözügedən məktəbdə fəaliyyət göstərməsini istəmədiklərini bildirmişlər. Göründüyü kimi, iddiaçının iddia tələbində əsaslandığı hallar maddi hüquq normaları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflərin izahatlarından və işə əlavə edilən sübutlardan müəyyən olunur ki, iddiaçı vəzifə səlahiyyətlərini aşmış, şagirdlərlə aralarında olan müəllim şagird münasibətlərini düzgün idarə edə bilməmiş, şagirdi Nərminin psixoloji problemlərinin olduğunu bilə-bilə bu barədə məktəbin səlahiyyətli şəxslərinə məlumat verməmiş, dərslərə davamiyyətini pozan şagirdlə bağlı müvafiq tədirlər görülməsi üçün addımlar atmaq əvəzinə bunun üçün ona şərait yaradaraq onu dəstəkləmiş, ən əsası həmin şagirdlə müəllim-şagird münasibətlərinin həddini kobud şəkildə pozan və aşan yaxın münasibət qurmuşdur. iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 30 №-li əmrinin 3*.0*.20*9-cu il tarixli çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.*2.20*8-ci il tarixli 8/* №li təlimatına uyğun birinci yarımil ballarının və qiymətlərinin düzgün hesablayıb çıxarılmasına görə Azərbaycan Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən töhmət verilmişdir; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 3*9 №-li əmrinin 29.*2.2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin müəllimi etik-davranış qaydalarını pozduğu, şagirdlərlə davranış prosesində yol verdiyi nöqsanlara, keyfiyyətsiz dərs etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 57 saylı əmrindən *0.02.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı müəllim jurnallarının aparılmasına dair təlimatı pozduqlarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsiin 2-ci hisəsinin «a» bəndinə əsasən töhmət verilmişdir; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 99 saylı əmrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı - fiziki tərbiyə müəllimi-etik-davranış qaydalarını pozduğu, dərsə məsuliyyətsiz yanaşdığı üçün Azərbaycan Respublikası ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin *39 saylı əmrindən *9.06.2023-cü il tarixli çıxarışdan görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin "b" nə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 239 saylı əmrindən 27.**.2023-cu il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin fiziki tərbiyə müəllimi iş prosesində əmək intizamı qaydalarına əməl etmədiyinə, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirmədiyinə, valideynlər və şagirdlər arasında mənfi fikir yaratdığına, məktəbin 8-ci sinif şagirdi X39 ilə müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24.**.2023-cü il tarixdən işdən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; - 232 nömrəli tam orta məktəbin 24.**.2023-cü il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Məktəbin İlk Həmkarlar Təşkilatlarının sədrinə ünvanladığı məktubundan görünür ki, Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı iş prosesində əmək intizamı qaydalarına əməl etməməsi, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi, valideynlər və şagirdlər arasında mənfi fikir yaratması, məktəbin Vİİİ sinif şagirdi X39 ilə aralarında müəllimə yaraşmayan hərəkətlər etməsi məsələsinə məktəbin ilk həmkarlar təşkilatı 23.**.2023-cü il tarixdə keçirilən iclasında baxılmışdır. İclasda Suraxanı rayon ATİAHİ-nin sədri Fərhad Həsənov, müavini Tahir Xudaverdiyev və məktəbin direktor əvəzi Günel İsmayılova dəvət olaraq iştirak etmişlər. Müraciətdə valideynlərin (34 nəfər) məktəb rəhbərliyinə yazılı müraciət edərək müəllim haqqında tədbir görülməsini tələb etmələri iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Hazırda məktəbin sabiq direktoru N.Fərəcovanın məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi də bildirilmişdir. İclasın gedişində yetər say (57 nəfər) olmasını nəzərə alaraq qərar qəbul edilmişdir, iclasın gedişində çıxış edənlər (5 nəfər) məsələnin kollektivdə mənfi psixoloji fikir aratdığını bildirmişlər. İştirakçıların səs çoxluğu ilə (3* nəfər) İddiaçı müəllim kimi fəaliyyət göstərməsi məqbul hesab edilməmişdir. Yuxarıda göstərilənləri, müvafiq sənədlərin toplanmasını, digər məsələlərə görə müəllimə inzibati cəza verildiyini nəzərə alaraq məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etmirlər; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xüsusi hallar bölməsinə ünvanladığı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 5-ci saat 6b sinifində fiziki tərbiyə dərsini sinifdə tədris edən zaman həmin sinfin şagirdi Aslanov Yusifi sinifdən çıxarıb. Sinif rəhbəri bunun səbəbini soruşanda o bildirib ki, Yusif onun sözünə baxmırmış, məktəb rəhbərliyi olaraq məsələni araşdırdıq. Müəllimdən izahat yazması tələb olundu lakin, o, izahat yazmadı. Araşdırma zamanı aydın oldu ki, dərs zamanı sinfə digər fiziki tərbiyə müəllimi Sideyifzadə Rövşən daxil olub, Hüseyn müəllimə nəisə deyib, sinifdən çıxanda əlində olan vinti (şurup) Yusifə verib. Yusif sinif yoldaşlarına vinti göstərib, zibil qabına atmaq istəyib. Müəllim onun sinifdə gəzdiyini görüb və onun boynundan tutub qapıdan çıxarıb. Şagirdlə söhbət apardıq. Valideyni məktəbə dəvət etdik. Valideyn bildirdi ki, Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Məktəb Həmkarlar təşkilatının sədrinə məlumat verildi. Həmkarların iclasını çağırmaq qərarı verildi. Qeyd edək ki, fiziki tərbiyə müəllimi İddiaçı 2022/2023-cü tədris ilində 2 dəfə vəzifə funksiyalarını düzgün yerinə yetirə bilmədiyi üçün töhmət almışdır; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin *0.*0.2023-cü il tarixli 200 saylı Bakı həhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya ünvanladığı məlumatından görünür ki, İddiaçı *5.09.20*8-ci il tarixdən məktəbə fiziki tərbiyə müəllimi olaraq işə təyin olunmuşdur. Məktəbə uyğun olmayan geyim tərzi, saqqalla və aksesuarlarla məktəbə daxil olması, dərsə gecikməsi, dərs saatı bitmədən idman zalından çıxıb getməsi, digər fiziki tərbiyə müəllimləri ilə kobud rəftarı ilə bağlı dəfələrlə rəhbərlik müəllimlə tövsiyə xarakterli söhbətlər aparmışdır. xx.xx.2023-cü il tarixdə həmkarı digər fiziki tərbiyə müəllimi Nəsirova Tahirənin üstünə gedərək onu vurmaq istəyəndə son anda məktəbin təsərrüfat işləri üzrə direktor müavini araya keçmiş və vurmağa qoymamışdır. xx.xx.2023-cü il tarixdə 5-ci saat məktəbin Vİb sinfində fiziki tərbiyə dərsində müəllim İddiaçı Vİb sinif şagirdi X23 boynundan sıxaraq (şagirdin dediyinə görə) sinifdən çıxarmışdır. Sinif rəhbəri məsələni aydınlaşdırmaq üçün sinfə daxil olmuş, İddiaçı onunla kobud rəftar edərək "Mənim dərsimə mane olma, uşaq özünü apara bilmir, çıxartmışam”- demişdir. Daha sonra sinif rəhbəri məktəb rəhbərliyinə məlumat vermişdir. Rəhbərlik İddiaçılə bu məsələni aydınlaşdıranda o direktora "Mən o uşağı vurmamışam, özünü apara bilmirdi, sinifdən çıxartmışam”- demişdir. Rəhbərlik ona bu davranışın doğru olmadığını və artıq neçənci dəfə təkrarladığını, təhsil alanlarla kobud davrandığını xatırlatmış və izahat yazmağı tələb etmişdir. Lakin müəllim izahat yazmamış və bildirmişdir ki, valideyn gəlsə özüm cavab verəcəm. Elə həmin gün axşam saat *7:00 radələrində şagirdin babası məktəbə gəlmiş və bildirmişdir ki, müəllim haqqında polisə şikayət ərizəsi yazmışdır. Müəllimin davranışları haqqında məktəb həmkarlar təşkilatının sədrinə məlumat verildi, Məsələ həmkarların iclasına qoyuldu. Müəllim A.Hüseyn iclasda səhvini etiraf etmədi. Hətta bildirdi ki, məni heç kimin müdafiə etməsinə ehtiyac yoxdur. Həmkarları onu intizamlı davranışa dəvət etsə də, heç bir faydası olmadı. Elə buna görə də məktəbin ilk həmkarlar təşkilatının iclasında bu qərara gəlindi ki, A.Hüseyn məktəb rəhbərliyinin onun haqqında verdiyi qərara hörmətlə yanaşsın. Belə ki, AR ƏM-nə əsasən A.Hüseynə töhmət verildi və müəllim dəvət olunaraq əmrlə tanış edildi, əmrin bir surəti ona təqdim edildi və bildirildi ki, tanış olub imzalasın. Lakin A.Hüseyn əmri oxudu imzalamadı və bu töhmətlə razılaşmadığını bildirdi. Mövcud vəziyyət aktlaşdırıldı. Bundan əlavə xx.xx.2023-cü il tarixində məktəbin 8-ci sinif şagirdi Quliyeva Nərmin dərsdən sonra bacısı Quliyeva Sevil ilə idman zalına getmiş, fiziki tərbiyə müəllimi İddiaçı ilə söhbət etmişdir. Məktəbin rəhbəri Mədinə İskəndərova qızlardan nə üçün burada olduqlarını soruşmuş, onları evə yola salmışdır. Məsələni aydınlaşdırmaq üçün məktəbin rəhbərliyi və məktəbin psixoloqu qızlarla söhbət aparmış, valideyni məktəbə dəvət etmişdir. Araşdırma zamanı aydın oldu ki, Quliyeva Nərmin A.Hüseyn müəllimə ona telefon almasını söyləmiş, o da telefon verəcəyini bildirmişdir. Daha sonra Nərmin izahatında bildirdi ki, müəllim ona deyib ki, bacını evə yola sal ikimiz qalaq, aparım səni gəzdirim. Bir də onu etiraf etdi ki, bir dəfə Hüseyn müəllim onun bacısı və özünü şəxsi avtomobili ilə evlərinə aparıb, Valideynə bu barədə məlumat verəndə valideyn bütün bunlardan xəbərsiz olduğunu bildirdi xahiş etdi ki, məsələ ciddi araşdırılsın. Valideynlə müəllim arasında qısa insident yarandı, dərhal valideyni və müəllimi sakitləşdirdik. Daha sonra Suraxanı rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə bölmənin əməkdaşlarını məktəbə dəvət etdik. Onlar müəllimlə və şagirdlə ayrı-ayrılıqda söhbət apardılar. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə X34 xidmətin təşkili üzrə metodisti Heyran X* aldığı izahatında Quliyeva Nərmin bildirmişdir ki, o, fiziki tərbiyə müəllimini çox istəyir, onunla hər zaman fərdi şəkildə zaman keçirdiklərini, müəllimin ona qayğı göstərdiyini, məktəbin idman zalında çay içdiklərini və müəllimə problemlərini danışdığını bildirdi. Nərmin bəzən fiziki tərbiyə dərslərində iştirak etmək istəmədiyini, qızların geyinib-soyunma otağında tək oturduğunu və Hüseyn müəllimin həmin otağa gələrək ona qayğı göstərdiyini, qucaqlayıb öpərək dəstək göstərdiyni bildirdi. Dəfələrlə uşaqlar getdikdən sonra idman zalında şokoladla çay içərək söhbət etdiklərini qeyd etdi. Bacısı Sevillə evə gedərkən Hüseyn müəllimin öz maşını ilə onları evlərinə qədər apardıqlarını bildirdi. - "Hüseyn müəllim mənə böyüyüb idman müəllimi olmağımı, birlikdə işləməyimizi deyirdi. O, bir gün məni evinə aparacağını və gələcəkdə o evdə birlikdə yaşayacağını deyirdi. Əhvalım pis olanda məni qucaqlayaraq öpürdü, məni çox istədiyini deyirdi. Bir çox hallarda bacım Sevil yanımızda olurdu, lakin onun yanında Hüseyn müəllim mənə qarşı o hərəkətləri etmirdi. Sevil isə çox vaxt bizim yanımızda olmaq istəyirdi, bizi birlikdə qoyub heç yerə getmək istəmirdi”. Bu cürə hadisələr məktəb heyətinin və valideynlərin narazılığına səbəb olmuşdur, valideynlər arasında məsələ ilə bağlı müzakirələrin olması məlumdur. Belə ki, bəzi valideynlər mövcud durumdan ciddi narahatlıq keçirdiklərini bildirir. Xüsusilə, qız şagirdlərini idman zalına buraxmaq istəmədiklərini etiraf edirlər. Bu məsələ məktəb rəhbərliyini və pedaqoji kollektivi ciddi narahat edir. Məktəbimiz haqqında rəyin formalaşmaması üçün İddiaçı ilə bağlı hansı tədbirlərin görülməsi barədə bizə tövsiyə və məsləhət verməyinizi Sizdən xahiş edirik; - Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 26.*0.20*8-ci il tarixli aktdan görünür ki, 232 №-li tam orta məktəbin direktoru X40, Təsərrüfat İşləri üzrə direktor müavini X24, Tərbiyə işləri üzrə direktor müavini X8, Təlim-tərbiyə işləri üzrə direktor müavini X*6, Həmkarlar İttifaqı Komitəsinin sədri X50, məktəbin psixoloqu X4*, məktəbin UBR X**, məktəbin katibəsi X6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimləri İddiaçı və X20 arasında yaranmış mübahisəni direktor yanı müşavirədə araşdırdı. Araşdırma zamanı məlum oldu ki, fiziki tərbiyə müəllimi İddiaçı tənəffüs zamanı dərsinin boş olduğu zamanlar məktəbin arxa hissəsində siqaret çəkmişdir. Müəllim İddiaçı səhvini etiraf etdi və bu halın bir daha baş verməyəcəyinə söz verdi və müəllimin izahatı alındı. Fiziki tərbiyə müəllimi X20 məktəbə pişiklər üçün yemək gətirir, pişiklərə məktəbin idman zalında yemek verir. Bu da adları qeyd olunan hər iki müəllim arasında mübahisəyə səbəb olmuşdur. Müəllim İddiaçı səhvini etiraf etdi və bu halın bir daha baş verməyəcəyinə söz verdi və müəllimin izahatı alındı. Lakin digər müəllim X20 irəli sürülən iradları isə aqressiya ilə qarşıladı, ona verilən tövsiyə və iradları qəbul etmədi, izahat yazmaqdan imtina etdi. Hər iki müəllimə "Müəllim-etik davranış qaydaları”nı pozduğunu, idman zalında sanitar-gigiyenik qaydalara düzgün əməl etmədiklərini bildirməklə sonuncu dəfə xəbərdarlıq etdi və nəzərlərinə çatdırdıq ki, birdə belə hal baş verərsə, onlar haqqında daha ciddi inzibati tədbir görüləcəkdir; - 232 №-li tam orta məktəbinin 30.09.20*9-cu il tarixli məktəbin direktoru X40, direktor müavini Orucəliyev Səfa anhəmid oğlu, həmkarlar təşkilatının sədri X50, X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin 6avə 7b sinfinin valideynləri ərizə ilə müraciət edərək bildirdilər ki, onların adlarına dərs deyən fiziki tərbiyə müəllimi İddiaçı uşaqlarla kobud davranır, nalayiq ifadələr işlədir. Məsələ ilə bağlı direktoryanı müşvirə keçirildi. Valideynlər, şagirdlər dinlənildi və məlum oldu ki, müəllim uşaqlara qarşı belə rəftar etmişdir. Müəllim İddiaçı izahat yazmaq tələb olunduqda yazmaqdan imtina etdi, yazanda isə mövzudan kənar ifadələr yazdı, valideynlərin ərizələrinə əsasən, 7b sinfi müəllimdən götürülüb, başqa müəllimə verildi. Müəllim maarifləndirildi, bir daha müəllim etik davranış qaydaları onun diqqətinə çatdırıldı. Bildirildi ki, bir daha müəllim-etik davranış qaydalarını pozarsa, daha ciddi inzibati tədbir görüləcək; - 232 nömrəli tam orta məktəbin **.*0.20*9-cu il tarixli Məktəbin direktoru X40, direktor müavini X8, Həmkarlar təşkilatının sədri X50, Təsərrüfat işləri üzrə direktor müavini X24, UBR X**, X2 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı, dərs vaxtı şagirdləri zalda nəzarətsiz qoyaraq, **b sinif şagirdi Bayramova Gülüstana özünə aid olan velosipedi məktəbin həyətində sürməyə icazə vermişdir. Beləliklə o, "müəllim etik davranış qaydaları”nı pozaraq, dərs vaxtı şagird üçün təhlükəli şərait yaratmış, şagird etik davranış qaydalarını pozmasına rəvac vermişdir. Şagirdin izahatı alındı və maarifləndirildi. Müəllim İddiaçı izahat yazmaqdan imtina etdi, mənim Nazirlikdə adamım var, o, mənə deyib ki, heç nə üçün izahat yazma dedi və hərəkətinə haqq qazandırdı. Dəfələrlə şagirdləri dərs vaxtı nəzarətsiz qoyub getdiyinə görə xəbərdarlıq olunmasından, maarifləndirmə söhbətlərindən düzgün nəticə çıxarmadığına, müəllim etik davranış qaydalarını pozduğuna görə müəllim İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilməsi qərara alındı; - 232 nömrəli tam orta məktəbin *9.**.20*9-cu il tarixli məktəbin direktoru X40, direktor müavini X8, Həmkarlar təşkilatının sədri X50, X3, X25 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı, dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq 6 b sinif jurnalını yazmır. Müəllimdən izahat tələb etdikdə izahat yazmaqdan imtina edir. Müəllimə sonuncu dəfə xəbərdarlıq olundu. Birdə belə hallara yol verərsə, daha ciddi tədbirlər görüləcəyi qərara alındı; - 232 nömrəli tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 232 №-li tam orta məktəbin direktoru X5*, Təlim-tərbiyə işləri direktor müavini X26, Tərbiyə işləri üzrə direktor müavini X8, HİK-nin sədri X50, Təsərrüfat üzrə direktor müavini X*2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixində fiziki tərbiyə müəllimləri X20 və İddiaçı aralarında yaranmış konfilikt zamanı müəllimin etik-davranış prinsiplərini pozaraq məktəbdə səs-küyə səbəb olmuşlar. Mübahisənin böyüməsinin qarşısını almaq üçün təsərüffat işləri üzrə direktor müavini X24 müdaxilə etmişdir. Məktəbin direktoru X5* və təlim-tərbiyə işləri üzrə direktor müavini X26 müəllimlərin mübahisəsinin səbəbini öyrənmək məqsədilə müəlimləri dinləmiş, müəllimlər etdikləri əməldən peşman olmadıqlarını bildirdilər və izahat yazmaqdan boyun qaçırdılar; - 232 nömrəli tam orta məktəbin *6.*0.2023-cü il tarixli aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlı 20*8-ci ildən bəri dəfələrlə təkrarlanan müxtəlif insidentlərin şahidi olmuşlar. Belə ki, o, digər fiziki tərbiyə müəllimi Nəsirova Tahirə kobud davranaraq müəllimə yaraşmayan hərəkətlər sərgiləmişdir. 2022-2023-cü tədris ilinin əvvəlində *3.09.2023-cü il tarixdə keçirilən pedaqoji yığıncaqda geyim tərzinə (papaqla oturmağa cəhd etdiyi üçün) irad tutularkən rəhbərliyə qarşı nəzakətsiz davranaraq iclas zalını tərk etmişdir. Daha sonra 7 b sinfində müəllimin etik davranış prinsiplərini pozaraq şagirdə qarşı sərt davranış göstərmiş, məsələyə münasibəti bildirən rəhbərliyə və valideynə qarşı çıxmışdır. 2022-2023-cü tədris ilinin sentyabr ayında 8b sinif şagirdi Q.Nərminlə bağlı məktəbə və müəllim adına xələl gətirən hadisələrin baş verməsindən də xəbərdardılar. Valideynlər ayrı-ayrılıqda hər birinə yaxınlaşır, məsələnin mahiyyəti ilə maraqlanırlar. Hətta bəziləri qız övladlarını idman zalına göndərməkdə imtina etdiyini bildirir. Onlarda kollektiv olaraq məsələlərə, xüsusilə valideynlərin ciddi təlaşına biganə deyillər, alışdıqları təhsil müəssisəsi haqqında neqativ fikirlərin formalaşması hər birini ciddi şəkildə narahat edir; - 232 nömrəli tam orta məktəbin 02.**.2023-cü il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi X26, Həmkarlar İttifaqı Komitəsinin sədri X50, məktəbin katibəsi X27, sinif rəhbəri X43, sinif rəhbəri X35, sinif rəhbəri X28 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı ciddi valideyn etirazlarının əks olunduğu ərizələrinin məzmunu çatdırıldı. Bununla bağlı izahat yazmaq tələb olunsa da izahat yazmaqdan imtina etdi; - 232 nömrəli tam orta məktəbin 02.**.2023-cü il tarixli aktdan görünür ki, 02.**.2023-cü il tarixdə məktəbin direktor əvəzi Günel İsmayılovanın çağırışı ilə kabinetdə fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlı valideynlərin etirazı əsasında fiziki tərbiyə dərslərində yaranan ciddi problemlərin müzakirəsi üçün yığışmışlar. Son həftələrdə baş verən hadisələr göstərir ki, valideynlər övladlarına Hüseyn müəllimin fiziki tərbiyə dərsini tədris etməsindən narazıdırlar. Şagirdlər onun dərsinə girməkdən imtina edir və dərsdə müvafiq formadan istifadə etmirlər. Hüseyn müəllim sinif rəhbərlərini vəziyyətə nəzarət etməməkdə günahlandırdı. Vəziyyətin valideynlərlə əlaqəli olduğu izah olunduqda o, aqressiv hərəkətlər nümayiş etdirdi. Məktəb rəhbərliyinə "Mənim hüquq mühafizə orqanlarındakı işim bəraət aldıqdan sonra buradakı abırsızlar mənə cavab verməli olacaqlar”, deyə etirazını bildirdi; - 232 nömrəli tam orta məktəbin 27.**.2023-cü il tarixli 232№li tam orta məktəbin direktor əvəzi X26, Həmkarlar İttifaqı Komitəsinin sədri X50, Təsərrüfat işləri üzrə direktor müavini X24, məktəbin katibəsi X27, məktəbin psixoloqu X9 iştirakı ilə yazılmış aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 5-ci gün yəni, 24.**.2023 cü il tarixdə 27.**.2023-cü il tarixdən işdən azad olunacağı barədə məlumat verilməsinə baxmayaraq, 27.**.2023-cü il tarixdə *-ci dərsə gələrək 9b sinfində dərsə başlayıb və jurnalı yazmışdır; - 232 nömrəli tam orta məktəbin 29.**.2023-cü il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi X26, Həmkarlar İttifaqı Komitəsinin sədri X50, Təsərrüfat işləri üzrə direktor müavini X24, məktəbin laborantı X*7, məktəbin psixoloqu X9 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəb rəhbərliyi tərəfindən 29.**.2023-cil il tarixdə saat *5:02-də telefonla zəng olunub əmək kitabçasını məktəbdən götürülməsi bildirilmişdir. Lakin, Hüseyn müəllim "Bu gün vaxtım yoxdur, vaxtım olanda gəlib götürərəm” demişdir; - Suraxanı RPİ-nin 3*ci PŞ-ni baş təhqiqatçısı polis mayoru Sail Hacıyevin *6.07.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X36 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə X34 xidmətin təşkili bölməsinin baş metodisti Heyran Səfərovanın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan məktuba əsasən xx.xx.2023-cü il tarixində Suraxanı rayonu D. Məmmədzadə adına 232 №-li məktəbdə baş verən hadisəni araşdırmaq üçün həmin məktəbdə ilk olaraq Vİİİ "B” sinif şagirdi X44 ilə görüş təşkil olundu. Görüş zamanı şagirdin emosional, sosial, intellektual, kommunikativ sferasında və ümumi davranışında zəif xüsusiyyətlər müşahidə edildi. Həmçinin, şagirdin təlim nəticələri çox aşağı səviyyədədir. Görüş prosesində şagirdin emosional-iradi sferasının və davranışlarının müxtəlif xüsusiyyətləri də aşkar olundu. O, kontakta çətinliklə girir, stabil xarakter daşıyır, neqativizm nümayiş etdirmirdi. Nitqi zəif, ünsiyyət bacarıqları aşağı səviyyədədir. Şagird tam ailədə yaşayır. Ailə 4 uşaqdan (* oğlan, 3 qız) ibarət ailədir. Maddi və sosial imkanları çox aşağı səviyyədədir. Belə ki, məktəb kollektivi artıq neçə ildir ki, bu ailənin uşaqlarına maddi yardım təşkil edir və vacib ehtiyaclarla şagirdləri təmin edirlər. Nərmin evin 3-cü övladıdır. Anamnezə görə (şagirdin dediklərindən) o, fiziki tərbiyə müəllimini çox istəyir, onunla hər zaman fərdi şəkildə zaman keçirdiklərini, müəllimin ona qayğı göstərdiyini, məktəbin idman zalında çay içdiklərini və müəllimə problemlərini danışdığını bildirdi. Nərmin bəzən fiziki tərbiyə dərslərində iştirak etmək istəmədiyini, qızların geyinib-soyunma otağında tək oturduğunu və Hüseyn müəllimin həmin otağa gələrək ona qayğı göstərdiyini, qucaqlayıb öpərək dəstək göstərdiyini bildirdi. Dəfələrlə uşaqlar getdikdən sonra idman zalında şokoladla çay içərək söhbət etdiklərini qeyd etdi. Bacısı Sevillə evə gedərkən Hüseyn müəllimin öz maşını ilə onları evlərinə qədər apardıqlarını bildirdi. “Hüseyn müəllim mənə böyüyüb idman müəllimi olmağımı, birlikdə işləməyimizi deyirdi. O, bir gün məni evinə aparacağını və gələcəkdə o evdə birlikdə yaşayacağımızı deyirdi. Əhvalım pis olanda məni qucaqlayaraq öpürdü, məni çox istədiyini deyirdi. Bir çox hallarda bacım Sevil yanımızda olurdu, lakin onun yanında Hüseyn müəllim mənə qarşı o hərəkətləri etmirdi. Sevil isə çox vaxt bizim yanımızda olmaq istəyirdi, bizi birlikdə qoyub heç yerə getmək istəmirdi”. Nərmin Hüseyn müəllimlə heç vaxt cinsi əlaqədə olmadıqlarını bildirdi. Nərminin bacısı Sevillə görüş təşkil olundu. O, bacısı Nərminin Hüseyn müəllimi sevdiyini, onların bir-biri ilə fürsət tapdıqda birlikdə vaxt keçirdiklərini bildirdi. Sevil qeyd etdi ki, bacısı Hüseyn müəllimdən ona mobil telefon almağını və onunla yazışmaq istədiyini deyib, Hüseyn müəllim isə ona cavab olaraq telefon alacağına söz verib. Biz bacımla birlikdə idman zalına Hüseyn müəllimin yanına gedəndə müəllim məndən gedib su gətirməyimi istəyirdi ki, Nərminlə ikisi tək qalsınlar. Bir dəfə də müəllim Nərminə dedi ki, bacını yola sal getsin, biz ikimiz gedək gəzək. Lakin mən müəllimin bu sözlərini eşitdiyim üçün heç bir yerə getmədim, bacımın yanında qaldım. Bacım müəllimi çox sevir, hətta ona müəllim yox, Hüseyn deyə müraciət edir. İddiaçı ilə də görüş təşkil olundu. Müəllim artıq 3 ilə yaxındır ki, (6-cı sinifdən ona fiziki tərbiyə fənnini tədris etdiyi vaxtdan) Nərminə psixoloji dəstək göstərdiyini bildirdi. O qeyd etdi ki, "Nərmin emosional cəhətdən çox həssas və zəif xarakterli, özünə qapalı bir şagirddir. Bu səbəbdən mən bütün şagirdlərdən fərqli yanaşaraq onunla tək məşğul oluram, idman zalında və qızların geyinib soyunma otağında görüşərək fərdi söhbətlər edirik” - deyə cavablar verirdi. Müəllim bəzən idman zalında Nərminlə birlikdə çay içdiklərini və şagirdin ona yazı işlərində kömək etdiyini bildirdi. Hüseyn müəllimdən uşağın psixoloji çətinliyi, onun emosional vəziyyəti barədə məktəbdə kimə məlumat verdiyini soruşduqda, o aqressiv şəkildə cavablar verirdi. "Bu barədə heç kimə məlumat verməyə ehtiyac bilmədim. Məktəbin psixoloqu və ya digər müəllimlər universitet bitirməklə deyil, heç kim mənim kimi uşağa düzgün yanaşıb ona dəstək göstərə bilməz”-deyə qeyri-adekvat cavablar verirdi. Görüş zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 20*4cü il 6 noyabr tarixli, */2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış Qaydaları” adlı sənəddə əks olunan tələblər müəllimin nəzərinə çatdırıldı. Onun bir müəllim olaraq bu tələbləri və qaydaları pozması, əxlaq normalarına əməl etməməsi, yeniyetmə (qız) şagirdin psixoloji vəziyyətindən yararlanaraq öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolverilməzdir. Bu iradlar Hüseyn müəllimə bildirildiyi zaman o çox aqresivləşdi və qeyri-etik davranışlar sərgiləməyə başladı. O, işdən sonra başqa bir yerdə trenajor zalında məşqçi kimi işlədiyini, orada da, məktəbdə də qızları oğlan kimi gördüyünü bildirdi. "Mən bir döşəkdə həm qızlarla, həm də oğlanlarla güləşirəm" deyə yüksək səs tonu ilə qeyri-etik üslubla özünü ifadə etməyə çalışdı. Görüşdə iştirak edən Həmkarlar təşkilatının rəhbəri Kəminə Zalova məktəbin trenajor zalından fərqli bir müəssisə olduğunu, məktəbin təhsil və tərbiyə ocağı olduğunu, burada müəllimlərin gələcək cəmiyyət üçün şəxsiyyət yetişdirdiyini ona xatırlatsa da, Hüseyn müəllim israrla öz haqlı mövqeyini bildirərək heç bir halda müəllim-şagird münasibətlərindəki etik normalara əməl etmədiyini qəbul etmədi. Məktəbin direktoru Nisə Fərəcova, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, psixoloq Ləman Mehtiyeva və həmkarlar təşkilatının rəhbəri Kəminə Zalova ilə yekun görüş təşkil olundu. Görüşdə Təhsil sistemində Uşaqların Müdafiəsi və Təhlükəsizliyi adlı layihənin məktəb üzrə supervayzeri Şəbinə Balayeva, BŞTİ-nin Daxili Nəzarət sektorunun baş məsləhətçisi Bakir Məmmədov, YYÇ-nın işləri üzrə PİTB-nın rəisi polis palkovnik leytenantı Əfqan Ağayev, YYÇ-nın işləri üzrə PİTB polis kapitanı İlahə Balayeva, YYÇ-nın işləri üzrə PİTB polis kapitanı Əli Abbasov da iştirak etdilər. Yekun rəy: Baş verən neqativ situasiya haqlı olaraq həm məktəb rəhbərliyini, həm də pedaqoji heyəti ciddi şəkildə narahat etmişdir. İddiaçı müəllimlərin etik davranış qaydalarına əməl etməyərək, yeniyetməlik yaşı dövründə psixoloji cəhətdən zəif iradi xüsusiyyətlərə malik olan qız şagirdin vəziyyəti barədə məktəbdə heç bir məsul şəxsə məlumat verməmişdir. Öz vəzifə funksiyalarını düzgün icra etməyərək "şagirdə psixoloji dəstək göstərmək” adı ilə yeniyetmə qız şagirdə məktəbin idman zalında və qızların geyinib-soyunma otağında dərsdənkənar fərdi görüşlər təşkil etmişdir. Yeniyetməlik yaş dövrünə xas olaraq şagirdin müəllimə qarşı sevgi hissləri bəsləməsi görülən haldır. Nərminin psixoloji vəziyyəti onun yeniyetməlik yaş dövrü böhranı ilə əlaqədar olaraq öz davranışlarındakı mənfi xüsusiyyətləri başa düşməməsindən irəli gəlir. Lakin müəllim bunu hiss etdiyi halda məktəbin psixoloquna, rəhbərliyə, şagirdin sinif rəhbərinə və ya UBTR-ə şagird barədə heç bir məlumat verməyərək yeniyetməyə qarşı qeyri-etik davranışlara yol vermişdir. Məsələ barədə araşdırma davam edir; - 232 nömrəli tam orta məktəbin 3*.0*.20*9-cu il tarixli aktdan görünür ki, 232 №-li tam orta məktəbin direktoru X40, Təsərrüfat işləri üzrə direktor müavini X24, HİK-nin sədri X50, məktəbin katibəsi X*3 iştirakı ilə yazılmış aktdan görünür ki, nəktəbin fiziki tərbiyə müəllimi İddiaçı direktor dəvət edərək barəsində görülmüş intizam tənbehi (AR ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin "A” bəndinə əsasən töhmət) əmri ilə tanış etdi. İddiaçı əmri oxudu, lakin imzalamadı, bildirdi ki, bu düzgün deyil, mən bununla razı deyiləm. Eyni zamanda onun diqqətinə bir daha çatdırdı ki, 3*.0*.20*9-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.*2.20*8-ci il tarixli 8/* l№li təlimatına uyğun birinci yarımil ballarının və qiymətlərinin düzgün hesablayıb çıxarılmasına görə töhmət almışdır. Həmin vaxtlarda ondan izahat tələb edilsə də, töhmət verildiyi bildirilsə də, rəhbərliyin qərarına şifahi narazlıq etmişdir. İddiaçı özünü haqlı saymış və töhmətlik heç bir əməlinin olmadığını bildirmişdir; - 232 nömrəli tam orta məktəbin *0.02.2020-ci il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi X26, Təsərrüfat işləri izrə direktor müavini X29, HİK-nin sədri Zalova Kəminə 3ehbud qızı, məktəbin katibəsi X27,məktəbin laborantı X*0 iştirakı ilə tərtib edilmiş aktdan görünür kİ, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Şirən oğlunu direktor dəvət edərək barəsində görülmüş ntizam tənbehi (A.R ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin "A” bəndinə əsasən töhmət) əmri ilə tanış etdi. İddiaçı əmri oxudu, lakin imzalamadı. Bildirdi ki, bu düzgün deyil, mən bununla razı deyiləm. Eyni zamanda onun diqqətinə bir daha çatdırdı ki, töhməti *0.02.2020-ci il tarixində jurnalların aparılmasına dair təlimatı pozduğuna görə almışdır. Həmin vaxtlarda ondan izahat tələb edilsə də, töhmət verildiyi bildirilsə də, rəhbərliyin qərarına şifahi narazılıq etmişdir, İddiaçı özünü haqlı sajmış və töhmətlik heç bir əməlin olmadığını bildirmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- *034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.*, 78.2, 80; Mülki Prosessual Məcəllənin *4.2, 77.*, 2*7.4cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbdə 20*8-ci ildən fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. 24.**.2023-cü il tarixində qanunsuz və əsassız olaraq əmrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xitam verilərkən məktəbin 8-ci sinif şagirdi X39 ilə “müəllimə yaraşmayan hərəkətlər” etdiyi qeyd edilmiş və bu əsas olaraq işdən azad edilmişdir. Bildirir ki, məktəbin 8-ci sinif şagirdi X39 onun barəsində şikayət etmiş və şikayəti Suraxanı rayon Polis İdarəsində araşdırılmış və məlum olmuşdur ki, Nərminə qarşı o hər hansısa müəllimə yaraşmayan hərəkət etməmiş, ona qarşı hər hansı bir qanunsuz iş görməmişdir. Ondan başqa istintaqa məlum olmuşdur ki, Nərminin öz qardaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalması müəyyən olunmuş və o cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Bununla da, onun təqsirsizliyi sübuta yetirilmiş və məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa əmrinə xitam verən Nİsə Fərəcovanın iş üzrə təqsizləndirilən şəxs qismində cəlb edilməsi və onun barəsində müvafiq araşdırmamının aparılması üçün Suraxanı RPİ cinayə işini ayıraraq Nisə Fərəcova barəsində işin aparılması üçün materialı Suraxanı rayon Prokurorluğuna göndərmişdir. İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Nisə Fərəcova ( yəni onun əmrini ləğv edən onsa şər-böhtan atan şəxs) Nərmin Quliyevaya və onun anası Şahid təsir edərək İddiaçı barəsindən yalan ifadələrin verilməsini təşkil etmişdir, bu kim qanunsuz əməllər istintaq vaxtı müəyyən edilmişdir. (Bu barədə 06 may 2024- cü il tarixli Suraxanı rayon Pİ nin qərarını iş materiallarına əlavə edirəm, həmin qərarla tanış olduqda bütün bunlar məlum olacaqdır). İşlədiyi dövr ərzində heç bir nöqsanları olmamış, daim müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmişdir. Daim şagird müəllim və texniki heyyət tərəfindən normal qarşılanmışdır. İşini layiqincə etmiş və işində daim məsuliyyətli olmuşdur. Əlavə olaraq bildirir ki, atası şəhid ailəsi statusundadır, ona, nə də ki ailəsinə yaraşmaz ki, kiminsə övladına digər bir formada baxaq və ya ona qarşı hər hansısa çirkin bir addım ataq. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Apelyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir. Bütün sübutları təqdim edir ki, 232 nömrəli məktəbin keçmiş direktoru Nisə Fərəcova onu qərəzli şəkildə işdən azad etmişdir və bundan başqa ona ləkə ataraq guya ki 8-ci sinif şagirdi ilə müəllimə yaraşmayan hərəkətlər etmişdir, bunlara əsasən işdən azad edilmişdir, birinci instansiya məhkəməsinə bu işlə bağlı bir neçə dəfə yazılı və şifahi vəsatətlər verilmişdir ki, İddiaçı Nərminlə bağlı işdə təqsirsizdir, ona qarşı zərrə qədər bir addım atmamışdır, Nərmin öz doğma qardaşı tərəfindən cinsi istismara məruz qaldığına görə həssaslaşmış, psixologiyası pozulmuş, iradəsi zəifləmişdir. Nərminə qarşı qeyri-etik hərəkətlər edən onun qardaşı İbrahim olmuşdur, bu barədə Suraxanı rayon Polis İdarəsində istintaq hərəkətləri aparılmış və Quliyeva Nərminin qardaşı Quliyev İbrahim təqsirləndirilən şəxs qismində cəlb edilmiş və əməllərini etiraf etmişdir. Dəfələrlə birinci instasniya məhkəməsinə müraciət edirdi ki, məhkəmə sorğu versin polisə və hər şey aydın olacaqdı, ancaq bunu məhkəmə etməmiş və etmək istəməmişdir. Sonradan birinci instasiya məhkəməsində iş yekunlaşdıqdan sonra vəkil sorğu verərək Suraxanı RPİ nin qəbul etdiyi 06 may 2024 cü il tarixli qərarı əldə etmiş, və hazırda da apelyasiya məhkəməsinə təqdim edir. Polisin qəbul etdiyi qərarda hər bir detal açıq - aydın görünür və bunda məlum olmuşdur ki, X78 və onun anası məhkəmədə də dindirilən Şahid (Nərminin anası) yalan ifadələr vermişdir, bu da istintaqla müəyyən edilmişdir. Nisə Fərəcovada yalan ifadələr verməsi istintaqı aldatması, şahidə zərərçəkmişə təsir etməsi, onlaraq təzyiq etməsi sübuta yetirilərək cinayət işindən ayrılmış və ayrıca olaraq araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması tamamilə əsassızdır. Qeyd edir ki, məhkəmə ancaq təqdim edilmiş sübutlara əsaslanır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar saxtadır. 232 nömrəli məktəb sübutlar təqdim etmişdirlər, həmin sənədlər barədə ardıcıllıqla aşağıdakı məlumatı təqdim edir və ərizəyə qoşma olaraq əlavə edirəm. *. xx.xx.2023cü il tarixli X59 tərəfindən verilmiş arayış imzalanmamışdır. 2. 3*.0*.20*9-cu il tarixli 30 nömrəli əmrdən çıxarış (Əzizova Məhluqə) imzalanmamışdır. 3. *9.**.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 4. **.*0.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 5. 30.09.20*9-cu il tarixli Akt imzalanmamışdır, ancaq * nəfər imza etmişdir. 6. 26.*0.20*8-ci il tarixli akt imzalanmamışdır. * nəfər imza etmişdir. 7. Bakı şəhər Təhsil idarəsinə Fərəcova Nisə tərəfindən göndərilmiş sənəd imzalanmamışdır. Bu siyahını daha da uzatmaq mümkündür. Bu kimi imzalanmamış sənədlərin məhkəməyə təqdim edilməsi özü özlüyündə cavabdehin nə qədər qanunsuz hərəkətlər etməsini sübut edir, qanunsuz olaraq məni işdən azad etməkləri bir kənara məhkəməyə də təqdim etdikləri sənədlərin nə qədər əsaslı olması şübhə altındadır. Hesab edir ki, cavabdehin təqdim etdiyi sənədlər sonradan tərtib edilmişdir. Belə ki, o tarixlərdə işləmiş adamların adından sənədlər hazırlayaraq məhkəməyə təqdim etmişdirlər. Cavabdeh bu kimi hərəkətlərlə guya sübut etməyə çalışır ki, İddiaçı işinin öhdəsindən gələ bilmir və işləyə bilməz. Bu artıq cinayətdir. Bu qədər saxtakarlığı Rübabə Qafarova görmədi və ya görmək istəmədi. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar saxta sübutlardır! Belə nəticəyə gəlir ki, onda o da saxta və həqiqətə uyğun olmayan sübutlar təqdim etmiş olsa idi, iş xeyrinə yekunlaşardı.Tamamilə əsassız və qanunsuz yanaşaraq Rübabə Qafarova əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin saxta sübutlarına hüquqi don geyindirmişdir, onları mötəbər sübut hesab etmişdir. Rübabə Qafarova qərəzli olmuşdur, saxta sübutları qəbul etmiş və onları rəhbər tutmuş iddianı təmin etməmişdir. Şahid dindirilməsinə heç bir ehtiyac yox idi, zatən Bahar istintaqda ifadələr vermişdir ki, Nərmini və məni Nisə Fərəcova öyrədib və bizə yalan ifadələr verməyə İddiaçıə qarşı çıxmaqlarına təşviq etdiyini etiraf etmişdirlər. Məhkəmə Şahid kimi yalançı və böhtan atan bir şəxsi çağırıb dindirməklə çirkin niyyətə rəvac vermişdir. Bu qədər pozuntunu ört basdır etmək olarmı? Bundan başqa məhkəmə onlar tərəfdən təqdim edilmiş vəsatətlərin heç birinə münasibət belə bildirməmişdir. Məhkəmə bir sorğu ilə bu işi həll edə bilərdi və iddianın nə qədər əsaslı olmasını sübut edə bilərdi, ancaq bunu etmədi, Suraxanı rayon Polis idarəsinə sorğu verilməklə cinayət iş materiallarını alıb öyrənmiş olmuş olsa idi, görəcəkdir ki, Şahid yalan ifadə verir, X84 Quliyevaya və Şahid təsir və təzyiq edir, X66 yalan məlumatlar verir, bunlar hamısı ortaya çıxacaqdır, ancaq təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bunları etmək istəmədi. Bundan başqa məhkəmə əsassız qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamədə şikayətlərdən sonra 0* ay 0* günə yazaraq ona xx.xx.2024- cü il tarixində təqdim etmişdir. Birinci instasiya məhkəməsi, gəldiyi nəticə iş üçün mühüm əhəmiyyətli faktlar bir sıradır, bunlardan ən əsası isə İddiaçıin təqsirsiz olması və şər böhtanla, təzyiqlərlə işdən azad edilməsi olmuşdur, bu kimi qanunsuz hallar istintaqla müəyyən edilmişdir, ancaq məhkəmənin gəldiyi nəticədə bunları heç sayaraq əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iş üçün əhəmiyyətli olan hallardan biridə şahid ifadəsidir ki, iş üzrə dindirilmiş Şahid istintaqda etiraf etmişdir ki, Nisə Fərəcova ona təsir etmiş və o da onun istədiyi kimi ifadələr vermişdir, ancaq məhkədə isə tamamilə yalan və həqiqətə uyğun olmayan ifadələr səsləndirmişdir. Bu da özü özlüyündə şahidin nə qədər yalançı və böhtan atmasını ortaya qoyur, beləki şahidin ifadələri tamamilə bir birinin əksini ifadə etmişdir, məhkəmə bunu da nəzərə almamışdır, məhkəmə tamamilə sifarişli və göstərişli keçmişdir. Bu kimi hallar iş materialları ilə tanış olduqda öz əksini tapacaqdır. Bundan başqa məhkəmə hüquqi yardım göstərməli idi, bir neçə dəfə vəsatətlə çıxış etmişdi ki, istintaq orqanına sorğu ver, həqiqətlər ortaya çıxsın, ancaq hakim R.Qafarova bunu etmək istəməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən, iş üçün əhəmiyyətli olan istintaqın araşdırması və sübutları qiymətləndirməsi kimi halları, birinci instasniya məhkəməsi görməzdən gəlmişdir, hətta cavabdehin saxta təqdim etdiyi sənədlərə, şahidin yalan və fərqli ifadələri, istintaqın İddiaçıə qarşı olmaması Nərminin psixologiyasının pozulmasına onun cinsi istismara məruz qalması halları da sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olmuşdur, buna görə də iddia təmin edilməmişdir. İş üçün əhmiyyətli olan hallar düzgün tətbiq edilmiş olsa idi, nəticə işin halların uyğun olmuş olardı, ancaq belə olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə hüquqa ziddir. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Bakı Ağır Cinayətlər məhkəməsinin *(*0*)-*845/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan X45 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *50.3.3-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *50.3.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, barəsində verilən töhmətlərin heç birindən məlumatlı olmamışdır, polis bölməsində olan işlə bağlı qərar qəbul edilmiş və cinayət işinin başlamasından rədd olunmuş, hər hansı təqsirinin olmadığı sübuta yetirilmişdir. 8-ci sinif şagirdi X30 qarşı hər hansı qeyri-etik davranışlara və müəllim adına yaraşmayan hərəkətlər yol verməmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən təqsirli olmadığı müəyyən edilmişdir. Məktəbin direktoru Nisə xanımın ona qarşı qərəzli olmuşdur, Nisə xanımın barəsində Suraxanı rayon Prokukorluğunda cinayət işi açılmışdır və barəsində araşdırılma gedir. Məktəb direktorunun ona qarşı qərəzli olmasına səbəb kimi göstərmişdir ki, məktəbdə sinif uşaqları sıra dərslərdən yayınırlar, həmçinin idman dərslərindəndə yayınmalar edilir və o bir neçə dəfə buna etiraz etmişdir ki, belə olmaz dərs vaxtı şagird məktəbdə olmalıdır, sabah onun başına hər hansısa iş gələrsə kim cavabdehdir kimi sualları məktəbin rəhbərinə bildirmişdir, bundan başqa həmin şagirdlərin dərslərə girmədiyinə görə öz fənni üzrə müvafiq olaraq məktəb jurnallarında “qayıblar” qoymuşdur ki, dərsdə bu uşaq və ya uşaqlar yoxdur. Bu kimi addımlarda məktəbin direktoru və bəzi valideynlər tərəfindən müsbət qarşılanmamış, buna etirazlar edilmişdir, halbuki o öz işini görmüşdür və öz vəzifəsini icra etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 239 saylı əmrindən 27.**.2023-cu il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin fiziki tərbiyə müəllimi iş prosesində əmək intizamı qaydalarına əməl etmədiyinə, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirmədiyinə, valideynlər və şagirdlər arasında mənfi fikir yaratdığına, məktəbin 8-ci sinif şagirdi X39 ilə müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24.**.2023-cü il tarixdən işdən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qarşı tərəf iddiaçının iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi halına iddiaçı barəsində olan töhmətləri əsas gətirirlər, belə ki, iddiaçı barəsində verilmiş töhmətlər 3*.0*.20*9, *0.02.2020, 29.*2.2022, xx.xx.2023-cü il tarixli töhmətlərdir. Həmin inzibati tənbeh tədbirlərindən iddiaçının, ümumiyyətlə məlumatı olmamışdır. Bundan əlavə, Əmək Məcəlləsinə görə töhmətlərin müddəti 6 aydır, 6 aydan sonra işçi barəsində verilmiş töhmət öz qüvvəsini itirir. Valideynlər və şagirdlər arasında mənfi fikir yaratması əsası ilə bağlı isə onu qeyd etmişdir ki, valideynlərin mənfi ifadə verməsinə səbəb valideynlərin məktəbə çağırılması olub. Valideynlər tərəfindən yazılan ərizələrin *6-*7 tarixində yazılıb. Bu ondan irəli gəlir ki, onlar məktəbə çağırılıb və ərizələr yazılıb. Məktəbin 8-ci sinif şagirdi X39 ilə müəllimə yaraşmayan hərəkətlər etməsi əsasına dair isə bildirmiş ki, polisin bununla bağlı qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, zərərçəkmiş şəxs qismində dindirilmiş X39 göstərmişdir ki, “İddiaçı barəsində tədqiqatda araşdırma zamanı vermiş olduğu izahatda göstərdiklərini təsir altında yazmışdır. Belə ki, məktəbin direktoru Nisə müəllimə ona və valideynlərinə təzyiq edərək İddiaçı barəsində şikayət etmələrini və onun mənə qarşı əxlaqsız hərəkətlər etmək barədə hüquq mühafizə orqanlarına məlumat verməklərini tapşırmışdır. O da təhsil aldığı məktəbdən qovulacağından qorxaraq həmin yalan məlumatları vermişdir”. Bundan sonra direktor Nisə xanımın hərəkətləri barəsində araşdırılma aparılır. Qeyd edilməlidir ki, * inzibati pozuntuya görə * cəza verilə bilər. İddiaçıin hər hansı təqsirinin olduğu müəyyən edilmir. Eyni zamanda, iddiaçının işdən azad edilməsi ilə bağlı Həmkarlar İttifaqının yekun qərarı nə birinci instansiya məhkəməsi icraatı zamanı, nə apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilməmişdir, qeyd edilən əsaslarla apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, iddiaçı barəsində sonuncu töhmət *9.06.2023-cü il tarixində verilmiş, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən həmin inzibati tənbeh tədbiri öz qüvvəsini itirməmişdir və həmin inzibati tənbeh tədbiri barədə əmri mübahisələndirməmişdirlər.

8. Məhkəmə kollegiyasınin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, bütün məsələlər direktordan başlayıb, belə ki, iddiaçı məktəbdə olan haqsızlıqlara qarşı çıxış etdiyi üçün direktor ona qarşı kompaniyalara başlamışdı, bütün məsələlər də elə bundan qaynaqlanır. Nərminin anası da bildirib ki, məktəbin direktoru Nisə xanım onu çağırıb və iddiaçıdan şikayət etməsini bildirib. Bütün bu kompaniyaları başladan Nisə xanımdır, bu iş Hüseynə qarşı təşkil olunmuş işdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil* izahatında qeyd etmişdir ki, apellyasiya şikayətini əsassız hesab edir, valideynlər tərəfindən yazılan ərizələr və aktlar iş materiallarında mövcuddur, iddiaçı D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə 20*8-ci il tarixdən fiziki tərbiyə müəllimi kimi işləmişdir. 24.**.2023-cü il tarixdə onunla bağlanmış əmrə AR-nın ƏM- nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən azad olunmasına əsas səbəblərdən biri məktəbin Vİİİ sinif şagirdi X30 qarşı müəllim etikasına yaraşmayan hərəkətlər etməsi olmuşdur. İddiaçının məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı müəllim etikasına uyğun olmayan hərəkətləri heç də təsadüfdən olmamışdır. Belə ki, məktəbin fiziki tərbiyə müəllimi olmuş İddiaçı bir neçə dəfə məktəbin inzibati binasına quraşdırılmış təhlükəsizlik kameralarında, dərs saatından sonra, məktəbdə heç kimin olmadığı, qeyri-dərs vaxtlarında Nərmin Quliyeva ilə bilikdə məktəbin idman zalına və ya idman zalında ayrılmış müəllimlər otağına girərək 2-3 saat orada birlikdə olması məktəb direktorunda və məktəbin pedaqoji kollektivində şübhə yaratması səbəb olmuşdur. Bundan sonra məktəbin direktoru, məktəbin Vİİİ sinif şagirdi X3* və məktəbin psixoloqunu otağa dəvət edərək psixoluqun iştirakı ilə onu dinləmişdir. Quliyeva Nərmin qeyd edilən halları öz izahatında təsdiq etmişdir, bundan əlavə iş materiallarında olan X44 ilə Abdullayev Hsüeyn arasında baş verən hadisəyə dair arayışda iddiaçının da həmin halları təsdiq etdiyinə dair izahatı öz əksini tapmışdır. Məktəbin direktoru Nisə Fərəcova tərəfindən ilk öncə Nərmin Quliyevanın anası Şahid məktəbə dəvət etmiş və Nərminin məktəbin müəllimi İddiaçılə olan müəllim şagird etikasına zidd hərəkətlər barədə ona məlumat verlmişdir. Bundan sonra məktəbin direktoru və Nərmin Quliyevanın anası Şahid tərəfindən müəllimin şagirdə qarşı olan qeyri-etik hərəkətlərinin araşdırılması üçün Suraxanı RPİ-yə müraciət olunmuşdur. Eyni zamanda müəllimin şagirdə qarşı etdiyi qeyri-etik davranış qaydaları barədə Nərmin Quliyevanın anası məktəbdə İddiaçı qarşı ona irad tutub, məktəbin inzibati binasında qışqırıb onunla mübahisə edərkən məktəbdə oxuyan şagirdlər və övladlarını məktəbə gətirib-aparan valideyinlər də bundan xəbər tutub, ərizə ilə məktəbin direktorunun adına müraciətlər yazaraq İddiaçı onların övladlarına da qarşı kobud rəftarlar etməsini və hazırki vaxtda məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı qeyri-etik davranışlar etməsini göstərərək müəllimin işdən azad olunmasını, əks təqdirdə isə övladlarını məktəbə buraxmayacaqlarını bildirmişdirlər. Məktəb Nərminin Hüseyn müəllim tərəfindən cinsi zorakılığa məruz qalması ilə faktı ilə əlaqədar deyil, Nərmin və Hüseyn müəllim arasında olan münasibətlərin xarakteri şagird müəllim münasibətlərinə uyğun gəlmədiyi üçün iddiaçını işdən azad edib, direktor da tam qanuni olaraq polisə və valideynlərə məlumat verməli idi. Nisə Fərəcova məktəbin direktoru təyin edilənə qədər iddiaçı barəsində 5 inzibati tənbeh tədbiri verilmişdir. Azərbaycan Təhsil İşçiləri X67 Suraxanı rayon Komitəsinin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı iş prosesində əmək intizamı qaydalarına əməl etməməsi, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi, valideyinlər və şagirdlər arasında mənfi fikir yaratması, məktəbin Vİİİ sinif şagirdi X39 ilə dərs zamanı və dərs saatlarından sonra müəllimə yaraşmayan hərəkətlər etməsi səbəbilə işdən azad edilmişdir. *0. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən Şahid X39 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirirmişdir ki, onun *4 yaşı var. Hal-hazırda məktəbdə oxumur. Əvvəl 232 nömrəli məktəbdə oxumuşdur. İddiaçı onun idman müəllimi olub. Yaxşı dərs keçib, uşaqlara yaxşı davranıb. Məktəbdə yazdığı izahat yadında deyil, izahatın yarısını özü yazmışdır, yarısını orda olan adam demiş, o da yazmışdır. Həmin adamın kim olduğunu bilmir. İddiaçı barəsində heç nə deməyəcəyini bildirmişdir. Qeyd etmişdr ki, İddiaçı onu təhrik etməyib, hal-hazırda ona təzyiq edən yoxdur,məktəbdə yazdığı izahatı təsdiq etmir. **. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən Suraxanı rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 edənin suallarına cavab olaraq bildirmişdir ki, Quliyeva Nərminin ailəsi bir az problemli ailədir, bir neçə dəfə ailəni sığınacağa da yerləşdirmişlər. Nərminin izahatda yazdığı hallar ya öz fantaziyasının məhsuludur, ya da o, həqiqəti demək istəmir. Amma Nərmin sualları cavablandırmaqdan yayınır və bu ona dəlalət edir ki, o özü danışmaq, demək istəmir. *2. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən şahid X22 bacısı şahid X5 edənin suallarına cavab olaraq bildirirmişdir ki, İddiaçı onları məktəbdən evə bir dəfə maşınla aparıb. İdman dərsində udan zaman Hüseyn müəllim bacısının əlindən bir-iki dəfə tutmuş, üzündən öpmüşdür, bir dəfə də Hüseyn müəllim ona demişdir ki, get su gətir, o da suyu gətirib içəri girəndə görmüşdür ki, Hüseyn müəllim bacısını qucaqlayıb öpür. İzahatı məktəbdə psixoloqun iştirakı ilə onlara deyiblər, onlar da yazıb. *3. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən şahid X22 qanuni nümayəndəsi (anası) Şahid sədrlik edənin sualına cavab olaraq bildirmişdirki, onun, direktorun və bir də tanımadığı bir adamın iştirakı ilə Nərmin həmin izahatı onun yanında özü yazıb. Heç kəs Nərminə heç nə deməyib. Dəftər veriblər, özü də yazıb. İzahatdakı xətt Nərminin xəttidir. Hüseynin günahı var, izahat yazdıqdan sonra Nərmin bunu özü ona demişdir. Əgər belə bir şey olmasa idi, Nərmin *-ci dəfə yazardı ki, belə bir şey olmayıb. Ona belə gəlir ki, Hüseyn onu qorxudur deyə Nərmin heç bir şey demir, əgər qorxutmasa idi, nəyə görə Nərmin *-ci dəfə yazmadı ki, müəllim mənə heç bir şey etməyib. *4. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən şahid X4 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirirmişdir ki, İki övladı Hüseynov Məhəmməd və Hüseynov Kürsüm 232 nömrəli məktəbdə 8-ci sinifdə oxuyur. Ərizəni yoldaşı yazıb. Yoldaşı ona zəng edib demişdir ki, məktəbdən direktor deyir ki, Hüseyn müəllimə qarşı izahat yazın. Məktəbdən onlara deyilmişdi ki, uşağa sataşıblar, lakin necə sataşıblar bilmir. *5. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən Şahid X53 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2 övladı həmin məktəbdə oxuyur, biri məktəbəqədər hazırlığa gedir, digəri isə 6-cı sinifdə oxuyur. Hər bir sinfin whatsapp qrupu olur, whatsapp qrupunda valideyn komitəsi valideynlərə deyib ki, Hüseyn müəllim haqqında izahat yazılmalıdır. Valideynlərə deyilmişdi ki, Hüseyn müəllim bir uşağın əlindən tutub, uşaq da şikayət edib. O, belə bir şeyi eşitməmişdir, görməmişdir, Hüseyn müəllimi də tanımırdı, bu səbəbdən yoldaşına demişdir ki, izahat yazma. Hüseyn müəllim barədə izahat yazmamışdır, çünki heç nə bilməyə-bilməyə belə bir şey yaza bilməzdi. *6. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən şahid X37 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, * oğlu var, adı Bəşirov Salehdir. 232 nömrəli məktəbdə 7-ci sinifdə oxuyur, məktəbdə qrup şəklində uşaqlara deyilib ki, müəllimə qarşı ərizə yazsınlar. Nə məktəbə, nə də müəllimə qarşı hər hansı etirazları yoxdur. Ona görə də Hüseyn müəllimə qarşı ərizə yazmamışlar. *7. Məhkəmə kollegiyasının *8.**.2024-cü il tarixli iclasında iştirak edən şahid X6* məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun övladı Aslanov Yusif 232 nömrəli məktəbdə 8b sinfində təhsil alır. Adı çəkilən müəllim onun övladını dəfələrlə təhqir edib, sinifdən çölə atıb. Bir valideyn olaraq elə bir müəllimin işlədiyi məktəbdə övladlarının təhsil almasını istəmir. Müəllim adına layiq olmayan hərəkətlər edib. Bir müəllim şagirdlərinə qarşı nalayiq hərəkətlər edirsə, fikrincə o müəllim adına yaraşmır. Adı çəkilən müəllimin bu hərəkətləri etməsini 232 nömrəli məktəbdə bilməyən valideyn yoxdur. O da, müəllimə qarşı ərizə yazmışdır. Məktəbin müəllimə qarşı heç bir qərəzi yoxdur, sadəcə olaraq heç bir valideyn istəməz ki, onların övladları oxuyan məktəbdə elə bir müəllim dərs keçsin. Quliyeva Nərmin barəsində müəllim etdiyi hərəkətlər valideynlərin whatsapp qrupunda danışılıb, müzakirələr edilib, o da bu vasitə ilə məlumatlı olmuşdur, Nərminin hadisəsindən əvvəl onun oğlu ilə bağlı hadisə olmuşdu və o, müəllimi şikayət etmişdi, buna görə Nərminlə bağlı olan söhbətdə o, artıq bir valideyn kimi laqeyd qala bilməzdi. Bir neçə valideynlə birlikdə gedib məktəbdə narazıçılıqları bildirmişdirlər. *8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri *9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.20**-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: *0. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 7*. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80.* Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. *86.*. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 2*. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 20*4-cü il 6 noyabr tarixli, */2 nömrəli Qərarı ilə təsdiq edilmiş “MÜƏLLİMLƏRİN ETİK DAVRANİŞ QAYDALARİ”-nda qeyd edilmişdir: 4.*.*. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.*.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır. 4.*.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.*.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir. 4.*.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir. 4.*.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir. 4.*.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. 4.*.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.*.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 4.*.*0. Müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. 4.*.**. Müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir. 4.*.*2. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyrimaddi nemətlər tələb etməməlidir. 4.3.*. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur. 4.3.2. Müəllim rəhbər tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir. 4.3.3. Rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 4.3.4. Müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. 4.3.5. Müəllim rəhbərə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olubolmamasını müəyyən etməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 8*. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının üzərinə düşən əmək funksiyasını lazımi qaydada icra etməməsi iş materialları, şahid ifadələri, həmkarlar ittifaqı komitəsinin məktubu ilə təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

24. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı rəsmiləşdirilmə də əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır. Belə ki, iddiaçının izahatı alınmaqla hadisə araşdırılmış, müvafiq aktlar tərtib edilmiş, araşdırmanın nəticələrinə dair arayış tərtib edilmiş, Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edilmiş və Komitənin qabaqcadan razılığı alınmış, qəbul edilmiş əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır.

25. Hüquqi nəticə etibarı ilə 27.**.2023-cü il tarixli, 239 nömrəli əmr qanuni və əsaslıdır və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bu da öz növbəsində onun ləğv edilməsi barədə tələbin, habelə bu tələbə münasibətdə törəmə tələblər olan işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinin təmin edilməməsini şərtləndirir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır

27. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- *034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar