Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4733/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair" ilk və Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi, vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair" ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)-1008/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 31 avqust 2005-ci il tarixli AZ-İ 649093 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası Cavabdehdır.
2. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 oktyabr 1994-cü il tarixli, 30/39965 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanı Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsindən verilən arayışlardan görünür ki, vətəndaş Cavabdeh və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
4. Hazırda İddiaçı özünün ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsini, Cavabdeh isə İddiaçı həmin ünvandan çıxarılmasını tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair" ilk və Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər.
6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının anasıdır. O, 2005-ci ildə iddiaçını övladlığa götürmüşdür. İddiaçının hazırda 19 yaşı vardır. Uzun illərdir ki, onlar birlikdə mübahisəli – ünvan 1 ünvanında yaşamışlar. Cavabdeh iddiaçını həmin mənzilə ailə üzvü kimi köçürüb, mübahisəli sahə iddiaçının yeganə yaşayış evidir. Digər yaşayış yeri yoxdur, o, tələbədir (ödənişli əsaslarla ali təhsil alır). İddiaçı hər zaman düşünürdü ki, onu övladlığa götürən cavabdeh ona ana kimi baxıb, doğma münasibət bəsləyəcəkdir. Lakin, ona bəlli olmayan səbəblərdən son dövrdə onun münasibəti kəskin şəkildə pisləşmişdir. Bildiyi qədərilə mübahisəli evi satmaq üçün onu evdən çıxarmaq istəyir. Bunun üçün müxtəlif bəhanələr danışır. Dəfələrlə iddiaçıdan əşyalarını da götürüb evdən çıxıb getməyini tələb edib. Özü qəsdən dözülməz ab-hava yaradırdı, aqressivlik edirdi. Bunların nəticə vermədiyini görəndə o, 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onunla mübahisə etməyə başlamış, iddiaçını evdən qovmuşdur. O, açarları iddiaçıdan alıb, qapının kilidini bağlamışdır və o vaxtdan bu günədək onu evə buraxmır. Ona izah edə bilmir ki, iddiaçı kimsəsiz tələbədir, qalacağı yeri yoxdur. Məcbur olub dost-tanışlarından maddi və s. yardım istəməyə məcburdur, çıxılmaz ağır vəziyyətdə qalmışdır. Buna görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Onun qalmağa başqa yeri yoxdur, cavabdehin isə iddiaçını yaşayış yerindən məhrum etməyə hüququ yoxdur.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xx.xx.2021-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 2-ə məcburi köçürülməsi və yaşayış sahəsindən istifadəyə dair manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilməsini o, 19 yanvar 2022-ci ildə Bakı İnzibati Məhkəməsində baxılan iddia ərizəsilə əlaqədar öyrənmişdir. İdda ərizəsinin surətini də həmin gün vəkili və nümayəndəsi Nümayəndə2 vasitəsi ilə almışdır. Buna qədər həmin iddia ərizəsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. İddia ərziəsində göstərilir ki, guya o, evini satmaq istəyir, buna görə də müxtəlif bəhanələr gətirərək İddiaçı evdən çıxarmaq istəyir. Ona görə də son dövrdə 2005-ci ildə övladlığa götürdüyü İddiaçı əşyalarını da götürüb evdən getməsini tələb etmişdir. 09 noyabr 2021-ci ildə gecə saatlarında onunla mübahisə edib onu evdən qovmuşdur. Bütün bunlar doğru deyil və həqiqəti əks etdirmir. İddiaçı evdən 09 noyabr 2021-ci ildə deyil, 08 noyabr 2020-ci ildə ürək nahiyyəsindən edilən əməliyyatdan sonra onu çarpayıda köməksiz vəziyyətdə xəstə yatan halda qoyub getmişdir, yeriyə bilmədiyi, baxıma ehtiyacı olması barədə israrlı yalvarışlarına məhəl qoymayaraq, ərə getdiyini, əri ilə 3 otaqlı mənzil kirayə etdiklərini, bundan sonra orada yaşayacaqlarını bildirərək çıxıb getmişdir. Bütün bunlara və onun getdiyi vaxt iddiaçının yataq xəstəsi olduğunu, onun qonşuları - Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi 35, mənzil 9-da yaşayan X5, Rəsul Rza küçəsi 35 mənzil 9-da yaşayan X6, Rəsul Rza küçəsi 35 mənzil 11-12-də yaşayan X8 və qeyriləri də şahiddirlər. Onun övladlıq vəzifəsini yerinə yetirməyərək, iddiaçını xəstə yatağında qoyaraq 08 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad olunan gün onu tərk etməsi, ona qarşı qanunsuz hərəkətlər etməsi ilə bağlı bildirmişdir ki, o, xx.xx.1952-ci ildə anadan olmuşdur. Hazırda Bakı şəhəri Nəsimi rayonu,R.Rza küçəsi ev 35 mənzil 1-də tək yaşayır, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, ürək nahiyyəsindən ağır cərrahiyə əməliyyatı olunmuşdur, mütəmadi müalicə alır, Bakı şəhərində yaxın qohumları yoxdur, bacıları Moskva şəhərində yaşayırlar. Qeyd olunan mənzildə 2020-ci ilin 08 noyabrına kimi xx.xx.2002-ci ildə anadan olmuş, 2005-ci ildə övladlığa götürdüyü İddiaçı ilə birlikdə yaşamışdır. O, 2020-ci ilin oktyabr ayının sonlarında ürək nahiyyəsindən ağır əməliyyat keçirmişdir. Əməliyyatdan sonra yataq xəstəsi idi, müstəqil hərəkət edə bilmirdi, ciddi baxıma ehtiyacı var idi. Lakin, buna baxmayaraq qızlığı İddiaçı “məni qulluq etmək üçün övladlığa götürməmisən ki ” deyərək ona baxmaqdan imtina etmiş, getməməsi üçün ona yalvarmağına baxmayaraq, əşyalarını da toplayaraq tanışı X7 ilə evləndiyini, onunla birlikdə tutduqları 3 otaqlı kirayə mənzildə yaşayacağını bildirərək xx.xx.2020-ci ildə evdən çıxıb getmişdir. Ona bu çətin dövrdə qonşuları yardım etmiş, onlar baxmışlar və baxırlar. Bundan sonra İddiaçı və onun evləndiyini dediyi, tanışı X7 təxminən 2020-ci ilin noyabr ayının 15-də birlikdə yaşadığı evə gəlmiş, ona meyvə və yarım kiloluq şüşə qabın yarısı həcmində plov verərək çıxıb getmişlər. Həmin plovdan 2 qaşıq yedikdən sonra vəziyyəti pisləşmiş, tibbi müdaxilədən sonra özünə gəlmişdir. Bundan 3 gün sonra Səbinə zəng edərək, ona heç nə olmadığını biləndə çox təəccüblənmişdir. Sonralar öyrənmişdir ki, o, əməliyyat olanda Səbinə Elmirlə birlikdə Xaçmaza gedərək oradakı valideynlərindən ona miras qalan evi və torpaq sahəsini Rəşada göstərmişdir. Səbinə bir uşaq kimi çətin tərbiyə olunan uşaq olmuş, o qəddarlığa meyilli olmuşdur. İddiaçı həmişə çalışmışdır ki, onu düzgün tərbiyə etsin. 2020-ci ilin sonunda onun səhhətində problem olanda o evdən tez-tez çıxıb getmiş, gecələr evə gəlməmiş, bəzən isə səhərə yaxın evə gəlmişdir. Səbinənin qəddarlığa meyilli olmasını iddiaçı onun çəkdiyi rəsmlərdən də hiss etmişdir. Belə ki, onun çəkdiyi bütün insan və heyvan rəsmlərində qan əsas rol oynayır. Onun çəkdiyi bir qız rəsmində ingiliscə “mənimlə oyna“ yazıb, qızın ağzından, ürəyindən və çiynindən qan gəlir, qızın hər iki qolu dirsək nahiyyəsindən kəsilmiş, hər iki qolun kəsik yerlərindən və qızın ağzından qan gəlir. Digər bir rəsmdə o, zəncirlə birləşdirilmiş, ilan dolaşmış qan içində qadın və kişi rəsmləri çəkmişdir. Onun dediyinə görə o rəsmlər onun və sevgilisi Elmirin rəsmidir. Onları kim ayırsa onun rəsmdəki kimi qanı axacaqdır. Onun belə rəsmləri çox idi. İndi iddiaçıda 7 belə rəsm qalıb. Onların surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa o, Səbinə evdən gedəndən sonra otaqdan 3 ədəd termometr və kəsici alət tapmışdır. Bu barədə qonşuları Fomaya da demişdir. O və Foma Səbinə ilə söhbət edəndə o bildirdi ki, termometrləri o, özü alıb, onlar işləmir. O, həkimə bunu deyəndə həkim ona bildirdi ki, o termometrlərin birindəki civə kifayətdir ki, insan zəhərlənsin və ölsün. O, o saat bildi ki, 3 işləməyən xarab termometrləri ona Rəşadgil verib ki, iddiaçını termometrdə olan civə ilə zəhərləsinlər. Əks halda 3 işləməyən eyni markalı termometrləri almaq, evdə gizli saxlamaq başqa nə üçün ola bilər. Eyni zamanda 2021-ci ilin yanvar ayının 17-də Səbinə, Rəşad və Rəşadın atası evlərinin yanına gəlib ona dedilər ki, guya onlar “zaqsa” gedirlər, evlənəcəklər, onlar iddiaçını inandırmaq üçün gül də almışdılar. Lakin, iddiaçı bilirdi ki, onlar iddiaçını aldadır və istəyirlər ki, Rəşadı o evə qeydiyyata alsın. İddiaçı uzun müddətdir ki, ünvan 2-də iddiaçı ilə yaşamır. 08 noyabr 2020-ci ildə isə o, bütün əşyalarını toplayaraq özü ilə aparmış, ər-arvad münasibətində olduğu X7 ilə birlikdə yaşayır. İndi öyrənir ki, onlar evlənməmiş, iddiaçını aldatmışlar. Göründüyü kimi, iddiaçının həyatı indi də təhlükə altındadır. Sonradan bilmişdir ki, onlar bunula Elmir İsmayılzadənin iddiaçının mənzilinə qeydə alınmasına nail olmaq istəyiblər. İddiaçı artıq onların necə bir insan olduqlarını bildiyi üçün buna razı olmamışdır. Bunula da Səbinə və Elmir onu zəhərləyib öldürərək mənzilinə və Xaçmaz şəhərindəki ata mülkünə sahib çıxmaq istəmişlər. Qeyd olunan hadisə ilə bağlı o, Nəsimi Rayon Prokurorluğuna rəsmi şikayət ərizəsi yazmışdır. Həmin ərizə ilə əlaqədar Nəsimi rayon prokuroru, 19 aprel 2021-ci ildə Nəsimi rayon Polis İdarəsinə onun təhlükəsizliyinin təmin olunması üçün qanuni tədbir görülməsindən ötrü məktub yazmış, ona qarşı edilən qanunsuz hərəkətlər haqqında isə hazırda Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır. Lakin, o, prokurorluqda izahat verəndə bildirmişdir ki, Səbinə qəddarlığa meyilli qızdır. O, bunu onun çəkdiyi şəkillərdən də hiss etmişdir. Qəddarlığı və qan tökməyi təbliğ edən həmin şəkillərə görə qonşu da Səbinə ilə söhbət edib, buna görə istəmişdir ki, onlar barəsində tədbir görülsün, səhvlərini başa düşsünlər, iddiaçının təhlükəsizliyi təmin olunsun, onlar bir daha ona qarşı qanunsuz hərəkətlər etməyə cəsarət etməsinlər, lakin Səbinənin cinayət məsuliyyətinə cəlb olunmasını bir ana kimi istəməmişdir. İddiaçı 08 noyabr 2020-ci ildə bütün əşyalarını toplayaraq özü ilə aparmış, ər-arvad münasibətində olduğu X7 ilə birlikdə yaşayır. İddiaçı faktiki yaşamadığı, tərk etdiyi mənzildə formal olaraq qeydiyyatda qalması "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Odur ki, İddiaçı yaşamadığı, mülkiyyətçisi barədə cinayət törətməyə cəhd etdiyi mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır, onun təhlükəsizliyinə xidmət etmir və eyni zamanda faktiki vəziyyəti əks etdirmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 16 iyun 2002-ci ildə anadan olmuş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması barədə Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Nəsimi Rayon Polis İdarəsindən vəkil Nümayəndə2 ünvanlanmış 18 may 2021-ci il tarixli, 082-18430-1221 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yanlız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Göründüyü kimi müraciətinin qanunvericilikdə göstərilən əsaslara tam cavab verməsinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunlu 18 may 2021-ci il tarixli, 082-18430-1221 nömrəli imtina verməklə hüquqlarını məhdudlaşdırmışdır. Hüquqlarının bərpa edilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ona görə də iddiaçı Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə müvafiq olaraq Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci ildə iddia ərizəsi verərək, İddiaçı mülkiyyətçisi olduğu ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması barədə iddia vermişdir. Həmin iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Göründüyü kimi, İddiaçı indiyə kimi ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, zorakılığa meyillidir, 18 yaşına çatmış, əmək qabiliyyətli olsa da, öz övladlıq borcunu yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Məmmdəriza qızının bu qanunsuz hərəkətlərindən sonra onunla eyni mənzildə yaşamağı qeyri-mümkündür, onun iddiaçının yaşadığı 1 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılması baxıma ehtiyacı olan yaşlı və xəstə bir qadın kimi həyatına real təhlükə törədər, ağır nəticəyə gətirib çıxarmaqla və ədalətsizlik olardı.
8. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 aprel 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 250-300 (iki yüz əlli-üç yüz) manatdır.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)- 1008/2022 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsi Cavabdeh qadağan edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin birinci iclasında onların vəsatətinə ilkin iddiaçının təqdim etdiyi, guya İddiaçı mənzildən zorla qovulmasını “sübut” edən səs yazısı olan “CD” diskinə məhkəmədə qulaq asıldı. “CD” diskində olan səs yazısı aydın eşidilmirdi. Məhkəməyə təqdim edilmiş səs yazısı saxta sübut əldə etmək üçün qəsdən yazılmış, saxtalaşdırılmış səs yazısıdır. Onu təqdim edənlər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. İddiaçı uzun müddət qeydiyyatda olduğu mənzildə yaşamaması, Cavabdeh ilə münaqişədə olması, aqressiv xarakterə malik olması, çəkdiyi insanlar və heyvanlar üzərində zorakılığı təbliğ edən rəsmlərin də ona dəlalət etdiyini göstərdiyini, onun bu rəsmlərlə Cavabdeh da hədələdiyi barədə, onun Cavabdeh ilə cəmi 40 kvadratmetr olan mənzil sahəsində yaşaması yaşlı və ağır xəstə olan sonuncunun həyatı üçün təhlükəli olduğunu göstərən sübutlar heçə sayılaraq, iş üzrə ədalətsiz, qanunsuz və qərəzli qətnamə çıxarılmışdır. Onların tərəfindən təqdim edilmiş aşağıdakı sübutlar da tədqiq edilməmiş qalmışdır: 1.Cavabdeh İddiaçı Məmmədrza qızının 08 noyabr 2020-ci ildə, ağır cərrahiyyə əməliyyatından çıxan, yataq rejimində olan analığı Cavabdeh Məmmədovanı köməksiz vəziyyətdə qoyaraq evdən çıxıb getməsini, həmin vaxtdan qeyri-rəsmi ər-arvad kimi yaşadığı X7 ilə sonuncunun qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 58 A mənzil 83-də yaşaması (qeyd olunan xüsusat Nəsimi rayon prokurorluğunun apardığı araşdırma materialları və həmin materiallardakı İddiaçı və İsmayılzadı Elmirin izahatları ilə təsdiq olunur). 2. 08 noyabr 2020-ci ildə hal-hazıra kimi ünvan 7 ünvanında yaşamaması, həmin mənzildən ərə getdiyini bəyan edərək mənzilin açarlarını da götürüb getməsi, bir gün sonra - 09 noyabr 2020-ci ildə mənzilin açarını gətirərək evə qoyub, evdən analığı Cavabdeh məxsus bilgisayarı götürüb getməsi, Elmirlə birlikdə ona yarımkiloluq bankada aş gətirməsi, həmin aşdan yedikdən sonra Cavabdeh halının pisləşməsi, 17 yanvar 2021-ci ildə Elmir və onun qohumları ilə gül-çiçək alaraq nikaha daxil olmaq üçün Zinaidanı da VVAQ şöbəsinə getməyə dəvət etməkləri (qeyd olunanları 31 may 2021-ci il tarixli aktı təstiq edən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 yaşayan adları konkret olaraq qeyd olunan Cavabdeh qonşuları və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli arayışı bir daha təsdiq edir). 3. Cavabdeh hələ 2021-ci ilin aprel ayında Nəsimi Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək İddiaçı Məmmədrza qızının və X2 onu qəsdən öldürərək əmlakına sahib olmaq istəmələrindən şikayət etmişdir. Nəsimi Rayon Prokurorluğu həmin ərizə üzrə araşdırma aparmış,19 aprel 2021-ci ildə Nəsimi rayon prokuroru Nəsimi rayon Polis İdarəsinin rəisinə Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 mənzil 1-də yaşayan Cavabdeh Məmmədovanın təhlükəsizliyinin təmin olunması üçün məktub yazmışdır. Həmin araşdırma zamanı İddiaçı və X7 izahatlarında sevgiliolduqlarını və 08 noyabr 2020-ci ildən X4 qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 58 A mənzil 83-də sonuncunun anası və azyaşlı qardaşı ilə birlikdə yaşadıqlarını göstərmişlər. Məhkəmə ilkin iddiaçının nümayəndəsinin təqdim etdiyi iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2020ci ildən xx.xx.2022-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması, İddiaçı nikah haqqında akt qeydi aşkar edilməməsi haqqına arayışı sübut kimi qəbul etmiş, lakin bu faktı tədqiq etmək üçün Nəsimi Rayon Prokurorluğunun araşdırma materiallarındakı İddiaçı və X1 olmaları, birlikdə yaşamaları barədə izahatlarını, Cavabdeh qarşı qanunsuz hərəkətlər barədə bu barədə onların təqdim etdiyi məlumatları, materialları tədqiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş cəmi 2 iclasın heç birində, nə xx.xx.2022-ci ildəki saat 15-00 təyin edilmiş iclasda, nə də xx.xx.2002-ci ildəki saat 16-00-ya təyin edilmiş, lakin saat 17 radələrində başlanmış hər biri cəmi 10 dəqiqə çəkmiş iclaslarda heç bir sübut tədqiq etməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Bakı şəhəri Nəsimi rayonu 1-ci mikrarayon A.Məhərrəmov küş.ev 21 mən.49-da yerləşən "xxxx" MMC-nin direktoru T.R.Əhmədovaya ünvanlanmış məktubu, "xxxx"MMC-nin direktoru T.R.Əhmədovanın Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 19 mart 2022-ci il tarixli arayışı və həmin arayışa əlavə edilmiş 276 PLS nömrəli HESAB-FAKTURA elektron məhkəmə portalında sənədlərə əlavə olunmamış, həmin məktuba, arayışa və hesab fakturaya məhkəmə iclasında tədqiq edilməmiş, araşdırılmamış, həmin sənədlərə qətnamədə istinad edilməmişdir (həmin sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin orta aylıq kirayə haqqı 250-300 manatdır).
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətinə dair etirazla məhkəməyə müraciət etmişdir. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, təklif edilən kompensasiyanın nə zaman, hansı qaydada, hansı məbləğdə birdəfəlik və ya hissə-hissə ödənilməsi məlum olmamışdır. Hazırda İddiaçı həqiqətən də həmin mənzildə yaşamır, o, bu halı təsdiqləyir və təkzib etmir, o bildirir ki, 08 noyabr 2020-ci ildən qovulub, həmin tarixdən bu günədək orada yaşamır, çünki analığı onu həmin mənzilə buraxmır. Lakin İddiaçı həmin mənzildə könüllü olaraq getməyib, analığı onu qovmuş, kilidi dəyişdirmişdir. İddiaçı nikaha daxil olması barədə qeyd aşkar edilməmişdir. İddiaçı övladlığa götürülməsə idi, dövlət tərəfindən təminatlı vətəndaş sıyahısına daxil olmaq hüququ olacaqdı, lakin o, bu hüququndan məhrum edilmişdir, çünki hazırda o, Z,Mirzəyevanın qızı kimi qeydiyyatdadır.
ç) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər və bildirdilər ki, iş üzrə tərəflərin bir yerdə yaşamaları mümkün deyildir. Həmçinin, Cavabdeh ərizə təqdim edərək 10000 (on min) manat kompenasiya verilməklə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi 35 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh həmin məbləğdən artıq kompensasiya təklif edə bilməyəcəyini bildirdi.
14. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi və bildir ki, təmsil etdiyi şəxsin yaşamağa başqa yeri yoxdur, onun 20 yaşı təzə tamam olub, tələbədir, iş yeri və daimi qazancı yoxdur. Təklif olunan kompensasiyanın məbləğindən asılı olmayaraq onun istifadə hüquqlarına xitam verilməsini qəbul etmir. Həmçinin, bildirir ki, Cavabdeh mübahisəli ünvanda olan evi şəhərin mərkəzində torqovu deyilən ərazidədir, faktiki 3 otaqdan ibarətdir. Həmin otaqların ikisini kirayəçilərə kirayə verir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
16. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
19. Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
20. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
21. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılılı iddianın təmin olunması xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
30. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, müəssisənin 16 avqust 2022-ci il tarixli Arayışına əsasən həmin məbləğ 420-480 (dörd yüz iyirmi-dörd yüz səksən) manat təşkil edir.
31. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, müəssisənin 02 sentyabr 2022-ci il tarixli arayışına əsasən 220-250 (iki yüz iyirmi-iki yüz əlli) manat təşkil edir.
32. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən Mülki Məcəllənin 152.5-ci, 157.2-ci, 157.4-cü maddələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə İddiaçı öz əmlakını geri tələb etmək hüququ mövcuddur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdehin mübahisəli mənzildən ilk iddia üzrə iddiaçının qeydiyyatdan çıxarılması barədə qarşılıqlı iddia tələbi ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını pozur.
33. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları mülkiyyətçinin hüquqlarının müdafiəsini təmin edən normalardır. İşin hallarından aydın olur ki, İddiaçı köçürülməsini istədiyi evin sahibi, mülkiyyətçisi deyil, həmin daşınmaz əmlakın mülkiyyətçisi Cavabdehdır. İddiaçı Cavabdeh ailə üzvü olduğu üçün onun həmin mənzilə köçürülmək, həmin mənzildən istifadə etmək hüquqları vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı halda onun mülkiyyət hüquqlarının pozulması barədə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
34. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməsə də, bununla bağlı hər hansı əsaslandırmaya istinad etməmişdir.
35. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 10000 (on min) manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia təmin edilməməlidir.
37. Belə ki, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı övladlığa götürüldüyü vaxtdan daimi olaraq mübahisəli evdə yaşamış, onun başqa daimi yaşayış yeri yoxdur, rəsmi nikaha daxil omayıb, tələbədir, daimi iş yeri və qazancı mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə sübutları qiymətləndirərək hesab edib ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə təklif etdiyi 10000 (on min) manat kompensasiya məbləği cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir.
40. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq, kompensasiyanın məbləğinin 20000 (iyirmi min) manat həddində müəyyən edilməsini ədalətli və adekvat olduğunu qeyd edərək, qarşılıqlı iddia üzrə iddiaçı tərəfə kompensasiyanın məbləğinin qaldırılmasını təklif etsə də həmin tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır.
41. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
41. Bununla yanaşı məhkəmə kollegiyası İddiaçı daimi yaşayış yerinin olmamasını nəzərə alaraq onun istifadə hüququ olan həmin mənzilə köçürülməsinin zəruri olduğunu hesab edir.
42. Apellyasiya şikayətində Cavabdeh qızı İddiaçı mübahisəli mənzildə yaşamadığını qeyd edir, bu hal isə işin mübahisəsiz halıdır, digər tərəfdən onun həmin mənzili öz iradəsi əleyhinə tərk etməsi onun anasına məxsus olan mənzildə yaşamaq hüququnun itirilməsinə əsas ola bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1008/2022 saylı iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair” ilk iddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülsün. Həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsi ilk iddia üzrə Cavabdeh qadağan edilsin. Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qiymətləndirmə xərci olan 100 (yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.