Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-475/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, onların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh4 və qeyrilərinin cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-648/2024 nömrəli 09 avqust 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan və ünvan 2uğunda saxlanılan sənədlərin göndərilməsinə dair məktubundan və ona əlavə olunan sənədlərdən görünür ki, 17 aprel 1979-cu ildə İddiaçı 109890 saylı Order verilmişdir. Order əsasnda ona və onunla birlikdə yaşayan 3 nəfər – X17, Cavabdeh4 və X11 3 otaqdan ibarət Əhmədli qəsəbəsi 2942-6 məhəllə, 24 saylı evin 6 saylı mənzilinə yaşayış sahəsi əldə etmək hüququna malikdir.
2. Həmin materiallara əlavə edilən 18 saylı Notariat ofisinin möhürlə təsdiq edilmiş Cavabdeh2 **********451 saylı xx.xx.2019-cu il, X10 **********285 saylı xx.xx.2019-cu il, X3 **********286 saylı xx.xx.2019-cu il, X1 **********289 saylı xx.xx.2019-cu il, Cavabdeh4 **********290 saylı xx.xx.2019-cu il, Cavabdeh3 **********288 saylı xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və Çıxarış verilməsinə razıdırlar. Ona görə imza edirlər. Həmin materiallara əlavə edilən Lənkəran rayon 1 saylı Notariat ofisininin möhürlə təsdiq edilmiş Cavabdeh1 **********863 saylı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19-da yerləşən 78 nömrəli mənzilin İddiaçı adına sənədləşməsinə, özəlləşdirilməsinə razılıq verir.
3. Çıxarışdan görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçirilmişdir.
4. xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X12 Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzili qardaşı oğlu - Cavabdeh4 hədiyyə etmişdir və həmin mənzil hazırda onun mülkiyyətindədir.
5. ******* nömrəli xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 ünvanı üzrə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 qeydiyyatda olan digər şəxslərdir.
6. Bakı şəhəri Xətai rayon RPİ-nin 35-ci Polis Bölməsinin rəisi X16 rayonu, N.Tusi küçəsi ev 19, mənzil 78 ünvanda yaşayan Cavabdeh3 ünvanlanan xx.xx.2023-cü il tarixli 552/2-5-7424 saylı məktubundan görünür ki, onun xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-yə ünvanlandığı müraciəti tərəflərindən baxılmış, məktubda qeyd olunmuşdur ki, “qaynınız Etibar və həyat yoldaşı Məlahət adlı şəxslər tərəfindən narahat olmağınız ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatlarda heç bir inzibati və cinayət tərkib yaranmadığı üçün aparılan araşdırmanın icraatı tərəfimizdən dayandırılmışdır”.
7. Bakı şəhəri Xətai rayon RPİ-nin 35-ci Polis Bölməsinin Vəkil2 ünvanlanan xx.xx.2024-cü il tarixli 55-2/2-4354 saylı məktub və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, Cavabdeh2 və İddiaçı ərizələri əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığı üçün Cavabdeh2 və X8 barəsində cinayət işinin başlanması rədd edilmiş, onlar barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Xətai RPİ-nin 35ci PB-nin aidiyyatı əməkdaşına həvalə edilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir cinayət hadisəsinin və analoji hadisələrin qarşısının alınması məqsədilə Xətai PRİ-nin 35-ci PB-nin müvafiq əməkdaşlarına profilaktik tədbir görülməsi üçün tapşırıq verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Xətai rayonu, N.Tusi küçəsi 19 nömrəli evin 78 nömrəli mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X25 tərəfindən ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin idarə tərəfindən ona çıxarış verilmişdir. Cavabdehlər xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 Cavabdeh4 oğlu və qızıdır. xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh3 isə Cavabdeh4 aravadı olmuş, onlar arasında olan nikah 2019-cu ildə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 keçmiş həyat yoldaşı Cavabdeh3 faktiki olaraq İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da onlar 1995-ci il tarixdən ona məxsus evdən çıxaraq yaşamaq üçün onlarda olan məlumata əsasən Cavabdeh3 valideyinlərinə məxsus Buzovna qəsəbəsində yerləşən mənzilinə köçərək bir müddət orada yaşamışlar. Halhazırda cavabdehlərin bir qisminin, yəni Cavabdeh4 Buzovna qəsəbəsində, digər cavabdehlərdən Cavabdeh3 Cavabdeh4 ayrılması və ayrılan zaman iş üzrə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 anaları Cavabdeh3 ilə birlikdə, onların da Buzovna qəsəbəsində ayrı ünvanda yaşaması barədə məlumatları vardır. O da qeyd olunmalıdır ki, İddiaçı bacısı X5 övladı olmadığlndan o özünə məxsus Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi 7 nömrəli evin 87 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində bağışlanma müqaviləsi əsasında əvəzsiz olaraq Cavabdeh4 hədiyyə etmişdir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 keçmiş həyat yoldaşı Cavabdeh3 faktiki olaraq İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da faktiki olaraq 1995-ci il tarixdən həmin mənzildə yaşamadıqları üçün onlar iddiaçının qanunla müəyyən edilmiş xüsusi mülkiyyət hüquqlarını məhdudlaşdırmaqda davam edirlər. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən mənzilə dair ödənilən kommunal ödənişlər mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanaraq mənzil mülkiyyətçisindən tələb olunur. Göründüyü kimi cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal istifadə hüquqları və istifadə hüquqları əsasında olan formal qeydiyyatları iddiaçının hər ay əlavə olaraq onların adına kommunal ödənişləri ödəməyinə səbəb olur. Belə olduğu halda onun qanunla qorunan mülkiyyət hüquqları pozulur.
10. Cavabdeh4, Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Xətai rayonu. N.Tusi küçəsi, ev 19, 78 saylı mənzilə köçürülməsinin təmin edilməsi və həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk İddiaçı onun anası, həmin mübahisəli mənzildə yaşayan və psixoloji xəstə olan digər şəxs Etibar isə onun ögey qardaşıdır, onun və anasının köməyi ilə 7-8 il olar ki, Etibarı evləndirmişlər, onlar əvvəl Montin qəsəbəsində yaşamışlar, evə aid nə təmir işləri var idisə, hamısını özü təmir etmişdir, çünki özü ustasıdır, onun zəhməti ilə ev təmir olunmuşdur, Etibar ona heç vaxt kömək etməyib, hazırda özü başqa adama məxsus bağda qalır, həm bağa xidmət edir, həm də elə uzun illərdir ki, orada qalır, oğlu Bəxtiyar da əvvəllər onunla birlikdə bağda qalırdı, özü 2017-ci ildə boşanmışdır, adıçəkilən Bakı şəhəri Xətai rayonu. N.Tusi küçəsi, ev 19, 78 saylı mənzil həmişə problemli olub, ailədaxili münaqişələr səbəbindən 3-4 dəfə polisə də müraciət olunub. Onun öz adına mənzil var, Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzildir, xalasının evidir, o baxırdı ona, həm də elə uşaqlıqdan onun yanında qalırdı, anası onunla yola getmirdi deyə. Hətta anasının fikri var idi ki, həmin mənzili də öz adına keçirtsin, lakin xalası mənzili ona bağışlamışdır, xalası tək yaşamağı xoşlayır, 85 yaşı var, hazırda rayondadır, evlər arasındakı məsafə çox azdır, işləyir deyə qalmır xalası gildə, özü uşaqlarının yanında olmaq istəyir, digər oğlu hərbçidir, 250 manat əlavə verilir. Keçmiş həyat yoldaşı Billurə qardaşına aid evdə qalır. Özü həmişə anasının yanına getmək istəmişdir, lakin anası hər dəfə onu polisə verir. Onları ailəlikcə 2023-cü ildə evdən zorla çıxardıblar. Mənzilə girəndə sağ tərəfdəki otaq onlara məxsus olub, hazırda həmin otaqda onlara məxsus pal-paltar, ev əşyaları, TV, soyuducu var və həmin əşyalar ordadır. Mənzili ümumilikdə özü təmir etmişdir, ona heç kim kömək etməmişdir, evin giriş qapısının və otağın açarı onda var. Lakin onun ailəsinin həmin mənzilə daxil olmasına qardaşı Etibar hədə-qorxu gəlir, bununla bağlı səs yazısı da var, deyir, evə daxil olsanız başınızı kəsəcəm, 20 mininizi götürün gedin. Arzuya deyib ki, sizə veriləcək 20 min kəfən puludur.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 648/2024 nömrəli 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzilə köçürülməklə onların həmin mənzilə istifadə hüquqları tanınması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim X9).
13. Məhkəmə mövqeyini onula əsaslandırmışdır ki, iddia tələbində Cavabdeh4 münasibətdə qeyd edir ki, Cavabdeh4 mülkiyyətində mənzil olduğundan və uzun müddət (üç ildən artıq bir müddətdə) ərzində mübahisəli mənzildən mütəmadi istifadə etmədiyindən, eləcə də mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığından, həmçinin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı ona qarşı hazırkı tələblə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də ilkin iddia tələbi həmin hissə təmin olunmalıdır. Məhkəmə, iddia tələbində Cavabdeh3 münasibətdə qeyd edir ki, o, 1993-cü ildə mübahisəli mənzilə iddiaçının gəlini qismində köçməklə orada yaşamış, iddiaçı ilə ümumi təsərrüfat aparmaqla mübahisəli mənzildən istifadə etmiş, bununla da o dövrdə qüvədə olan Mənzil Məcləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ yaranmışdır, onun iddiaçının ailə üzvü hesab olunmuş Cavabdeh4la nikahın pozulması mənzildən istifadə hüququna hər hansı bir formada təsir etmir. O, mübahisəli mənzildən məişət zəminində yaranmış mübahisə, o cümlədən hüquqa müdaxilə fonunda çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılqılı iddia tələbi təmin edilməli, istifadəyə görə Cavabdeh3 qarşı yaradılmış maneə aradan qaldırılmalı, o, həmin mənzilə köçürülməklə istifadə hüququ tanınmalıdır. Cavabdeh2, Cavabdeh1 və X2 münasibətdə məhkəmə qeyd edir ki, onlar iddiaçının ailə üzvü olan Cavabdeh4 uşaqları olmaqla doğulduqları 1994, 1996 və 1998-ci il tarixlərdən həmin mənzildə yaşadıqlarından, o dövrdə qüvvədə olan Mənzil Məcəllsinin 54-cü maddəsinə əsasən, mənzilə istifadə hüququ əldə edirlər. Belə ki, həmin maddəyə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Cavabdeh4 da həddi-büluğa çatmamış uşaqlarını öz yanına hər hansı razılıq tələb edilmədən köçürmək hüququ olduğundan onların mübahisəli mənzilə istifadə hüquqları yaranmış, lakin onlar, mübahisəli mənzildən məişət zəminində yaranmış mübahisə, o cümlədən hüquqa müdaxilə fonunda çıxmışlar. Belə olan halda məhkəmə hesab edir ki, qarşılqılı iddia tələbi təmin edilməli, istifadəyə görə Cavabdeh2, Cavabdeh1 və Mirabbas Talıbova qarşı yaradılmış maneələr aradan qaldırılmalı, onlar, həmin mənzilə köçürülməklə istifadə hüquqları tanınmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, xx.xx.2009cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 54-cü, 60-cı, 87-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən ilk iddia üzrə ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia ərizəsinin rədd edilən hissədə təmin edərək Cavabdeh2,Cavabdeh1, X4 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 19, 78 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və qarşılıqlı iddia ərizəsinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iş materiallarında olan sübutlardan göründüyü kimi Cavabdeh4la Cavabdeh3 rəsmi nikahda olmuşlar, yəni Cavabdeh3 iddiaçının gəlini olmuş onlar arasında olan nikah Xətai rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yəni qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən Billurə Talıbovla iddiaçının ailə üzvü olmamışdır. Belə olduğu halda Cavabdeh3 və onun övladları Cavabdeh2, Cavabdeh1 qeyd oluna əmlak üzərində istifadə hüquqlarının tanınması əsassız və qanunsuz olduğu halda məhkəmə qeyd olunan maddi hüquq normalarını səhv təfsir edərək onların həmin mənzil üzərində istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarmışdır. Göründüyü kimi cavabdehlər faktiki olaraq iddiaçı ilə birlikdə yaşamadıqlarından,onun ailə üzvləri olmadığından, onunla birlikdə təsərüfat aparmadıqlarından və onların faktiki olaraq daimi yaşadığı yer olduğundan artıq onların iddiaçının mülkiyyətində olan mənzilində istifadə hüquqları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsasən itirilmiş hesab edilir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, onların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
d) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İlk iddia üzrə iddiaçı tərəfindən qətnamənin ilk iddia tələbinin təmin edilməyən hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi mübahisələndirilərək ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ilk iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququnun itirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, 17 aprel 1979-cu ildə İddiaçı 109890 saylı Order verilmiş, order əsasında ona və onunla birlikdə yaşayan 3 nəfər – X17, Cavabdeh4 və X11 3 otaqdan ibarət Əhmədli qəsəbəsi 2942-6 məhəllə, 24 saylı evin 6 saylı mənzilinə yaşayış sahəsi əldə etmək hüququna malik olmuşlar, Cavabdeh2, X10, X3, X1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 razılıqlarına əsasən ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir, qarşılıqlı iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh3 RahiləTalıbovanın müvafiq olaraq oğlu, nəvələri və keçmiş gəlini olmaqla həmin mənzildə pasport qeydiyyatındadırlar, Cavabdeh3 Cavabdeh4 ilə nikah bağlamaqla 1993-cü ildən həmin mənzilə gəlin köçmüş və həmin mənzildə yaşayaraq əri Cavabdeh4 ilə birlikdə birgə ümumi təsərrüfat aparmış, evdə aparılan təmir-tikinti işlərində, aparılan yaxşılaşmalarda iştirak etmişdir, Cavabdeh4 övladları Cavabdeh2 (xx.xx.1994), Cavabdeh1 (xx.xx.1998), X4 (xx.xx.1996) həmin mənzildə anadan olmaqla orada yaşamışlar, Cavabdeh4 ilə Cavabdeh3 arasında nikah münasibətləri pozulsa da, Cavabdeh3 həmin mənzildə yaşamaqla oradan istifadə etməyə davam etmişdir, ailədaxili münaqişələr səbəbindən İddiaçı, cavabdehlərin (qarşılıqlı iddiaçıların) mənzildən istifadəsinə maneələr yaradır, qarşılıqlı iddiaçılar hazırda başqa ünvanda müvəqqəti yaşayırlar, onların mübahisəli mənzildə yaşamaması İddiaçı yaratdığı maneələrlə əlaqədardır. Tərəflər arasında mübahisə ilə bağlı Cavabdeh2 və İddiaçı ərizələri əsasında polis şöbəsinə müraciət olunmuş, toplanmış materiallarda cinayət hadisəsi olmadığı üçün Cavabdeh2 və X14 (ilkin iddiaçının oğlu) barəsində cinayət işinin başlanması rədd edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Cavabdeh4 ilə X12 arasında xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanmışdır, həmin müqaviləyə əsasən X12 Bakı şəhəri, Neapol küçəsi, ev 7, 87 saylı mənzilini Cavabdeh4 hədiyyə etmişdir və həmin mənzil hazırda sonuncunun mülkiyyətindədir.
29. Həmçinin müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçılara məxsus əşyaların bir qismi 3 otaqlı mübahisəli mənzilin bir otağında yerləşir və hazırda da oradadır, otağın açarı Cavabdeh3 ixtiyarındadır. Qarşılıqlı iddiaçıların mənzildən istifadə hüquqlarına və mənzilə daxil olmaq imkanlarına ilkin İddiaçı və onun oğlu E.Talıbov tərəfindən süni maneələr yaradılır ki, bu da Cavabdeh4 istisna olmaqla qarşılıqlı iddiaçıların mənzildən istifadə hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur.
30. Bununla belə, iddiaçının yaşadığı mənzilə dair hüquqi vəziyyəti və iddiaçının mənzilə münasibətdə statusu müxtəlif olmuşdur. Belə ki, xx.xx.1979-xx.xx.2019-cu il tarixlərdə mübahisəli mənzil dövlət mənzil fonduna aid olmuş və iddiaçı həmin mənzilin icarədarı olmuş, xx.xx.2019-cu il tarixdən isə mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin mənzildən istifadə edilməsi ilə bağlı onların arasında münasibətlər iddiaçının ailə üzvü olan Cavabdeh4 uşaqları olmaqla doğulduqları 1994, 1996 və 1998-ci il tarixlərdən mübahisəli mənzildə yaşamaqlarına baxmayaraq, həmin vaxt mənzilin iddiaçının mülkiyyətində olmaması və dövlət mənzil fonduna aid olması bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
31. Həmin Məcəllənin tələbləri baxımından da 1993-cü ildə mənzilin icarədarı olan iddiaçının razılığı ilə mənzilə köçən və iddiaçının 2019-cu ildə mənzilin mülkiyyətçisi olduqdan sonra da orada yaşamağa davam edən və 2023-cü il tarixdə mübahisəli mənzili məişət zəminində yaranmış mübahisə nəticəsində tərk etməyə məcbur olan cavabdehlərin mənzildən istifadə hüququ yaranmışdır.
32. Belə ki, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
33. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
35. Bununla yanaşı, göründüyü kimi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Mirabbas Talıbov mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi və ona çıxarış verilməsinə dair razılıq vermişdirlər ki, bu razılıq onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il Qərarı).
36. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlk iddia üzrə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-648/2024 nömrəli 09 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.