Məhkəmə qərarları › İş №2(103)-4740/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4740/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4740/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən), İsgəndərov Akif Əsgər oğlu və Rüstəmli Məhəmməd Əİi oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və X1 Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzilin bölünməsi və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(002)-903/2008 nömrəli qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və X2 Cavabdeh və ailə üzvlərinə qarşı mənzilə köçürülmə, mənzilin bölünməsi və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 43 saylı evin 7 saylı mənzilinə köçürülməsi, mənzilin bölünməsi və istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 noyabr 2008-ci il tarixli 2(002)- 903/2008 saylı qiyabi qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X1 cavabdehlər X4 və ailə üzvlərinə qarşı mənzilə köçürmə, mənzilin bölünməsi və istifadə qaydasının müəyyən edilməsi barədə birgə iddiaları təmin edilərək, İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 43 saylı evin 7 saylı mənzilinə köçürülərək mənzildən istifadə qaydası müəyyən edilmiş, İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 43 saylı evin 7 saylı mənzilin əmlaklarının yerləşdiyi sahəsi 17,22 kv.metr və 9,2 kv.m olan otaqlarında, X4 isə ailə üzvləri ilə birlikdə həmin mənzilin sahəsi 17,2 kv.2 kv.metr olan otağında yaşamaları qət edilmişdir. 10 aprel 2023-cü il tarixdə Cavabdeh qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə təqdim edərək, qiyabi qətnaməsinin ləğv edilməsini xahiş edərək, göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmayıb, heç bir rəsmi bildiriş almamış, məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə qəntaməsini rəsmi qaydada almamışdır. 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən mobil telefonuna sms bildiriş gəldikdən sonra məhkəməyə gedərək, ona və ailə üzvlərinə qarşı qaldırılan iddia ilə tanış olmuş, daha sonra iş materiallarından sənədlərin surəti ona təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən ona məlum olmuşdur ki, 2008-ci il tarixdə ona qarşı iddia qaldırılmış, qiyabi qətnamə qəbul edilmiş və bundan sonra İddiaçı2 müvafiq sənədləşmə işləri apararaq mənzilin 2 otağına dair kirayə müqaviləsi bağlatdırmış, sonra isə 2 otağa dair çıxarış belə almışdır. 06 aprel 2023-cü il tarixdə məhkəməyə rəsmi qaydada müraciət edərək, 20 noyabr 2008-ci il tarixli qiyabi qətnamənin surətini əldə etmişdir. Məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş saxta sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Kifayət qədər müddət keçməsinə baxmayaraq o və ailə üzvləri qardaşı tərəfindən 2008-ci il tarixdə ona qarşı məhkəmədə iddia qaldırılmasından sonra mənzilin 2 otağına dair çıxarışın alınmasından xəbərsiz olmuşdur. 2023-cü ilin mart ayında ona və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldırılmasından xəbərdar olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(002)- 903/2008 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdehin qərardaddan verdiyi şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-903/2008 saylı, 20 noyabr 2008-ci il tarixli qiyabi qətnaməsi qəbul edildikdən sonra 05 yanvar 2009-cu il tarixdə qanuni qüvvəyə minmiş və qətnamənin surəti və icra vərəqəsi qanunamüvafiq qaydada icraya yönədilmiş, iddiaçılar mübahisəli yaşayış sahəsinə köçürülərək onların mənzildən istifadə qaydası müəyyən edilmişdir. Digər tərəfdən bunu cavabdehlər də məhkəmədə verdikləri izahatları ilə təsdiq etmişlər. Buradan belə nəticəyə gəlmək olar ki, qeyd olunan qətnamədən cavabdehlərin icra sənədinin icra edildiyi, yəni iddiaçıların mübahisəli yaşayış sahəsinə köçürüldükləri vaxtdan məlumatı olmuşdur. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-299/11 saylı 31 oktyabr 2011-ci il tarixli hökmündən də görünür ki, zərərçəkmiş şəxs X3 ilə mübahisəli mənzillə bağlı qaynı olan İddiaçı2 arasında mənzil mübahisəsi olmuş, mənzil üç otaqdan ibarət olmaqla, Heybət mənzilin iki otağında tək yaşamışdır. Digər bir otaqda isə o altı nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq mübahisə mənzilin bölgüsü ilə bağlı olmamış, onlar Heybətə məxsus olan otaqlara müdaxilə etməmişlər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Qiyabi qətnamə 2008-ci ildə qəbul edilmiş, qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçılar mübahisəli yaşayış sahəsinə köçürülərək onların mənzildən istifadə qaydası müəyyən edilmişdir. Həmçinin məhkəmənin istinad etdiyi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-299/11 saylı 31 oktyabr 2011-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs X3 (X7 arvadı) ilə mübahisəli mənzillə bağlı qaynı olan İddiaçı2 arasında mənzil mübahisəsi olmuş, mənzil üç otaqdan ibarət olmaqla, Heybət mənzilin iki otağında tək yaşamışdır. Digər bir otaqda isə o altı nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Burdan da aydın olur ki, ərizəçinin qiyabi qətnamədən məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Kollegiya qeyd edir ki, şikayətlərin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(002)- 903/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar