Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4733/2025 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin təhvil verilməsi təbləbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçının nümayəndəsi X18, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2022-ci il il tarixli, ******** nömrəli müqavilənin əslindən görünür ki, xxxx Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, ** nömrəli, izolə olunmuş 4 otaqdan ibarət mənzili bir pay kimi verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmami ilə ödəməyi öz üzərinə götürmüşdür.
2. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbədə ümumi sahəsi 209.1 kv.m olan 4 otaqlı, ** saylı mənzilin dəyərini tam ödəmişdir. 3.X5 (X2 əvəzinə) səlahiyyətli orqanlara ünvanlanmış ##.##.2022-ci il tarixli ************* nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa etdiyi və payçısı olduğu yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m təşkil edən, 4 otaqlı, ** saylı mənzildən və pay hüququndan imtina etdiyini və başqa ada keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
4. “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədən görünür ki, son zamanlar onlara daxil olan məlumatlara görə “MMC”-nin saxta möhür və blanklarından istifadə halları məlum olmuşdur. Bu halların aradan qaldırılmaı üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.
5. “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 18-ci mərtəbəsində yerləşən ** saylı mənzilin sahəsi 209.1 kv.m yox, 158.8 kv.metrdir. Həmin ** saylı mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, ****** nömrəli müqavilənin əslindən görünür ki, müqavilənin əsas predmeti: Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 18-ci mərtəbə ümumi sahəsi 158.8 kv.m olan, ** nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmami ilə ödəməyə öz üzərinə götürmüşdür.
7. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli arayışdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının, 18-ci mərtəbədə ümumi sahəsi 158.8 kv.m olan 3 otaqlı, ** saylı mənzilin dəyərini tam ödəmişdir.
8. QV seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Qaçqın Vəsiqəsinin surətindən görünür ki, X21çqın statusuna malikdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 209.1 kv.m. olan ** nömrəli mənzilin iddiaçı İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə iddiaçı İddiaçı arasında ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, ** nömrəli mənzili cavabdeh “xxxx” MMCdən almışdır. Cavabdeh “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixində verilmiş arayışdan da görünür ki, qeyd olunan mənzilin dəyəri 230010 (iki yüz otuz min on manat) manat iddiaçı İddiaçı tərəfindən tam ödənilmişdir. ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilənin 8.1-ci maddəsinə əsasən, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi mənzili xxxx təhvil verir, payçı isə qəbul edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, iddiaçı İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Lakin iddiaçıya məxsus olan mənzil bugünədək cavabdeh “xxxx” MMC tərəfindən ona təhvil verilməmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh “xxxx” MMC-nin iddiaçıya məxsus mənzili təhvil verməməsi və mənzilin açarlarını təqdim etməməsi hazırda iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsaslarına görə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC ilə ##.##.2022-ci il tarixində ******** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.metr olan ** nömrəli izolə olunmuş və 4 otaqdan ibarət olan mənzili bir pay kimi İddiaçıə verməyi, payçı-İddiaçı müqavilədə göstərilmiş məbləği tam və vaxtında ödəməyi öz üzərinə götürmüşdür. Onun tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik icra edilməmiş, mənzil ona təhvil verilməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ilk növbədə iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında etibarlı əqdən irəli gələn öhdəlik hüquq münasibətinin yaranıb-yaranmadığı müəyyən edilməli, yalnız tərəflər arasında etibarlı əqdin bağlanılması, öhdəlik hüquq münasibətinin yaranması halı öz təsdiqini tapdığı halda müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulub-pozulmamasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır.
14. Məhkəmə işdə olan ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçı X21 ilə cavabdeh “xxxx” MMC arasında bağlanılmış ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri “xxxx” MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Həmçinin iddiaçı tərəfindən istinad edilən müqavilə ilə ekspertizaya təqdim edilmiş digər müqavilələrdəki imzanın müxtəlif şəxslər tərəfindən icra edilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, qeyd olunan müqavilədə cavabdehin iştirakı və iradə ifadəsi olmadığından müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 386.1, 337.1-337.5-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərarı; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 218.3, 107, 124.2, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı X21 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı qeyd olunan müqaviləni cavabdehin rəsmi ofisində imzalamış və müqavilə üzrə öz öhdəliklərini tam, vaxtında icra etmişdir. Bununla da, aralarında etibarlı öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə tərəfindən möhürlərin fərqli olması müəyyənləşdirilsə də, möhürlü sənədlərin hansının əvvəl imzalandığı və fərqli möhürlərin hansı əsaslarla əldə edildiyi nəzərə alınmamışdır. Belə ki, cavabdeh tərəfindən hüquqi şəxsə məxsus möhürün itirilməsi barədə yalan ərizələr verilmiş və bunun əsasında bir neçə möhür əldə edilmişdir. Bununla da, cinayətkar əməllər törədilmiş və fərqli möhürlərdən istifadə edilərək fərqli şəxslərlə eyni məzmunlu müqavilələr imzalanmışdır. Bu hallar Birinci Instansiya Məhkəməsi tərəfindən qəbul edilmiş və cavabdeh barədə xüsusi qərardad qəbul edilmişdir. Işin hallarından aydındır ki, iddiaçı öz öhdəliklərini tam icra etmiş və bu icra cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən öz öhdəliklərinin icrasına gəldikdə müxtəlif şəxslərlə geri tarixə imzalanmış müqavilələr, hüquqi şəxsin rəhbərlərinin özlərinin bilərəkdən yol verdikləri qanunsuz hərəkətlər ortaya çıxarılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında etibarlımüqavilə imzalanmış və öhdəlik münasibətləri yaranmışdır. Lakin cavabdeh öz öhdəliklərini icra etməmək üçün müxtəlif qərəzli və qanunsuz əməllərə üz tutmuşdur. ddiaçıİddiaçı ilə cavabdeh “xxxx” MMCarasında bağlanmış müqavilənin, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş digər müqavilələrin hər birinin predmeti fərdi-müəyyən əşyalardır. Belə ki, həmin müqavilələrdə təhvil verilməli olan mənzilin ünvanı, ümumi sahəsi və otaq sayı kimi xüsusatlar razılaşdırılmışdır. Iddiaçı İddiaçıə təhvil verilməli olan mənzil Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, ** nömrəli, izolə olunmuş 4 otaqdan ibarət mənzildir. Həmin mənzilə dair digər şəxslərlə müqavilə imzalanması və təhvil verilməsi mümkün deyildir. Cavabdeh tərəfindən təqdim olunan müqavilə ilə iddia olunmaqdadır ki, ** nömrəli mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına rəsmiləşdirilmişdir və ümumi sahəsi 158.8 kv.m. otaq sayı isə 3-dür. Göründüyü kimi, müqavilələrin predmetləri fərqlilik təşkil etməkdədir və İddiaçıə təhvil verilməli olan mənzilin üçüncü şəxsə təhvil verilmiş olmasımümkün deyildir. Buna görə də, cavabdeh “xxxx” MMC ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilə üzrə öhdəliklərini icra etməli və Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan olan 4 otaqdan ibarət mənzili iddiaçı İddiaçıə təhvil verməlidir. Mübahisənin düzgün həll olunmasında kilid rol oynayan hansı müqavilənin daha əvvəl tərtib olunması məsələsi məhkəmə tərəfindən aydınlaşdırılmadan, bu barədə heç bir sübut təqdim edilmədən Birinci Instansiya Məhkəməsi tərəfindən səhv nəticəyə gəlinmişdir. Məhkəmə iş materiallarında olan ##.##.2025-ci il tarixli, */**-*/**-*/** nömrəli ekspert rəyini tam və düzgün qiymətləndirməmişdir. Belə ki, ekspert rəyi ilə möhürlərin fərqli olması müəyyənləşdirilmişdir. Lakin Məhkəmə tərəfindən fərqli möhürlərin hüquqi şəxs tərəfindən hansı üsulla və əsaslarla əldə edilməsi araşdırılmamış və sübutlar bu cəhətdən qiymətləndirilməmişdir. Bununla da, iddiaçının hüquqları kobud şəkildə pozulmuş və ##.##.2022-ci il tarixli ******** saylı müqavilə əsassız olaraq etibarsız hesab edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, onların əsas dəlillərindən biri o idi ki, iddiaçı Ramin Manafovu görməyib, onu tanımayıb. X15 tərəfindən edilib. Birinci instansiya məhkəməsində təyin edilərək keçirilmiş ekspertiza tədqiqatında Rəsul Əhmədovun imza nümunələri alınmayıb, əvvəlki müqavilələr ekspertizaya təqdim edilmiş və rəy verilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkil2 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsində məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən imzaların Rəsul Əhmədova aid olmadığı öz təsdiqini tapmışdır.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər Işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.2. Iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Iddia tələbi təmin edilmədiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2022-ci il il tarixli, ******** nömrəli müqaviləyə əsasən xxxx Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m olan, ** nömrəli, izolə olunmuş 4 otaqdan ibarət mənzili bir pay kimi verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında və təmamilə ödəməyi öz üzərinə götürmüşdür.
28. X5 (X2 əvəzinə) səlahiyyətli orqanlara ünvanlanmış ##.##.2022-ci il tarixli ************* nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.Ismayılov küçələrinin kəsişməsində inşa etdiyi və payçısı olduğu yüksək mərtəbəli yaşayış binasının, 1-ci bina, 18-ci mərtəbə ümumi sahəsi 209.1 kv.m təşkil edən, 4 otaqlı, ** saylı mənzildən və pay hüququndan imtina etdiyini və başqa ada keçirilməsinə etiraz etmədiyini bildirmişdir. 29.## ######## 2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçı qeyd etmişdir ki, mənzili bir dəfəyə 230000 manat pulu nəğd qaydada verib almışdır. Pulu 2021-ci ilin dekabr ayında ödəmişdir. Mənzili Məqsəd adlı bir nəfərdən almışdır. Lakin şirkət müqaviləni birbaşa onun adına vermişdir.
30. Hazırkı mülki iş üzrə cavabdeh “xxxx” MMC-nin vəkil-nümayəndəsi iddiaçı tərəfindən istinad edilən ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilənin cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən icra edilmədiyini, yəni həmin müqavilənin cavabdehin iradə ifadəsinin nəticəsi olmadığını bildirməklə həmin müqavilənin etibarlılığını mübahisələndirmişdir.
31. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı).
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisə üzrə ilk növbədə iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında etibarlı əqdən irəli gələn öhdəlik hüquq münasibətinin yaranıb-yaranmadığı müəyyən edilməli, yalnız tərəflər arasında etibarlı əqdin bağlanılması, öhdəlik hüquq münasibətinin yaranması halı öz təsdiqini tapdığı halda müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulub-pozulmamasının müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır.
33. Iş üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**-*/**-*/** nömrəli ekspert rəyindən görünür ki: a. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ila Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2021-ci il tarixli, 071003 nómrəll Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" “xxxx” MMC Əhmədov R.S. Imza" qrafasındakı imza ilə mülki işin 99-cu vərəqində "xxxx" MMC ilə X1 adlarından olan ##.##.2020-ci il tarixli, ****** nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx" xxxx MMC Əhmədov R.S. Imza" qrafasındakı imza- Eyni şəxs tərəfindən icra olunmuşdur. b. Ekspertizaya təqdim edilmiş, mülki işin 77-78-ci vərəqlərində "xxxx" MMC ilə X21 adlarından olan ##.##.2022-ci il tarixli, ******** nömrəli Müqavilənin 2-ci vərəqinin aşağı sol hissəsində "xxxx" xxxx MMC Əhmədov R.S. Imza" qrafasındaki imza ilə mülki işin 99-cu vərəqində "xxxx” MMC ilə X1 adlarından olan ##.##.2020-ci il tarixli, ****** nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində "xxxx" xxxx MMC Əhmədov R.S. Imza" qrafasındakı imza və "xxxx" MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2021-ci il tarixli, ****** nömrəli Müqavilənin arxa tərəfinin aşağı sol hissəsində ""xxxx” xxxx MMC Əhmədov R.S. Imza" qrafasındakı imza- Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. c. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan ##.##.2022-ci il tarixli Arayışda "xxxx” MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə mülki işin 100-cü vərəqində olan ##.##.2020-ci il tarixli Arayışda "xxxx MMC-nin baş direktoru Əhmədov.R.S." qrafasındakı imza- Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. d. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqində olan ##.##.2022-ci il tarixli Arayışda "xxxx MMC-nin bas direktoru Əhmədov.R.S." qrafasındakı imza ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan ##.##.2021-ci il tarixli Arayışda "xxxx MMC-nin baş direktoru Əhmədov.R.S" qrafasındakı imza Müxtəlif şəxslər tərəfindən icra edilmişdir. e. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə X1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli ****** nömrəli müqavilədə və eyni tarixli arayışda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## ###### 2021-ci il tarixli ****** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş "xxxx" MMCilə X22 arasında bağlanmış ## ##### 2022 ci il tarixli ******** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əkslərinin orta dairədəki "xxxx" yazıları şırnaqlı printerdə çap edilmişdir, möhür əkslərinin dairələri və dairələr boyunca olan yazılar relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur; f. Tədqiqata təqdim edilmiş "xxxx” MMC ilə X1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli ****** nömrəli müqavilədə və eyni tarixli arayışda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ## ###### 2021-ci il tarixli ****** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMCnin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı Mirfakhreddın qızı arasında bağlanmış ## ##### 2022-ci il tarixli ******** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 34.Məhkəmənin ## #### 2026-cı il tarixli *-*-*/*-*****/**** saylı sorğusuna Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin cavab məktubunda qeyd olunur ki, müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin saxta möhür və blanklarından istifadə halları” ilə bağlı MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ##.##.2022-ci il tarixli müraciətə Baş Idarədə “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi çərçivəsində baxılaraq araşdırma aparılmış, araşdırma zamanı "xxxx" MMC tərəfindən Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.CəliIov, A.Ismayılov küçələrinin kəsişməsində və ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında olan mənzillərin X2 tərəfindən hazırlanmış saxta möhür və imzalarla təsdiq edilmiş alqı-satqı müqavilələri ilə müəyyən şəxslərin adına rəsmiləşdirildiyi və dələduzluq yolu vətəndaşlara külli miqdarda ziyan vurulduğu müəyyən edilmiş, istintaq müddətində X2 ölkə hüdudlarından kənarda olduğundan onunla hər-hansı istintaq hərəkəti aparmaq mümkün olmamışdır. Odur ki, Baş Idarədə istintaqı aparılan cinayət işindən göstərilən faktla bağlı Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi RPI-nə göndərilmişdir.
35. Bundan əlavə, məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli sorğusuna Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin cavab məktubunda qeyd olunur ki, X5 (X2) tərəfindən Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ərizənin surətinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan sənədlər notariusa və ya müvafiq icra hakimiyyəti orqanına azı iki nüsxədə təqdim olunmalı, nüsxələrdən biri notariusun və ya müvafiq icra hakimiyyəti orqanının işlərində saxlanılmalıdır. Ərizələr əqd olmadığından vətəndaş tərəfindən bir nüsxədə təqdim olunur, notariat qaydasında təsdiq edilərək müvafiq reyestrdə qeydiyyatı aparılır və geri qaytarılır. Sorğunuzla əlaqədar olaraq Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə 8I- 3707 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizənin qeydə alındığı reyestr kitabından çıxarış Sizə göndərilir.
36. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin cavab məktubunda qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Iran Islam Respublikası vətəndaşı İddiaçı mənzilə dair saxta müqavilə və maliyyə arayışı verilməsi barədə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli xüsusi qərardadı əsasında aparılmış araşdırmanın nəticəsi barədə ##.##.2026-cı il tarixli sorğunuza baxılmışdır. Məlumat üçün bildirilir ki, eyni məzmunlu xüsusatlar əsasında Bakı şəhəri, Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq olunduğundan toplanmış material nəzarətin davam etdirilməsi və göstərilən cinayət işinə əlavə edilməsi məqsədilə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə təqdim olunmuşdur.
37. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı mənzili bir dəfəyə 230000 manat pulu nəğd qaydada verib almış, pulu 2021-ci ilin dekabr ayında ödəmiş, mənzili Məqsəd adlı bir nəfərdən almışdır.
38. O cümlədən, müəyyən olundu ki, X5 (X2 əvəzinə) mənzildən və pay hüququndan imtina etməsi və başqa ada keçirilməsinə etiraz etməməsi barədə notarial ərizə vermişdir. X3 ilə xxxx” MMC arasında mübahisə predmeti olan mənzilə dair müqavilənin mövcudluğu barədə məhkəməyə sübut təqdim edilməmişdir. 39.Məhkəmənin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli sorğusuna Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin cavab məktubunda qeyd olunur ki, X5 (X2) tərəfindən verilmiş yalnız ərizə təsdiq olunduğundan qeydə alınıb qaytarılmışdır.
40. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X21 ilə cavabdeh “xxxx” MMC arasında bağlanılmış ##.##.2022-ci il tarixli ******** nömrəli müqavilədə və eyni tarixli arayışda olan möhür əksləri “xxxx” MMC-nin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.
41. O cümlədən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin cavab məktubunda qeyd olunur ki, mənzillərin X2 tərəfindən hazırlanmış saxta möhür və imzalarla təsdiq edilmiş alqı-satqı müqavilələri ilə müəyyən şəxslərin adına rəsmiləşdirildiyi və dələduzluq yolu vətəndaşlara külli miqdarda ziyan vurulduğu müəyyən edilmiş, istintaq müddətində X2 ölkə hüdudlarından kənarda olduğundan onunla hər-hansı istintaq hərəkəti aparmaq mümkün olmamışdır. 42.Nəticədə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında mənzilə dair etibarlı müqavilənin bağlanması müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya qeyd edir ki, iddiaçı rüsum ödəməkdən azad olduğu üçün iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri dövlət büdcəsinə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı X21in apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli