Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4786/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1215/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli K-258 nömrəli əmrin qanunsuz hesab edilərək onun Cavabdeh MMC-də aparıcı mühəndis vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Cavabdeh MMC iddia tələbi ilə razılaşmayraq yazılı etirazını və sübutlarını məhkəməyə təqdim etmişdir.
3. Daha sonra iddiaçı cavabdehin yazılı etirazına münasibət bildirərək iddia ərizəsinə əlavəsini məhkəməyə təqdim etmiş və tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh (cavabdeh) arasında 9 mart 2021-ci il tarixdən 9 aprel 2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və həmin tarixdən işə başlamışdır. 8 iyun 2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti 9 aprel 2022-ci il tarixədək uzadılmışdır. Lakin K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrlə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə həmin əmək müqaviləsində göstərilən müddətlərə belə riayət edilmədən qanunsuz və əsassız xitam verilmişdir. Lakin hazıradək K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrin surəti və əmək kitabçası ona təqdim edilməmiş və son haqq-hesabı ödənilməmişdir. Birincisi, cavabdeh etirazında qeyd etmişdir ki, onunla əmək müqaviləsi 1 aylıq müddətə bağlanmış və ona sonradan dəyişiklik edilərək müddəti 1 ay müəyyən edilmişdir. Əgər onun əmək müqaviləsi 1 aylıq müddətə bağlanmışdırsa və elektron sistemdən göründüyü kimi, növbəti ilə kimi uzadılma barədə dəyişiklik edilməmişdisə, nəyə görə 1 aylıq olan əmək müqaviləsinin yenidən 1 aylıq edilməsi barədə razılaşma imzalanmışdır? Dolayı yolla həmin hissədə cavabdeh özü təsdiq etmişdir ki, əmək müqaviləsi daha uzun müddətə olmuş, onunla əmək müqaviləsinə qanunsuz olaraq xitam verərək ona hüquqi don geyindirmək niyyətləri olmuşdur. İkincisi, cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilməmişdir. Təqdim edilən sənədlərdən də aşkar surətdə görünür ki, həmin əmrin ona təqdim edilməsi barədə heç sübut və ya dəlil mövcud deyildir. Həmin əmri onun qəbul etməsinə dair sənəddə buna dair onun imzası yoxdur. Üçüncüsü, əmək kitabçası hazırki tarixədək ona təqdim edilməmişdir. O, məhkəməyə müraciət etdikdən sonra cavabdeh özünü sığortalamaq üçün onun ünvanına məktub yollamışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Göründüyü kimi, işdən çıxan gün onun işdə olmasına baxmayaraq, əmək kitabçası ona təqdim edilməmişdir, nə də həmin gün ona bildiriş göndərilməmişdir. İşdən də görünür ki, işəgötürən hazırki vaxtadək ona əmək kitabçasını verməməklə onun əmək hüquqlarını kobud surətdə pozmuşdur. Dördüncüsü, cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən də aşkar surətdə görünür ki, həmin əmr qanunsuzdur. Belə ki, 10 noyabr 2021-ci il tarixli K-258 saylı əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmin əmrdə həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qaydasını nəzərdə tutan maddə isə Əmək Məcəlləsinin 73-cü maddəsidir (“Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası”). Beşincisi, cavabdeh tərəfindən təqdim edilən sənədlərin mübahisə predmetini təşkil edən hissələrin əks olunduğu heç bir səhifəsində onun imzası yoxdur. Elektron sistemə saxtakarlıq etmək mümkün olmadığından hazırki işdə heç bir sənəddə müvafiq səhifədə onun imzası olmadığı nəzərə alınaraq, həmin sistemdə əksini tapan məlumatlar əsas götürülməlidir. Ərizədə həmçinin qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Normadan müəyyən olunur ki, qanunvericilik əmək müqaviləsinin müddətinin əvvəlki tarixə uzadılmasını qeyd etsə də, həmin əmək müqaviləsinin məhz hansı tarixdən (müddəti bitdiyi tarixdən, yoxsa bir həftəlik müddət keçdikdən sonra) əvvəlki müddətə uzadılması müəyyən deyildir. Hazırki halda da işçinin maraqları nöqteyi-nəzərindən qanun norması şərh edilməli və işçinin hüquqları bərpa edilməlidir. Birinci instansiya məhkəməsində icraat
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1215/2022 saylı qətnaməsi ilə (hakim G.Əkbərli) iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərlə yanaşı, son haqq-hesaba dair məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, sonuncu ödəniş İddiaçı hesabına xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən əmək müqaviləsinə dair bildirişlərdən müəyyən edilir ki, həmin bildirişlər iddiaçının özü tərəfindən xx.xx.2021-ci il tarixdə çap edilmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ona əmək kitabçasının hazıradək təqdim edilməməsini iddia etməsinə baxmayaraq, o, işəgötürən tərəfindən ehtimal edilən hüququnun pozulmasını xx.xx.2021-ci il tarixdən aşkar etsə də, həmin gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və onun iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ötürülməklə, yəni xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
6. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 2-ci hissəsinə, 296.1-ci maddəsinə, 296.6-cı maddəyə, 296.7-ci maddəyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli e-2(004)-1215/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti (cavabdeh) ilə 9 mart 2021-ci il tarixdən 9 aprel 2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və həmin tarixdən işə başlamışdır. 8 iyun 2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti 9 aprel 2022-ci il tarixədək uzadılmışdır. Lakin K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrlə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə həmin əmək müqaviləsində göstərilən müddətlərə belə riayət edilmədən qanunsuz və əsassız xitam verilmişdir. Lakin hazıradək K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrin surəti və əmək kitabçası mənə təqdim edilməmişdir. Onunla əmək müqaviləsi 1 aylıq müddətə bağlanmış və ona sonradan dəyişiklik edilərək müddəti 1 ay müəyyən edilmişdir. Əgər onun əmək müqaviləsi 1 aylıq müddətə bağlanmışdırsa və elektron sistemdən göründüyü kimi növbəti ilə kimi uzadılma barədə dəyişiklik edilməmişdisə, nəyə görə bildirdikləri kimi 1 aylıq olan əmək müqaviləsinin yenidən 1 aylıq edilməsi barədə razılaşma imzalanmışdır? Dolayı yolla həmin hissədə cavabdeh özü təsdiq etmişdir ki, əmək müqaviləsi daha uzun müddətə olmuş, əmək müqaviləsinə qanunsuz olaraq xitam verərək xitam proseduruna hüquqi don geyindirmək niyyətləri olmuşdur. İkincisi, cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilməmişdir. Təqdim edilən sənədlərdən də aşkar surətdə görünür ki, həmin əmrin ona təqdim edilməsi barədə heç sübut və ya dəlil mövcud deyildir. Həmin əmri onun qəbul etməsinə dair sənəddə buna dair onun imzası yoxdur. Üçüncüsü, əmək kitabçası hazırki tarixədək ona təqdim edilməmişdir. O, məhkəməyə müraciət etdikdən sonra cavabdeh özünü sığortalamaq üçün onun ünvanına məktub yollamışdır. Dördüncüsü, cavabdehin məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən də aşkar surətdə görünür ki, həmin əmr qanunsuzdur. Belə ki, 10 noyabr 2021-ci il tarixli K-258 saylı əmr əməkqanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmin əmrdə həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qaydasını nəzərdə tutan maddə isə Əmək Məcəlləsinin 73-cü maddəsidir (“Müddətli əmək müqaviləsinəxitam verilməsi qaydası”). Beşincisi, cavabdeh tərəfindən təqdim edilən sənədlərin mübahisə predmetini təşkil edən hissələrin əks olunduğu heç bir səhifəsində onun imzası yoxdur. Elektron sistemə saxtakarlıq etmək mümkün olmadığından hazırki işdə heç bir sənəddə müvafiq səhifədə onun imzası olmadığı nəzərə alınaraq, həmin sistemdə əksini tapan məlumatlar əsas götürülməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı və işəgötürən "xxxx" MMC arasında tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 9 mart 2021-ci il tarixində 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Mərkəzin 9 mart 2021-ci il tarixli, K-72 nömrəli əmri ilə təsdiq edilərək Şəki Layihə-Tədqiqat İdarəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi yazılı formada iki nüsxədə tərtib olunaraq tərəflərin imzası ilə təsdiqləndikdən sonra bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. İddiaçının iş fəaliyyətinə zərurət olması səbəbindən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin razılığı əsasında eyni müddətə uzadılmışdır. İddiaçı Mərkəzin K-258 nömrəli əmri ilə 10 noyabr 2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrlərin qeydə alınması kitabında qeydə alınmışdır. Göründüyü kimi İddiaçı tamamilə əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin edilərək, qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 17.Maddə 11 (“b” bəndi): Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 18.Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 19.Maddə 47 (“f” bəndi). tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 20.Maddə 68 (1-ci hissə) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 21.Maddə 68 (2-ci hissəsinin “b” bəndi). Əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. 22.Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 23.Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 24.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. 28.Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsindən və xx.xx.2021-ci il tarixli K-72 nömrəli əmrdən müəyyən edilir ki, o, xx.xx.2021-ci il tarixdən Şəki Layihə Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. 29.Əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, müqavilə 1 ay müddətinə bağlanmışdır. Müqavilə İddiaçı tərəfindən imzalanmış və məhkəmə baxışı zamanı imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 30.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 31.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan müəyyən edilir ki, əmək müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, xx.xx.2021-ci il tarixdən 1 ay müddət müəyyən edilməklə bağlanmışdır. Qeyd olunan razılaşma İddiaçı tərəfindən imzalanmış və məhkəmə baxışı zamanı imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 32.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 33.İş materiallarında olan Cavabdeh MMC-nin K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 34.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, K-258 nömrəli xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən, yəni müqavilə müddətinin bitməsi əsası ilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş və bu barədə məlumat sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 35.İş materiallarında olan Əmək kitabçasının təhvil verilməsi barədə İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş və SS734503964AZ ştrix kodlu xəbərnamədən müəyyən edilmişdir ki, iddiaçıya əmək kitabçasının götürülməsi üçün Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə yaxınlaşması xahiş edilmiş, bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. 36.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 37.İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il müəyyən edilmiş və bu barədə məlumat sistemə xx.xx.2021-ci il tarixdə imzalanmaqla daxil edilmişdir. 38.İş materiallarında olan son haqq-hesaba dair xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, işçi İddiaçı hesablanmış 570,19 manat pul vəsaiti onun hesabına köçürülmüşdür. 39.İş materiallarında olan Cavabdeh MMC-nin K-151 saylı, 15 iyul 2021-ci il tarixli əmrindən görünür ki, MMC-nin Hüquq və kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi X1 əmək funksiyalarını yerinə yetirərkən işinə məsuliyyətsiz yanaşaraq X4 səhv məlumatlar daxil etdiyinə görə ona xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi verilmişdir. 40.Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilmiş, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlilləri məhkəmə baxışında təsdiqini tapmamışdır. 41.Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən və həmin əsasla iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. 42.Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi əmək müqaviləsinin müddətsiz və müddətli bağlanılmasının mümkünlüyünü müəyyən etmişdir. Qanun bu seçim imkanını tərəflərin razılığından asılı etmişdir. Belə ki, tərəflər razılaşdığı müddətə müddətli əmək müqaviləsi bağlaya bilərlər. 43.Baxılan iş üzrə İddiaçı, onunla Cavabdeh MMC arasında bağlanmış 09 mart 2021ci il tarixli müddətli əmək müqaviləsinə əsasən eyni tarixli K-72 nömrəli əmrlə Şəki Layihə- Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə müddəti 1 ay müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında yazılı razılaşmadan müəyyən edilir ki, əmək müqaviləsinin müddəti həmin tarixdən 1 ay müəyyən edilmişdir. Əmək müqaviləsinə dair bildiriş isə həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Qeyd olunan razılaşma İddiaçı tərəfindən imzalanmış, razılaşmanın etibarlılığı və imzanın həqiqiliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra Cavabdeh MMC-nin K- 258 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən Cavabdeh MMC-nin Şəki LayihəTədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021ci il tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla 09 mart 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş isə xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. 44.İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə istinad edərək 09 mart 2021-ci il tarixli əmək müqaviləsinin bitmə tarixinin xx.xx.2022-ci il tarixədək müəyyən edilməsini iddia etməsi ilə bağlı, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, bu texniki yanlışlıq olmaqla, Hüquq və kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi X3 tərəfindən yol verilmişdir və bu səbəbdən ona “əmək funksiyalarını yerinə yetirərkən işinə məsuliyyətsiz yanaşaraq X4 səhv məlumatlar daxil etdiyinə görə” sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Beləliklə, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilməmişdir. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətli olmaqla, bir ay müddətinə bağlanması mübahisəsiz olsa da, sonradan həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilməsi və əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasına dair tərəflər arasında müqavilənin bağlanması iş materialları ilə müəyyən edilmir. 46.İddiaçı sübut olaraq əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişinə istinad etsə də, bu bildirişin X5 yanlış olaraq daxil edilməsinə görə cavabdeh müəssisənin məsul əməkdaşına hələ xx.xx.2021-ci il tarixdə, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən bir neçə ay əvvəl intizam tənbehi verilməsi onu deməyə əsas verir ki, həmin bildirişdəki məlumatlar həqiqətən də, X5 yanlış olaraq daxil edilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsinə onun müddəti ilə bağlı xx.xx.2021-ci il tarixdə hər hansı dəyişiklik edilməmişdir. 47.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əmək müqaviləsinin tərəflərinin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanması imkanını nəzərdə tutmuşdur. 48.Tərəflər məhz bu imkandan istifadə edərək mübahisəli əmək müqaviləsini 1 ay müddətinə bağlamışlar. İddiaçı əmək müqaviləsinin şərtləri barədə onun bağlandığı ilk vaxtdan məlumatlı olmuş və buna öz etirazını bildirməmişdir. 49.Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. 50.İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasının və əmrin surətinin ona təqdim edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmrin surətinin və əmək kitabçasının işçiyə təqdim edilməməsi əmək qanunvericiliyində həmin əmrin ləğv edilməsi və işçinin işə bərpa edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. 51.Əmək müqaviləsinin və ona dəyişiklik edilməsi barədə razılaşmanın hər səhifəsinin onun tərəfindən imzalanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə məhkəmə iclasında verdiyi izahatında, nə də apellyasiya şikayətində həmin müqavilələrin məzmununu mübahisələndirməmiş, əksinə onunla əmək müqaviləsinin ilk dəfə bir ay müddətinə bağlanmasını, sonradan həmin əmək müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi ilə bağlı razılaşmanı imzaladığını qeyd etmişdir. İddiaçının iddiasının dəlili kimi onunla 1 ay müddətinə bağlanmış əmək müqaviləsinin 2021-ci ilin iyun ayında uzadıldığına, lakin işəgötürənin həmin razılaşmaya əməl etmədiyinə istinad etmişdir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. 52.Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməsinə istinad etməsi düzgün olmamışdır. 53.Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2021-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki: “Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 54.Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. 55.Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” 56.Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqedən göründüyü kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilmiş müddət mahiyyətcə iddia müddətidir və bu müddətin ötürülməsi əsası ilə iddianın rədd edilməsi yalnız mübahisə tərəfinin bu barədə verdiyi ərizə əsasında mümkündür. Belə ərizə olmadıqda, məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin ötürülməsinə istinad etməklə iddianı rədd edə bilməz. 57.Hazırkı iş materiallarından görünür ki, cavabdeh tərəf iddiaçı tərəfindən 1 aylıq müddətin ötürülməsinə dair məhkəməyə ərizə verməmiş, habelə məhkəməyə təqdim etdiyi yazılı etirazında buna istinad etməmişdir. 58.Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. 59.Göründüyü kimi, birinci instansiya məhkəməsinin müddətin tətbiqinə dair işin halına əsaslanması səhv olmuşdur. 60.Lakin məhkəmənin iddianı rədd edərkən istinad etdiyi digər əsaslar düzgün müəyyən edildiyindən, habelə iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olduğundan, kollegiya hesab edir ki, müddətin tətbiq edilməsi ilə bağlı məhkəmənin yol verdiyi səhv mübahisələndirilən qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola bilməz. 61.Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 62.Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 63.Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 64.Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1215/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.