Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4739/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və X16 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X10 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun qanuni təmsilçisi (direktor) İddiaçı1, cavabdehlər X32, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı MMC, X17, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11 (uşaqları ilə birlikdə), Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2 (uşaqları X18, X19, X33), Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 (uşaqları X27, X14), X32 (uşaqları X20 və X34) MMC-nin (əvvəllər "xxxx" firması) mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli "xxxx" və xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışa” əsasən "xxxx" Firmasına məxsus olmuşdur. İddiaçı2 MMC həmin Firmanın hüquqi varisidir. Qeyd olunan qeyri-yaşayış sahəsi Firma ilə “Bakı Geofizika Cihazları Təcrübə- Eksperimental” Zavodu ilə bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra Firmanın mülkiyyətinə keçmişdir. Firmanın mülkiyyətini təsdiq etmək üçün Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Firmaya zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı "xxxx" verilmişdir. Lakin Firmanın qeyd edilən qeyri-yaşayış sahəsinə dair istifadə və sahiblik hüquqları mövcud olsa da Firmanın mülkiyyət hüququ uzun müddət reyestrdə qeydə alınmadığından Firma tam mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bu müddət ərzində bir neçə şəxs Firmanın öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, Firmaya məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamışlar. Firma həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsə də onlar, bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Firma öz hüquqlarının müdafiəsi üçün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra, ərazini həmin vaxt ilkin zəbt etmiş şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı, xx.xx.2015ci il tarixli qərarı ilə 1926-cı il təvəllüdlü X35 ünvan 2 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 3 ünvanı üzrə, X2 və X5 ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-447/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının xx.xx.1973-cü il təvəllüdlü Vüqar Məmmədovun həmin ünvanda yerləşən 10 “D” saylı evdən, Vaqif Allahyarovun və Limon Allahyarovanın 10 “A” saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Suraxanı RPİ-nin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra, Firma, cavabdehlər X41, X7, X21, X28, X12 və X3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən qəbul edilmiş 2(010)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə Firmanın iddiasını qismən təmin edilməsi, cavabdehlər Əvəz Şirinovun, Vüqar Məmmədovun, Sərvan Kərimovun, Yusif Babayevin, Habil Məmmədovun və X9 məxsus olan və Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Firmanın apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh Əvəz Şirinova münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsini, Əvəz Şirinovun da həmin qeyriyaşayış binasından çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Firma və cavabdeh Sərvan Kərimov tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər Vüqar Məmmədov, Yusif Babayev, Habil Məmmədov və (mərhum) Əvəz Şirinovun hüquqi varisi Cavabdeh5 tərəfindən birgə verilmiş kasasiya şikayətləri təmin edilməməsi iş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 106/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hal-hazırda həmin ərazidə adları sadalanan şəxslərdən başqa onların ailə üzvləri və onların yaxınları olan hazırki iş üzrə cavabdehlər də yaşayır. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qərarları ilə hazırkı iş üzrə cavabdehlərin "xxxx" Firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə pasport qeydiyyatına alınmalarının qanunsuz olması müəyyən edilmiş və həmin şəxslərin qeyd edilən qeyri-yaşayış sahəsində yaşamalarının qanunsuz olduğu təsdiq olunduğundan həmin şəxslərin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Cavabdehlərin qeyri-yaşayış sahəsinə heç bir hüquqlarının olmaması qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edildiyindən və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları olduğundan bu şəxslərin ailə üzvləri və orada yaşayan digər tanış və yaxınları olan cavabdehlər qeyri- yaşayış sahəsindən çıxarılmalıdır. Çünki həmin şəxslərin firmaya məxsus qeyri-yaşayış sahəsində heç bir qanuni əsas olmadan yaşamaları, firmanın mülkiyyət hüquqlarını kobud surətdə pozur ki, bu da qanunvericiliklə qadağandır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin bilavasitə yaxınlığında regional yüksək gərginlikli elektrik paylayıcı məntəqəsi mövcuddur. Həmin elektrik paylayıcı stansiyada yüksək gərginlikli transformatorlar və elektrik ötürücü xətləri mövcud olduğu üçün qeyriyaşayış sahəsinin də bilavasitə stansiyaya yaxın olması nəzərə alınaraq, oradan yaşayış sahəsi kimi istifadə olunması və insanların yaşaması həyati təhlükəlidir. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat
3. Cavabdeh9 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsində yaşayır. Əvvəl də iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir.
4. Cavabdeh5 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 2004-cü ildə özünə aid sahəni 5.000 ABŞ dolları ödəməklə Şahvələd adlı şəxsdən almışdır. Hazırda həmin sahədə yaşayır. Özünün qeydiyyatı 10 “B” ünvanınadır. Həmin binada bütün evləri hamı pul verib almışdır. Məhkəmə tərəfindən mübahisəli qeyriyaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəldə iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir. Əlavə vəsait xərcləyib həmin ünvanda əlavə tikililər tikmişlər. O, 20 ildən çoxdur ki, həmin evdə yaşayır və evin kommunal xərclərini ödəyirlər.
5. Cavabdeh1 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, 6 yaşından, yəni 2003-cü ildən mübahisəli ünvanda yaşayır. Həmin ev onun böyüyüb boya-başa çatdığı yerdir. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və tərəflərin hansı vəziyyətdə yaşadıqları müəyyən olunmuşdur. Əvvəl də iddiaçının iddia tələblərinə məhkəmədə baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində sonuncu dəfə iddia tələbləri rədd edilmişdir.
6. Özü cavabdeh olmaqla həmçinin Cavabdeh7 nümayəndəsi (anası) olan Cavabdeh6 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, həmin evdə 2004-cü ildən yaşayırlar. Həmin evi pul verib almışlar. Həmin evə müvəqqəti qeydiyyatları da var.
7. Cavabdeh3 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, 2004-cü ildən əri və 3 uşağı ilə mübahisəli ünvanda yaşayır. Yaşadıqları sahəni pulla almışlar. Həmin vaxt sahə 2 otaq olmuşdur. Ev alanda ev pis vəziyyətdə idi, minbir əziyyətlə oranı düzəltmişlər. Sonradan əlavə tikililər tikmişlər. O, həmin evə görə Yusif Babayev adlı şəxsə 4.300 ABŞ dolları pul vermişdir. MMC-nin rəhbəri İddiaçı1 həmin vaxt Yusif Babayevə xeyli məbləğdə pul borcu var idi. Buna görə də Nəriman həmin sahələrin Yusif tərəfindən satılmasına və satışdan əldə olunan məbləğlər hesabına borcun ödənilməsinə etiraz etməmiş, əksinə həmin vaxt Nəriman onun evin alqı-satqısına etiraz etmədiyi barədə yazılı kağız da vermişdir.
8. Cavabdeh4 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, həmin evə 2017-ci ildə gəlin gəlmiş, hal-hazırda da orada yaşayır və qeydiyyatdadır. Ona məlumdur ki, qaynanasıgil həmin evi pul verib almışlar. Evi alan qaynta sı olmuşdur. Ödədikləri pullar qaytarılsa evdən çıxıb gedə bilərlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlərə qeyri-yaşayış sahəsini "xxxx" Firmasının direktoru İddiaçı1 məlumatı olmadan, özbaşına şəkildə zəbt etməsi barədə iddiaçının mövqeyi ilə razılaşmır və hesab edir ki, Firmanın qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən Firmanın direktorunun qeyri-qanuni hərəkətləri səbəb olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyət hüququna müdaxilənin mütənasibliyi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır. İddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan cavabdehlərin ailə üzvləri ilə birlikdə evlərindən çıxarılmaları ilə üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil. d) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş və münasibət bildirilmiş məsələlərin yenidən müzakirə olunması ilə preyudisiallıq prinsipi pozulmuş, iddianın rədd edilməsi barədə iş üzrə səhv nəticəyə gəlinərək maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
13. Apellyasiya baxışında iştirak etmiş iddiaçı MMC-nin qanuni təmsilçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
14. Apellyasiya baxışında iştirak etmiş cavabdehlər Vüsalə Məmmədova, Cavabdeh8, Cavabdeh3 və Cavabdeh5, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh9, Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat vermişlər.
15. Cavabdeh8 əlavə olaraq bildirmişdir ki, İddiaçı2 MMC-nin direktoru İddiaçı1 "xxxx" Firmasının direktoru olduğu zaman, yəni xx.xx.2004-cü il tarixdə öz xətti ilə "xxxx" adlı sənəd yazaraq Firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsinin – çörək bişirmə sexinin Yusif Babayev tərəfindən satılmasına etiraz etmədiyini bildirmişdir. Bu hal onu göstərir ki, iddia əsassızıdır, çünki mübahisəli ünvanda yerləşən sahələr İddiaçı1 özünün razılığı ilə satılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Suraxanı Rayon Məhkəməsinin 2-1084/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə, İddiaçı1 cavabdehlər Əvəz Şirinova, Yusif Babayevə və Ramiz Vahidova qarşı “Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 10 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması tələbi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Bu hal da onu göstərir ki, iddia əsassızıdır, çünki iddianın əsassız olmasına artıq qiymət verilmişdir. (Cavabdeh8 izahatında istinad etdiyi sənədləri Məhkəməyə təqdim etdi).
16. İş üzrə digər cavabdehlər apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
18. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışdan” görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" Firmasına məxsus olmuşdur.
19. Bu hal DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş “Texniki pasportda” da öz əksini tapmışdır.
20. İşdə olan məhkəmə aktlarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, "xxxx" Firmasının qeyd edilən (mübahisəli) qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1939/5-378 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə tanınmışdır.
21. İşdə olan məhkəmə aktlarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan daha sonra müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2149/2015 saylı iş üzrə qəbul etdiyi xx.xx.2015-ci tarixli qərarı ilə 1926-cı il təvəllüdlü X35 ünvan 2 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü X4 ünvan 3 ünvanı üzrə, X2 və X5 ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-447/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının xx.xx.1973-cü il təvəllüdlü Vüqar Məmmədovun həmin ünvanda yerləşən 10 “D” saylı evdən, Vaqif Allahyarovun və Limon Allahyarovanın 10 “A” saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Suraxanı RPİ-nin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
23. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-423/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" Firmasının cavabdehlər X41, X7, X21, X28, X12 və X3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdehlər Vüqar Məmmədov, Sərvan Kərimov, Yusif Babayev və Habil Məmmədovun iddiaçı Firmaya məxsus olan və Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddiaçı Firmanın iddiasının cavabdeh Əvəz Şirinova aid hissəsinin təmin edilməməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin edilməsi və Əvəz Şirinovun da Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanında yerləşən qeyriyaşayış binasından çıxarılması, qətnamənin dəyişdirilmədən saxlanılması, cavabdehlərin verdikləri apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4732/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
26. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçılar Yusif Babayev, Habil Məmmədov, Vüqar Məmmədov, Sərvan Kərimov, Əvəz Şirinov (hüquq varisi Oruc) və Gülağa Allahverdiyevin cavabdeh "xxxx" Firmasına (İddiaçı2 MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” ilk iddialarının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdeh "xxxx" Firmasına qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi, cavabdeh "xxxx" Firmasının iddiaçılara qarşı irəli sürdüyü “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
27. Həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-4134/2023) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4619/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
29. Bakı Şəhəri 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 10 “A” ünvanında yerləşən daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli “Reyestrdən çıxarışa” əsasən "xxxx" Firmasına (indiki İddiaçı2 MMC-yə) məxsusdur. Həmin qeyri-yaşayış sahəsində qeydiyyatsız yaşayan şəxslərin sıyahısı aşağıdakı kimidir: X42 xx.xx.1990-cı il təvəllüdlü; X29 06.1960-cı il təvəllüdlü; Cavabdeh1 xx.xx.1996-cı il təvəllüdlü; Cavabdeh10 xx.xx.2002-ci il təvəllüdlü; X36 20.06.16,1958-ci il təvəllüdlü; Cavabdeh6xx.xx.1969-cu il təvəllüdlü; Cavabdeh7 xx.xx.1989-cü il təvəllüdlü; X14 25.04,2019-cu il təvəllüdlü; X13 xx.xx.1973-cü il təvəllüdlü; Cavabdeh2 xx.xx.0979-cu il təvəllüdlü; X22 xx.xx.2005-ci il təvəllüdlü; X23 07.03 2007-ci il təvəllüdlü; X37 09 06.2009-cu ıl təvəllüdlü; Cavabdeh9, xx.xx.1960-cı il təvəllüdlü; Cavabdeh3, xx.xx.1969-cu ıl təvəllüdlü; Cavabdeh5 xx.xx.1976-cı il təvəllüdlü; Cavabdeh11 (2 övladı ilə birlikdə); X24 1978-ci il təvəllüdlü; X32; X20; X34.
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6563 nömrəli rəydən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli çıxarışda qeyd olunan – ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının tərkibində (həyətyanı tikililər və qurğular) daxil olan 636,1 kv.metr ərazinin koordinatları müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu verilməklə müəyyən oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli çıxarışda "xxxx" Firmasınıın mülkiyyətində olan, ümumi sahəsi 518,3 kv.metr olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2011-ci il tarixli “Texniki pasportda” qeyd olunan ərazinin (0,1654 ha) hüdudları daxilində yerləşən (X15, Cavabdeh3, X25, Cavabdeh5, X11 və X1 faktiki istifadəsində olan) bütün tikililərin sxemi tərtib olunmuşdur.
31. Hazırkı mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflərin iştirakı ilə Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanda mübahisəli qeyri-yaşayış sahəsinə (tikililərə) baxış keçirmişdir. Keçirmiş baxış zamanı müəyyən edilmişdir ki, ekspert tərəfindən tərtib edilmiş sxemdə göstərilən tikililərdə həqiqətən cavabdehlər yaşayırlar.
32. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş halı ondan ibarətdir ki, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 10 “A” ünvanında dövlət mülkiyyətində olan 0,06331 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 518,3 kv.metr olan birmərtəbəli qeyri-yaşayış sahəsi (çörək sexi) "xxxx" Firmasının mülkiyyətindədir və bu hüquq xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" Firmasının adına olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş "xxxx" ilə qeyri-yaşayış binasının mövcud vəziyyəti fərqlidir. Belə ki, qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa olunmuş, eləcə də qeyri-yaşayış sahəsində konstruktiv dəyişikliklər edilmişdir. Həm “Texniki pasportda” nəzərdə tutulan, lakin konstruktiv dəyişiklik edilmiş tikililərdə, həm də “Texniki pasportda” nəzərdə tutulmayan əlavə tikililərdə hazırkı iş üzrə cavabdehlər və onların ailə üzvləri yaşayırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Vüqar Məmmədov, Sərvan Kərimov, Yusif Babayev, Habil və X51 məxsus olan və Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları qət edilmişdir. Firmanın direktoru İddiaçı1 Firmanın mülkiyyətində olan qeyri-yaşayış binası üzərində Firmanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi dövrdə binada cüzi təmir işləri etdikdən sonra binada olan iki otağı almaq istəyən X8 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2000-ci ilin dekabr ayının axırlarında Samir Abbasovun 1.550 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra İddiaçı1 təkrarən Firmanın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi binalarda cüzi təmir işləri etdikdən sonra binada olan üç otağı almaq istəyən X6 etibarından sui-istifadə edərək, həmin otaqları yaşayış sahəsinə çevirib alqı-satqının rəsmiləşdirilməsini yalandan vəd etməklə 2001-ci ilin mart ayında Şahvələd Məmmədovun 3.300 ABŞ dolları məbləğində pulunu mənimsəyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İddiaçı1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və üç il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmış, amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Firmanın direktoru İddiaçı1 Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 10 “A” ünvanında yerləşən və "xxxx" Firmasına məxsus olan, sahəsi 14,6 və 15,6 kv.metr olan iki otağa dair X12 üç il müddətinə etibarnamə vermiş, etibarnamənin xx.xx.2007-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçı "xxxx" Firmasının (İddiaçı2 MMC) cavabdehlər Yusif Babayev, Habil Məmmədov, Vüqar Məmmədov, Sərvan Kərimov, Əvəz Şirinov (hüquq varis Cavabdeh5) və Gülağa Allahverdiyevə qarşı “özbaşına tikililərin sökülməsi, qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” qarşılıqlı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Hazırki iş üzrə cavabdehlər də, qeyd edilən iddia tələbi üzrə cavabdeh olmuş şəxslərin yaxın qohumları, ailə üzvləridir. İşin faktiki hallarından göründüyü kimi, hazırda "xxxx" Firmasının mülkiyyətində olan və ümumi sahəsi 518,3 kv.metr olan birmərtəbəli qeyri-yaşayış sahəsində (çörək sexi) konstruktiv dəyişikliklər edilmiş, eləcə də qeyri-yaşayış sahəsinin qarşısında və ona bitişik vəziyyətdə müxtəlif təyinatlı əlavə tikililər inşa edilmişdir. Hazırda həmin tikililərdən cavabdehlər yaşayış yeri kimi istifadə edir, lakin müəyyən şəxslərin həmin ərazidən (yalnız firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən) çıxarılmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Cavabdehlər iddia edir ki, hazırda istifadələrində olan və konstruktiv dəyişikliklər edilmiş qeyri-yaşayış sahəsini, eləcə də ona bitişik inşa edilmiş tikililəri "xxxx" Firmasının direktoru İddiaçı1 onların ailə üzvlərinə birbaşa və ya dolaylı yolla (üçüncü şəxslər vasitəsilə) satmış, yaxud pul qarşılığında həmin tikililərin tikilməsinə icazə vermişdir. Onlar da bu səbəbdən 2000-2005-ci illər aralığından buraya köçmüşlər və həmin vaxtdan da orada yaşayırlar. "xxxx" Firması (Firmanın direktoru İddiaçı1 vasitəsi ilə) isə iddia edir ki, cavabdehlər Firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsində tamamilə qanunsuz şəkildə, Firmanın direktorunun heç bir razılığı olmadan yerləşmişlər və uzun illərdir ki, ərazidən çıxmırlar. "xxxx" Firmasının (İddiaçı2 MMC-nin) direktoru qanuni nümayəndə olaraq bildirir ki, o, cavabdehlərdən heç vaxt pul almamış, onların həmin ərazidə hansısa tikili tikməsinə, həmin tikililərə köçməsinə heç vaxt heç bir razılıq verməmiş, buna baxmayaraq cavabdehlər və onların ailə üzvləri qanunsuz şəkildə Firmaya məxsus qeyri-yaşayış sahəsini zəbt edərək oradan yaşayış sahəsi kimi istifadə etməyə başlamışlar. Cavabdehlər tərəfindən iddiaçı "xxxx" Firmasının qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxilə edilmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə konstruktiv dəyişikliklər edilmişdir və hazırda cavabdehlər və onların ailə üzvləri tərəfindən ərazidən yaşayış sahəsi kimi istifadə edilir.
33. İşin qeyd edilən hallarını müəyyən etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, mülkiyyət hüququna müdaxilənin müəyyən edilməsi hələ iddianın əsaslı olduğu mənasına gəlmir. Belə ki, müdaxilə müəyyən edildikdən sonra müdaxilənin əsasının olub-olmaması, başqa sözlə, müdaxiləyə haqq qazandırmağın mümkünlüyü məsələsi həll edilməlidir. Hazırkı iş üzrə pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının kommersiya maraqları bu tikililərə ailələri ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan cavabdehlərin ailə üzvləri ilə birlikdə evlərindən çıxarılmaları ilə üzləşəcəkləri məhrumiyyətə qətiyyən mütənasib deyil. Buna görə də iddia rədd edilməlidir. Bu qənaətə gələrkən Rayon Məhkəməsi əsas meyar kimi iddiaçı MMC-nin ("xxxx" Firmasının) qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququna müdaxiləyə əsasən MMC-nin direktorunun qeyri-qanuni hərəkətlərinin səbəb olmasına istinad etmişdir.
34. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsassızdır. Çünki iddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindədir, cavabdehlərin mübahisəli sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. MMC-nin ("xxxx" Firmasının) direktorunun qeyri-qanuni hərəkətlərə yol verməsi MMC-nin mülkiyyət hüququndan məhrum olması üçün əsas ola bilməz.
35. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikasının Konstitusiyası; maddələr
13. və 29.).
36. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1.). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2.).
38. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllə; maddələr 178.1. və 178.2.).
39. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun şikayəti üzrə” qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür.
41. Beləliklə qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyində olduğundan MMCnin cavabdehlərin sahədən çıxarılmasını tələb etməyə haqqı çatır. Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil edir.
42. Məhkəmə bundan başqa bildirir ki, iddia ərizəsində yetkinlik yaşına çatmış cavabdehlər ilə yanaşı onların yetkinlik yaşına çatmamış uşaqlarının da mübahisəli qeyriyaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
43. Məhkəmə qeyd edir ki, bu kimi tələbin əsaslılığına qiymət verilməsi üçün ilk öncə cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarının yaşayış yeri müəyyən olunmalıdır.
44. Yaşı 18-ə çatmamış şəxslər Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, uşaq hesab olunur (maddə 49.1.). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4.).
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.
46. Nəzərə alınsa ki, Məhkəmə, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində yaşamalarının hüququ əsası olmamasını əsas götürərək, onların həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlmişdir, onda müəyyən edilir ki, cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının da mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələb əsaslıdır.
47. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı MMC-nin ("xxxx" Firmasının) direktoru cavabdehlərə qarşı qeyri-qanuni hərəkətlərə yol vermişdirsə buna görə öz əmlakı ilə məsuliyyət daşıya bilər. Cavabdehlər “yaşayış sahəsi əldə etmək” məqsədi ilə ödədikləri vəsaitlərin geri qaytarılmasını həmin vəsaitləri ödədikləri şəxslərdən tələb edə bilərlər.
48. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya baxışı iclasında Cavabdeh8 bildirmişdir ki, İddiaçı2 MMC-nin direktoru İddiaçı1 "xxxx" Firmasının direktoru olduğu zaman, yəni xx.xx.2004-cü il tarixdə öz xətti ilə "xxxx" adlı sənəd yazaraq Firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsinin – çörək bişirmə sexinin Yusif Babayev tərəfindən satılmasına etiraz etmədiyini bildirmişdir.
49. Cavabdeh8 Məhkəməyə təqdim etdiyi həmin "xxxx" adlı sənədlə bağlı Məhkəmə qeyd edir ki, həmin sənəd "xxxx" Firması tərəfindən verilmiş etibarnamə kimi qiymətləndirilə bilməz, çünki o, nə Firmanın möhürü ilə təsdiq edilməmişdir.
50. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə isə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.
51. Bu baxımdan qəbul edilməlidir ki, qeyd edilən sənədin mövcud olması iddianın rədd edilməsi üçün əsas ola bilməz.
52. Apellyasiya baxışı iclasında Cavabdeh8 həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1084/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsini Məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı olaraq ("xxxx" Firmasının və hazırda İddiaçı2 MMC-nin direktoru) İddiaçı1 cavabdehlər Əvəz Şirinova, Yusif Babayevə və Ramiz Vahidova qarşı “Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 10 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması tələbi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Bu hal da onu göstərir ki, iddia əsassızıdır, çünki iddianın əsassız olmasına artıq qiymət verilmişdir.
53. Bununla bağlı Məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən həmin qətnamə xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi (bax: hazırkı qətnamənin 20-ci bəndinə) işdə olan məhkəmə aktlarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, "xxxx" Firmasının qeyd edilən (mübahisəli) qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1939/5-378 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli qətnaməsi ilə tanınmışdır.
54. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2004-cü il tarixdə qətnamə qəbul edildikdən sonra, şərait dəyişilmişdir. Məhkəmənin də hazırkı iş üzrə mövqeyi ondan ibarətdir ki, iddiaçı MMC-yə ("xxxx" Firmasına) məxsus qeyri-yaşayış sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyində olduğundan MMC-nin cavabdehlərin sahədən çıxarılmasını tələb etməyə haqqı çatır.
55. Bu baxımdan qəbul edilməlidir ki, qeyd edilən qətnamənin də mövcud olması iddianın rədd edilməsi üçün əsas ola bilməz. g) apellyasiya baxışının nəticəsi
56. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.
57. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
58. Cavabdehlər isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
59. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 cavabdehlər Cavabdeh9 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiası təmin edilsin. İş üzrə cavabdehlər X17, Cavabdeh3, Cavabdeh5, Cavabdeh11, Cavabdeh8, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, X32 və cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqları İddiaçı2 ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsınlar. İş üzrə cavabdehlər hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı2 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.