Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4771/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili X1, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-233/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 11.06.2020-ci il tarixdə məhkəməyə müraciət edərək "xxxx" ASC-yə sorğu verildikdən sonra və onun köçürdüyü pulların miqdarı dəqiqləşdirildikdə Cavabdeh İsrail oğlunun ona qarşı qaldırdığı 21900 manat pulun artıq hissəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdehdən 11100 manat məbləğində pulun artıq hissəsinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri “Azərdad" MMC-nin rəhbəri Cavabdeh İsrail oğlu ilə 2008-ci ildən başlayaraq 2012-ci ilə qədər bir yerdə işləmişdir. Cavabdeh İsrail oğlu bu müddət ərzində heç bir əmək haqqı verməmişdir. Bütün işlədiyi illəri müqaviləsiz işlətmişdir. Müqaviləsiz işlədərək, istismar etmişdir. İşlədiyi müddətdə Cavabdeh İsrail oğlunun istifadəçisi olduğu "xxxx" ASC-də olan hesabına onun istehsal etdiyi ət məhsullarının pulunu tamamilə köçürmüşdür. Onun Cavabdeh İsrail oğluna heç bir borcu yoxdur. "xxxx" ASC-yə vəkili vasitəsi ilə köçürdüyü pulların ümumi məbləği barədə sorğu verilsə də, bankdan cavab ala bilməmişdir. Bankdan ona bildirilmişdir ki, bu yalnız məhkəmə vasitəsi ilə alına bilər. "xxxx" ASC-yə məxsus olan köçürdüyü pulların qəbzinin çox hissəsini itirmişdir. Təxmini 2008-ci ildən 2012-ci il də daxil olmaqla banka 33000-35000 manat köçürmüşdür. Cavabdeh İsrail oğlu 21 sentyabr 2010-cu il tarixdə ona müqavilə şəklində (pul şəklində yox) 18000 manat kredit vermişdir. Təkrarən 2012-ci il 05 aprel tarixdə kredit şəklində (pul şəklində yox) 3900 manat kredit vermişdir. O, bu pulları artıqlaması ilə ödəmişdir. Ona şər-böhtan ataraq guya ona 21900 manat borcu olduğunu bildirmişdir. Onun heç bir borcu yoxdur. Ona rəsmi qaydada pul şəkilində deyil, ət məhsulları verməklə notariat ofisində qanunsuz olaraq şifahi şəkildə pul müqaviləsi aralarında bağlanmışdır. Notariat ofisinin arxivi yoxlanmış şifahi pul şəkilində müqavilə bağlanarkən notariatda heç bir çəkiliş edilməmişdir. Sözü gedən məsələ ilə əlaqdar Cavabdeh İsrail oğlu etibarından sui-istifadə etmişdir. Onun Cavabdeh heç bir borcu yoxdur, əksinə Cavabdeh ona borcu vardır. Belə ki, məhkəmə qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş 21900 manat əvəzinə Cavabdeh hesabına 33000 manat pul köçürmüşdür. İlkin iddia üzrə Cavabdeh 08.09.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 15084 manat əsas, 352 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01.03.2021-ci il tarixdə ərizə verərək 2(004)- 233/2021 saylı mülki iş üzrə onun əsl iddiaçı olan "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-233/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdehdən 11100 manat məbləğində pulun artıq hissəsinin onun xeyrinə tutulması tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 13636,68 (on üç min altı yüz otuz altı manat altmış səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və Cavabdeh barəsində qərardad qəbul edilərək, Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, maddiprosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili X2 apellyasiya şikayətinə əlavə təqdim edərək, izahatında əlavə olaraq bildirdiki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclası 01 mart 2021-ci il tarixə saat 14:45-ə təyin edilmişdir, lakin məhkəmə iclası həmin gün saat 12:00-da yəni İddiaçı iştirakı olmadan təyin edilmiş vaxtdan 2 saat 45 dəqiqə tez keçirilmişdir. Həmin iclasda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir və hakim müşavirəyə çıxmışdır. İddiaçı təyin edilmiş vaxtda məhkəmə iclasına gəldikdə ona məhkəmə iclasının keçirildiyi və hakimin müşavirəyə çıxdığı bildirilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən prosessual tərəf olan İddiaçı məlumat verilmədən məhkəmə iclası onun iştirakı olmadan vaxtından əvvəl keçirilməklə kobud prosessual hüquq pozuntusuna yol verilmişdir və bununla da İddiaçı qarşılıqlı iddiaçının əvəz edilməsinə münasibət bildirmək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək imkanından və digər prosessual hüquq və imkanlarından məhrum edilmişdir. Bundan başqa qarşılıqlı iddiaçının əvəz edilməsi barədə qərardad olmalıdır, lakin belə bir qərardad yoxdur. Bundan başqa "xxxx" MMC qarşılıqlı iddiaçı ola bilməz, yalnız müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə daxil ola bilərdi. Həmçinin tərəf əvəz edildikdə işə əvvəldən baxılmalı olduğu halda hakim yekun qərar qəbul etmə üçün müşavirəyə getmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmişdir, həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin bütovlükdə ləğv edilməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 21.09.2010-cu il tarixli kredit müqaviləsinə əsasən Şükürov X3 Müşfiq Babaş oğluna 36 ay müddətinə 18000 manat məbləğində kredit verməyi, İddiaçı isə krediti vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 25.01.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Şükürov X3 Müşfiq Babaş oğluna 3 ay müddətinə 3900 manat məbləğində kredit verməyi, İddiaçı isə krediti vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.10.2011-ci il tarixli qaimə fakturaya əsasən 1973,80 manat, 02.12.2012-ci il tarixli, 86 №-li qaimə fakturaya əsasən 968,50 manat, 02.09.2011-ci il tarixli qaimə fakturaya əsasən 1480,44 manat,19.04.2010-cu il tarixli qaimə fakturaya əsasən 1609,5 manat, 21.09.2010-cu il tarixli qaimə fakturaya əsasən 1227,5 manat, 18.05.2011-ci il tarixli, 0028 №-li qaimə fakturaya əsasən 1326,8 manat, 24.06.2011-ci il tarixli qaimə fakturaya əsasən 1769,9 manat və 29.03.2012-ci il tarixli, 46 №-li qaimə fakturaya əsasən 3280,24 manat məbləğində mal "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmiş və İddiaçı tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 04.05.2011- ci il tarixli, 0021 saylı, 1447,6 manat məbləğində malın İddiaçı təhvil verilməsi barədə qaimə faktura əlavə edilsə də, həmin qaimə fakturada İddiaçı tərəfindən təhvil alınmasını təsdiq edən imzası yoxdur. İş materiallarında olan 29.10.2012-ci il tarixli, ********* №-li mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 44.8 manat, 29.10.2012-ci il tarixli, ********* №-li mədaxil qəbzinə əsasən 28 manat, 29.10.2012-ci il tarixli, ********* №-li mədaxil qəbzinə əsasən 280 manat məbləğində cərimə "xxxx" ASC-nin 6 saylı şöbəsi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-367/2016 saylı, 06.04.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Salyan rayon Məhkəməsinin 08.10.2015-ci il tarixli, 2(057)-1268/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı borcun və zərərin ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış 21.09.2010-cu il və 25.04.2012-ci il tarixli kredit müqavilələri üzrə ilkin iddia üzrə cavabdeh İddiaçı 21900 manat pulun tutularaq ilkin iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlamışdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı məhkəmə qətnaməsi ilə 21900 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı borc məbləğini artıq ödədiyini, cavabdehin hesabına 33000 manat məbləğində pul keçirdiyini iddia edərək artıq köçürdüyü 11100 manat məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də iş materiallarına əlavə etdiyi sənədlərlə iddianı sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı da bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən İddiaçı 13636,68 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı təhvil aldığı malın dəyərinin ödənilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq Kollegiya qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı müvafiq iddia tələbi irəli sürməkdə haqlı olsa da, iddia müddətini ötürmüş olması səbəbindən onun iddiası təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; həmin Məcəllənin 373.2-ci maddəsinə görə isə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır; belə ki, iş materiallarından görünür ki, tərəflər arasında olan qaimə fakturalar 2011-2012-ci illəri əhatə edir. Qarşılıqlı iddia tələbi isə 08 sentyabr 2020-ci il tarixdə məhkəməyə verilmiş, daha sonra 01.03.2021-ci il tarixli ərizə ilə qarşılıqlı iddia üzrə iddiaçı əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddia üzrə cavabdehə məhkəmə iclasının 01.03.2021-ci il tarixə saat 14:45-ə təxirə salınması barədə bildiriş göndərilmiş, lakin həmin tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə iclası 12:00-da açıq elan edilmişdir. Mülki Prosessual Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Göründüyü kimi əsl olmayan tərəf əvəz edilərək, işə əvvəldən baxılmalı olsa da qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmiş, həmin iclasda da yekun məhkəmə aktı qəbul edilmişdir, bununla da qarşılıqlı iddia üzrə cavabdeh Mülki Prosessual Məcəllənin tələblərinə əsasən öz hüquqlarından istifadə edə bilməmişdir. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini qəbul edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi qeyd olunan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-233/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilən - İddiaçı 13636,68 (on üç min altı yüz otuz altı manat altmış səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4771/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4771/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver