Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4770/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Hüquq və X12” X11rşı mülki iş (Açar sözlər: «informasiya sorğularının icra edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh “Hüquq və X12” X15 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2263/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Hüquq və X12” X15 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı tərəfindən “Hüquq və X12” X14 müxtəlif tarixlərdə aşağıdakı məzmunda 3 sorğu ünvanlanmışdır; 26 yanvar 2024-cü il tarixli sorğuda: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunaraq, tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinə əsasən tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipi nədən ibarət olmuşdur? 2. 5 yanvar 2023- cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin 2.2-ci bəndi istisna olmaqla, tərəflər - X5 və İddiaçı arasında bağlanmış əmək müqaviləsində tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipini müəyyənləşdirən digər hallar (məsələlər) həmin müqavilənin hansı hissəsində öz əksini tapmışdır? 29 yanvar 2024-cü il tarixli sorğuda: 1. İşçi - İddiaçı tutduğu vəzifənin (hüquq tədqiqatçısı aparıcı mütəxəssis) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə həmin işin daimi xarakterə malik olduğu işəgötürənə qabaqcadan bəlli olduğu və 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsində tərəflər (işəgötürən - X5 və işçi İddiaçı) arasındakı hüquq bərabərliyi prinsipini tənzimləyən müddəaların mövcud olmadığı hallarda, hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X12" X15 İdarə Heyətinin sədri X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi - İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? 2. Hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X12" X15 (bundan sonra İnstitut) İdarə Heyətinin sədri X5 Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təsbit edilmiş bərabərlik hüququnu pozmaqla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2-ci maddəsi) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddə), İnstitutun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı-baş mütəxəssis X3 ilə müddəsiz müqavilə bağlamışdır? 3. "Hüquq və X12" X15 (bundan sonra - İnstitut) tabe olduğu təşkilat - "Hüquqi Ekspertiza və X2" publik hüquqi şəxs öz işçiləri ilə müddətsiz əmək müqavilələri bağladığı halda, hansı obyektiv və subyektiv səbəb(lər)dən X9 sədri X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? 26 fevral 2024-cü il tarixli sorğuda: 1. Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin hansı hissəsində müqavilə tərəflərinin (işəgötürənin və işçinin) hüquq bərabərliyini REAL ŞƏKİLDƏ təmin edən müddəlar göstərilmişdir? 2. Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin tərəfləri (işəgötürən və işçi) arasında hüquq bərabərliyinin REAL ŞƏKİLDƏ təmin edildiyini müəyyən edən müddəlar hansılardır? 3. Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndinin müddəaları hansı hüquqi əsaslara Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalarla ziddiyyət təşkil edir?
4. Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndində hansı hüquqi əsaslara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – "Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalara zidd olaraq həmin müqavilənin müddətli bağlanılmasının səbəbləri göstərilməmişdir?
2. “Hüquq və X12” X16 tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, İddiaçı 26 yanvar 2024-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli müraciətlərinə “Hüquq və X12”nda baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İnstitutla işçilər arasında yaranan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi təmin edilmiş və Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi sərbəst bağlanmışdır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilməmişdir. İşçilərlə, o cümlədən İddiaçı ilə Əmək müqaviləsi bağlanarkən, onun məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilmişdir.
3. “Hüquq və X12” X16 tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2024-cü il tarixli 002/07-111 nömrəli müraciətə cavab məktubunda qeyd edilir ki, İddiaçı 26 fevral 2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, eyni məzmunlu müraciətinə 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubda cavab verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh “Hüquq və X12” X11rşı informasiya sorğularının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 5/2024 nömrəli informasiya sorğularının) icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, iddiaçı 1 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X10 elmi işçi vəzifəsinə qəbul edilmişdir. "Hüquqi Ekspertiza və X1 yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan “Hüquq və X12” "Hüquqi Ekspertiza və X2" X15 tabeliyində “Hüquq və X12” Publik Hüquqi şəxsə (bundan sonra - İnstitut) çevrilməklə yenidən təşkil edilmişdir. Nəticədə iddiaçı 7 ay yarım sonra işəgötürənlə bağladığı yeni əmək müqaviləsinə görə İnstitutda hüquq tədqiqatçısı kimi işləməyə başlamışdır. İddiaçı 22 dekabr 2023-ci tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinə çağırılmış və ona işəgötürənlə bağladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə 30 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsi “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi ilə bağlı 22 dekabr 2023-cü il tarixli 002/07-503 nömrəli xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. İddiaçının bağladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə istinad olunaraq, "Hüquq və X12" X15 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli "İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi" haqqında əmri ilə xitam verilmişdir. Bundan sonra, iddiçı cavabdehə 26 yanvar 2024-cü il tarixli İS(ƏFT- HİHİ)-1/2024 nömrəli və 29 yanvar 2024-cü il tarixli İS(OFT-HİHİ)-2/2024 nömrəli informasiya sorğularını göndərərək, aralarında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində həmin iki müraciətə (informasiya sorğularına) baxılmasının nəticəsi barədə iddiaçıya göndərdiyi 2 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubla informasiya sorğusunda qoyulmuş suallara cavab verməmişdir. Daha sonra iddiaçı cavabdehə 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğusunu göndərərək, aralarında bağlanılmış 5 yanvar 2023- cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə bir daha aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə həmin müraciətə (informasiya sorğusuna) baxılmasının nəticəsi barədə iddiaçıya göndərdiyi 11 mart 2024-cü il tarixli 002/07-111 nömrəli məktubla nformasiya sorğusunda qoyulmuş suallara təkrar olaraq cavab verməmişdir. Hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyi üçün tərəflər "Mediasiya haqqında" Qanunun 28.1-ci maddəsinin tələbinə uyğun olaraq, 16 fevral 2024-cü il tarixində ilkin mediasiya prosesində iştirak etmiş, lakin cavabdehin mediasiya prosesini davam etdirməyə razılıq verməməsi səbəbindən həmin Qanunun 29.3-cü maddəsinin tələbinə uyğun olaraq, hər iki tərəfə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli "İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə" arayış təqdim edilmişdir. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən o, "Mediasiya haqqında" Qanunun 32.1 və 32.1.2-ci maddələrini rəhbər tutaraq, mediasiya prosesinə xitam vermiş və həmin Qanunun 32.2-ci maddəsinə əsasən tərəflərə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli "Mediasiya prosesinə xitam verilməsi haqqında" protokolunu təqdim etmişdir. İddiaçı cavabdehə 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğularını göndərərək aralarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə yazılı şəkildə aydınlıq gətirilməsini ondan xahiş etsə də, cavabdeh informasiya sorğularını icra etməkdən imtina etmişdir. Bununla da cavabdeh iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-cü maddələri ilə təmin edilmiş hüquqlarını pozmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2263/2024 saylı, 16 may 2024cü il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024- cü il tarixli informasiya sorğularının və 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunun 1-ci və 3-cü suala münasibətdə icra olunması vəzifəsinin cavabdeh “Hüquq və X12” X13 üzərinə qoyulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan: “Hüquq və X12” X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 1.2-ci bəndindən görünür ki, işçi “Hüquq və X12” X16 Hüquqi tədqiqat şöbəsi, hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul olunmuşdur. 2.2-ci bəndinə əsasən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. 2.4-cü bəndinə əsəsn işci 05 yanvar 2023-cü il tarixindən işə başlayır. 22 dekabr 2023-cü il tarixli, 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə “Hüquq və X12” X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin müddəti 30 dekabr 2023-cü il tarixində bitir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanmış əmək müqavaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam veriləcəkdir. “Hüquq və X12” X13 26 dekabr 2023-cü il tarixli, 220/K nömrəli əmrindən görünür ki, hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı (aparıcı mütəxəssis) İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023-cü il tarixində xitam verilməsi əmr edilmişdir. İddiaçı tərəfindən “Hüquq və X12” X14 ünvanlanmış 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 2 (iki) suala əsaslandırılmış yazılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. SUAL 1: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunaraq, tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinə əsasən tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipi nədən ibarət olmuşdur? SUAL 2: 5 yanvar 2023- cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin 2.2-ci bəndi istisna olmaqla, tərəflər - X5 və İddiaçı arasında bağlanmış əmək müqaviləsində tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipini müəyyənləşdirən digər hallar (məsələlər) həmin müqavilənin hansı hissəsində öz əksini tapmışdır? İddiaçı tərəfindən “Hüquq və X12” X14 ünvanlanmış 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1 hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 3. (üç) suala əsaslandırılmış yazılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana göndərilməsinin təmin edilməsi xahiş olunur. SUAL 1: İşçi - İddiaçı tutduğu vəzifənin (hüquq tədqiqatçısı aparıcı mütəxəssis) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə həmin işin daimi xarakterə malik olduğu işəgötürənə qabaqcadan bəlli olduğu və 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsində tərəflər (işəgötürən - X5 və işçi İddiaçı) arasındakı hüquq bərabərliyi prinsipini tənzimləyən müddəaların mövcud olmadığı hallarda, hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X12" X15 İdarə Heyətinin sədri X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi - İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? SUAL 2: Hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X12" X15 (bundan sonra İnstitut) İdarə Heyətinin sədri X5 Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təsbit edilmiş bərabərlik hüququnu pozmaqla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2-ci maddəsi) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddə), İnstitutun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - baş mütəxəssis X4 ilə müddətsiz müqavilə bağlamışdır? SUAL 3: "Hüquq və X12" X15 (bundan sonra - İnstitut) tabe olduğu təşkilat - "Hüquqi Ekspertiza və X2" publik hüquqi şəxs öz işçiləri ilə müddətsiz əmək müqavilələri bağladığı halda, hansı obyektiv və subyektiv səbəb(lər)dən X9 sədri X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? İddiaçı tərəfindən “Hüquq və X12” X14 ünvanlanmış 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında ”Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci, 9.1-ci, 9.1.2-ci, 14.1-ci, 4.1.7-ci, 16.1-ci, 16.1.6-cı və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 4 (dörd) suala əsaslandırılmış yazılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana öndərilməsinin təmin edilməsi xahiş olunur. SUAL 1: Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin hansı hissəsində müqavilə tərəflərinin (işəgötürənin və işçinin) hüquq bərabərliyini REAL ŞƏKİLDƏ təmin edən müddələr göstərilmişdir? SUAL 2: Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 anvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin tərəfləri (işəgötürən və işçi) arasında hüquq bərabərliyinin REAL ŞƏKİLDƏ təmin edildiyini müəyyən edən müddələr hansılardır? SUAL 3: Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndinin müddəaları hansı hüquqi əsaslara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalarla ziddiyyət təşkil edir? SUAL 4: Tərəflər - X5 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndində hansı hüquqi əsaslara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – "Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalara zidd olaraq həmin müqavilənin müddətli bağlanılmasının səbəbləri göstərilməmişdir? “Hüquq və X12” X16 tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2024-cü il tarixli, 002/07-64 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubun surətindən görünür ki, İddiaçı 26 yanvar 2024-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli müraciətlərinə Hüquq və X10 baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İnstitutla işçilər arasında yaranan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi təmin edilmiş və Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi sərbəst bağlanmışdır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilməmişdir. İşçilərlə, o cümlədən İddiaçı ilə Əmək müqaviləsi bağlanarkən, onun məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilmişdir. “Hüquq və X12” X16 tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2024-cü il tarixli 002/07- 111 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubun surətindən görünür ki, İddiaçı 26 fevral 2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, eyni məzmunlu müraciətinə 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubda cavab verilmişdir. Məhkəmə qeyd edib ki, 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü tarixli və 29 yanvar 2024-cü il tarixli (1-ci və 3-cü suala münasibətdə) informasiya sorğusu ilə iddiaçının əldə etmək istədiyi məlumatlar qanunla əldə edilməsinə yol verilən məlumat olduğundan, iddiaçının verdiyi informasiya sorğusunun yazılı şəkildə cavablandırılmasını tələb etməsi tam qanunidir və qanunda bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunda qoyulan ikinci suala münasibətdə məhkəmə qeyd edib ki, bu sualda üçüncü şəxsə məxsus konfidensial məlumat olduğundan, sorğuya cavab yalnız həmin subyektin razılığı əsasında verilə bilər. Əks təqdirdə, cavabdehin həmin suala cavab vermək vəzifəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının sorğusuna yazılı şəkildə cavab vermək cavabdehin vəzifəsidir. İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli informasiya sorğuları cavabdeh “Hüquq və X12” X16 tərəfindən lazımınca icra olunmamış, sorğuda qoyulan suallara mahiyyəti üzrə cavab verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü il tarixli informasiya sorğularının və 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunun 1-ci və 3-cü suala münasibətdə icra olunması vəzifəsi cavabdeh “Hüquq və X12” X13 üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməsin.
7. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 50-ci, Əmək Məcəlləsinin 287, 288-ci, “Məlumat azadlığı haqqında” Qanunun 2-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.2, 2.3.2, 2.4, 27-1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Hüquq və X12” X16 apellyasiya şikayətində qətnamənin qismən iddianın təmin olunduğu hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, İddiaçı "Hüquq və X12" publik hüquqi şəxsə qarşı 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HlHİ)-1/2024 nömrəli, 29 yanvar 2024- cü il tarixli İS(ƏFT-HlHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 5/2024 nömrəli müraciətlərin adını necə adlandırmağından asılı olmayaraq iddiaçının müraciəti vətəndaş müraciətidir və İnstitut tərəfindən onun müraciətlərinə 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli və 11 mart 2024-cü il tarixli 002/07-111 nömrəli məktublarla cavab verilmişdir. Lakin məhkəmə İnstitut tərəfindən verilmiş cavabın sualları əhatə etməsini araşdırmamışdır. Halbuki, həmin məktublarla müraciətə cavab verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh “Hüquq və X12” X15 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 50, İ hissəsi. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
12. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2(1-ci hissə). Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Maddə 11. Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilətənzimlənir. Maddə 12.Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), habelə məhkəməyə şikayət edilə bilər.
13. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Maddə 2.3. və 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Maddə 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; Maddə 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. Maddə 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.7. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. Maddə 16.1. İnformasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Maddə 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; Maddə 22.1. İnformasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir. Maddə 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Maddə 27.1 və 27.1.1. İnformasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Maddə 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.
14. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.0.2.müraciət– müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; 3.0.3. təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət; 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Maddə 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
24. Belə ki, İddiaçı cavabdeh “Hüquq və X12” X11rşı əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Hüquq və X12” X13 xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrinin ləğv edilməsi, “Hüquq və X12” X16 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, onun “Hüquq və X12” X13 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısıaparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2024/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4274/2024 nömrəli iş üzrə qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
25. Qeyd olunan işdə 5 yanvar 2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanarkən qabaqcadan həmin müqavilənin şərtləri ilə tanış olması üçün cavabdeh tərəfindən hüquq bərabərliyi prinsipinə riayət edilməməsi səbəbindən müqavilənin müddəti barəsində sərbəst (azad) iradə ifadəsi olmadığı, çünki əmək müqaviləsinin müddətli bağlanması barədə məlumatsız olduğu, ümumiyyətlə müqavilənin müddətli bağlanmasının qanunsuz olması barədə dəlillərə birinci instansiya məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmiş və apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bundan əlavə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir.
26. Göründüyü kimi, hazırkı iş üzrə də iddiaçı və cavabdeh olan şəxslər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun olmuşdur. Buna baxmayaraq, iddiaçının hazırkı iddiada göstərdiyi 3 sorğu ilə cavabdehə eyni məzmunlu sorğularla müraciət etməsi prinsip etibarı ilə qanuna zidd olmamışdır. Bu sorğuların və onlara verilən cavabların məzmunu yuxarıda ayrı-ayrılıqda göstərilmişdir. İddiaçı sorğusuna verilən cavab onu qane etmədiyinə, yəni informasiya sorğusu icra edilmədiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini bildirir.
27. Məhkəmə tərkibi də 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü tarixli və 29 yanvar 2024-cü il tarixli (1-ci və 3-cü suala münasibətdə) informasiya sorğusu ilə iddiaçının əldə etmək istədiyi məlumatların qanunla əldə edilməsinə yol verilən məlumat olduğu, informasiya sorğusunun yazılı şəkildə cavablandırılmasını tələb etməsinin qanuni olduğu və qanunda bununla bağlı hər hansı məhdudiyyət olmadığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə prinsipcə razılaşır. Lakin informasiya sorğularının cavabdeh tərəfindən lazımınca icra olunmaması və sorğuda qoyulan suallara mahiyyəti üzrə cavab verilməməsi ilə ilə bağlı qənaəti ilə razılaşmır.
28. Əvvəla, birinci instansiya məhkəməsi sorğuların lazımınca icra olunmaması dedikdə nəyi nəzərdə tutduğunu, lazımınca icra olunmanın nədən ibarət ola biləcəyinin mümkünlüyünü açıqlamamışdır. Üstəlik sorğuda qoyulan suallar eyni məzmunlu olduğundan onlara cavabdeh tərəfindən 02 fevral 2024-cü il tarixli məktubla verilən cavab məhz mahiyyəti üzrə verilən cavab kimi qiymətləndirilir. Baxmayaraq ki, tərəflər arasında olmuş əmək münasibətləri ilə əlaqədar yaranmış əmək mübahisəsi ayrıca iddianın və məhkəmə icraatının predmeti olmuş və birinci və apellyasiya instansiyası məhkəməsində iddiaçının istəyi təmin olunmamışdır. Başqa sözlə, iddiaçının hazırkı iddiasında cavab almaq istədiyi sorğuları üzrə işə bərpa və.s tələbində birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmış və o,da bundan məlumatsız deyildir. Ona görə də iddiaçının sorğularına cavabdeh tərəfindən verilən cavabın mahiyyəti üzrə verilən cavab kimi qiymətləndirilmədən cavabdehin üzərinə məhkəmə qətnaməsi ilə bu sorğuları yenidən icra etmək vəzifəsinin qoyulması düzgün olmamışdır.
29. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar iddiaçının cavabdehə qarşı əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə yanaşı, eyni mübahisə ilə əlaqədar cavabdehə çoxsaylı müxtəlif xarakterli müraciət( cavabdeh bu müraciətlərin sayının 26 olduğunu bildirir) etməsi, üstəlik hazırkı iddia ilə cavabdehə qarşı ayrıca məhkəmə icraatında yeni tələb irəli sürməsi anlaşılan olsa da(əmək müqaviləsinə xitam verilməsi ilə razılaşa bilməməsinə görə) başadüşülən deyildir. Çünki hüquqdan xoş olmayan niyyətlə bu formada sui-istifadə edilməsi də yolverilməzdir. Ona görə bu hallar da qərar qəbul edərkən birinci instansiya məhkəməsinin nəzərindən yayınmamalı idi.
30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2263/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh “Hüquq və X12” X11rşı informasiya sorğularının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2263/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Hüquq və X12” X11rşı informasiya sorğularının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.