Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4786/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X13 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-152/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, İşin halları: Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/3609 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonentə qeyri-qanuni xəttdən istifadə etdiyinə görə müxtəlif illərdə aktlar tərtib edilmiş, həmin aktlara əsasən borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evin hesab koduna (**********10000) əsassız olaraq ümumilikdə 9110,20 (doqquz min yüz on manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, ünvan 3ında yerləşən ona məxsus evin küçədə qaz xəttinin üzərində quraşdırımış G-4 markalı **********5 zavod nömrəli qaz sayğacına onun iştirakı olmadan çıxarılmış və dövlət yoxlamasına aparılmışdır. Cavabdeh İB-yi tərəfindən xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4180-1 № li rəy əsasında qaz sayğacının hesablama mexanizmi keçən qazı qeydə almaması barədə ******* saylı akt onun imzası olmadan tərtib olunmuş və onun hesab koduna (**********10000) əsassız olaraq 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 756 manat, xx.xx.2019-cu il tarixdə ******* saylı akt əsasında 405 manat, xx.xx.2020-ci il tarixdə ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarixdə ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2021-cu il tarixdə ******* saylı akt əsasında 388.8 manat, xx.xx.2021-ci il tarixdə ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-cu il tarixdə akt əsasında 388,80 manat, xx.xx.2021-cu il tarixdə akt əsasında 194,40 manat, xx.xx.2021ci il tarixdə akt əsasında 194,40 manat xx.xx.2022-ci il tarixdə akt əsasında 699,84 manat xx.xx.2022-ci il tarixdə akt əsasında 1161 manat sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı onun imzası olmadan aktlar tərtib olunmuş və hesab koduna (**********10000) əsassız olaraq ümumilikdə 9110,20 (doqquz min yüz on manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Belə ki, Cavabdeh İB-yi nümayəndələri tərəfindən akt tərtib olunarkən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamasından keçirilərkən ona məlumat verilmədən iştirakı olmadan keçirilmişdir. Qeyd etmişdir ki, qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomblar yerində olmuşdur. Cavabdeh İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər sayğacda hər-hansı nöqsan var idisə nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamanda əgər təbii qazdan qeyri-qanuni istifadə var idisə nəyə görə bu günədək onun barəsində aidiyyatı üzrə Sabunçu Polis İdarəsinə müraciət olunmamış İXM-nə əsasən protokol tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası MM-nə əsasən müqavilədən irəli gələn məsələlərdə iddia müddəti 3 il olduğundan Cavabdeh İByi iddia müddətini bitirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həyat yoldaşı xx.xx.2017-ci il tarixdə dünyasını dəyişdikdən sonra o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşayır. Qeyd olunan ünvan 3ında 2017-ci ildən yaşayış olmamışdır. Bu səbəbdən həmin ünvanda təbii qazdan istifadə olunmamışdır. Eyni zamanda ona məxsus evin ünvanı Maştağa qəsəbəsi, M.Hüseynzadə küç, ev 27 olduğu halda Cavabdeh İB-nin maliyyə arayışında olan ünvan ünvan 4 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-152/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən tərtib edilmiş **********10000 nömrəli abonent İddiaçı xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1875.60 manat olan borcun 1566 manat olan hissəsi, ******* nömrəli, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 698.40 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 1188 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 388.80 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən 194.40 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 699.84 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1161 manat və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat cərimə borcunun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və 64 (altmış dörd) manat ekspertiza xərcinin iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk öncə iddia tələbinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ona yazılmış 1555.20 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, “iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta aktna əsasən iddiaçıya yazılmış 1555.20 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbin ******* nömrəli, xx.xx.2019-ci il tarixli akta və ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən yazılmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş sözügedən aktlardan görünür ki, sözügedən aktlar başqa bir abonent kodu olan 3-cü şəxs barəsindən tərtib edilmiş olduğundan iddia tələbi həmin aktlara əsasən yazılmış cərimənin silinməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktlara əsasən iddiaçıya cəmi hesablanmış 6400.44 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, habelə istehlakçının məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqana məlumat verilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə tərtib edilmiş ilk akt-0274184 nömrəli, xx.xx.2020-ci il tarixli akt istisna olmaqla digər aktlara əsasən yazılmış cərimələr yəni xx.xx.2020-ci il tarixli, akta əsasən hesablanmış 698.50 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 1188 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 388.80 manat,xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 194.40 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 699.84 manat, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1161 manat cərimələr silinməlidir. Lakin məhkəmə ilk akta yəni ******* nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən abonentə hesablanmış borcun şişirdilmiş olmasına dair dəlillərini inandırıcı saymışdır. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminın 18576 kub.metr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil, 30 gün olmaqla, 1.2x12x30=432 kub metr, 6x12x30=2160 kub metr, 1.4x12x30=504 kub metr olmaqla qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqaviləsinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 309.60 manat edir. Bunları nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1875.60 manat cərimənin 309.60 manat olan hissəsi istisna olmaqla yerdə qalan məbləğ silinməlidir. (1875.60- 309.6=1566 manat)”. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus ünvanda sayğaca müdaxilə, həmçinin də qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbi qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh İB-yə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, təqdimata təqdim edilən borunun və sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edilir ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparılmamış, qanunsuz birləşmənin mövcud olduğu yerlər tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıq-aşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. Bundan başqa təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu, iddiaçının borcu qəbul etməsinə dair ərizəsi) iddia tələbinin tamamilə əsassız olduğunu sübut edir. Eyni zamanda iddiaçıya aid olan abonent koduna hesablanmış məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4786/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, rəyin verilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 01 oktyabr 2025-ci il tarixli, 3-15-2-1/2-4022/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bundan sonra mülki iş üzrə hərtərəfli, tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə təkrar mütəxəssis rəyi alınması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4786/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 12 noyabr 2025-ci il tarixli, 3-15-2-1/2-4600/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası: 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6 cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş materiallarında olan aktlara müfəssəl və ətraflı hüquqi qiymət verilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 3 müxtəlif şəxs, o cümlədən iddiaçının adına aşağıdakı aktlar mövcuddur və həmin aktlar üzrə hesablanan borclar:
1 0202359 nömrəli, xx.xx.2019-cu il tarixli akt 756 manat borc hesablanmış, akt X2 adına tərtib edilmişdir. 2 0226712 nömrəli, xx.xx.2019-cu il tarixli akt üzrə 405 manat borc hesablanmış, akt X2 adına tərtib edilmişdir. 3 0269811 nömrəli, xx.xx.2020-ci il tarixli akt üzrə 885,60 manat borc hesablanmış, akt Kərimova Gülxanımın adına tərtib edilmişdir. 4 0274184 nömrəli, xx.xx.2020-ci il tarixli akt üzrə 1875,60 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 5 0284289 nömrəli, xx.xx.2020-ci il tarixli akt üzrə 698,40-manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 6 0286697 nömrəli, xx.xx.2020-ci il tarixli akt üzrə 583,20 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 7 0298749 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 1188 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 8 0301386 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 388,80 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 9 0314221 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 194,40 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 10 0314850 nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 194,40 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 11 0312140 nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 699,84 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. 12 0385304 nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 1555,20 manat borc hesablanmış, akt İddiaçı adına tərtib edilmişdir Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/3609 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1212 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacını və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olub-olmamasının müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş (fotoşəkillərlə müaqisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi, yaxud digər qanunsuz qoşula əlamətləri (qaynaq yeri, borucuq və s) mövcuddurmu sualı cavablandırılmadı. Aparılmış tədqiqatın dəyəri 64 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən, aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, habelə istehlakçının məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqana məlumat verilməməsini nəzərə almış, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024 cü il tarixli 3-16-16/2-3/1212 nömrəli ekspert rəyini əsas götürmüşdür. Kollegiya ilk olaraq Gülxanım Kazımovanın adına olan 3 akta, yəni ******* saylı, xx.xx.2019-cu il tarixli akt; ******* saylı, xx.xx.2019-cu il tarixli və ******* saylı, xx.xx.2020ci il tarixli aktlara qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan Bakı Regional Qazın satışı Departamentinin məktubundan görünür ki, “Bakı Regional Qazın Satışı Departamentinə daxil olmuş xx.xx.2022-ci il tarixli, SOCAR**********310210033BR00062 nömrəli müraciət araşdırılmışdır. Araşdırma zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə kuçəsi 105 ünvanında yaşayan (**********20000) istehlakçı hesabı X2 adına olan, (sayğac nömrəsi 10340940 üzrə) X3 mənzilinin qaz təsərrüfatına nümayəndələr tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasən 756.00 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 405.00 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 885.60 manat tərtib olunaraq ümumilikdə 2046.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Baxış zamanı məlum olmuşdur ki, akt tərtib edilərkən texniki səhv nəticəsində yazılmışdır. Belə ki, akt tərtib olunan zaman istehlakçı hesabı **********10000 olan X6 hesablanmalı olan dəymiş ziyan səhvən istehlakçı hesabı **********20000 olan X5 yazılmışdır (i.v.37). Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, Gülxanım Kazımovanın abonent koduna ******* nömrəli, xx.xx.2019-cu il tarixli (756 manat); ******* saylı, xx.xx.2019-cu il tarixli (405 manat) və ******* saylı, xx.xx.2020-ci il tarixli (885,60 manat) aktlara əsasən hesablanmış ümumilikdə 2046,60 manat səhvən iddiaçının abonent koduna hesablandığından silinməlidir. İş materiallarından görünür ki, ******* nömrəli xx.xx.2020-ci il tarixli; ******* nömrəli xx.xx.2020-ci il tarixli; ******* nömrəli xx.xx.2020-ci il tarixli; ******* nömrəli xx.xx.2021-ci il tarixli; ******* nömrəli xx.xx.2021-ci il tarixli; ******* nömrəli xx.xx.2021-ci il tarixli; ******* nömrəli xx.xx.2021-ci il tarixli və ******* nömrəli xx.xx.2022-ci il tarixli aktlar Əhmədov Ədalətin adına tərtib edilmişdir.
1. 0274184 nömrəli xx.xx.2020-ci il tarixli akt üzrə 1875,60 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
2. 0284289 nömrəli xx.xx.2020-ci il tarixli akt üzrə 698,40 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
3. 0286697 nömrəli xx.xx.2020-ci il tarixli akt üzrə 583,20 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
4. 0298749 nömrəli xx.xx.2021-ci il tarixli akt üzrə 1188 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
5. 0301386 nömrəli xx.xx.2021-ci il tarixli akt üzrə 388,80 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
6. 0314221 nömrəli xx.xx.2021-ci il tarixli akt üzrə 194,40 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
7. 0314850 nömrəli xx.xx.2021-ci il tarixli akt üzrə 194,40 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir.
8. 0312140 nömrəli xx.xx.2022-ci il tarixli akt üzrə 699,84 manat borc hesablanmış, akt Əhmədov Ədalətin adına tərtib edilmişdir. Beləliklə də iş üzrə tərəf olmayan Əhmədov Ədalətin adına tərtib edilmiş aktlar üzrə borcu cəmi 5822,64 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsi Əhmədov Ədalətin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, 1875,6 hesablanmış borcdan 1.566 manat silinməli, 309,60 manat isə abonentin hesabında qalmalıdır. Kollegiya hesab edir ki, qeyd edildiyi kimi Əhmədov Ədalət iş üzrə tərəf deyil və onun abonent kodunun iş üzrə tərəf olan iddiaçının yaşadığı evə heç bir aidiyyatı olması iş materiallarından görünmür və buna baxmayaraq nə qədər ki, iddiaçı da özünə aid olmayan borcun 309,60 manat hissəsini apellyasiya qaydasında mübahisələndirmədiyindən həmin hissə yoxlanılmır və onun qanuniliyinə qiymət verilmir. Lakin sözügedən akt üzrə hesablanmış və məhkəmə tərəfindən silinmiş 1.566 manat qalıq hissəsi üzrə qətnamənin qanuniliyi yoxlanılır. Kollegiya hesab edir ki, Əhmədov Ədalətin adına olan aktlar üzrə hesablanmış 5513,04 manat (1,566+698,40+583,20+1188+388,80+194,40+194,40+699,84) məbləğ silinməlidir (5822,64-309,60=5513,04). Belə ki, yuxarıda qeyd edildiyi kimi Ədalət Əhmədovun adına yazılmış aktların İddiaçı yaşadığı ünvanla bağlılığı təsdiqini tapmamışdır. Əksinə iddiaçı tərəfindən yaşadığı ünvanın texniki pasportun və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, (kollegiya təqdim edilmiş həmin sənədlərin əsillərinə baxış keçirilmişdir) onun yaşadığı evin ünvanı M.Hüseynzadə küçəsi 27 X4 məxsus olmuşdur. Həmin şəxs isə iddiaçının qayınanası, X7 iddiaçının qayınatası, X8 isə ididaçının həyat yoldaşı olmaqla onlar hamısı vəfat etmişlər. Yəni, Əhmədov Ədalətin iddiaçı ilə hər-hansı qohumluğunun olması təsdiqini tapmamışdır.
İddiaçı adına tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03855304 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********100 nömrəli abonent İddiaçı məxsus evə quraşdırılmış sayğacın 14-2-2/3-5-4180-1 nömrəli rəyə əsasən mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 12960 kub metr qaz sərfi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta hesablanmış ziyan sayğacın düzgün işləməməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə həmin hissədə iddia tələbinə qiymət verərək, qeyd etmişdir ki, “məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta aktna əsasən iddiaçıya yazılmış 1555.20 manat borc silinməlidir”. Göründüyü kimi qeyd edilən akta əsasən hesablanmış ziyan sayğacın düzgün işləməməsi ilə bağlı olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə iddiaçının sayğaca müdaxiləsinin təsdiqinin tapmaması ilə əsaslandırmışdır. Halbuki iddiaçı özü Məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, həmin tarixlərdə daimi olmasa da mütəmadi olaraq evə gedib gəlib və qazdan istifadə edib. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə iddiaçı arasında “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə 24 fevral 2023-cü il tarixdə bağlanmışdır. Sayğacın düzgün işləməməsinə görə isə akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və 1555.20 manat borc hesablanmışdır. Göründüyü kimi qeyd edilən akt sayğacın düzgün işləməməsi əsası ilə tərtib edilməsi düzgün olsa da, dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, tərəflər arasında qazın alqı-satqısına dair bağlanmış müqavilədən akt tərtib edilən vaxta qədər 60 gün keçmiş və həmin müddət 60 gün götürülməlidir. Mütəxəssis rəyindən görünür ki, 1 ədəd PQ-4 tipli paz plitəsi maksimal qar sərfiyyatı 1.2 m3, 1 ədəd dəmir soba maksimal qar sərfiyyatı 1.4 m3 göstərilmişdir. İddiaçı ilə bağlanılmış müqavilədən görünür ki, mübahisəli evə PQ-4 qaz plitəsi və dəmir soba quraşdırılmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, həmin akt üzrə borc aşağıdakı qaydada hesablanmalıdır: 1 ədəd PQ-4 tipli qaz plitəsinə görə 1.2*8saat*60gün=576 m3 1 ədəd dəmir sobaya görə 1.4*8saat*60gün=672 m3 672+576=1248 (m3) 1248*0.20manat=249.60 manat Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555.20 manat cərimənin 249,60 manat olan hissəsi istisna olmaqla yerdə qalan 1305,60 manat məbləğ silinməlidir. (1555.20-249.60 =1305.60 manat) Bununla belə cavabdeh qeyd etmişdir ki, İddiaçı **********10000 nömrəli abonent hesabına 02/2020-ci il tarixindən 04/2022-ci il tarixinə kimi iddiaçı tərəfin qaz sayğacından əvvəlki hissədə qazpaylayıcı xəttə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi faktına əsasən Cavabdeh İB tərəfindən borc məbləğləri hesablanmışdır. Həmin qanun pozuntusu faktları aktlarla rəsmiləşdirilmişdir. Göründüyü kimi işdə hesablama aktları əsasında hesablaşmaların düzgün aparılıb-aparılmaması müəyyən edilməklə borcun yaranmasının əsasları və ya iddia edilən borcun əsassız olub-olmamasına qiymət verilə bilər. Apellyasiya baxışı zamanı Məhkəmə Kollegiyası hesab etmişdir ki, işdə hesablama aktları əsasında hesablaşmaların düzgün aparılıb-aparılmaması müəyyən edilməklə borcun yaranmasının əsasları və ya iddia edilən borcun əsassız olubolmamasına qiymət verilə bilər. Belə olan halda da həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınmalı və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialından təqdim edilmiş 30 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8.1 bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023cü il tarixli 218 nömrəli Qərarına əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. 1 may 2022-ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Lakin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, mütəxəssis X9 həmin dövrə münasibətdə borc məbləğinin düzgünlüyü barədə rəy verməyin mümkün olmadığını bildirmişdir. Belə olan halda apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınması zəruri olduğundan cavabdeh tərəfindən verilmiş vəsatət qismən təmin edilməklə iş üzrə təkrar mütəxəssis rəyi alınması və rəyin verilməsinin Energetika Nazirliyinin Enerji X1 həvalə olunması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialından təqdim edilmiş 05 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh İB tərəfindən abonentə qazdan qanunsuz istifadəyə görə 2020-ci ilin yanvarından 2022-ci ilin may ayına qədər 8 aktla 6983,64 manat dəyərində, 2023-cü ilin aprel ayında 1 aktla 1555,20 manat dəyərində olmaqla cəmi 8538,84 manat dəymiş ziyan məbləği hesablanaraq onun abonent bazasına daxil edilmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8.1 bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarına əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 1 may 2022-ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan 2017-ci ilin dekabrından 2020-ci ilin aprel ayına qədər cavabdeh tərəfindən tərtib edilmiş 4 akt üzrə hesablanmış 2054,70 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy vermək mümkün deyil. Lakin, qanunvericiliyin indiki tələbini analogiya kimi qəbul edilsə qazdan qanunsuz istifadə halı təsdiq edilərsə (abonent saldosunun təhlili bu faktı inkar etmir) həmin illər üzrə qaz paylayıcısına dəymiş ziyanın məbləği aşağıdakı kimi hesablana bilər: Təqdim olunan sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m³; -1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m³ və 1 ədəd qeyristandart su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m³. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("Qazdan istifadə Qaydaları"-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m³ + 1.4 m³ +1.5 m³) x 12 saat x 30 gün = 1476 m² Yay ayları üçün ayda (1.2 m³ +1.5 m³) x 12 saat x 30 gün = 972 m² İtirilmiş qazın həcmi: 2020-ci ildə tərtib edilmiş 2 akt üzrə: 3 qış ayı x 1476 m³ + 2 yay ayı x 972 m³ = 6372 m³, dəyəri 1054,40 manat; 2021-ci ildə tərtib edilmiş 4 akt üzrə: 4 yay ayı x 972 m³ = 3888 m³, dəyəri 557,60 manat 2022-ci ildə tərtib edilmiş 2 akt üzrə: 4 qış ayı x 1476 m³ = 5904 m³, dəyəri 1255 manat olmaqla cəmi 2867 manat təşkil edə bilər. Abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 2867 manat ola bilər. Cavabdeh tərəfindən abonentə hesablanmış dəymiş ziyan məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla aparılmış hesabatlar qanunvericiliyin bu tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 1555,20 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz”. Məhkəmə Kollegiyası rəydə göstərilənlərlə bağlı qeyd etməyi zəruri sayır ki, araşdırma zamanı aktlarda olan məbləğlər üzrə kollegiya müəyyən edilən (hesablanmış) halların qeyd edilən rəylə uyğun olmadığı üçün həmin rəyin hazırki iş üzrə sübut kimi qiymətləndirilməsinə artıq zərurət olmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, əslində İddiaçı barəsində (abonent kodu- **********10000) "Azəriqaz” İB tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 2046,60 manat, 5513,04 manat və 1305.60 manat, ümumilikdə 8865,24 manat borcun silinməsi üçün kifayət qədər hüquqi əsas olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçının siliinməsini tələb etdiyi məbləğ 9110,20 manatdır. Birinci instansiya məhkəməsi isə bu məbləğdən 7.646.04 manat məbləğini silsə də, istinad etdiyi aktlar üzrə borcun məbləğini düzgün əsaslandırmamışdır (səhv hesablanmışdır). İş materiallarında olan aktlara görə hesablanmış məbləğ 9424,44 manat təşkil edir. Lakin abonent saldosunda isə bu məbləğin 8538,84 manat olması görünür. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh İB tərəfindən **********10000 nömrəli abonent İddiaçı ümumilikdə hesablanmış 7646,04 manat məbləğində cərimə borcu silinməlidir. Həmçinin kollegiya qeyd edir ki, abonent saldosunda istinad edilmiş 1161 manat məbləğin akt üzrə hesablanması göstərilsə də, iş materiallarında olan bu məbləğdə borcun olmasını təsdiq edən akt mövcud deyildir. Başqa sözlə, məhkəmə mövcud olmayan akt üzrə hesablamanı borc kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi 1161 manat borcu ******* nömrəli akta görə silmişdir. Halbuki iş materiallarından görünür ki, saldoda 1161 manat məbləğini əks etdirən borc ******* saylı akta aid deyil. Həmin nömrə ilə xx.xx.2021-ci il tarixli akt mövcuddur ki, orada borc məbləği saldoda 1188 manat göstərilmişdir (i.v.17 və 98). Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh İB-yə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir (i.v.55). Cavabdeh tərəfindən məhkəməyə iddiaçının adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən iddiaçı borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsi qalın şriftlə icra edilmişdir. Məhkəmə Kollegiyası həmin ərizəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Kollegiyası hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o 7665,83 manat məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan başqa, iddiaçının özünün də kollegiyanın iclasında bildirdiyinə görə, o, sayğacın dəyişdirilməsi ilə əlaqədar hansısa sənədə imza atmışdır. Odur ki, Məhkəmə Kollegiyası həmin ərizəni borcun etirafı kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-152/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh İB tərəfindən **********10000 nömrəli abonent İddiaçı ümumilikdə hesablanmış 7646,04 manat məbləğində cərimə borcu silinsin. Mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə cavabdeh tərəfindən ona qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.