Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4751/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hərracın keçirilməsi zamanı zamanı beh kimi ödənilmiş pulun geri qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-608/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1835/2021 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, 9-cu mkr ev 9E ünvanında yerləşən 12 nömrəli mənzil üzərində xx.xx.2009-cu il tarixli İpoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilsin, həmin əmlak üzərində ipotekaya xitam verilməsi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 1239/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9336/2021 nömrəili iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara almışdır.
2. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1512 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ödəniş terminalı K0126012 ilə RES XAM və AMTAA BİRJASİ KÜLEK MMC hüquqi şəxsin AZ27AİİB******************** hesabına 1500 manat ödənilmişdir.
3. TT**********23115050 və TT**********63715000 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ümumilikdə 30050 manat Sumqayıt İcra Şöbəsinin AZ71CTRE**********02086671 nömrəli hesabına ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən ödənilmiş 1500 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin keçirdiyi hərracda iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir, buna dair “Hərracın yekunlarına barədə” 21\02 saylı xx.xx.2021-ci il tarixli Prorokol tərtib edildi, əmlakın satış qiyməti 30.050 manat müəyyən edildi, hərrac təşkilatı ilə aramızda “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə" xx.xx.2021-ci il tarixli müqavilə imzalandı və müqavilə dəyəri 30.050 manat göstərildi. İddiaçı tərəfindən hərraca görə cavabdeh təşkilata 1500 manat pul ödənilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı əmlakı əldə etmək üçün sifarişçi təşkilat olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 30.050 manat ödəmişdir. Bundan sonra əldə edilmiş mənzilə dair mülkiyyət hüququ barədə çıxarış almışdır. Bundan sonra mənzilin keçmiş mülkiyyətçisi X5 Bakı şəhəri Nərimanov rayon məhkəməsinə “mənzil üzərində yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və İddiaçı adına olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qətnamə icra olunmuş və İddiaçı verilmişdir. Bundan sonra İddiaçı dəfələrlə cavabdehə müraciət edərək qanunsuz olaraq keçirdikləri hərraca görə ödədiyi pulu geri tələb etsə də, cavabdeh pulu verməkdən imtina etdi və bunu yalnız məhkəmə qərarı ilə qaytara biləcəklərini bildirmişlər.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(005)-608/2023 nömrəli qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hərraca çıxarılmış əmlakın tam dəyəri iddiaçı tərəfindən Sumqayıt İcra Şöbəsinə ödənilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 1500 manat pulun hərracın keçirilməsi məqsədi ilə ödənilməsi müəyyən olunur. Qeyd olunan xidmət haqqının iddiaçı tərəfindən ödənilməsi halında hazırda ləğv edilmiş ipoteka predmetinin geri qaytarılması zamanı həmin xidmət haqqının cavabdehdən tələb edilməsi nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab etmişdir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü, 415ci, 416-cı 491-ci maddələrinə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 4-cü, 46-cı, 81-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 80-ci, 81-ci, 82.3-cü, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1500 manat pulun ödəniş qəbzində beh kimi göstərilməsinə və hərracın hesabına ( bankın yox) ödənilməsinə baxmayaraq məhkəmə belə hesab etmişdir ki, bu işdə hərracın hər hansı bir öhdəliyi olmamışdır və pul ona qaytarılmamalıdır. Lakin məhkəmə səhvə yol vermiş, hərracın qanunazidd hərəkətləri nəticəsində hərracın nəticələri etibarsız hesab edildiyi və əmlak onun əlindən alındığı üçün, hərraca ödənilmiş 1500 manat beh kimi pulu da geri qaytarılmalıdır. Məhkəmə isə bu iddianı təmin etməməklə maddi hüquq normalarının tələblərini və onun əmlak hüquqlarını pozmuşdur. Belə ki, onunla hərrac arasında bağlanmış əqd etibarsız hesab edilmiş, bu zaman bank aldığını qaytarmış,amma hərrac isə qaytarmaqdan imtina etmişdir və məhkəmə də bundan imtinanı qanuni hesab edərək belə bir nəticəyə gəlmişdir ki, hərrac bu müqavilədə tərəf olmadığına görə, hərrac təşkilatı əqd üzrə aldıqlarını geri qaytarmağa borclu deyildir. Məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır; 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. e) Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası idiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 2ünvanında yerləşən 12 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri üzrə icra Şöbəsi tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 10/42 nömrəli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Daha sonra mənzilə dair keçirilmiş hərracda əmlak 30.050 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 1500 manat pul cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hesabına ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə 30050 manat əmlakın dəyəri Sumqayıt İcra Şöbəsinə ödəmişdir. Daha sonra X6 tərəfindən ipotekaya xitam verilməsi və çıxarışı etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının tələbi təmin edilərək, Sumqayıt şəhəri, 9-cu mkr ev 9E ünvanında yerləşən 12 nömrəli mənzil üzərində xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilsin, həmin əmlak üzərində ipotekaya xitam verilməsi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 1500 manat pulun geri qaytarılması ilə bağlı müraciət olunsa da müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 1500 manat cavabdeh tərəfindən ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Mövcud vəziyyətdə hərraca çıxarılmış əmlakın tam dəyəri iddiaçı tərəfindən Sumqayıt İcra Şöbəsinə ödənilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 1500 manat pulun hərracın keçirilməsi məqsədi ilə ödənilməsi müəyyən olunur. Qeyd olunan xidmət haqqının iddiaçı tərəfindən ödənilməsi halında hazırda ləğv edilmiş ipoteka predmetinin geri qaytarılması zamanı həmin xidmət haqqının cavabdehdən tələb edilməsi nəzərdə tutulmamışdır.
23. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir.
24. Bundan əlavə hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Odur ki, iddiaçı tərəfindən hazırki tələb üzrə cavabdeh qismində müəyyən etdiyi hərrac təşkilatının onun qanunla qorunan hansı hüququnun pozması müəyyən edilmir. İddiaçı qeyd olunan halı təkzib edəcək hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının qanunla qorunan hüquqlarının cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində pozulması müəyyən olunmamışdır.
25. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 608/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.