Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4753/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, İddiaçın Cavabdeh Əndəhəd oğluna qarşı irəli sürdüyü “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2, X5 və X3 birgə verdikləri apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı PHŞ-in Cavabdeh qarşı irəli sürdüyü “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya qaydasında işə baxılarkən Rayon Məhkəməsi sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verildiyi üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sorğuya əsasən iş apellyasiya baxışından çıxarılmış və Rayon Məhkəməsinə göndərilmişdir. Rayon Məhkəməsi üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə və onlar tərəfindən verilmiş “prosessual müddətin bərpası haqqında” ərizəyə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla “prosessual müddətin bərpası haqqında” ərizənin təmin edilməsini, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üçüncü şəxslər Seyhun Ələkbərova, Kəmalə Ələkbərovaya, Çingiz və Asiya Ələkbərovaya münasibətdə bərpa edilməsini qərara almışdır. Bundan sonra Rayon Məhkəməsi iş üzrə üçüncü şəxslərin qətnamədən verdikləri apellyasiya şikayətini qəbul edərək, baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş üzrə üçüncü şəxslərin qətnamədən verdikləri apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Çünki iş üzrə üçüncü şəxslər apellyasiya şikayəti verərkən 3 prosessual pozuntuya yol vermişlər. Belə ki, birincisi, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2.); Lakin apellyasiya şikayətindən görünür ki, şikayət 4 şəxs tərəfindən verilmiş və Vəkil3 tərəfindən elektron imzalanmaqla göndərilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Vəkil3 üçüncü şəxslərdən yalnız Seyhun Ələkbərovun həm vəkili, həm də etibarnamə üzrə nümayəndəsidir. Digər apellyatorlarla isə hər hansısa hüquqi münasibəti təsdiq edə biləcək sənədlər (order, etibarnamə və s.) iş materiallarına əlavə edilməmişdir. İkincisi, apellyasiya şikayəti Seyhun Ələkbərovun vəkili (nümayəndəsi) tərəfindən elektron imza ilə imzalansa da, digər üçüncü şəxslər şikayəti elektron qaydada imzalamamışlar. Halbuki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə görə, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Üçüncüsü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və MPM-in 108-ci maddələrinin mənasına görə, məhkəməyə iddia ərizəsi, apellyasiya şikayəti və ya kassasiya şikayəti verilərkən dövlət rüsumu ödənilir. Dövlət rüsumunun məbləği iddia tələbinin qiymətinə münasibətdə müəyyən edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya şikayəti vermiş üçüncü şəxslər apellyasiya şıkayətinin verilməsi üçün dövlət rüsumu ödəməmişlər. Dövlət rüsumunun ödənilməsindən cavabdehin azad edilməsini təsdiq edə biləcək sənədlər isə şikayətə əlavə edilməmişdir. MPM-in 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən nöqsanların mövcud olmasına baxmayaraq Rayon Məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X2, X5 və X3 birgə verdikləri apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün iş Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4753/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4753/2025
04.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver