Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4748/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əsassız varlanma) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-29/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 32 nömrəli xx.xx.2019-cu il tarixli Müqavilədən görünür ki, İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTKnın təsisçiləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X2 adına olan 1 otaqlı, 68.6 kv.m. 277 saylı mənzil İddiaçı adına keçirilir (E.H.İsmayılovun ərizəsinə əsasən). Mənzilin ümumi dəyəri 30.590 manatdır.
2. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 26 saylı xx.xx.2019- cu il tarixli mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 4 giriş, 8 mərtəbə, 277 saylı, 1 otaqlı (68,6 kv.m) X2 adına olan mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına keçirilmişdir. İddiaçı kooperativə borcu yoxdur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-yə və İddiaçı qarşı iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə bağlanmış 53 nömrəli; X10 ilə xx.xx.2014cü ildə bağlanmış 20 nömrəli; X5 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "Badu-Kubə” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, Cavabdeh2 həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5794/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. “Azərsu ASC” Suraxanı rayon Sukanal İdarəsi hesab fakturalarından görünür ki, İddiaçı tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında suyun istifadəsi ilə bağlı müxtəlif ödənişlər həyata keçirilmişdir.
7. 2020-2021-ci illəri əhatə edən qaimə fakturalarından görünür ki, tikinti materiallarının alınması ilə bağlı müxtəlif ödənişlər həyata keçirilmişdir.
8. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 12 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanan mənzil alqı-satqısı barədə müqavilənin 5.2. bəndinə əsasən su, işıq və qaz xəttlərinin mənzilə çəkilişi, sayğacların alınması və quraşdırılması mənzil sahibinin vəsaiti hesabınadır və aşağıdaki kimidir: Qaz sayğacının alınması, Dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, sayğaca əlavə alınan dedoktor, qaz əymələri, xırda qaz boruları, quraşdırılması və sayğacın qaz idarəsinə təhvil verilməsi – 420 manat; Müvəqqəti işıq sayğacının alınması, plomblanması, 8-ci mərtəbəyə qədər işıq kabelinin avtomatın alınması və quraşdırılması – 600 manat; Su sayğacının alınması, Dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, quraşdırılması, su xəttinin mənzilə çəkilməsi və sayğacın su idarəsinə təhvil verilməsi – 600 manat.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən (ekspert X7) verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16-2-10/7232 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, smeta üzrə - 1.Divarların sement məhlulu ilə suvanması, Sement, Qum; 2.Divarların şpaklyovkalanması, cilalanması və divar kağızının yapışdırılması, Şpaklyovka (astar, üz), cilalayıcı kağız, divar kağızı, divar kağızı yapışqanı; 3.Mətbəxin, hamam və ayaqyolunun divarlarının kafellə üzlənməsi, Kafel, Kafel üçün yapışqan (mata); 4.Hamam-ayaqyolunun döşəmənin metlaxla üzlənməsi, Metlax, Kafel üçün yapışqan (mata); 5.Taxta döşəmənin vurulması (döşəmə altı hazırlanması ilə bilikdə), Döşəmə üçün taxta (orta keyfiyyətli), döşəmə altı taxta, mismar; 6.Plintusun vurulması (materialla birlikdə); 7.Tavanın alçipan materialı ilə üzlənməsi (naxışlı), Alçipan (profellə birlikdə), Şrup; 8.Tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi, Şpaklyovka (astar, üz), Boya, Cilalayıcı kağız; 9.«Paduqa» tipli lepkanın vurulması (materialla birlikdə); 10.Tavanda «lambri» təbəqələrdən asma tavanın quraşdırılması, «Lambri» təbəqə,Alümin profil, Şurup; 11. Plastik pəncərə quraşdırılması ilə birlikdə ağ) (1,50x1,70) ölçüdə; 12.Taxta qapı (quraşdırılması ilə birlikdə); 13.Su və kanalizasiya xətlərinin çəkilməsi (materialla birlikdə); 14.Əlavə və nəqliyyat xərcləri (inşaat zibilinin daşınması, yüklənməsi, atılması, tikinti materiallarının qaldırılması və s.) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 13 saylı evin 277 saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11195 manat məbləğində olduğu müəyyən edilir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən (ekspertlər X7, X8) verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2933-9/3027 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 13 saylı evin 277 saylı mənzilin elektrik xətlərinin çəkilməsinə, istilik sisteminin quraşdırılmasına, qaz xəttinin çəkilməsinə, hamamda asma tavanın şəbəkə işıqları ilə birlikdə quraşdırılmasına, hamam aksesuarlarına, giriş qapısının alınmasına və quraşdırılmasına, qapı ətrafının mozaykasına, qaz, su və işıq sayğaclarının quraşdırılmasının hazırki bazar qiymətlərinə uyğun olaraq 6.190 manat məbləğində müəyyən olunur.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 17.385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi 1.620 manat məbləğində pulun Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 277 saylı mənzilin əvəzinə başqa mənzilin verilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrimə ödənilməsi, ödənilmiş 317 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" Mənzil Tikinti Kooperativinın inşa etdiyi yaşayış binasında 1 otaqlı 68.6 kv.m. 277 saylı mənzili 30.590 manata almışdır. Bununla əlaqədar "xxxx" Mənzil Tikinti Kooperativi ilə 7 oktyabr 2019-cu il tarixli, 32 saylı müqavilə bağlamış və ona maliyyə arayışı verilmişdir. Mənzili alarkən həmin mənzilə dair hər hansı bir mübahisə olmamışdır. O, mənzili aldıqdan sonra təmir işlərinə başlamış və mənzili tam şəkildə təmir etdirmişdir. Mənzilin təmir işlərinə 45.000 manat pul xərcləmişdir. Hal-hazırda mənzil tam təmirlidir. Sonradan ona məlum olmuşdur ki, mənzil mübahisəli mənzildir. Həmin mənzillə əlaqədar məhkəmə mübahisəsi vardır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə bağlanmış 53 nömrəli; X10 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; X5 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; onunla xx.xx.2019cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, onun mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulması, ona həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh2 iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia təmin edilən hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2625/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5794/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclədiyi 45.000 manat məbləğində pulu Cavabdeh2 tələb edir. Bununla əlaqədar Cavabdeh2 məktubla müraciət etmişdir. Lakin cavabdeh razılaşmamışdır. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Eyni zamanda o, "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi mənzilin dəyəri olan 30590 manat məbləğində pulu "xxxx" Mənzil Tikinti Kooperativindən tələb edir.
13. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-29/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair mülki iş üzrə iddianın Cavabdeh1 MTK-ya qarşı qaldırılmış “mənzil və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-29/2025 saylı 13 yanvar 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin təmirinə xərclənilən 17.385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilən 1.620 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmənin qətnaməsi ilə sözügedən mənzil cavabdehə verilmiş, lakin həmin vaxt üçün iddiaçı orada artıq mənzilin təmiri ilə bağlı və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə ödənişi həyata keçirmiş və ayrıla bilinməyən yaxşılaşmaları etmişdir. Cavabdeh2 hərəkətləri əsassız varlanma kimi qiymətləndirildiyindən və İddiaçı tərəfindən həyata keçirilmiş Cavabdeh2 verilmiş mənzilin təmiri və oraya işıq, qaz və su sayğacların quraşdırılması ayrıla bilməyən yaxşılaşdırılmalar hesab edildiyindən İddiaçı əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bununla da, iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində yaranmış borcunu tələb etməkdə haqlı olmuşdur.
16. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin yaxşılaşdırması ilə bağlı mənzilin təmiri üçün çəkilən məsrəflərin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspertlər tərəfindən verilən rəylərə əsasən, smeta üzrə görülmüş işlərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11.195 manat məbləğində olduğu; həmin mənzildə elektrik xətlərinin çəkilməsinin, istilik sisteminin quraşdırılmasının, qaz xəttinin çəkilməsinin, hamamda asma tavanın şəbəkə işıqları ilə birlikdə quraşdırılmasının, hamam aksesuarlarının, giriş qapısının alınması və quraşdırılmasının, qapı ətrafının mozaykasının, qaz, su və işıq sayğaclarının quraşdırılmasının hazırki bazar qiymətlərinə uyğun olaraq 6190 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu rəylərə əsasən, İddiaçı mənzilin təmiri ilə bağlı çəkdiyi xərclər ümumilikdə 17.385 manat təşkil edir.
17. Mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə iddiaçı tərəfindən çəkilən xərclərlə bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Badu - Kubə” Mənzil - Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 12 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, qaz sayğacının alınması, dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, sayğaca əlavə alınan dedoktor, qaz əymələri, xırda qaz boruları, quraşdırılması və sayğacın qaz idarəsinə təhvil verilməsi ilə bağlı 420 manat; müvəqqəti işıq sayğacının alınması, plomblanması, 8-ci mərtəbəyə qədər işıq kabelinin avtomatın alınması və quraşdırılması ilə bağlı 600 manat; su sayğacının alınması, dövlət orqanlarında qeydiyyatdan keçirilməsi, plomblanması, quraşdırılması, su xəttinin mənzilə çəkilməsi və sayğacın su idarəsinə təhvil verilməsi ilə bağlı 600 manat olmaqla, cəmi 1.620 manat məbləğində xərc İddiaçı tərəfindən ödənilmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-29/2025 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ona göndərilməmiş və rəsmi təqdim edilməmişdir. Suraxanı Rayon İcra Şöbəsindən verilən məlumata əsasən Səfərov onun barəsində pul tələbinə dair icra işinin mövcud olduğu barədə məlumat almışdır. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona rəsmi təqdim edilməsini xahiş etmişdir. Qətnamə 2 iyun 2025-ci ildə ona təqdim edilmişdir. O, nə məhkəmə iclasları barədə bildiriş almamış, prosesin gedişindən xəbərsiz olmuş, mənzilin qiymətləndirilməsində iştirak etməmiş, tərtib edilmiş rəy ona təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1879/2021 nömrəli qətnaməsinin mövcudluğuna istinad etsə də, həmin qətnamə ilə müəyyən olunmuş halları nəzərə almadan, uydurma əsaslara istinad edərək hazırki iddia tələbini qismən təmin etmişdir. Məhkəmənin onun hansı hərəkətlərini əsassız varlanma hesab etməsi ilə bağlı mövqeyi əsaslandırılmamış, iddia tələbinin təmin edilməsi üçün süni əsas yaratmağa çalışmış, mənzilin İddiaçı satılmasında onun heç bir iştirakı olmamasını, Kooperativi təmsil edən şəxslərin qanunsuz hərəkətləri nəticəsində mənzilin ona satıldıqdan sonra iddiaçıya satılmasını ümumiyyətlə nəzərə almamışdır. Məhkəmənin hansı səbəbdən Kooperativə aid hissədə işi ayrıca icraata ayırması da anlaşılan deyil. Halbuki, iddiaçının tələbi birbaşa Kooperativə yönəlmiş və onun cavabdehliyinə aid olan tələbdir, Səfərova qarşı belə tələbin təmin edilməsi absurd və əsassızdır. İş üzrə absurd hal ondan ibarətdir ki, ərizəçi və onun tələbini təmin edən məhkəmə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzillə bağlı mübahisə üzrə qanuni qüvvəyə minmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Badu-Kubə” Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə bağlanmış 53 nömrəli; X5 ilə 19 fevral 2014-cü ildə bağlanmış 20 nömrəli; X10 ilə 28 dekabr 2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə 07 oktyabr 2019-ci ildə bağlanmış 22 nömrəli müqavilələrin etibarsız hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması, ona həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinin qət olunmasına dair mövqe ifadə etmiş, buna baxmayaraq məhkəmə sanki qüvvəyə minmiş məhkəmə qətnaməsinin mahiyyətini başa düşmədən və ona zidd olaraq müqaviləsi etibarsız hesab edilmiş İddiaçı həmin mənzilin təmirinə xərclənilən 17.385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə "xxxx" Mənzil – Tikinti Kooperativinə ödənilən 1.620 manat məbləğində pul vəsaitinin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsini qət etmişdir. Deməli, birinci instansiya məhkəməsi nihilist xarakterli mövqe nümayiş etdirməklə, iddiaçının mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsızlığının əsaslarını görməzdən gələrək mənzilin həm ilkin həm də qanuni sahibi olan onun üzərinə heç bir qanuni əsası olmayan, məntiqə sığmayan öhdəlik qoymuşdur. Səfərov həmin məzilin Rzayevaya satılmasında iştirak etmədiyi kimi, eyni zamanda Rzayeva tərəfindən təmir edilməsində də maraqlı olmamış, belə istəyi olmamışdır. Mübahisəli mənzili Rzayevaya satan Kooperativ nümayəndələri ona dəymiş ziyana və məruz qaldığı xərclərə görə cavabdehlik daşıdığı halda məhkəmə bu məsələnin qanunla müəyyən olunmuş həllinə maraqlı olmamışdır. İddiaçının qətnamədə göstərilən izahatı da uydurmadan ibarətdir. İddiaçı guya cavabdehin mənzili deyil, pul tələb etməsi, onun iddia tələbinə dair iş üzrə cavabdeh olmaması, yalnız Kooperativin cavabdeh olması kimi anlaşılmaz və gülünc ifadələrə yer vermişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzil "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 09 iyul 2013-cü il, 29 saylı Müqavilə ilə ona satılmış və mənzilin dəyəri-27440 (iyirmi yeddi min dörd yüz qırx) manat məbləğin tam şəkildə ödənilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə təqdim olunmuş 9 iyul 2013-cü il tarixli, 35 nömrəli Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Arayış ilə təsdiq olunmuşdur. Sözügedən mənzil ona satıldıqdan sonra qanunsuz olaraq İddiaçı satılmışdır. İddiaçı Rzayevanın istinad etdiyi "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı 07 oktyabr 2019-cu il tarixli, 32 saylı müqaviləyə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və etibarsız hesab edilmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə görə Rzayevanın mənzilin dəyəri, təmir xərci və kommunal xərclərlə bağlı tələb hüququ sadəcə "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı yarana bilər, Kooperativ tərəfindən pul formasında və ya naturada ödənilə bilər. Onun Rzayevaya nə onun təmirə çəkdiyi xərclərin ödənilməsi ilə bağlı, nə də "xxxx" Mənzil Tikinti Kooperativinə ödədiyi işıq, qaz və su sayğaclarına görə ödənilmiş pul vəsaitlərinə görə hər hansı öhdəliyi mövcud deyil. O, iddiaçıya qarşı hər hansı qanunsuz davranışa yol verməmiş, Rzayevanın hər hansı hüququ onun tərəfindən pozulmamışdır. Deməli, Rzayevanın hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı halda birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasına qiymət verməmiş, əsassız yerə iddia tələbini təmin etmişdir. Məhkəmənin əsassız varlanma ilə bağlı maddi hüquq normasına istinadı tətbiq edilməli olmayan maddi hüquq normasının tətbiqi kimi qiymətləndirilməlidir. O, qanunla müəyyən olunmuş qaydada dəyərini ödəyərək aldığı mənzilin ona təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsinə əsasən həmin mənzilin yeganə qanuni sahibidir. Bunun əksinə iddiaçı həmin mənzilə dair müqaviləsi etibarsız əqd hesab olunduğu halda, illərdir mənzili zəbt etməklə cavabdehin hüquqlarını pozmağa davam edir. Belə olan halda, onun heç bir hüquqi əsas olmadan əsassız varlanan şəxs olması qənaətinə gəlinməsi absurd yanaşmadır. Habelə, məhkəmə hazırki iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad edirsə, bu halda Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsini nəzərə almalı idi. Ona görə də, Cavabdeh2 hüquqlarını və qanuni mənafeyini kobud şəkildə pozan, məhkəmə aktlarının cavab verməli olduğu yüksək tələblərlə uyuşmayan qanunsuz və əsassız Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(010)-29/2025 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirmişdir ki, cavabdehin həmin mənzillə bağlı hüququnu təsdiq edən 2013-cü il tarixli müqavilə mövcuddur. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan sonra və ondan əvvəl bağlanmış əqdlər etibarsız hesab olunmuş və mənzilin cavabdehə məxsus olması məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Hal-hazırda mübahisələndirilən qətnamə ilə əsassız varlanma anlayışına istinad olunmaqla cavabdehdən təmir xərcləri, qaz, işıq və su sayğacının və s. çəkilməsi ilə bağlı xərclər tələb olunur. Məhkəmənin qənaəti düzgün deyildir. İddiaçı tərəfindən həmn mənzilə təmir xərclərinin çəkilməsi, qaz sayğacının quraşdırılması cavabdehin hər-hansı qanunsuz hərəkətləri nəticəsində olmamışdır. Əgər iddiaçının bununla bağlı hər-hansı tələbi varsa, bu MTK-ya qarşı olmalı idi. Hal-hazırda mənzil cavabdehə verilməmişdir. Cavabdeh bildirir ki, bəlkə o, heç həmin mənzili təmir etməyəcəkdi, bildirir ki, ustadır, bəlkə o, ən minimal qiymətlərlə təmir edəcəkdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 32.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 33.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 34.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 35.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 36.157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 37.157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 38.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 39.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 40.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 41.164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 42.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 43.165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 44.165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
45.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 46.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə bağlanmış 53 nömrəli; X10 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; X5 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; İddiaçı ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunmuş və həmin mənzil üzərində ilkin alıcı olan Cavabdeh2 sahiblik və istifadə hüquqları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla da, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzili üzərində ilk alıcı hesab edilən Cavabdeh2 əmlak hüquqları öz təsdiqini tapmışdır. 49.Mübahisəli mənzilin İddiaçı sahibliyində olduğu dövrdə həmin mənzildə təmir-tikinti işlərinin aparılması, habelə qaz, su və elektrik sayğaclarının quraşdırılmasının onun tərəfindən həyata keçirildiyi işin mübahisələndirilməyən hallarıdır. Bundan başqa iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzili qanuni əsaslar olmadan zəbt etməklə sahiblənməsini təsdiq edən, yəni onun vicdanlı əldə edən kimi qəbul edilməməsinə şərait yaradan halların mövcudluğu müəyyən edilmir. 50.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 51.Hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsi və əsassız varlanma ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. 52.Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 53.Bu maddənin tətbiq olunması üçün isə aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin oluna bilməz. 54.Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə parallel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» normalarının dispozisiya şərtlərinin mövcudluğu da şərtdir. 55.İddianın əsassız varlanmaya dair normaların şərtləri əsasında yoxlanılması üçün nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması kimi şərtlərin mövcudluğu vacibdir. Əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. 56.Baxılan işdən mübahisəli mənzilin İddiaçı tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, onun həmin mənzili təmir etdirməklə orada uzun müddət (məhkəmə çəkişmələri bitənədək) yaşadığı müəyyən edilmişdir. Təmir xərclərinin sərf olunduğu mənzilin qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 təhvil verildiyi də işin mübahisələndirilməyən halıdır. 57.Müvafiq təmir xərclərinin və əmlaka zərər yetirmədən ondan ayrıla bilməyən yaxşılaşdırmaların dəyərini müəyyən etmək məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilin yaxşılaşdırması ilə bağlı mənzilin təmiri üçün çəkilən məsrəflərin mövcud bazar qiymətlərinə uyğun olaraq 11.195 manat məbləğində; həmin mənzildə elektrik xətlərinin çəkilməsinin, istilik sisteminin quraşdırılmasının, qaz xəttinin çəkilməsinin, hamamda asma tavanın şəbəkə işıqları ilə birlikdə quraşdırılmasının, hamam aksesuarlarının, giriş qapısının alınması və quraşdırılmasının, qapı ətrafının mozaykasının, qaz, su və işıq sayğaclarının quraşdırılmasının hazırki bazar qiymətlərinə uyğun olaraq 6.190 manat məbləğində olduğu müəyyən edilmişdir. 58."xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tərtib olunmuş 12 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 saylı evin 277 saylı mənzilində qaz, su və elektrik sayğaclarının quraşdırılması üçün İddiaçı tərəfindən ümumilikdə 1.620 manat məbləğində xərc çəkilmişdir. 59.Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı təmirsiz mənzili istifadəyə yararlı vəziyyətə gətirmək üçün ekspert rəyinə və işdə olan digər sübutlara əsasən müəyyən edilmiş məbləğdə xərc çəkməsi ağlabatandır və məhkəmədə iddiada göstərilən hallar öz təsdiqini tapmışdır. 60.Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 61.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 62.Apellyasiya şikayətindəki dəlillər üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyatora münasibətdə irəli sürdüyü iddia tələblərini sonuncunun hərəkətləri nəticəsində ona maddi zərər vurulması ilə əsaslandırmır. O, cavabdehin ona məxsus əmlakı əldə etdiyinə, bu əldəetmə üçün onların arasında müqavilə münasibətlərinin və ya başqa hüquqi əsasın olmadığına istinad edir. 63.Yuxarıda da qeyd edildiyi kimi əsassız varlanmadan irəli gələn öhdəliklər bir şəxsin digər şəxsin hesabına qanunla, digər hüquqi aktlarla və ya əqdlə müəyyən edilmiş əsas olmadan əmlak əldə etməsi və ya xərclərə qənaət etməsi faktı mövcud olduqda yaranır və bu halda əmlakı əldə edən şəxsin təqsirli olub-olmamasının hüquqi əhəmiyyəti yoxdur. 64.Beləliklə də mübahisənin iddiaçının istinad etdiyi maddi hüquq normalarına əsasən həll edilməsi üçün də onun zərərçəkmiş şəxs olaraq əmlak və ya şəxsi qeyri-əmlak hüquqlarının cavabdeh tərəfindən pozulması, cavabdehin hərəkət və ya hərəkətsizliyində qanunazidd və təqsirli davranışın olması hallarının müəyyən edilməsinə ehtiyac olmur. 65.Bu baxımdan, məhkəmə kollegiyası hazırkı mübahisəli hüquq münasibətlərinə əsassız varlanma institutunu tənzimləyən normaları tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən tətbiq olunmuş bu normaların məqsədi cavabdehin davranışını cəzalandırmaq deyil, iddiaçının pozulmuş əmlak vəziyyətinin bərpasını təmin etməkdən ibarətdir.
66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prossesual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 68.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
69. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-29/2025 saylı 13 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev