Məhkəmə qərarları › İş №2(103)-4737/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4737/2025

15.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4737/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X* cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “torpaq sahəsinə istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X*5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı X*2ın nümayəndəsi Nümayəndə2, Maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı X* cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-507/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X27 * saylı Bakı Ərazi İdarəsi və maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı *. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-304/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizəçinin tələbi təmin edilməsi, X4 ünvan 3-də mülkiyyət hüququnun tanınması və X5 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət olunmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*050/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X9 və X*4 cavabdeh Nümayəndə2 Sadiq oğluna qarşı (Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maeələrə və müdaxilələrə qadağa qoyulması, girişcıxışın bərpa edilməsi” tələbinə dair iddia tələbinin təmin olunmaması, ödənilmiş *00 manat dövlət rüsumunun iddiaçılara aid olunması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-5452/2024 nömrəli, *7.*0.2024-cü il tarixli qətnaməsi ilə apellyasıya şikayəti təmin edilməyərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-*050/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunması qət edilmişdir.

4. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin A-45-*5* saylı, xx.xx.2022-ci il tarixli X3 ünvanladığı məktubdan müəyyən olunur ki, yaşayış evinin sökülərək mövcüd ölçülərdən kənara çıxmamaq şərti ilə yenidən tikilməsinə etiraz edilmir.

5. 240*00324 saylı, *2.09.2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında X** tərəfindən Bülbülə bələdiyyəsi ərazisində 870 kv.metr bağ sahəsinin X*6 33 il ərzində icarəyə verilməsinə dair 28 oktyabr 2005-ci il tarixli, 35 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş sxemin, həmçinin X26 tərəfindən Bülbülə bələdiyyəsi ərazisində olan 900 kv. metr torpaq sahəsinin X8 32 il müddətinə icarəyə sxemin saxta hüquq verən sənədlər hesab edilməsi və cinayət işi üzrə cinayətin törədilmə predmeti olaraq maddi sübut qismində tanınması müəyyən olunmuşdur.

6. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(0*0)-6/2024 nömrəli, 3*.07.2024-cü il tarixli hökmü ilə X2* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsind nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, X26 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikasının CPM-nin *56.4-cü maddəsinə əsasən xitam verilməsi hökm edilmişdir.

7. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-58*/2025 saylı, 09.0*.2025-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bir hissəsi isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin yol tərəfdən hasarboyu 325.0 mm-lik orta təzyiqli qaz xətti keçir. Bundan başqa sahəyə X6, X*4, X2 və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müraciəti olmuşdur.

8. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-4868/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunur. Sahə 529.0.kv.m təşkil edir. X Y *. 4*2739.890 4477039.300 2. 4*274*.750 4477044.259 3. 4*2746.3*7 4477042.224 4. 4*2747.979 4477046.44* 5. 4*28*3.567 4477020.938 6. 4*28**.5*9 44770*6.283

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 3*-ci X20 Çingiz Sadiq oğluna ünvanlanmış 54-2/2-A762/24/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X*7 barəsində yazdığı çoxsaylı şikayət ərizələri araşdırılmış, sonuncu ərizə Suraxanı rayon məhkəməsinin e-*6(0*0)-269/2023 saylı 05.*2.2023 tarixli icra vərəqinə əsasən Tural Cəfərovun qeyd olunan torpaq sahəsinə daxil olmasının qadağan olunması qeyd olunmuş, X*0 torpaq sahəsinə daxil olmaması ilə bağlı izahatı alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınmasıl məqsədi ilə onunla profilaktiki söhbətlər aparılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

*0. İddiaçı X7 cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsi və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X27 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən 0,30 ha torpaq sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. **. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yaşadığı evə bitişik olan və yaxınlıqda yerləşən torpaq sahəsi *99*-ci ildən ailələrinin daimi istifadəsindədir. Onlar tərəfindən torpaq sahəsində çoxlu yaşıllaşdırma işləri aparılmışdır. Belə ki, o, ailəsi ilə birlikdə *99*-ci ildən Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35-də ev tikmiş, torpaq sahəsini hasara alaraq ağac əkmiş, *99*-ci ildən bu günə kimi torpaq sahəsindən istifadə etmişlər. Həyat yoldaşı, Nümayəndə2 hal-hazırda Sabunçu rayonu qazi, veteran və şəhid ailələri Şurasının sədridir. Həyat yoldaşı Nümayəndə2 Azərbaycanın müqəddəs torpaqları Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dövlət tərəfindən bir çox fəxri fərman, medallara layiq görülmüşdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli Qətnaməsinə əsasən sözügedən torpaq sahəsinin 207,0 kv.m olan bir hissəsinə dair qərar qəbul olunaraq mülkiyyət hüququ tanınmışdır. Həmin torpaqda birmərtəbəli və iki otaqdan ibarət yaşayış evi vardır. Sonradan İcra Hakimiyyəti tərəfindən yol tikintisinin aparılması səbəbi ilə ev sökülmüşdür. Sözügedən torpaq sahəsi 0.30 ha təşkil edir və həmin torpaq sahəsində tərəflərindən çoxlu meyvə və müxtəlif ağaclar əkilmişdir. Bundan sonra mütəmadi olaraq 0,30 ha təşkil edən torpaq sahəsinə gələrək əkin işləri ilə məşğul olmuşlar. Torpaq sahəsinin qalan hissəsin yəni 0.30 ha daimi istifadəsinə verilməsi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Orada yaşayan qonşular həmin torpaq sahəsinin *99*-ci ildən onların istifadəsində olduğunu və ağaclara qulluq etdiklərini bilirlər. Hazırda torpaq sahəsi onun tərəfindən sənədsiz olaraq istifadə olunur, O, aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiiyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər o cümlədən sağlamlıq imkanları məhdud *8 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər buu kimi yaşayış yerləri başa düşülür. Qanunun tələbindən görünür ki, yaşayış ünvanları daima hazırda yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş etmişdir. *2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-507/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində X və Y koordinatları (*.4*2739.890 4477039.300, 2.4*274*.750 4477044.259, 3. 4*2746.3*7 4477042.224, 4.4*2747.979 4477046.44*, 5.4*28*3.567 4477020.938, 6. 4*28**.5*9 44770*6.283) üzrə yerləşən 529.0 kv.m təşkil edən torpaq sahəsinə İddiaçı istifadə hüququnun tanınması, iddianın qalan hissədə tanınmaması qət edilmişdir. (hakim X22) *3. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə X4 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları tanınmış və X5 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan yolun genişləndirilməsi məqsədilə sökülmüş və iddiaçı torpaq sahəsinin digər hissəsində yenidən fərdi yaşayış evi tikməyə məcbur olmuşdur. Mülki Məcəllənin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, iddiaçı bu hüququndan onun öz iradəsindən asılı olmayan səbəblərdən istifadə edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyət hüquqları tanınmış həmin daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa belə, iddiaçı həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə 30 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin şəxs mübahisəli torpaq sahəsindən 30 ildən artıq müddət ərzində istifadə etmiş və onun həmin torpaq sahəsinə istifadə hüququ yaranmışdır. Lakin iş materiallarından “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olan dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahənin 529.0.kv.m təşkil etdiyi müəyyən olunur. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olsa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı tərəfindən *99*-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikilməsi, həmin torpaq sahəsinə onun tərəfindən qulluq edilməsi, ağacların əkilməsi, uzun müddət ərzində həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşaması sübut olunduğundan həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı iddiaçının “qanuni gözləntisi” mövcud olmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin daşınmaz əmlakın və onun yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata aldırmaq barədə qanuni gözləntiyə malik olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahə 529.0.kv.m təşkil etdiyi müəyyən olunur. İddiaçı torpaq sahəsinə qulluq etməsini, orada ağaclar əkməsini, 0.30 ha torpaq sahəsindən istifadə hüququnun tanınmasını xahiş etsə də, məhkəmə hesab etmişdir ki, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olan hissəsi 529.0.kv.m təşkil etdiyindən iddia tələbi qismən təmin olunmalıdır. *4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *3-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *35.4-cü, *39-cu, *57.8-ci, *58-ci, *78.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin *4.2-ci, 77.*-ci, 88-ci, *06-*-ci, 2*7.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü, 84-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

*5. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. *6. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ş koordinatlara uyğun torpaq sahəsinə dair qeyd olunan qanunvericiliyə uyğun iddiaçıAbdullayeva (Soltanova) Zülfiyyə Ağasalam qızının hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Həmçinin, məhkəmənin istinad etdiyi Bakı şəhəri Suraxanırayon Məhkəməsinin 2- 304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsində torpaq sahəsi deyil, fərdi yaşayış evi nəzərdə tutulmuş və həmin qətnamə icra edilməmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən *79-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın *-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun tanınması ilə bağlı iddiaçının müraciəti İdarəyə daxil olmamışdır. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. *7. Maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. *8. Maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə məxsus ərazidi və iddiaçının həmin əraziyə heç bir subyektiv hüququ yoxdur və istifadə hüququnun tanınması üçün hüquqi əsas yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

*9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. 2*. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə gəlməyən tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

*39.*-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. *39.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. *39.3-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. *48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. *53.*-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. *64.*-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 4*. Maddə *65.*. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. *65.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. *66.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. *78.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 238.*-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.*-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.*-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: *-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 2-ci maddəsinə əsasən yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 47.*-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 47.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 56.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 66.*-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. ***-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 4.0-cı maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.*.0. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.*-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianın qismən təmin edərkən bunun əsaslarını düzgün müəyyən etmədən səhv nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı X* cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. 3*. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq medafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, irsi, habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni məhdudiyyətləri) nəzərdə tutur.

32. Belə ki, iddiaçı tərəfin bildirməsinə görə mübahisəli torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-304/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə X4 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları tanınmış və X5 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan yolun genişləndirilməsi məqsədilə sökülmüş və iddiaçı torpaq sahəsinin digər hissəsində yenidən fərdi yaşayış evi tikməyə məcbur olmuşdur. Mülki Məcəllənin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, iddiaçı bu hüququndan onun öz iradəsindən asılı olmayan səbəblərdən istifadə edə bilməmişdir.

33. İddiaçı iddia tələbinin əsası kimi torpaq sahəsinə dair subyektiv hüququnun olmasını mübahisəli toraq sahəsinə dair iş mateiallarına əlavə edilmiş fotoşəkillərə, müvafiq oqanlardan əldə olunan məktublara və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2- 304/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsinə istinad etməklə əsaslandırmışdır.

34. Birinci instansiya məhkəməsi də iddia tələbini təmin edərkən yuxarıda qeyd edilən faktiki hallara istinad etməklə iddia tələbini təmin etmişdir.

35. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu əsaslandırma ilə razılaşmır. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etsə də, öz tələblərinin əsası kimi istinad etdikləri halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olması, torpaq sahəsi üzərində hər hansı bir yolla hüququnun yaranması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-304/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən sonuncunun ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınmasına istinad etsə də, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınmaması, həmçinin mübahisəli torpaq sahələrinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Eyni zamanda sözügedən qətnamədə mülkiyyət hüquqlarının tanınması qət edilən torpaq sahəsi deyil, fərdi yaşayış evi nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*- 3-30/2-58*/2025 saylı, 09.0*.2025-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bir hissəsi isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. İşin hallarından da görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır.

36. Mülki Məcəllənin *39-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir.

37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

38. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

39. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətini maraqlı şəxs kimi işə cəlb etməyərək mübahisəli torpaq sahəsinin statusuna aydınlıq gətirmədən iddia tələbini təmin etmişdir. Sonradan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək qətnamə maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs kimi işə cəlb edilmişdir və məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

40. Bundan əlavə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi digər əsas mübahisəli torpaq sahəsinə *99*-ci ildən qulluq etməsi, ağacların əkilməsi, 30 ildən artıq müddət ərzində fasiləsiz olaraq sahibliyində olmasıdır. Buna dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldəetmə müddətini müəyyənləşdirən *78.6-cı maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın *-dən qüvvəyə minmişdir. Göründüyü kimi həmin əldə etmə müddəti göstərilən tarixdən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə olan halda iddiaçının iddia etdiyi həmin 30 illik müddətin tamamlanmamış olması onun həmin dəlilinin də əsassız hesab edilməsini şərtləndirir. 4*. Kollegiya həmçinin vurğulayır ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinə dair 30 illik fasiləsiz sahiblik etməsinə dair hüququnun qeydə alınmasını həmin torpaq sahəsi dövlət mülkiyyətinə məxsus olduğundan müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə qeydiyyata alınmasını tələb edə, daha sonra müvafiq qaydada qeydiyyata alınmaqdan imtina olunacağı halda iddia tələbi irəli sürməklə inzibati icraat qaydasında mübahisələndirə bilər.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsi və maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-507/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsi və maraqlarına toxunulan şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilən apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-507/2025 nömrəli 24 fevral 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X* cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar