Məhkəmə qərarları › İş №2(103)-4769/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4769/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4769/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” qarşılıqlı tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-925/2021 nömrəli saylı mülki işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4300 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı "mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona münasibətdə davranışının qərəzli olmaqla qanunsuz hesab edilməsi, 10000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdə tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zaman təqdim edilmiş Binəqədi RPl-nin 5-ci PB-nin baş təhqiqatçısı N.Məmmədlinin 06.09.2020-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı Cavabdeh tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, X1 ilə 2001-ci ildən etibarən bu günədək bir kollektivdə işləyir. 2019-cu ildə ailəsində sıxıntılar olduğu üçün Qürbər Mirzazadədən 500 manat borc pul istəmiş, Qürbət Mirzazadə isə öz növbəsində ona 300 ABŞ dolları borc vermişdir. Bundan sonra müəyyən vaxt keçdikdən sonra o, Qürbət Mirzazadədən yenə borc pul istəmiş və ümumilikdə ona 1750 manat borcu yaranmışdır. Buna baxmayaraq həmin məbləği o, kollektivdə lotoreya oynayaraq İddiaçı qaytarmış və sonuncu 300 manat borcunu isə ödəmə vasitəsi ilə sonuncuya qaytarmışdır. Hazırda isə onun Qürbət Mirzazadəyə heç bir borcunun olmadığı qeyd etmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə tərəflər arasında borcun qaytarılması prosesində yaranan mübahisələr müvafiq olaraq mülki qanunvericilik əsasında tənzimlənməli olduğu, aparılmış araşdırma zamanı tərəflər arasında olan mübahisənin mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalı olduğu sübuta yetirildiyinə görə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (səh.11); İddiaçı izahatından məlum olmuşdur ki, 2019-cu ilin iyun ayının ortalarında əməkdaşı olduğu Azərbaycan Milli Elmlər X3 adına Ədəbiyyat İnstitunun işçisi Cavabdeh ona zəng edərək onunla söhbəti olduğunu bildirmiş, həmin gün oğlu ilə Azadlıq prospekti metrostansiyasının qarşısında Elmira ilə görüşmüşdür. Söhbət əsnasında Elmira ev almaq üçün 500 manat pul lazım olduğunu ona demiş, o da, həmin məbləği ona verməyə razılıq vermişdir. 500 manat pulu Bakı Dövlət Universitetinin yaxınlığında Ekspress Bankın qarşısında Elmiraya vermiş və yaxın vaxtlarda Ukraynaya müalicəyə getməli olduğunu demişdir. Bütün bunlara baxmayaraq Elmira hər gün ona zəng edib öz minnətdarlığını ona bildirməklə ondan yenidən pul qoparmaq istəyindən əl çəkməmişdir. Bu minvalla Elmira ondan yenidən 100 manat, az sonra 20 manat və sonra 100 ABŞ dolları alaraq ümumi borcu 790 manata çatdırmışdır. Ondan pul almaq az imiş kimi, daha kimlərdən pul almağın mümkün olduğunu soruşmuş, o da məcburiyyət qarşısında qalıb yaxın qohumu Hacı Həmidə müraciət etmiş və Hacı ona etibar edib 2000 manat pulu Elmiraya bacısı Gülbəniz Babayevanın maaş kartından aybaay ödəmək şərti ilə vermişdir. 14.08.2019-cu il tarixdə müalicədən Bakıya qayıtmışdır.Elmira elə həmin günü ona ehtiyac içində yaşadığını, pulsuzluqdan qayğılarını yerinə yetirə bilmədiyini söyləmiş, guya ondan başqa güman gəlməyən heç kimin olmadığını deməklə onu inandırmağa çalışmışdır. O da məcbur olub avqust ayının 15-də onun alə üzvlərinin Kapital Banka məxsus pensiya kartına 202 manat göndərmişdir. Sentyabr ayının əvvəllərində Elmira yenidən Hacı Həmiddən onun üçün 1000 ABŞ dolları alınması üçün canfəşanlıq etmiş və həmin pulu 1 ay müddətinə qaytaracağını inandırmağa çalışmışdır. O da Hacı Həmidlə telefon əlaqəsi saxlayıb həmin vəsaitin onun vasitəsilə çatdırılmasın nail olmuşdur. Əvvəlki 2000 manat borcdan Cavabdeh ödəyə bilmədiyi 220 manatı Hacı Həmidə əvvəl o verəsi olmuşdur. Bir müddət sonra 2-ci məbləğin ödənilmə vaxtı gəlib çatmışdır. Elmira oynayacağı lotoreya vasitəsilə Hacıya ödəniləsi pulları bağlayacağını bildirmişdir. Bu borcdan da 600 dolları o uşağın müalicəsi üçün nəzərdə tutulan puldan götürərək Hacıya çatdırmışdır. Bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə ondan və ailə üzvlərindən pullar almağa başlamışdır. Belə ki, 19.08.2019-cu il tarixdə Beynəlxalq Banka kredit borcun ödənilməsi üçün 47 manat, Bakıda işıq pulu 50 manat, 24.08.2019-cu ildə 72 manat, 26.09.2019-cu ildə 220 manat, 27.09.2019-cu ildə 100 ABŞ dolları, 29.09.2019-cu ildə ailə üzvlərinin Kapital Banka məxsus təqaüd kartına 253 manat, 03- 04-05-06 oktyabr 2019-cu il tarixlərdə 400 manat,15.10.2019-cu ildə 150 manat, 25.10.2019-cu ildə 90 manat, 27.10.2019-cu ildə 80 manat, 11.11.2019-cu ildə həyat yoldaşının maaşından 600 manat, yenə ondan 12.12.2019-cu ildə 90 manat, 19.12.2019cu ildə Beynəlxalq Banka kredit ödəmək üçün Cavabdeh özünün nişan verdiyi başqa bir institut əməkdaşından 60 manat almışdır. Həmin vəsait 2-3 gün ərzində onun tərəfindən ödənilmişdir. Cavabdeh onlardan almağa müvəffəq olduğu ümumi məbləği bu mərhələ üçün 2282 manat təşkil etmişdir. Həyat yoldaşını telefon vasitəsilə Elmira dilə tutaraq ondan aldığı 700 manatı, səhhətində ciddi problemlər olan oğlunun müalicəsi üçün nəzərdə tutulan 2800 manatı heç olmasa, hissə-hissə qaytarılmasını ona bildirəndə Elmira bunları inkar etmiş və onun səsini yazmaqla məhkəməyə göndərəcəyi ilə şantaj etmişdir. Onun və həyat yoldaşının təkidlərindən sonra Elmira onları müvəqqəti susdurmaq üçün maaş kartını borclarının ödənilməsi üçün akademiyanın qarşısında ona çatdırmışdır. Dekabr ayının 28-də Elmira həmin maaş kartını bloka saldırmış, məhz bu səbəbdən kartdan pul çıxara bilməmişlər. Bu hadisəni 24.01.2020-ci ildə Cavabdeh şöbə müdirinə təfsilatı ilə çatdırmışdır. Cavabdeh həyat yoldaşına borclu olduğu məbləğdə yalnız ciddi təzyiqlərdən sonra cəmi 2 dəfə 29.12.2019-cu ildə 250 manat, 07.02.2020-ci ildə yenə 250 manat ödəniş etmişdir. 03.03.2020-ci ildə Cavabdeh ona telefon açaraq bildirmişdir ki, institutda biabır olmuş, bir daha orada qalıb işləyə bilməyəcək. Lotoreyaya onun əvəzindən borc ödəməsini dilə gətirmişdir. Əslində Elmira bunu ödəməli idi, danışıq belə olmuşdu. Əksinə o Elmiraya həmin gün 100 manat, səhəri gün 150 manat və ailə üzvlərinin Kapital Banka məxsus təqaüd kartına son olaraq 36 manat ödəməli olmuşdur. Həmin məbləğin qəbzini təqdim edə bilər. Pandemiya ilə bağlı Elmira Bərdə rayonun Soğanverdilər kəndinə getmişdir. Guya lotoreya pullarını elə oradaca nizamlayacaqdır. Lakin hər şey əksinə olmuşdur. Ayrı-ayrı şəxslərə çatacaq vəsaitləri lərigitmişdir. Bu aylarla davam etmişdir. Ciddi təzyiqlərdən sonra Elmira 2 dəfə onun əvəzinə lotoreya pulunu 400 manat olmaqla 800 manat ödəməyə nail olmuşdur. Beləliklə həyat yoldaşına ödədiyi 500 manatla son ödənişlə birlikdə 1300 manat təşkil etmişdir. lyun və iyul aylarının əvvəllərində o və həyat yoldaşı Elmiraya heç olmasa lotoreyanın onlara tam halda çatdırılmasını bildirmişlər. Elmira iyulun birinci 10 günlüyündə ödəyəcəyini söz vermişdir. Ödəniş cəmi 300 manat idi. Beləliklə Cavabdeh borclu olduğu 4600 manatın yalnız 1300 manatını ödəmişdir.Ona çatacaq lotoreyadan mənimsədiyi 1000 manat bura əlavə edilərsə, bu artıq 4300 manatdan artıq bir məbləğ edir. Sonuncu dəfə o Cavabdeh ünvan 1 ünvanında yerləşən Araz marketin daxilində olan Milliön aparatından ödəmişdir. Həmin məbləği ödəyərkən yanında heç kim olmamışdır. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (səh.57); iddiaçı Cavabdeh izahatından məlum olmuşdur ki, ilkin iddia qəbul etməyərək, qarşılılıq iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə iddiaçının tələbinin əsasını guya müxtəlif vaxtlarda ona verilən borcun geri qaytarılması təşkil edir. İddiaçı müxtəlif vaxtlarda özünün yaşadığı ərazilərdə, ona yaxın şəxslər vasitəsilə, (yəni hüquq mühafizə orqanlarında işləyən tanışları nəzərdə tutulur) ona müxtəlif vaxtlarda təzyiqlər etməyə cəhd etmiş, bu təzyiqlər və hədə-qorxular bir nəticə vermədiyi üçün, sonda məhkəməyə müraciət etmişdir. İddiaçı iddiası əsassız olduğu üçün, onu şər və böhtan kimi qiymətləndirir və iddianı qəbul etmir. Belə olduğu halda, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Belə çıxır ki, iddiaçıdan istənilən vaxt borc pul istəmiş, o da vermiş, indi isə guya o pulları qaytarmır. Bu şəxs onunla birlikdə işləyir. İddiaçının məqsədi onu şantaj etmək və özündən asılı vəziyyətə salmaqdır. Özündən asılı vəziyyətə sala bilmədiyi üçün, müxtəlif üsullara əl atır. İddiaçının ona qarşı etdiyi qanunazidd hərəkətlər psixikasına təsir etmiş, cəmiyyətdə tutduğu alim mövqeyinə aşağılayıcı təsir etmiş və ona mənəvi ziyan vurmuşdur. İddiaçının vurduğu mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir. Belə ki, onun bu hərəkətləri nəticəsində mütəmadi olaraq mənəvi sarsıntı, iztirab keçirərək fəal ictimai həyatdan mərhum olmuşdur. Bundan başqa, onun şərəf və ləyaqətini ləkələməklə cəmiyyətdə fəal fəaliyyətini məhdudlaşdırmışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (səh.58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-925/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 450 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217. 218ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia üzrə cavabdeh müxtəlif vaxtlarda ilkin iddia üzrə iddiaçıdan 1750 manat borc pul almış, aldığı borcundan cəmi 1300 manat ödəniş etmiş, qalan 450 manatı isə qaytarmamışdır. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə cəmi 4600 manat pul verdiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, qarşılıqlı iddia tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını iddi etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 12.03.2021 -ci il tarixli ,2(004)-925/2021 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh 4300 manat pul alınıb, mülki İddiaçı verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Pespublikası Konstitusiyasının 25, 71; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllisinin 2.1, 14, 217, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Elmira ev almaq üçün ona 500 (beş yüz) manat pul məbləği Bakı Dövlət Universitetinin yaxınlığında- “Ekspress Bank”ın qarşısında vermişdir. Buna baxmayaraq, Elmira hər gün ona zəng edərək öz razılıq və minnətdarlığını zəng və smslər vasitəsi ilə bildirməklə, yenidən pul qoparmaq istəyindən əl çəkməmişdir. Bu minvalla Elmira onların ailədən yenidən 100 (yüz) manat, az sonra 20 (iyirmi manat) və yenidən 100 ABŞ dolları alaraq, ümumi borcu 790 (yeddi yüz doxsan) manata çatdırmışdır. Ondan yenidən pul istəyəndə Ukraynaya müalicəyə gedəcəyini ona bildirsə də, o, qohum və yaxınlarından kimlərə müraciət etməyin mümkün olduğunu soruşmuş, pul tapılmasa, guya evin əldən çıxacağı dilə gətirmişdir. O, məcburiyyət qarşısında qalıb, yaxın qohumu Hacı Həmidə müraciət etmiş, o, uzun illərin etibarını nəzərə alaraq 2000 (iki min) manat pulu onun vasitəsi ilə Elmiraya bacısı Gülbəniz Babayevanın maaş kartından aybaay ödəmək şərtilə çatdırılmışdır. O, Ukraynada olarkən Elmira çətinlik içərisində yaşadıqlarını, pula ehtiyacları olduqlarını söyləmiş və ona kömək edə bilməyəcəyini dönə-dönə bildirmişdir. Nəhayət, o, 2019-cu il avqust ayının 14-də müalicədən Bakıya qayıtmışdır. Cavabdeh yenidən zəng edərək pul istəmiş, o, ailə büdcəsindən 202 (iki yüz iki) manat pulu bir gün sonra - avqust ayının 15-də onun özünün dediyi “Kapital Banka” məxsus təqaüd kartına “MilliÖn” vasitəsi ilə göndərmişdir. 19.08.2019-cu il tarixində o, “Beynəlxalq Bank”a 47 (qırx yeddi) manat krediti onlar tərəfindən ödənilməsinə nail olmuşdur. Bundan 5 gün sonra avqust ayının 24-də o, yenidən pul istəmiş, aldığı pulları mütləq qaytaracağına onları inandıraraq ona 24 avqustda 71 (yetmiş bir) (Qəbz təqdim olunur) manat pul çatdırılmışdır. Bakıda işıq pulunu ödəmək üçün yenidən şəxsən ondan 50 (əlli) manat almasını da belə möhtəkkirin bu sahədə ustalıq və peşəkarlıq nümunəsi hesab etmək olar. Həmin il sentyabr ayının əvvəllərində yenidən ona 1000 (min) ABŞ dolların lazım olduğunu və həmin vəsaitin Hacı Həmiddən almağı xahiş etmiş və çox keçmədən həmin vəsaiti heç bir dəfə də üzünü belə görmədiyi qohumundan götürərək ona çatdırmış, Hacı Həmiddən alınan birinci 2000 manat məbləğində olan borcun ödənilə bilməyən 220 (iki yüz iyirmi) manatı sentyabr ayının 10-da onun tərəfindən ödənilərək bağlanmışdır. Himayəsində saxladığı qardaşı oğlunun hərbi xidmətdən qayıtma ərəfəsi (29. 09. 2019.) onlardan qopardığı vəsaitin qəbzdə məbləği 253 (iki yüz əlli üç) manatdır. Bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə ondan və ailə üzvlərindən pullar almağa başlamışdır. 4 oktyabr 2019-cu il tarixində onun Beynəlxalq Banka məxsus maaş kartından 525 (beş yüz iyirmi beş) manat (o, əvvəlki izahat və ifadələrində bu məbləği səhv olaraq 400 (dörd yüz) göstərmişdir. Qəbz təqdim olunur.) Oktyabr ayının 10-da Hacı Həmiddən alınan 1000 ABŞ dollarının 900 (doqquz yüz) azn hissəsi onun tərəfindən ödənilmişdir. Elmiranın bunu ödəmək imkanı yox idi. Borc aldığı şəxslər hər gün onun qapısının ağzını kəsdirib pullarını tələb edirdilər. Cavabdeh 15.10. 2019-cu ildə 150 (yüz əlli) manat, 27.10.2019-cu ildə 80 (səksən) manat, 11.11.20-ci ildə həyat yoldaşından 600 (altı yüz) manat, 25.11. 2019-cu ildə 90 (doxsan) manat, ondan yenə 12.12.2019-cu ildə 90 (doxsan) manat, 19.12.2019-ci ildə “Beynəlxalq Bank”a kredit borcunu ödəmək üçün Cavabdeh nişan verdiyi institut əməkdaşından 60 (altmış) manat alınaraq ona verilmiş və həmin borc həmin ayın 27-si onun tərəfindən sahibinə çatdırılmışdır. Onlara qaytarılması borclardan söhbət gedə bilməzdi. Nəhayət, 2019-cu ilin dekabr ayının sonlarına yaxın onlar həyat yoldaşını dilə tutaraq ondan aldığı 700 (yeddi yüz) manatı, səhhətində ciddi problemlər olan oğlunun müalicəsi üçün nəzərdə tutulan 2800 (iki min) manatın heç olmasa, hissə-hissə qaytarılmasını Elmiraya bildirəndə o, borclu olmadığını bildirdi, səsini yazmaqla və məhkəmədə görüşməklə onu şantaj etdi. Onların ciddi hədələrindən sonra o özünün maaş kartını borclarını ödəmək üçün akademiyanın qarşısında ona verdi. Bundan iki-üç gün sonra - dekabr ayının 28-də o həmin kartı bloka saldırdı və onlar oradan heç bir manat da olsa, çıxara bilmədilər. Tərbiyəvi vasitələrdən istifadə etməyə başladılar. O, ailənin başına gətirilən bu hadisəni 2020-ci il yanvar ayının 24-də Elmiranın çalışdığı şöbənin müdirinə bildirəndə o, onu qınadı, adam aldatmağın adi bir hala çevrilməsindən çoxlu misallar gətirdi və şöbəsindəki qadınlar vasitəsilə bu işin qismən də olsa, yoluna qoyulacağını bildirdi. Təsiri olmadı, institut Qadınlar Şurasına həyat yoldaşının adından müraciət ünvanladılar. Nəhayət, Qadınlar Şurasının sədri Aynur Xəlilova (əlaqə telefonları: 050- 362-43-67, ***-***-**-**) Elmiradan yazılı izahat aldı, həmin ərizə-izahatda faktlar bilərəkdən təhrif olunsa da, orada törədilən əməllərin bir qismini o boynuna almaq məcburiyyətində qaldı. O, ərizə- izahatda ailədən guya cəmi 1750 (min yeddi yüz əlli) manat aldığını etiraf etdi. Borcun aybaay, hissə-hissə ödənilməsinə o, razılıq verdi. Bu minvalla o hər ay lotoreyaya onların əvəzindən 250 (iki yüz əlli) manat ödəməyi öhdəsinə götürdü. Elmira həyat yoldaşına borclu olduğu məbləğdən yalanız iki dəfə -29.12.2019-cu ildə 250 (iki yüz əlli) manat, 07.02. 2020-ci ildə 250 (iki yüz əlli) manat ödəyib. Bir ildən artıqdır o, borclu olduğu 200 (iki yüz) manatı ödəməkdən boyun qaçırır.03.03.2020-cu ildə Cavabdeh ona telefon açaraq bildirmişdir ki, guya institutda biabır olmuş, bir daha orada qalıb işləyə bilməyəcək. Lotoreya ödənişini o, dilinə gətirmədi. Əslində o, 250 (iki yüz əlli) manatı ödəməli idi, danışıq belə olmuşdu. Vəziyyətlərini nəzərə alaraq, əksinə, ona həmin tarixdə 100 (yüz) manat, bir gün sonra isə 150 (yüz əlli) manat pul vermişdir. Pandemiya ilə bağlı Cavabdeh öz kəndlərinə - Bərdə rayonunun Soğanverdilər kəndinə getmişdir. Guya o, lotoreya pullarının yığılmasına və sahiblərinə çatdırılmasını elə oradaca nizamlayacaqdı. Lakin hər şey əksinə oldu. O, həmin kənddə toplanan pulları Bərdədə borclu olduqları şəxsləri susdurmaq üçün istifadə edərək, onları müvəqqəti olaraq susdurmağa çalışmışdır. O, bilərəkdən ayrı-ayrı şəxslərə çatacaq vəsaitləri aylarla ləngitmişdir. Ciddi təzyiqlərdən sonra onlara borclu olduğu vəsaitin əvəzinə Elmiraya iki dəfə 400 (dörd yüz): 800 (səkkiz yüz) manat nail olmuşlar. Beləliklə, onun həyat yoldaşına ödədiyi 500 (beş yüz) manatla son ödəniş birlikdə cəmi 1300 (min üç yüz) manat ödətdirməyə nail olmuşdur. Sonuncu dəfə Elmiranın onlardan qopardığı pulun miqdarı 36 (otuz altı) manatdır. (Qəbz təqdim olinur.) Onun onlardan bu vaxta qədər aldığı aldığı ümumi borc 3200 (üç min yüz) manatdan artıq məbləğ idi. 2020-ci ilin iyun və iyul aylarında həyat yoldaşı Elmiraya zəng edərək, heç olmazsa, onlara çatacaq lotoreyanın bütöv halda verilməsini bildirmiş, o, anasının üz qoyduğu torpağa and içərək onu verəcəyinə inandırmağa çalışmışdır. Nəticə nə oldu? iyulun əvvəlləri çatacaq 1400 (min dörd yüz) manat lotoreya pulunu məzuniyyət pulunu alandan sonra ödəmək istəyirdi. Lotoreyadan yığılan pul ayrı, məzuniyyət pulu tamam fərqli bir məbləğdir. Burada mənimsənilən 1100 (min yüz) manatla 3200 (üç min iki yüz) manat (əvvəlki borc), bir yerdə 4300 (dörd min üç yüz) manatdan artıq bir məbləğ edir. Nəhayət, 2020-ci il iyul ayının 6-da saat 19-20:00 radələrində Elmira ona zəng edərək xəstə oğlunun pensiya kartına pul göndərdiyini bildirdi. Ondan nə qədər pul göndərdiyini soruşdu, o, dərhal telefonunu söndürdü. Yaxınlıqdakı bankomatdan 1400 (min dörd yüz) manat əvəzinə 300 (üç yüz) manat pul göndərildiyini müəyyənləşdirdi. (Göndərilən məbləğin qəbzinin surəti təqdim olunur) Məhkəməyə sübut üçün Cavabdeh sonuncu dəfə “Milli Ön” vasitəsilə göndərdiyim qəbzi təqdim edərkən, hakim bu faktın azlığını onun nəzərinə çatdırmış, o, növbəti məhkəmə iclaslarında ödəniş etdiyi sonuncu vəsaitin (36 manatın) qırx misli qədər qəbzlərini və onların surətlərini keçirilən dörd məhkəmə iclasının yalnız birinə gələn cavabdehin diqqətinə və hakimin şəxsən özünə təqdim etdi. Məhkəmənin gəldiyi nəticəyə əsasən, cavabdeh ondan ümumilikdə 1750 (min yeddi yüz əlli) manat borc almış və həmin borcdan 1300 (min üç yüz) manat qaytarmışdır. Lakin məhkəmənin belə bir nəticəyə hansı əsasla və hansı sübutlara əsaslanaraq gəlməsi qətnamədə qeyd olunmamışdır. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfin izahatına əsaslanmış, məhz həmin izahatı mötəbər sübut kimi qəbul etmiş, lakin həmin izahatda da cavabdeh ona borcu olmasını bildirməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin hansı mötəbər sübuta əsaslanıb qərar qəbul etməsi sual altında qalır. Birinci instansiya məhkəməsi isə məhkəmə iclasında təqdim etdiyim mötəbər sübutları tədqiq etməmiş, yəni heç bir sübutdan istifadə etməyərək, cavabdehin ona 450 (dörd yüz əlli) manat borcu qalması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinə əlavə etdiyi rəsmi bank sənədlərinin kserosurətlərindən görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə cavabdehin ona borclu olduğu arasında xeyli fərq var. Belə olan halda onun hüquqları pozulur, ona maddi ziyan dəyir, bunun müqabilində onun və ailə üzvlərinin səhhətində ciddi problemlər yaranır və birinci instansiya məhkəməsi onun pozulmuş hüquqlarının bərpası əvəzinə öz qətnaməsi ilə bunu təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iş yoldaşı olduğuna inanaraq Elmiraya əvvəl 790 manat, sonra tanışı Hacı Həmiddən 2000 manat alıb verdiyini, sonra da digər pullar da verməklə, cəmi 5600 manat Elmiraya ödəniş etdiyini, pulu alan zaman cavabdehin pulu nə vaxt qaytarması barədə məlumat vermədiyini, sonra 1300 manat pul ödəyərək hal-hazırda 4300 manat borcunun qaldığını, cavabdehin əvəzində Hacı Həmidə 900 manat ödəniş etdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, iddiaçıdan 1750 manat məbləğində pul aldığını, 10.10.2020-ci il tarixdə Hacı Həmidə aid 2000 manat pul məbləğini Qürbətin özünə qaytardığını, işdə lotereya oynadıqlarını, Qürbətin iki nömrədə oynadığını, onun yerinə ödənişlər edərək tamamilə ödəniş etdiyini, sonuncu dəfə 300 manat pul ödədiyini, bu barədə çek təqdim etdiyini, iddiaçıdan ehtiyacı olduğu üçün borc pul aldığını, ona borcu olmasa da 450 manat ödəniş etməyi qəbul etdiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayətə etiraz edərək bildirmişdir, iddiaçı (İddiaçı) cavabdehə müxtəlif vaxtlarda təzyiqlər göstərməyə cəhd göstərmiş və bu təzyiqlər, hədə-qorxular heç bir nəticə vermədiyi üçün sonda məhkəməyə müraciət etmişdir. İddiaçının iddiası əsassız olduğu üçün onu şər-böhtan kimi qiymətləndirir və iddianı qəbul etmir. Məqsəd onu şantaj etmək və özündən asılı vəziyyətə salmaqdır. Buna nail ola bilməyən İddiaçı müxtəlif üsullara əl atır. İddiaçının ona qarşı etdiyi qanunazidd hərəkətlər onun cəmiyyətdə tutduğu alim mövqeyinə aşağılayıcı təsir göstərir. Bu hərəkətlər nəticəsində o, mütəmadi olaraq mənəvi sarsıntı, iztirab keçirərək fəal ictimai həyatdan məhrum olmuşdur. Eyni zamanda bu münasibət şərəf və ləyaqətini ləkələməklə fəaliyyətini məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı araşdıran məhkəmə kollegiyası MM-in 21, 739-742, 1091, 1092, 1096, 1097; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və apellyasiyanın təkzibedici sübutları olmayan dəlilləri üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Apellyasiya əsassız olduğundan önun verilməsi üçün ödənilmiş dövlət rüsümuna görə məhkəmə xərci iddiaçının özünə aid olmalıdır. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə (qəbz, müqavilə və sair) ilə sübut edilməli olan halların hər iki tərəfin ifadələrinə müvafiq birinci instansiya məhkəməsi tərəfindən hasil etdiyi qənaəti verilən apellyasiyaya münasibətdə müzakirə edilə bilməz. Belə ki, verilən və alınan pul vəsaitlərinin məbləğinin müəyyən edilməsi təkzibedilməz və şübhələrdən kənar sübutlarla təsdiq edilməlidir. Bununla yanaşı, Cavabdeh tərəfindən şikayət verilmədiyindən, baxılan şikayətə münasibətdə (mötəbər sübutlara istinad edilməyən) dəlillərin müzakirəsini belə kollegiya apellyasiya baxışı hədlərindən kənar prosessual cəhətdən yolverilməz hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-925/2021 nömrəli saylı işi üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar