Məhkəmə qərarları › İş №2(103)-4739/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4739/2022

18.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4739/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC üzrə İddiaçı işdən azad edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı bir müddətdir ki, Cavabdeh MMCdə qəssab vəzifəsində əmək müqaviləsinə əsasən işləmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı istər əvvəllər, istər hazırda işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmişdir, heç bir intizam tənbehi olmamışdır. Lakin Cavabdeh MMC üzrə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Əmək müqaviləsinə əsassız olaraq işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(011)-1995/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-nin 19 oktyabr 2021ci il tarixli 2891K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də qəssab vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı 19 oktyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qtnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-1995/2022 nömrəli qətnaməni qanuna zidd və qeyri-obyektiv hesab edirlər. İddiaçı xx.xx.2015-ci il tarixində Cavabdeh MMC-də Pərakəndə satış departamentində qəssab vəzifəsi üzrə işə qəbul edilmiş İddiaçı Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, X11 küç. 74 ünvanında yerləşən mağazada qəssab vəzifəsində çalışdığı son zamanlarda, əməkdaşlıq etdikləri “X5” MMC-nin “Mərcan toyuqları” bölməsi üzrə bölgə müdiri vəzifəsində çalışan X8 tərəfindən mağaza rəhbərliyinə verilən məlumat əsasında araşdırılma aparılmış və Azad bəyin də dəstəyi ilə aşkar edilmişdir ki, İddiaçı “Mərcan” toyuq məhsullarının mağazaya sifarişlərinin artırılması və satışının təşviqi üçün firma əməkdaşlarından hər ay üçün 250 manat rüşvət istəyirmiş. Tələbi rədd edildikdən sonra İddiaçı “Mərcan” toyuqları məhsullarının sifarişlərini qəsdən azaltmış və şirkətlərin əməkdaşlığına süni maneələr yaratmağa başlamışdır. Göstərilən hal aşkar edildikdən sonra İddiaçı barəsində araşdırılma aparılmış və iddialar statistik rəqəmlər və bir neçə şəxsin ifadəsi ilə təsdiqini tapmışdır. Belə ki, məsələ ilə bağlı İddiaçı ilə Bayıl Cavabdehmağazası müdiri X2, mağaza müdir müavini İsmayılov Elşad söhbətlər aparmış və nəticədə İddiaçı dolayı ifadələrlə təqsirini etiraf etmişdir. Qeyd edirlər ki, İddiaçı Cavabdeh Bayıl mağazasında əmək stajına görə digər qəssab əməkdaşlarından daha təcrübəli olduğundan firmalardan məhsulların sifarişlərini birbaşa özü göndərirdi. Yuxarıda qeyd edilən hal Cavabdeh Bayıl mağazasında normal iş ahənginin pozulmasına, habelə “X5” MMC ilə Cavabdeh MMC arasında əməkdaşlıq əlaqələrinin zədələnməsinə, Cavabdeh MMC-nin işgüzar nüfuzuna xələl gəlməsinə və maddi itkilərə səbəb olmuşdur. Odur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixli 2891K saylı Əmrlə xitam verilmişdir. Məhkəmə sözügedən qətnamədə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilən halların (işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması) aşkar edilmədiyini əsas gətirərək istinad etdikləri halları əsassız hesab edir. Halbuki, 2(011)-1995/2022 saylı iş üzrə Xətai Rayon Məhkəməsində İddiaçı rüşvət tələb etməsinə dair telefon danışıqlarının yazıldığı CD diskini baxış iclasınadək məhkəməyə sübut kimi təqdim etslər də, məhkəmə diskdə olan məlumatları incələmədən birbaşa sübutu qəbul etməkdən imtina etmişdir. Bundan başqa, Məhkəmə araşdırması zamanı iddiaçının əməlləri ilə Cavabdeh MMC-yə hansı ziyanın dəyməsi ilə bağlı sübut edilməli hal ortaya çıxdıqda da məhkəmə bu hallarla bağlı təqdim etmək istədikləri sənədləri qəbul etməyəcəyini bildirdi. Üstəlik, bu sübutlar iddiaçının rüşvət tələbinin qarşılanmasından imtina olunduğu vaxtdan sonra Cavabdeh Bayıl mağazasına “Mərcan” toyuqları məhsullarının sifariş həcminin qısa zaman ərzində necə dramatik şəkildə dəyişdiyini (azaldığını) göstərən, başqa sözlə iddiaçının öz əmək funksiyalarını, vəzifə borcunu qəsdən icra etmədiyini aşkar şəkildə gözlər önünə sərir. Ancaq məhkəmə iddiaçının əleyhinə olacağını düşündüyü sübutları qəbul etməkdən əsassız şəkildə imtina etmişdir ki, bu da məhkəmənin iş üzrə bitərəfliyinə, obyektivliyinə şübhə yaradır. Bundan əlavə, məhkəmə tərəflərindən verilmiş iddia müddətinin tətbiqi barədə vəsatəti təmin etməmiş, qanunvericiliyin normalarını yanlış tətbiq etmişdir. Belə ki, məhkəmə Əmək Məcəlləsinin 296.4-cümaddəsini yanlış şərh edərək qətnamədə qeyd etmişdir ki, işçinin pul tələbi ilə əlaqədar hüququnn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Kollegiyanın diqqətinə çatdırırlar ki, mübahisə edilən qətnamənin giriş hissəsinə, həmçinin iddia ərizəsindəki iddiaçının tələbinə diqqət edilsə, iddiaçının “işə bərpa” tələbinin olduğu aydın görülməkdədir. Burada iddiaçının əsas, müstəqil tələbi əmlak, hər hansı pul tələbi və ya ona maddi ziyanın vurulması ilə bağlı deyildir, işə bərpa ilə bağlıdır. İddia ərizəsində göstərilən iş buraxma dövrləri üçün əmək haqqı tələbi əsas tələbdən birbaşa asılı olan əlavə tələbdir. Belə ki, iddiaçı işə bərpa tələbini irəli sürmədiyi halda iş buraxma dövrü üçün əmək haqqının ödənilməsini tələb edə bilməz. Digər tərəfdən, məhkəmənin istinad etdiyi pul və digər əmlak tələblərinə dair 1 illik iddia müddəti o hallara şamil olunur ki, işlədiyi vaxtda işçiyə əmək haqqı ödənilməsin, az ödənilsin, qanunvericilikdə müəyyən olunmuş əlavələr ödənilməsin, əmək haqqından tutulmalar artıq məbləğdə edilsin, ona hər hansı formada işəgötürən tərəfindən maddi ziyan vurulmuş olsun, ezamiyyət, məzuniyyət xərcləri ödənilməmiş olsun və s. formada işəgötürən işçi qarşısında pul formasında öhdəliklərini icra etməmiş olsun. Hazırki iş üzrə isə iddiaçının yuxarıda sadalanan əsaslarla bağlı pul və digər əmlak tələbi mövcud deyil, əsas tələbi ona vurulmuş maddi ziyan və ya başqa maddi tələblə bağlı yox, birbaşa işə bərpa tələbidir. Göründüyü kimi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə qeyd etdiləri hüquq normaları düzgün tətbiq edilməmiş, bununla da qətnamədə maddi hüquq normaları əsaslı və kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iddia müddətinin tətbiqinə dair vəsatətlərini təmin edib iddianın rədd edilməsi barədə qərar qəbul etməli idi. Belə ki, iddiaçı iddia ərizəsini qanunla müəyyən edilmiş 1 (bir) ay müddətini ötürərək məhkəməyə təqdim etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixində 2891K nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixində (hüququnun pozulduğunu bildiyi əmrin surətini aldığı tarixdən 29 gün sonra) eyni məzmunlu iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin mediasiya prosesinə düzgün əməl etmədiyi üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli saylı Qərardadı ilə geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifi Cavabdeh MMC-yə göndərmiş, tərəflər arasında xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Bu, Bakı şəhəri 6 saylı mediasiya təşkilatı tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışla təsdiq edilir. Qeyd edək ki, xx.xx.2022-ci il tarixli 2(011)- 598/2022 saylı Qərardadın qəbulundan sonra İlkin mediasiya sessiyasının tətbiqi barədə təklifin cavabdehə təqdim edilməsinədək daha 1 gün müddət keçmişdir. Mediasiya arayışını əldə etdikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixində yenidən Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-598/2022 saylı Qərardadı ilə iddiaçının ərizəsinin rədd edilməsi qərara alınmışdır. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixində Xətai Rayon Məhkəməsinə hazırki işin mövzusu olan yeni iddia ərizəsi təqdim etmişdir. Qeyd edirlər ki, mediasiya arayışının təqdim edildiyi tarixdən iddiaçının Xətai Rayon Məhkəməsinə yeni iddia ərizəsi ilə müraciət etməsinədək daha 8 gün müddət keçmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bəlli olur ki, iddiaçının əmək müqaviləsinə xitam əmri ilə tanış olduğu tarixdən hazırki iş üzrə iddia ərizəsinin Xətai Rayon Məhkəməsinə təqdim edildiyi tarixədək ümumilikdə 38 təqvim günü müddət ötürülmüşdür. Bu da Əmək Məcəlləsi ilə nəzərdə tutulan 1 aylıq iddia müddətindən artıqdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyaiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, iddiaçı yazılı etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, apellyasiya şikayəti esassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilmasi üçün əsaslar göstərilməmişdir. Həmin əsaslar maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallanna uyğun gəlməməsi. Lakin hazırki apellyasiya şikayətində məhkəmə qətnaməsinin lağv edilməsi üçün qeyd edilən asaslardan hər hansı biri göstərilmiş, ümumiyyətlə apellyasiya şikayəti yalnız formal mülahizələrə əsaslanmış, birinci instansiya məhkəməsində artıq araşdırılmış və qiymət verilmiş sübutların yalnız təhrifinə yer verilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi xüsusi olaraq qeyd edilir bu zamana həqiqətə uyğun olmayan, öz mənafelərinə uyğun hesablamalar aparılır və sonda yanlış nəticələrə gəlmiş olurlar. Belə ki, onun işdən çıxarılmağı barədə əmr 19 oktyabr 2021-ci il tarixd verilmiş olsa da, həmin əmri, əmək kitabçasını və sair sənədləri o, xx.xx.2021-ci il tarixdə qebul etmişdir. Cavabdehin vəsatatində iddia müddətinin başlanğıcı 19. 10.2021-ci il tarix, yəni əmrin verildiyi gün göstərilsə də, sənədlər tərəfindən xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Başqa sözlə, hüquqlarının pozulduğunu xx.xx.2021-ci il tarixdə bildiyi üçün iddia müddətinin axımı bu sonuncu tarixdən başlayır. Daha sonra, xx.xx.2021-ci il tarixdə cavabdehin tərəfindən mediasiyaya dəvət olunması barədə mediatora müraciət olunmuşdur. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur." Bagqa sözlə, tərəfindən mediatora müraciət olunduğundan iddia müddətinin axımı dayandırılır. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 15 gün keçdikdən sonra iddia müddətinin axımı dayandırılmalıdır. Daha sonra, xx.xx.2021-ci il tarixdə mediator tərəfindən X4 iştirak edilməməsi baradə arayış verilmişdir. Bundan sonra tərəflərindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət olunmuşdur. Beləliklə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş müddət nəzərə alınaraq, tərəflərindən 15 gün müddətində məhkəməyə müraciət olunmuşdur. Daha sonra, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Həmin qərardada tərəflərindən yalnız xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilmiş və elə həmin tarixdə də tərəfindən təkrar olaraq mediatora müraciət olunmuş vəyalnız 31 yanvar 2022-ci tarixdə arayış verilmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi birinci dəfə məhkəməyə 15 gün müddətindən sonra verilmiş, ərizə baxılmamış saxlanıldıqdan sonra dərhal mediasiya aparılması üçün müraciət olunmuş, bu zaman vaxt kəsiyi keçməmiş, xx.xx.2022-ci il tarixdə mediator tərəfindən X4 iştirak edilməməsi barədə arayış verilmiş, daha sonra isə, yəni 8 gündən sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Başqa sözlə, bu xarakterli iddia tələbləri üçün müəyyən edilmiş 1 aylıq iddia müddətinin cəmi 23 günü istifadə olunmuşdur ki, hələ 7 gün də ehtiyyatda qalmışdır. Cavabdehin isə qərəzli olaraq birinci dəfə aparılmış mediasiya sessiyasını mübahisələndirmək məqsədi ondan ibarat olmuşdur ki, sonradan iddia müddətini ortalığa atıb bu şəkildə qanunsuz işdən çıxarma hərəkətlərinə görə məsuliyyətdən yaxa qurtarsın. Lakin Azarbaycan Respublikası qanunvericiliyin mükəmməl müddəaları bu qanunsuz hərəkətlərin qarşısını tam şəkildə almağa qadirdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdehin arasında 05 fevral 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Cəmiyyətdə qəssab vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 19 oktyabr 2021ci il tarixli 2891K saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 71.2-ci maddəsi ilə xitam verilmişdir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 18 oktyabr 2021-ci il tarixli 21 saylı protokolu ilə 19 oktyabr 2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin 18 oktyabr 2021-ci il tarixli aktına əsasən, Cavabdeh MMC-də qəssab vəzifəsində işləyən İddiaçı 19 oktyabr 2021-ci il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarına əlavə edilmiş MŞ 2***-*******4 saylı, 15 noyabr 2021-c il tarixli X4 İştirak Edilməməsi barədə Arayışın surətindən görünür ki, bu arayış "xxxx" MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə xx.xx.2021-ci il tarixində, 10:30-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan X4 iştirak etmədiyini təsdiq etmək üçün verilir. "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sesiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli qərarı ilə təsdiq edilmiş ilkin mediasiya sessiyası zamanı əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulduğu halda və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydikdə xitam verilə bilər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Babək Umudov öz izahatında bildirmişdir ki, cavabdeh İddiaçı işdən azad edilməsinə səbəb əməkdaşlıq etdikləri “X5” MMC-nin “Mərcan toyuqları” bölməsində toyuq məhsullarının mağazaya sifarişlərinin artırılması və satışının təşviqi üçün firma əməkdaşlarından rüşvət alması olmuşdur. Göstərilən hallar aşkar edildikdən sonra İddiaçı işdən kənarlaşdırılmışdır. Bu müddət ərzində onun görməli olduğu işlər digər işçilər tərəfindən yerinə yetirilmiş, digər işçilərin iş saatları artırılmışdır. Bu hal da işin keyfiyyətinin aşağı düşməsinə, işçilərin narazılığına səbəb olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh MMC-nin normal iş ahəngi pozulmuşdur. Məhkəmə kollegiyası qanunvericilik normasını hazırkı işə tətbiq edərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının əməlində hər hansı bir qəsdlə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı aşkarlanmamışdır. Eyni zamanda cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçının əməllərində yuxarıda göstərilən qanun pozuntuları aşkar edildikdən sonra İddiaçı barəsində araşdırılma aparılmış və iddialar statistik rəqəmlər və bir neçə şəxsin ifadəsi ilə təsdiqini tapmışdır. Bununla bağlı Kollegiya bir daha qeyd edir ki, cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Cavabdehin göstərdiyi dəlilə dair məsələ ilə bağlı isə müəyyən olunur ki, İddiaçı ilə Bayıl Cavabdehmağazası müdiri X2, mağaza müdir müavini İsmayılov Elşad söhbətlər aparmışlar və İddiaçı təqsirini etiraf etməsi isə hər hansı iş materiallarında qeyd edilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin digər bir dəlil olaraq bildirilir ki, Xətai Rayon Məhkəməsində İddiaçı rüşvət tələb etməsinə dair telefon danışıqlarının yazıldığı CD diskini baxış iclasınadək məhkəməyə sübut kimi təqdim etslər də, məhkəmə diskdə olan məlumatları incələmədən birbaşa sübutu qəbul etməkdən imtina etmişdir. Bundan başqa, Məhkəmə araşdırması zamanı iddiaçının əməlləri ilə Cavabdeh MMC-yə hansı ziyanın dəyməsi ilə bağlı sübut edilməli hal ortaya çıxdıqda da məhkəmə bu hallarla bağlı təqdim etmək istədikləri sənədləri qəbul etməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə isə qeyd edir ki, Xətai Rayon Məhkəməsində İddiaçı rüşvət tələb etməsinə dair telefon danışıqlarının yazıldığı CD diskini baxış iclasınadək məhkəməyə sübut kimi təqdim etslər də, məhkəmə diskdə olan məlumatları incələmədən birbaşa sübutu qəbul etməkdən imtina etməsi, bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının əməlləri ilə Cavabdeh MMC-yə hansı ziyanın dəyməsi ilə bağlı sübut edilməli hal ortaya çıxdıqda da məhkəmə bu hallarla bağlı təqdim etmək istədikləri sənədləri qəbul etməyəcəyini bildirməsi məhkəmə iclas protokollarındandan görünmür.Həmçinin, bu barədə məhkəmə iclas protokollarına qeydlər də verilməmişdir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halı müəyyən edilmədiyindən, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə və apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Məhkəmə Kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə birinci instansiya məhkəməsinin tərəfindən müzakirə edərək hüquqi münasibət bildirilməsini nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə (296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.) istinad olunmasının düzgün olmaması mübahisələndirilmiş qətnamənin ləğvi üçün əsas olmaya bilər. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən məhkəməyə hazrkı iddia ilə müraciət edilərkən iddia müddəti, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan 1 aylıq müddət ötürülməmişdir. İş materiallarından görünür ki, iddiaçının işdən çıxarılmağı barədə əmr 19 oktyabr 2021-ci il tarixd verilmiş olsa da, həmin əmri, əmək kitabçasını və sair sənədləri o, xx.xx.2021-ci il tarixdə qebul etmişdir. Cavabdehin vəsatatində iddia müddətinin başlanğıcı

19. 10.2021-ci il tarix, yəni əmrin verildiyi gün göstərilsə də, sənədlər tərəfindən xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci il tarixdə bildiyi üçün iddia müddətinin axımı bu sonuncu tarixdən başlayır. Daha sonra, xx.xx.2021-ci il tarixdə cavabdehin tərəfindən mediasiyaya dəvət olunması barədə mediatora müraciət olunmuşdur. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur." Bagqa sözlə, tərəfindən mediatora müraciət olunduğundan iddia müddətinin axımı dayandırılır. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 15 gün keçdikdən sonra iddia müddətinin axımı dayandırılmalıdır. Daha sonra, xx.xx.2021-ci il tarixdə mediator tərəfindən X4 iştirak edilməməsi baradə arayış verilmişdir. Bundan sonra tərəflərindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət olunmuşdur. Beləliklə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş müddət nəzərə alınaraq, tərəflərindən 15 gün müddətində məhkəməyə müraciət olunmuşdur. Daha sonra, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Həmin qərardada tərəflərindən yalnız xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilmiş və elə həmin tarixdə də tərəfindən təkrar olaraq mediatora müraciət olunmuş və yalnız 31 yanvar 2022-ci tarixdə arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-nin 19 oktyabr 2021ci il tarixli 2891K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də qəssab vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı 19 oktyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrlə əsaslandırılmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(011)-1995/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Hakimlər: Fuad Babayev

Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar