Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4775/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X15 və Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinə qarşı iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X15 və Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-3254/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmiş, sonradan 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X20 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu “İri şəhərlərin X12 Xidməti” X18 Şirvan şəhər Sukanal idarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X12 Xidməti” X21 Şirvan Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilməsi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X15 və Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X18 Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K nömrəli əmrinin ləğv edilməsini, İddiaçı işə bərpa olunmasını, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X18 Şirvan şəhər Sukanal İdarəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə əsassız olaraq bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xitam verilmişdir. Lakin Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə onun işdən çıxmasına əsas olmuş qərara xitam verilmişdir. Bundan əlavə barəsində hər hansı bir cinayət məsuliyyətinə cəlb edilmə və ya cinayət nəticəsində barəsində heç bir qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyil. İşəgötürən tərəfindən cinayət və inzibati xəta anlayışlarına düzgün dərk edilməmişdir. O, çalışdığı müddət ərzində idarədə və kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla iş davamiyyəti, rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Bundan əlavə, həmin əmr nəticəsində əmək fəaliyyətinin davam etdirilməməsi və işgüzar nüfuzuna xələl gətirilməsi səbəbindən stres, gərginlik və əsəb nəticəsində müalicələr alır. Bu da öz növbəsində onun psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3254/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsində avtomobil sürücüsü vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X17 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmə iddianı qismən təmin edərəkən qeyd etmişdir ki, AR ƏM-in 74.1-ci maddəsinin “ç” bəndində məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarının deyil, cinayət işi üzrə hökmdən bəhs olunur. Cavabdehin AR Əmək Məcəlləsinin 74.1- ci maddəsinin “ç” bəndində əsaslanıb preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dairəsini genişləndirərək, inzibati xəta haqqında iş üzrə məhkəmə aktını da həmin məhkəmə aktlarının sırasına aid etməsi qanunsuzdur. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü olmaqla müvəqqəti xarakter daşıyır, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə isə cəza növü olaraq müəyyən edilir. Bu baxımdan AR ƏM-nin 74-cü 74.1-ci maddəsinin “ç” bəndi tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi halını daimi xarakter daşıyan cəza növü kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair hökmün mövcudluğuna bağlı etmişdir.
6. Məhkəmə həmçinin o halı da qeyd etmişdir ki, Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsi işəgötürən olsa da hüquqi şəxs statusuna malik deyil, “İri Şəhərlərin X12 Xidməti” X18 struktur vahididir. Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinin rəisi idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini “İri Şəhərlərin X12 Xidməti” X21 ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsinə dair hissədə iddia təmin edilməməlidir.
7. Məhkəmə iddia tələbinin “məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X19 tərəfindən İddiaçı ödənilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pul da cavabdeh “İri Şəhərlərin X12 Xidməti” X17 iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 68-ci, 74-cü, 76-cı, 300-cü, İnzibati Xətalar Məcəlləsinin 22-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 119.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X19 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan şəhər Sukanal İdarəsində sürücü olaraq işlədiyi üçün işin dayanıqlığını təmin etmək məqsədi ilə sürücülük hüququ məhdudlaşdırılmış şəxsin struktur bölmədə sürücü olaraq işdə saxlanılması qeyri-mümkin idi. Belə ki, yeni sürücü ilə müqavilə bağlamaqla işin ahəngi pozulmamalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X19 və Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 Şirvan şəhər Sukanal İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərin iradəsindən asılı olmayan hallardır; 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmiş, sonradan 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X20 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu “İri şəhərlərin X12 Xidməti” X18 Şirvan şəhər Sukanal idarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X12 Xidməti” X21 Şirvan Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilməsi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)- 19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir.
20. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə cavabdehin əmrində göstərilən əsasla xitam verilməsinin qanunsuz və əsassız olduğunu, onun işdən çıxarılmasına səbəb olmuş qərara xitam verildiyini bildirir və bu hallara istinad edərək, onun işdən azad edilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki iş yerinə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsini tələb edir.
21. Cavabdeh iddianı qəbul etmir, xx.xx.2025-ci il tarixli əmrin qanuni və əsaslı olduğunu, iddiaçının cavabdeh müəssisədə sürücü işlədiyini, onun sürücülük hüququnun 1 il müddətinə məhkəmə qərarı ilə məhdudlaşdırıldığından işin davamlılığını təmin etmək məqsədilə onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
22. Bu baxımdan məhkəmə kollegiyası mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasının, yəni bu barədə əmrdə istinad edilmiş Əmək Məcəlləsinin 74-cü maddəsinin təhlil edilməsini zəruri hesab edir.
23. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsində təsbit olunmuş əmək müqaviləsinə xitam verilməsi üçün ümumi cəhət həmin maddədə göstərilən əsasların tərəflərin, yəni işçi və işəgötürənin təsəbbüsü olmadan baş verməsi, bu hallardan hər hansı biri mövcud olduqda əmək müqaviləsinə tərəflərin iradə ifadəsindən asılı olmayaraq xitam verilməli olması çıxış edir. Başqa sözlə, Əmək Məcəlləsinin 74-cü maddəsində göstərilən hallar əmək münasibətlərinə xitam verən hüquqi fakt kimi çıxış edir, bu halların bəziləri hərəkət, bəziləri isə hadisədir.
24. Hazırda iddiaçının işdən çıxması ilə bağlı əmrdə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə istinad edilmişdir. Nəzərə alınmalıdır ki, bu əsasla işçinin işdən azad edilməsi üçün 2 halın eyni anda olması zəruridir: 1) işçinin işini davam etdirməsini istisna edən cəzaya məhkum edilməsi; 2) bu halla bağlı çıxarılmış məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi.
25. Buna baxmayaraq, iddiaçı barəsində hər hansı cinayət təqibi həyata keçirilməmiş, ona cinayət məsuliyyətinin müəyyən edilməsi ilə bağlı hər hansı cəza təyin edilməmiş və ümumilikdə iddiaçı barəsində hökm çıxarılmamışdır. İddiaçı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş və bunun nəticəsi olaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın icra edilməməsinə görə iddiaçı Şirvan Şəhər Məhkəməsinin 3(032)- 19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmışdır. Sonradan iddiaçı həmin inzibatı tənbeh tədbirinə səbəb olmuş cəriməni ödədiyindən Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixli həmin qərara xitam verilmişdir.
26. Bununla belə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndində əmək müqaviləsinə xitam verilməsi əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi qeyd edilmişdir (əlacə cəza növü). İddiaçı isə məhkəmə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmışdır (inzibati tənbeh növü). Bekı ki, iddiaçı barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X14 Məcəlləsi qeyd edilən hallar olduqda şəxs barəsində belə bir qərarın qəbul edilməsini təsbit etməklə yanaşı, eyni zamanda, bu şəxs tərəfindən inzibati cərimənin və müvafiq olaraq hesablanmış dəbbə pulunun ödənilməsi halında onun vəsatəti əsasında bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən xitam verilməsini də şərtləndirmişdir. İddiaçı da barəsində qeyd edilən qərarın qəbul edilməsi barədə məlumat əldə etdikdən sonra müəyyən edilmiş cərimə (100 manat) və dəbbə pulunu (60 manat) ödəmiş və qanunvericiliyin verdiyi bu imkanlardan istifadə edərək, müvafiq vəsatətlə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına da xx.xx.2025-ci il tarixdə, yəni mübahisəli əmr qəbul edildiyi tarixdən (xx.xx.2025-ci il) bir gün sonra xitam verilmişdir. Nəticə etibarı ilə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilməmişdən əvvəl qanunvericinin ona verdiyi hüquqi imkanlardan istifadə edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının yaratdığı hüquqi nəticələri aradan qaldırılması üçün tədbirlər görmüş və qaldırmışdır. Qeyd edilənlər, o cümlədən iddiaçı barəsində qəbul edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə xitam verilməsini istisna edir.
27. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının barəsində inzibati xəta haqqında icraat çərçivəsində çıxarılmış və hazırda hər hansı hüquqi nəticəsi qalmamış qərar əsas götürülməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçı ilə bağlı yaranmış hal, ümumiyyətlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş həmin maddənin təsiri altına düşmür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 13/K saylı əmri ləğv edərək iddiaçını əvvəlki iş yerinə bərpa etməkdə haqlı olmuşdur.
28. Məhkəmə kollegiyası “əmrin ləğvi və işə bərpa” tələbləriinin əsas, “məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması” tələblərinin isə törəmə tələblər olmasını, onların təmin edilib-edilməməsinin əsas tələblərin təmin edilibedilməməsinən asılı olduğunu və əsas tələblərin təmin edilməsi qənaətinə gəlindiyini nəzərə alıb, bu tələblərin də təmin edilməsini əsaslı hesab edir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün nəticəyə gəlmişdir. Cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X10 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X18 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X15 aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X18 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3254/2025 saylı qətnaməsi cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X18 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət X4 “İri Şəhərlərin X12 Xidməti” X15 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.