Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4772/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 25.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə iddiaçıya məxsus, Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində, sahəsi 170 kv.m olan qeyri-yaşayış sahəsini satışa çıxartmışdır. 2019-cu ilin yay ayında həmin binanın birinci mərtəbəsində yerləşən 340 km.metr sahəsi olan obyektin də satışa çıxarıldığını görüb həmin obyektin satışı ilə məşğul olan Müşfiq Məmədovla əlaqə saxlamışdır. Müşfiq Məmmədov həmin qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olduğunu və həmin qeyri-yaşayış sahəsinin satışının da ona həvalə edildiyini bildirdi. Ondan xahiş etmişdir ki, ona məxsus 340 km.metr sahəni 510.000 manata satmaqda ona köməklik etsin. 2019-cu ilin sentyabr ayında Müşfiq Məmmədov onunla əlaqə saxlayaraq bildirmişdir ki, əgər Cavabdeh və ya onun işçisi Zaur adlı şəxs ona zəng vurub soruşsa ki, ona məxsus qeyri-yaşayış sahəsini Müşfiq almışdırmı və bunun müqabilində ona 100000 manat beh ödəmişdirmi, o həmin məbləğin alınmasını təsdiq etsə Cavabdeh pulun qalan hissəsini ödəniş edib qeyri-yaşayış sahəsini alacaqdır. O da Müşfiq Məmmədovun sözlərinə inanaraq Mahmud X1 100.000 manata beh verdiyini bildirdi. Cavabdeh həmin 100.000 manat beh pulun onda olmasını yazılı və notarial qaydada təstiq edilmiş ərizədə göstərilməsini tələb etmişdir. O da Müşfiq Məmmədovu pis vəziyyətdə qoymamaq üçün guya onun Cavabdeh 100.000 manat borcu olması barədə formal və görünüş üçün tərtib edilmiş notarial qaydada təstiq edilmiş ərizəni yazdı. Əslində isə bu ərizə formal xarakter daşıyırdı. Görünüş üçün imzalanmışdır, həqiqəti və reallığı əks etdirmir. O, 07.01.2020-ci il tarixində 12 saylı notariat kontoruna müraciət edərək 20.09.2019-cu il tarixdə adından tərtib edilmiş və imzalanmış ərizənin ləğvi barədə yeni ərizə imzalamışdır. Göründüyü kimi o, bu ərizəni ləğv etdirməklə faktiki olaraq Cavabdeh heç bir borc almadığını təstiq etmişdir. Əslində Cavabdeh ona 100000 manat borc verməmişdir. Həmin pulu Müşfiq Cavabdeh alaraq öz məqsədləri üçün xərcləmişdir. Yuxarıda qeyd edilənlər və Müşfiq Məmmədovun dələduzluq cinayəti Bakı Ağır cinayətlər məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-822/2020 saylı 15 sentyabr 2020-ci il tarixli hökmdə öz əksini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 200-ci il tarixli 1(101)- 822/2020 saylı hökmündə Müşfiq Məmmədovun öz ifadəsindən və şahid ifadələrindən də müəyyən olunmuşdur ki, həmin 100000 manat pulu Müşfiq Məmmədov ona beh olaraq verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-822/2020 saylı 15 sentyabr 2020- ci il tarixli hökmündə təqsirləndirilən şəxs X5 ifadəsində də bildirmişdir ki, Cavabdeh məxsus Mətbuat prospekti 3138-3141-ci məhəllə, 35C ünvanında yerləşən binanın birinci mərtəbəsində, sahəsi 110 kv.m olan qeyri-yaşayış sahəsi 160.000 manata satmasını ona həvalə etmişdir. Həmin dövürdə qeyd edilən ünvana bitişik İddiaçı məxsus sahəsi 170 kv.metr olan qeyri-yaşayış sahəsidə olmuşdur. İddiaçı ondan xahiş etmişdir ki, onun 170 kv metrlik obyektini satsın. Həmin ərəfədə 110 kv.metrlik sahəyə “xxxx” MMC-nin işçisi Mübariz Əliyev müştəri tapmışdır. Beh qismində 15.07.2019-cu il tarixində 10.000 manat pulu Mübarizə vermiş. O da pulu Mahmud müəllimə çatdırmışdır. 31.07.2019-cu il tarixində müştəri qalan 155.000 manat pulu da Mübarizə çatdırmış, o həmin puldan 50000 manat pulu Mahmud müəllimə vermiş, qalan 100000 manat pulu isə 1 aya verəcəyini bildirmişdir. Əslində isə şəxsi işlərini həll etmək üçün 100000 manat pulu özündə saxlayıb Mahmud müəllimə yalan danışmışdır. Az müddət sonra Mahmud müəllim obyektin qalan 100000 manatını istədikdə məcbur olub ona yalandan demişdir ki, həmin 100000 manat obyekti satdığı adamdan götürüb İddiaçı 170 kv.metrlik obyektin bir hissəsini yəni 85 kv.metrlik hissəsinin alınması üçün sonuncuya vermişdir. Bu barədə dərhal Bahar İbrahimova bildirmiş və demişdir ki, onun sözünü Mahmud müəllimin yanında təsdiqləməklə onu bu vəziyyətdən qurtarsın və sonradan ona həmin pulu qaytaracaqdır. İbrahim də onun sözlərinə razılaşaraq demişdir ki, əgər Mahmud müəllim onu dəvət etsə bu cür də bildirəcək, lakin bir şərtlə ki, həmin pulu ona tezliklə qaytarsın. Onun Cavabdeh heç bir borcu olmamışdır. Cavabdeh heç bir öhdəliyi olmadığı halda 85.000 manat məbləğində pul ödəmişdir. Bunun nəticəsində Cavabdeh onun ödədiyi pulla əsassız olaraq varlanmışdır. Bütün bu qeyd edilənlər Müşfiq Məmmədovun cinayət işində olan şahid ifadələri ilə də öz əksini tapmışdır. Bununla bağlı Cavabdeh 20 noyabır 2020-ci il tarixində pretenziya məktubu ünvanlamış və 85.000 manat məbləğində pulun 5 gün müddətində ödənilməsi bildirilmişdir. Göndərilən pretenziya məktubuna cavab verilməmişdir. Bütün qeyd olununlara əsasən hesab edir ki, Cavabdeh heç bir əsas olmadan ödənilmiş 85.000 manat alınaraq ona ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan X4 20.09.2019-cu il tarixli ərizəsinin surətinə əsasən o, Cavabdeh xəbəri olmadan ona məxsus 100000 manat pulu Mətbuat prospekti 3138- 3141 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alınması üçün İddiaçı Məmməd oğluna vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış, notarial qaydada təsdiq edilmiş 07.01.2020-ci il tarixli **********026 saylı ərizənin surətinə əsasən İddiaçı 20.09.2019-cu il tarixdə adından tərtib edilmiş və onun tərəfindən imzalanmış **********428 №-li, reyestrdə 8İ-6428 № ilə qeyd edilmiş razılıq ərizəsinin ləğv edilməsi və bu barədə müvafiq qeyd aparılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 18.05.2020ci il tarixli qərarına əsasən Baharov X2 Müşfiq Tevon oğlunun törətdiyi dələduzluq cinayətində icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi birbaşa və ya dolayı yolla iştirak etməmişdir. Bu fakt X4 öz ifadəsilə yanaşı bütün iş materialları ilə tam təsdiqini tapmışdır. Həmin qərara əsasən İddiaçı cinayətdə heç bir iştirakı olmadan, elədə də X4 cinayət yolu ilə əldə etdiyi pul vəsaitini ona vermədiyindən AR CM-in 178 və 194-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.09.2020-ci il tarixli 1(101)-822/2020 saylı hökmündən müəyyən olunur ki, İddiaçı şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr ayında Müşfiq onunla əlaqə saxlayıb bildirmişdir ki, əgər Mahmud müəllim və ya onun işçisi Zaur adlı şəxs soruşsa ki, ona məxsus olan 85 m2 sahəni Müşfiq alıb bunun müqabilində 100000 manat pul ödəyib ya yox, o həmin alınmasını təsdiq etsin, əgər onlara bu cür desə onlar obyektin qalan hissəsini də ödəniş edib alacaqlar. Mahmud müəllimin Zaur adlı işçisi əlaqə saxlamış və o, Zaura etiraf etmişdir ki, Müşfiq ona sahəsi 85 m2 olan obyekt üçün qismən 100000 manat pul ödəmişdir. Mahmud müəllim, Müşfiq, Zaur və o 20.09.2019-cu il tarixdə görüşmüş və o bir daha Müşfiqin obyektə görə ilkin ödəniş olaraq 100000 manat pul ödədiyini təsdiq etmişdir. Mahmud müəllim həmin vaxt əsəbiləşib Müşfiqi danlamağa başlamış və bildirmişdir ki, nəyə görə icazəsiz onun pulunun hesabına gedib obyekt almışdır. Sonra Mahmud müəllim ondan pulun geri qaytarılmasını xahiş etmiş, o isə buna etiraz etməmiş və bildirmişdir ki, vaxt verilsə o, obyekti satıb pulu tam şəkildə qaytaracaqdır. Zaur təklif etmişdir ki, bu dediklərini, yəni 100000 manatın qaytarılacağına dair notariat qaydasında ərizə təqdim etsin. O, Zaur, Müşfiq və “Günaybank”-ın hüquqşünası ilə birlikdə 12 saylı notariat kontoruna getmişlər. Orada onun adından ərizə tərtib edilmişdir ki, o, Cavabdeh obyektə görə ona verilmiş 100000 manat pulun qaytarılacağına dair öhdəlik götürür. İbtidai istintaq zamanı Cavabdeh həmin puldan 85000 manat Müşfiqin əvəzinə qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı könüllü olaraq Cavabdeh pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Daha sonra istintaq zamanı İddiaçı 85 min manat məbləğində ödəniş etmişdir. Bu hallar İddiaçı istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadə ilə təsdiqini tapır. Hazırda iddiaçı Baharov X3 Mahmud Nadir oğluna pulu qaytaracağına dair verdiyi ərizənin sonradan onun tərəfindən ləğv edildiyini əsas gətirərək pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı 85000 manat məbləğində pul tələbinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, iddiaçı Cavabdeh pulu qaytaracağına dair könüllü olaraq öhdəlik altına girmiş və qarşı tərəfdə həmin pulun onun tərəfindən qaytarılacağına dair inam yaratmışdır. Daha sonra iddiaçı birtərəfli qaydada pulu qaytaracağına dair ərizəni ləğv etdirmiş və 85 min manat məbləğində pulu istintaq zamanı qaytarmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1353/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4772/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4772/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver