Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4774/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi və alimentin tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “uşaqların atanın yanında qalması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi və alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 08 sentyabr 2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinə əlavə olaraq xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı uşaqların atanın yanında qalması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 08 sentyabr 2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 ataları Cavabdeh yanında qalmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iİlk iddia qismən təmin edilərək, 04 dekabr 2018-ci il təvəllüdlü X21 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, 11 yanvar 2022-ci il tarixdən hesablanmaqla 27 noyabr 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, 04 dekabr 2018-ci il təvəllüdlü X11 faktiki İddiaçı himayəsinə verildiyi tarixdən isə 04 dekabr 2018-ci il təvəllüdlü X11 və 27 noyabr 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay həmin uşaqların hər birinə görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 08 sentyabr 2014-cü il təvəllüdlü X9 və 31 mart 2016-cı il təvəllüdlü X10 ataları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov).
4. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehdən alınaraq ona verilməsi və xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı öz tələbində, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018- ci il təvəllüdlü X11 atalarından alınaraq ona verilməsini, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X1 üçün alimentin tutulmasını xahiş etmişdir. Göründüyü kimi azyşlı xx.xx.2021-ci il təvəllüdlü X13 hazırda iddiaçının, digər üç uşaq isə atalarının yanındadır. Məhkəmə isə işə baxarkən uşaqların azyaşlı olmasını, onların ana qayğı və nəvazişinə daha çox ehtiyaclarının olmasını, qardaş və bacıların biri birilərindən ayrı yaşamaları gələcəkdə onların psixi durumuna mənfi təsir edə biləcəyini və işin faktiki hallarını nəzərə almayaraq qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə nəzərə almalıdır ki, atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, daimi qazanc və s.) ana nəvazişini və qayğısını əvəzedə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı anada uşaqlara zərər yetirə biləcək hər hansı xüsusat aşkar olunmamışdır. Uşağın hərtərəfli inkişaf etməsi, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə alması mühum şərtdir. Psixoloqlar qeyd edirlər ki, uşaq, körpəlik dövründə fiziki və emosional bütün ehtiyaclarını anadan qarşılayar. Bəslənməsi, təmizliyi, qorunması üçün anaya möhtacdır. Sevilmə, bədən təması, istilik kimi duyğusal doyumunu da ana qarşılayar. Uşaq, ana sayəsində özünü xarici dünyadakı bütün təhlükələrə qarşı müdafiə olunmuş hiss edir. Bu səbəbdən uşağın ana qayğısı ilə böyüməsi onun normal inkişafına, sağlam böyüməsinə mühüm təsir göstərdiyini vurğulayırlar. Lakin cavabdeh ilk öncə uşaqlarını düşünmədən ailənin dağılmasına səbəb olmuş, üç uşağı ana qayğısından məhrum etmişdır. Ailə qanunvericiliyinə əsasən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və pisixi sağlamlığına xələl yetirməməlidirlər. Lakin cavabdeh üç nəfər azyşlı uşaqları ana qayğısından ayıraraq onların normal böyüməsinə, onların normal psixi inkişaflarına xələl gətirməkdədir. Onuda qeyd edim ki, cavabdehin və şahid kimi dindirilmiş anasının məhkəmə iclasında dedikləri yalandır. İddiaçı ərinə bu günə kimi xəyanət etməmişdir. Xəyanət edəcək bir qadın xəyanət etdiyi kişidən dörd uşaq dünyaya gətirməzdi. Eləcə də uşaqlar əlindən zorla alınıb. Həmin vaxt dördüncü uşağa hamilə olduğu üçün uşaqlarını cavabdeh tərəfdən ala bilməmişdir. Həmçinin iddiaçını evdən çıxardıqları zaman övladları evdə yox idilər, cavabdeh tərəf bunu belə qurmuşdular ki, iddiaçı övladlarını özü ilə apara bilməsin. Cavabdeh tərəf uşaqlarını zorla öz yanınd atuturlar. Eləcə də hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etdi.
7. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 514 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayır.
10. İş materiallarında olan AZ-T seriyalı, 024014 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə Sabirabad regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 3324 nömrəsi ilə qeydiyyat aparılmışdır.
11. İş materiallarında olan AZ-T seriyalı, 089227 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynova Sonanın atası Cavabdeh, anası İddiaçıdır.
12. İş materiallarında olan AZ-T seriyalı, 089224 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynli Tunarın atası Cavabdeh, anası İddiaçıdır.
13. İş materiallarında olan AZ-T seriyalı, 089226 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynli Misirin atası Cavabdeh, anası İddiaçıdır.
14. İş materiallarında olan AZ-İV seriyalı, 676801 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. Hüseynova Rüqəyyanın atası Cavabdeh, anası İddiaçıdır.
15. İş materiallarında olan “Azneft” İB “X19” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən X19 İdarəsinin Qaradağ qazsaxlama sahəsində neft və qaz hasilatı üzrə operator işləyir və aylıq vəzifə maaşı 577,60 manat təşkil edir.
16. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 20 dekabr 2021-ci il tarixli 4/210 saylı rəyindən görünür ki, əvvəllər İddiaçı və Cavabdeh arasında münasibətlər yaxşı olmuşdur. Sonradan aralarında narazılıqlar yaranmış və bu səbəbdən tərəflər ayrı-ayrı ünvanda yaşayırlar, birgə təsərrüfat aparmırlar. X3, X23, X21 ataları Cavabdeh, X13 anası İddiaçı himayəsindədir. Komissiya tərəflərin və azyaşlıların yaşayış tərzinin müəyyən edilməsi ilə əlaqədar onlayn və yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixindən ayrı yaşayır, azyaşlı 27 noyabr 2021-ci il təvəllüdlü X13 tərəflərin ayrı yaşadığı vaxtda doğulmuşdur. X3, X23, X21 ataları Cavabdeh yanında və hmayəsindədirlər. Cavabdeh İddiaçı ona bir neçə şəxslə xəyanət etdiyini bildirmişdir. İddiaçı Cavabdeh xəyanət etmədiyini bildirmiş, Komissiya üzvlərinin sorğu suallarına etinasız cavab vermişdir. İddiaçı Salyan rayonu, Ərəbqardaşbəyli kəndində iki nəfər ailə üzvü - anası və azyaşlı 27 noyabr 2021-ci il təvəllüdlü X13 ilə birgə yaşayır. Ümumi sahəsi 104 m2 olan mənzil üç otaqdan ibarətdir. Mənzil sahibi iddiaçının mərhum atası X15r. Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. İddiaçı işləmir, onların maddi ehtiyaclarını İddiaçı anası ödəyir. Cavabdeh Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq həmin ünvanda beş ailə üzvü - atası, anası, X3, X23, X21 ilə birgə yaşayır. Ümumi sahəsi 110 m2 olan mənzil üçotaqdan ibarətdir. Mənzil sahibi cavabdehin atası X17r. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh Hüseynov X4 idarəsində operator işləyir, orta aylıq əmək haqqı 577 manat təşkil edir. Cavabdeh işdə olduğu vaxtlarda X2, X10, X11 qayğıları və tərbiyəsi ilə iddiaçının anası X16 məşğul olur. Azyaşlı X5 rayonu, Qobustan qəsəbəsində yerləşən 195 saylı tam orta məktəbdə təhsil alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, Komissiya üzvlərinin iştirakı ilə X22 ilə bir neçə dəfə ayrıca söhbət aparılmış, ondan valideynlərindən kimin yanında qalması barədə fikri öyrənilmişdir. Söhbət zamanı aparılmış sorğu suallara cavab olaraq azyaşlı atası Cavabdeh daha çox bağlı olduğunu və onunla qalmaq istədiyini bildirmişdir. Məsələ ilə əlaqədar Komissiyanın geniş tərkibdə iclası keçirilmiş, İddiaçı himayəsində azyaşlı körpə olduğu üçün iclasa onlayn qoşulmuşdur. X2 və X10 anaları İddiaçı ilə onlayn görüşü keçirilmişdir. Azyaşlılar təkidlə ağlayaraq anaları İddiaçı ilə danışmaqdan imtina etmişlər. Komissiya təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatı, azyaşlıların mənafeyini, psixoloji durumunu, azyaşlının ifadə etdiyi istəyini və digər zəruri halları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 52 və 63-cü maddələrinin tələblərinə uyğun olaraq, 08 sentyabr 2014-cü il təvəllüdlü X9 və 31 mart 2016-cı il təvəllüdlü X10 ataları Cavabdeh yanında və himayəsində, 04 dekabr 2018-ci il təvəllüdlü X11 və 27 noyabr 2021-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında və himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir. Apellyasiya baxışının həddləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən ilkin iddia tələbinə dair hissədə yoxlayır. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər.
22. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
23. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
24. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
25. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
26. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
27. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
28. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur.
29. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2. iki uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi.
30. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
31. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.5-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.7-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Hüquqi dəyərləndirmə:
33. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi, yaşı, yeddi yaşına çatmış uşağın fikri, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, Cavabdeh aylıq əmək haqqının məbləği və dörd uşaqdan hər birinin təminatının ədalətli müəyyən edilməsi zərurəti nəzərə alınaraq 08 sentyabr 2014-cü il təvəllüdlü X9 və 31 mart 2016-cı il təvəllüdlü X10 ataları Cavabdeh yanında qalmaları tərəflərin mənafeyinə daha uyğundur.
34. Kollegiya iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, 08 sentyabr 2014-cü il təvəllüdlü X9 və 31 mart 2016-cı il təvəllüdlü X10 atalarının yanında qalmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
37. X30 7.5-ci bəndinə əsasən, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.
38. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı və Cavabdeh öz övladları - X22 və X12 üzərində hər hansı bir psixoloji təsiri vardırmı? Uşaqlar valideynləri ilə ünsiyyətdə olan zaman stres, həyacan, qorxu hissi keçirirlərmi və bu onların səhhətinə necə təsir edir? Uşaqlar öz fikirlərini sərbəst ifadə edə bilirlərmi? Uşaqların psixoloji inkişaf səviyyəsi yaşlarına uyğundurmu? Uşaqların hansı valideyninin yanında yaşaması fikri hər birində sərbəst formalaşa bilərmi? Uşaqlar hansı valideyni ilə yaşasa onların hər birinin psixoloji vəziyyətinə daha yaxşı təsir edər? Uşaqların arzusunun nəzərə alınmaması onların psixoloji durumuna təsir edə bilərmi? Uşaqlar atanın ailəsində yaşayırsa anası ilə ünsiyyət qurmaq istəyini nə qədər ifadə edir və ya edə bilir? – sualları qoyulmuşdur.
39. 11/354 saylı, 16 sentyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X23 və 08 sentyabr 2014-cü il təvəllüdlü X22 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Uşaqların psixi vəziyyəti qənaətbəxş olmaqla onların idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. Uşaqların normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Uşaqların psixi cəhətdən normal inkişaf etməklə onların əqli inkişaflarında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Uşaqların hal-hazırda ataları və analarına bağlılıqları müəyyən olunur. Boşanmadan sonra uşağın hansı hansı valideynini himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən uşaqla ünsiyyət qaydasının müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyil.
40. Kollegiya iş materiallarına, tərəflərin izahatlarına, apellyasiya şikayətinin dəlillərinə, ekspert rəyinə və Qəyyumluq və Himayəçilik orqanının rəyinə əsasən belə qənaətə gəlir ki, xx.xx.2016-cı il təvəllüdlü X23 və 08 sentyabr 2014-cü il təvəllüdlü X22 bacı-qardaş olaraq atalarının yanında qalması həm tərəflərin həm də uşaqların mənafeyi baxımından məqsədəmüvafiqdir. Kollegiya qənaətini həmçinin onunla əsaslandırır ki, uşaqlar ekspert müayinəsində olduqları zaman ataları evdə olmadığı zaman evə tanımadıqları kişilərin gəldiyini bildirmiş və ataları ilə qalmaq istədiklərini söyləmişlər.
41. Ekspert rəyindən görünür ki, ekspert uşaqların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
42. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən, iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilərək sübut qismində çıxış edə bilər.
43. Həmçinin birinci instansiya məhkəməsində verilmiş Qəyyumluq və Himayəçilik orqanın rəyindən də görünür ki, uşaqların ataları ilə qalması məqsədəmüvafiq hesab edilmişdir.
44. Beləliklə, kollegiya yoxlanılan tərəflərin izahatlarını, Qəyyumluq və Himayəçilik Komissiyasının, ekspertin rəyini iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi, yaşı, Cavabdeh aylıq əmək haqqının məbləği və dörd uşaqdan hər birinin təminatının ədalətli müəyyən edilməsi zərurəti nəzərə alınaraq, 08 sentyabr 2014-cü il təvəllüdlü X9 və 31 mart 2016-cı il təvəllüdlü X10 ataları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi həm tərəflərin, həm də uşaqların mənafeyi baxımından məqsədəuyğun olmuşdur.
45. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
48. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsinə dair qətnaməsi yoxlanılan hissədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev