Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4791/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iddia üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı və ikinci iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdeh “İddiaçı qarşı iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Birinci iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə üzrə mənzilin ümumi dəyərinin müəyyən olunması” tələbinə və iddiaçı "xxxx" MTK-nın cavabdeh “İddiaçı qarşı “borcun və həmin borca hesablanmış faizin ödənilməsi” barədə iddia ərizələri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən birinci iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövdət qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışlarından görünür ki, Nizamnamə kapitalının miqdarı 20000 manatdır. Təsisiçilərin Nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) X19 1 pay, X4 3 pay, X12 3 pay, X5 10 pay və X22 3 pay. Təsisiçilər və Nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırki) X8 5%, X20 15%, X4 15%, X5 50% və X22 15%. Cavabdeh MTK-nın əvvəlki qanuni nümayəndəsi X19, hazırda qanuni nümayəndəsi X13r.
2. «Qaraxan MTK» ilə İddiaçı Tofiqovuçlə bağlanmış 7.11.2012-ci il tarixli müqavilə şərtlərindən görünür ki, 1.1 bəndinə əsasən AR ƏN Dövlət Qeydiyyatı haqqında xx.xx.2005-ci il tarixli 0105-P 105-42481 saylı şəhadətnamə, Bakı şəhəri, İcra Hakimiyyətinin 116 saylı 29 mart 2007-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK şirkəti tərəfindən Sabunçu rayonu, ünvan 1 ünvanda 16 mərtələbi yaşayış binalarının tikintisi layihələndirilmişdir. 1.2 bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilənlərə əsaslanaraq Sabunçu rayonu, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra 1 C nömrəli binanın 8 mərtəbəsində yerləşən 55 №li ümumi sahəsi layihə üzrə 150,46 kv.m təşkil edən 4 otaqlı hol mənzil «Kooperativ» "xxxx"ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "xxxx" isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. 3.1 bəndinin d) hissəsinə əsasən "xxxx" pulu gecikdirdiyi vaxt «Kooperativ» payçıya 15 gün müddətində xəbərarlıq vaxtı verir.Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1,5%-i üstünə gəlir və həmin müddət 60 günü keçməmək şərti ilə. 5.1 bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150,46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353,00 manat təşkil edir. 5.2 bəndinə əsasən "xxxx" tikinti başlandığı tarixdən bu müqavilənin 1.2 bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 42753,00 manatını «Kooperativin» hesabına ödəməlidir. 5.3 bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini təşkil edən 59600,00 manat vəsaiti müqavilə imzalandığı andan "xxxx" 84 ay müddətində hər ay 709,52 manat vəsaiti «Kooperativin» hesabına ya da kassasına nəgd yolla pulla ödəməlidir. 6.1 bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır. (müqavilənin 3.1 bəndinin ç) bəndində göstərilənlər istisna olmaqla)
3. «Qaraxan MTK»-nın İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, müqaviləyə əsasən ödəniş planına uyğun olaraq əldə etdiyi mənzilə olan borcu ödəməsinə dair şirkət nümayəndəsi tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq hazırki vaxtadək borcu (28400 manat) ödəməkdən qərəzli olaraq yayınır.
4. İddiaçı Tofiqovuçin «Qaraxan MTK»-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, 107 nömrəli xx.xx.2012-ci il tarixli müqavilənin 7.2-ci bəndinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına dair 1 həftə müddətində onunla MTK arasında 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə yeni müqavilə bağlanması, qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verildiyi üçün Müqavilənin 5.3 bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmasına dair "xxxx" qismində onunla MTK arasında bağlanmış 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə 1 həftə müddətində yeni «Əlavə» müqavilə bağlanması və həmin müddətdə də binanın köhnə liftlərinin yeniləri ilə dəyişdirilməsini xahiş etmişdir.
5. «Qaraxan MTK» xx.xx.2022-ci il tarixdə İddiaçı Tofiqovuçə pretenziya göndərərək yaranmış 28400 manat borcu ödəməsini tələb etmiş, İddiaçı Tofiqovuçin «Qaraxan MTK»ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyaya cavab verərək müqavilə üzrə ödəməli olduğu 102353 manatdan 92853.00 manat ödəməsini və borcunu 28400 manat deyil 9500 manat olmasını göstərmişdir
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanılmış 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 120 manat vəkil üçün ödənilən haqq olmaqla cəmi 220 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli 107 nömrəli "xxxx" bağlanmışdır. Qeyd olunan "xxxx"yə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.46 m2olan 4 otaqlı 55 nömrəli mənzili “Kooperativ” "xxxx"ya verilməsini, "xxxx" isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Qeyd olunan mənzilə dair cəmi ödənilməsi nəzərdə tutulan 102.353,00 manatdan ödədiyi 92853,00 manat Cavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderinin qəbzləri ilə tam sübuta yetirilir. Təəssüflər olsun ki, yaxın vaxtda ona məlum olmuşdur ki, "xxxx" qismində onunla “Kooperativ” 'Qaraxan” MTK arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 107 nömrəli "xxxx"nin 1.2-ci bəndində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8- ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m:-dir. Bu səbəbdən haqlı olaraq hesab edir ki, müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq mənzilin ümumi dəyəri 95.169,37 manat məbləğində müəyyən olunmalıdır. Müqavilənin digər şərtlərinə gəldikdə isə qeyd olunmalıdır ki, müqavilənin 2.3-cü bəndi də Cavabdeh MTK tərəfindən pozulub. Çünki, küləkli gün olanda və blokun qapısı açıq olanda liftlərin qapıları bağlanmır və nəticədə liftlər mərtəbələrə qalxmırlar. Bina özü yeni olmasına baxmayaraq, yeni binaya istifadə edilmiş köhnə liftlər quraşdırılmış və hər dəfə müxtəlif vədlər verilməsinə baxmayaraq, həmin liftlər hazırki vaxta kimi yeniləri ilə əvəz edilməmişdir. Məlum olduğu kimi, Cavabdeh MTK tərəfindən ona “müqavilə öhdəliklərinin icra edilməməsinə görə Pretenziya göndərilmiş və həmin “Pretenziya” ilə ona dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hazırkı vaxtadək borcunu ödəməkdən qərəzli olaraq yayındığı, həmçinin onun xx.xx.2012- ci il tarixli, 112 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən mənzilin olan ümumi dəyəri 102.353,00 manatdan yerdə qalan 28.400,00 manat vəsaiti xx.xx.2019-cu il tarixədək tam olaraq ödəmək öhdəliyinin üzərinə götürməyi qeyd edilmişdir. Qeyd olunan fikirə münasibət bildirirək göstərmək istəyir ki, Cavabdeh MTK nədənsə həmin Pretetenziya”da öz öhdəliklərini unutmuş və yalnız müqavilə üzrə "xxxx" olaraq onun öhdəliklərindən bəhs etməyə üstünlük vermişdir. Cavabdeh MTK həmçinin onun qalıq qalan borcunu düzgün hesablamaqda belə maraqlı olmamış və artıq borc məbləği hesablayaraq oun guya MTK-ya 102.353,00 manatdan 28.400,00 manat borclu olmağı barədə əsassız fikir irəli sürmüşdür. Halbuki, onun müqavilədə göstərilən məlumatlar üzrə Cavabdeh MTK-ya 28.400,00 manat, 9.500,00 manat borcu qalmış olur, hansı ki, həmin məbləğin özü belə mübahisəlidir. Bununla bağlı ətraflı əsaslandırma onun tərəfindən Cavabdeh MTK-ya ayrıca “Pretenziya” şəklində göndərilmişdir. Gorünür, Cavabdeh MTK-nın bu kimi qanunsuz tələbləri digər sakinlərə qarşı da olmuş və bu MTKda artıq adət halını almışdır. Nəticədə MTK bu yolla əsassız varlanmaq niyyətindədir. Qeyd olunan mənzilə dair ödəməli olduğu 102.353,00 manatdan ödədiyi 92.853,00 manatCavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderinin qəbz”ləri ilə tam sübuta yetirilir. Belə olan halda, Cavabdeh MTK-nın ondan əsassız və qanunsuz şəkildə artıq məbləğdə ödəniş tələb etməsi tam şəkildə qəbuledilməzdir. Digər tərəfdən qeyd olunmalıdır ki, aralarında bağlanılan 107 nörməli, xx.xx.2012-ci il tarixli "xxxx"nin “Tikinti müddəti” adlı 4-cü maddəsində göstərilir ki: “Layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisi xx.xx.2007-ci il tarixdə başlanılır və xx.xx.2013-cü ildə başa catdırıması nəzərdə tutulub.” Qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verilmişdir və belə olan halda isə "xxxx"nin 5.3- cü bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmalıdır, hansı ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tərəfindən ödənişlərlə bağlı hər hansı gecikmələrə yol verilmədiyi, əksinə MTK tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi açıq-aşkar müəyyən olunur. Qeyd olunan “Pretenziya”da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir çox müddəalarına istinad edilməsini hardasa başa düşsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə istinad edilməsi hesab edir ki, tam yersiz olmuşdur. Çünki, həmin məcəllənin “Kreditor borclarını ödəməkdən qəsdən yayınma” adlı maddəsinin elə özündə qəsdən yayınmadan bəhs edildiyi müəyyən edilir və qeyd olunan maddənin dispozisiyasına diqqət yetirdikdə isə bu müəyyən olunur ki, göstərilən əmələ münasibətdə cinayət tərkibi “məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayındıqda” yaranır. Halbuki, bu məsələ ilə bağlı onun barəsində hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Əgər varsa o zaman həmin məhkəmə qərarının surətinin ona göndərilməsi vacibdir ki, bir o da həmin sənədlə tanış olardı. Digər tərəfdən Cavabdeh MTK-ya qalıq qalan borcunu qəsdən deyil, əsaslı səbəbləri olduğundan ödəmir. Eyni zamanda 92.853,00 manat tərəfindən Cavabdeh MTK-ya ödənildiyindən hazırkı vaxtda tərəfindən müvafiq qalıq borcunun qəsdən ödənilməməsindən söhbət belə gedə bilməz. Əksinə cavabdeh ona satdığı mənzilin həcmi ilə bağlı onu aldatdığı üçün onunla Cavabdeh MTK arasında bağlanılmış 107 nömrəli, xx.xx.2012-ci il tarixli "xxxx"yə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün xəzərdə tutulmuş həcmdə azaldılaraq 95.553,00 manat məbləğində müəyyən olunmasına dair qətnamənin qəbul edilməsi ədalətli və obyektiv olar. Xüsusilə qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə teyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,5; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandalann) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerdədir. Beləliklə, balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandalann) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Hazırkı iddia tələbi ilə bağlı isə hesablama bu qaydada aparılmalıdır: 1.102.353,00 AZN / 150.46 m2 = 680,26 AZN (1 m2 -in qiyməti); 2.150,46 -139.9 m2= 10.56 m2 (əmsal tətbiq olunan ölçü); 3. 680.26 AZN x 10.56 m2 = 7.183,54 AZN; 4. 102353,00 AZN- 7.183,54 AZN 5. 95.169,46 AZN - 92.853,00 (ödənilmiş məbləğ) = 2.316,46 AZN (qalıq qalan ödənilməyən məbləğ).
8. İddiaçı Cavabdeh MTK ayrı icraatda cavabdehlər X3, İddiaçı, X7, X14 və X2 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh İddiaçı ilə MTK arasında baglanmış müqavilə üzrə cavabdeһin üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirilməsi (borcun ödənilməsindən yayınması) һərəkətlərinin qanunsuz һesab edilməsi, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 15500 manat borcun və həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin), cəmi 29450 manatın ondan tutularaq MTK-ya ödənilməsi, məһkəmə məsrəfləri olan 373 manat ödənilmiş dövlət rüsumunun və 200 manat һüquqi xidmət һaqqının, toplam 573 manatın tutulmaqla MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xaһiş etmişdir.
9. İddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tələb olunan borc məbləğinin miqdarı hissəsində və tutulmalı borc məbləğinə hesablanmış faiz hissəsində dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı qismində "xxxx" MTK-a qarşı pul tələbinə dair iddia ərizəsində, MTKya 9500 manat borc məbləğindən 2316,46 manat borc İddiaçı tərəfindən açıq-aşkar qəbul və etiraf edilir. Deməli, cavabdeh İddiaçı MTK-ya 2316,46 manat borcu işin mübahisəsiz halıdır. Bununla yanaşı qeyd edilmişdir ki, həmin iş üzrə İddiaçı tərəfindən olunmuş ÇBÜ\1Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində əl xətti ilə yazıları- "Məbləğ" sözündən sonra "9000.00" rəqəminin "9" rəqəmində; bundan sonra mötərizənin içində sözlə yazılmış "doqquz min" sözünün hərflərində və "Kassaya mədaxil edilmişdir" sözündən sonra "9000.00" rəqəminin “9» rəqəmində açıq-aşkar pozuntuya yol verilmişdir. Odur ki, saxtalığı açıq-askar şübhə doğuran- ÇBÜ\1 Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində 3000.00 rəqəminin 9000.00 rəqəminə düzəldilməsi adi göz baxımı ilə müəyyən olunur. Deməli MTK-nın kassasına 3000 manat ödənildiyi halda, həmin məbləği 9000 manat göstərməklə, İddiaçı özü üçün açıq-aşkar qanunsuz və əsassız üstünlük yaratmış və 6000 manat məbləgi kassaya ödəmədiyi halda, həmin məbləği ödənilmiş kimi hesablanmasına cəhd etmişdir. MTK tərəfindən İddiaçı tələb olunan borc məbləğinin miqdarı hissəsinə aydınlıq gətirərək, həmin borc məbləğinin 15500 (102353-86853) manat olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən olundu ki, İddiaçı ümumilikdə tələb olunan 29450 (15500+13950) manat üçün-373 manat dövlət rüsum ödənilməlidir. Həmin məbləğ tam olaraq ödənilmişdir.
10. Cavabdeh "xxxx" MTK İddiaçı iddiası üzrə yazılı etiraz verərək göstərmişdir ki, mənzilin ümumi sahəsi layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 150,46 kv.m. düzgün göstərilmiş və iddiaçı hazırki müraciəti ilə iddia müddətini buraxmışdır.
11. Bakı şəhəri Sabunçu Rayon Məһkəməsinin 2(008)-2369/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X3, İddiaçı, X7, X14 və X2 qarşı tələbinin, cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın ödənilməsi barədə tələbdən ayrılması qərara alınmışdır.
12. Bakı şəhəri Sabunçu Rayon Məһkəməsinin 2(008)-3782/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı xx.xx.2012ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın ödənilməsinə barədə iddiasına dair 2(008)- 3782/2023 nömrəli mülki işlə İddiaçı cavabdeh "xxxx" MTKa qarşı «pul tələbinə dair» hazırki mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iddiasının təmin edilməsi, İddiaçı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə üzərinə düşən öһdətiklərinin tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsindən yayınması) kimi һərəkətlərinin qanunsuz һesab edilməsi, İddiaçı MTK-ya olan 15500 manat borc və həmin borca hesablanmış 13950 manat faiz (dəbbə), cəmi 29450 manat və 373 manat ödənilmiş dövlət rüsumu, 200 manat һüquqi xidmət һaqqı, cəmi 573 manatın tutularaq MTK-ya ödənilməsi, İddiaçı ekspertiza xərci 150 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X17).
14. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilməlidir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmuşdur. Məhkəmə iddiaçının mənzilinin faktiki sahəsi ilə müqavilədə göstərilən sahənin cüzi olaraq fərqlənməsi ilə bağlı olaraq qeyd edir ki, iddiaçının mənzili təmirlidir və iddiaçı 2012-ci ildən orada yaşayır. Formalaşmış təcrübəyə əsasən mənzildə suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alınaraq, nəticə etibarı ilə həm işdə olan layihədə, həm də ekspert rəylərində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir. Məhkəmə daha sonra hesab edir ki, ekspert mənzilin ümumi sahəsini müəyyən edərkən qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə riayət etməkdə haqlı olmuşdur. Ona görə ki, mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı bu tələblərə riayət etmək onların vəzifəsi olmuşdur. Lakin sifarişçi ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzili (mənzilin yerləşdiyi yaşayış binasını) tikən iş üzrə Cavabdeh MTK-nın sifariş əsasında tikəcəyi mənzilin ümumi sahəsini müəyyən edərkən bu tələblərə riayət etmək kimi bir vəzifəsi olmamışdır. Belə ki, MTK podratçı kimi bu mənzili sifarişçi iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun tikmək vəzifəsi daşımışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə mənzilin ümumi sahəsinin tikinti başa çatdıqdan sonra faktiki sahəyə uyğun dəqiqləşdiriləcəyi müəyyən edilmişdir. Belə görünür ki, cavabdeh MTK mənzilin ümumi sahəsini hesablayarkən heç bir əmsal tətbiq etməmiş, ara divarların ölçülərini isə nəzərə almışdır. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh MTK İddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzilin ümumi sahəsini düzgün hesablamış, bu zaman mənzilin sahəsinin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş hansısa imperativ tələblərə riayət etmək vəzifəsi olmamışdır. Buna görə də müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına dair hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin keçibkeçməməsi barədə məsələni araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlak iddiaçıya təhvil verilmiş, o, mübahisəli mənzili təmir etməyə başlamışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 10 il müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur. Məhkəmə birləşdirilmiş digər iş, yəni, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iddia tələbləri üzrə qeyd edir ki, əvvəla İddiaçı Cavabdeh MTK-ya 2316,46 manat borcu olmasını öz iddiasında qeyd etmişdir. Lakin MTK onun hazırda 15500 manat borcu olmasını iddia edir və bunu mənzilin müqavilədə göstərilən 102353 manat məbləğindən hazırki vaxta kimi təqdim edilmiş qəbzlər əsasında yalnız cəmi olaraq 86853 manat ödəməsi ilə əsaslandırır. İşin materiallarından görünür ki, «Qaraxan MTK» xx.xx.2022-ci il tarixdə İddiaçı Tofiqovuçə pretenziya göndərərək yaranmış 28400 manat borcu ödəməsini tələb etmiş, İddiaçı Tofiqovuçin «Qaraxan MTK»-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyaya cavab verərək müqavilə üzrə ödəməli olduğu 102353 manatdan 92853.00 manat ödəməsini və borcunu 28400 manat deyil 9500 manat olmasını göstərmişdir. İddiaçı mənzilin dəyərindən 92853,00 manat ödənilmsini göstərsə də, bu faktı təsdiq edən sübutları təqdim etməmişdir. İşin materiallarından görünür ki, Cavabdeh MTK İddiaçı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcu olmasını iddia etsə də, sonradan özünün dəqiqləşdirilməsinə əsaslanaraq tələbində bu borcun 15500 manat olmasını göstərmiş və bu hal araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edən sübutlar təqdim etməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı onunla bağlanmış müqavilə üzrə mənzilin razılaşdırılmış 102353 manatı 84 ay ərzində yəni, 07.11.209-cu il tarixədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək hazırki vaxtda 15500 manat borcu qalmışdır. Ona borcu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasını əsas gətirərək ödəmə aparmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 21-ci, 357-ci, 385-ci, 404.1-ci, 425-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 467-ci, 560.1ci, 752-ci, 762-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci maddələrnə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, xx.xx.2012-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" MTK-nın iddia ərizəsinin təmin edilməməsi, birinci iddia üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı bağlanılmış 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 120 manat vəkil üçün ödənilən haqq olmaqla cəmi 220 manat məbləğin "xxxx" MTK-dan tutularaq İddiaçı xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cərimə yalnız hər ay veriləcək məbləğin üstünə 1.5%-i gəlməklə hesablana bilər. Tərəflər arasındaki müqavilə şərtlərinə əsasən aylıq ödəniş 709,52 manat təşkil edir. Bu ödəniş gecikdirdiyi təqdirdə, həmin ay üzrə ödəniş (709,52+1.5%) 720,16 manat təşkil etməlidir cərimə ilə birlikdə. Beləliklə, aylıq cərimə maksimum 10,64 manat təşkil edə bilər. Cərimənin hesablanması 60 günü keçməməlidir. Bu isə o deməkdir ki, cərimə yalnız altmış günə hesabalana bilər. Bu isə 2 ay edir. Müqavilə üzrə maksimum hesablana biləcək cərimə 21-22 manat təşkil edir. Xüsusilə vurğulayırlar ki, bu cərimənin hesablanması bəndi müqavilədə MTK-nin öhdəlikləri hissəsində qeyd edilmişdir. Bütün bu şərtlərin fonunda 13950 manat məbləğində cərimənin necə hesablandığı onlar üçün tamamilə qeyri-müəyyəndir. İddiaçı mənzilin tam sahəsini yalnız eyni sahəli mənzilin qonşusu tərəfindən mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı aldıqdan sonra öyrənmişdir. Bu isə 2022-ci iltarixdə baş vermişdir. İddiaçı mənzili təmir etdiyi dövrdə sahəsini bilməli olduğuna görə iddia müddətinin ötməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır. İddiaçı sahənin ölçülməsi və müəyyən edilməsi ilə bağlı hər hansı xüsusi biliyə malik deyil və evin təmiri zamanı evin sahəsinin hansı qayda ilə ölçülməli olduğu və dəqiq sahənin hansı olması ilə bağlı bir nəticəyə gəlməsi mümkün deyil idi. Müqavilənin 5.1-ci bənddə qeyd edilir ki, təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150.46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353 manat müəyyən edilir. Göründüyü kimi, müqavilədə sahəyə uyğun qiymət müəyyən edilmişdir. Bununla əlaqədar, mənzilin sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandıqda müqavilədə müəyyən edilən sahədən az olması, azalan hissədə İddiaçı ödədiyi vəsaitin ümumi məbləğdən çıxılmasına səbəb olur. İş materiallarında mövcud olan kassa mədaxil orderlərinin cəmi 92853 manat təşkil edir. Adi hesablama ilə bu nəticəni görmək olur. Hansı səbəbdən ödənişi icra edilmiş 6000 manat məbləğində vəsaitin nəzərə alınmadığı məhkəmə tərəfindən qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş ÇBÜ\1Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində əlxətti ilə yazıları-"Məbləğ" sözündən sonra "9000.00" rəqəminin "9" rəqəmində, bundan sonra mötərizənin içində sözlə yazılmış "doqquz min" sözünün hərflərində və "Kassaya mədaxil edilmişdir" sözündən sonra "9000.00" rəqəminin “9” rəqəmində pozuntuya yol verilməmişdir. Ümumiyyətlə, məhkəmə qərarı olmadan hansı sənədin saxtalığı barədə iddia irəli sürmək hüquqa və qanuna tamamilə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında Birinci iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
20. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində birinci iddia tələbi üzrə iddiaçı qətnamənin ləğv edilməsi və öz iddia tələbinin təmin, Cavabdeh MTK-nın iddiasının isə rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, iddiaçı tərəfin izahatlarını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız müqavilə üzrə ödənilməmiş pulun və faiz (dəbbə) borcunun tutulması ilə bağlı hissəsində dəyişdirilməli, digər hissələrdə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107 nömrəli "xxxx"yə əsasən, İddiaçı payçı olduğu və MTK tərəfindən təhvil verilməli olan müvafiq binanın müvafiq mərtəbəsində yerləşən 150,46 kv.m. təşkil edən mənzil - təsdiq olunmuş layihəyə uyğun inşa edilmiş və təhvil verilmişdir. Hazırda iddiaçı onunla “Kooperativ” «Qaraxan” MTK arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 107 nömrəli "xxxx"nin 1.2-ci bəndində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m olduğu üçün müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq mənzilin ümumi dəyəri 95.169,37 manat məbləğində müəyyən olunmalı olmasını iddia edir. İddiaçı iddiası üzrə cavabdeh "xxxx" MTK isə iddiaya etiraz edərək göstərmişdir ki, mənzilin ümumi sahəsi layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 150,46 kv.m. düzgün göstərilmiş və iddiaçı hazırki müraciəti ilə iddia müddətini buraxmışdır.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi birinci iş üzrə İddiaçı iddiasını iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
29. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır
30. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
31. İşin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür və cavabdeh tərəf də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi də podrat münasibətlərini tənzimləyən normalar üzrə binaya aid tələblərlə bağlı iddianın irəli sürülməsi müddətinin ötürülməsi qənaətinə gəlməklə düzgün olaraq iddianı təmin etməmişdir.
32. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
33. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzilin yerləşdiyi binanın 2012-ci ildə istismarına icazə verilmiş və həmin ildə də iddiaçı təmir edərək mənzilində yaşamağa başlamışdır. İddiaçı isə mənzil ilə bağlı iddianı xx.xx.2023-cü il tarixində, təqribən 11 il sonra məhkəmədə qaldıraraq mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.
34. Belə olan halda kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində İddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində birinci iddia üzrə iddiaçının hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan iddiaçı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu razılaşdığı kimi birləşdirilmiş iddia üzrə cavabdehə ödəməlidir.
35. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iddia tələbinə gəldikdə kollegiya qeyd edir ki, əvvəla İddiaçı Cavabdeh MTK-ya 2316,46 manat borcu olmasını öz iddiasında göstərmişdir. Lakin MTK onun hazırda 15500 manat borcu olmasını iddia edir və bunu mənzilin müqavilədə göstərilən 102353 manat məbləğindən hazırki vaxta kimi təqdim edilmiş qəbzlər əsasında yalnız cəmi olaraq 86853 manat ödəməsi ilə əsaslandırır. İşin materiallarından görünür ki, «Qaraxan MTK» xx.xx.2022-ci il tarixdə İddiaçı Tofiqovuçə pretenziya göndərərək yaranmış 28400 manat borcu ödəməsini tələb etmiş, İddiaçı «Qaraxan MTK»-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyaya cavab verərək müqavilə üzrə ödəməli olduğu 102353 manatdan 92853.00 manat ödəməsini və borcunu 28400 manat deyil 9500 manat olmasını göstərmişdir.
36. Birinci instansiya məhkəməsi birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın iddiasını təmin edərkən ona istinad etmişdir ki, İddiaçı onunla bağlanmış müqavilə üzrə mənzilin razılaşdırılmış 102353 manatı 84 ay ərzində yəni, 07.11.209-cu il tarixədək MTKnın hesabına və kassasına ödənilməsi üçün üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək hazırki vaxtda 15500 manat borcu qalmışdır. Ona borcu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasını əsas gətirərək ödəmə aparmamışdır. Mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasına dair İddiaçı tərəfindən qaldırılmış iddiaya isə yuxarıda hüquqi qiymət verilərək iddianın əsassız olması nəticəsinə gəlindiyi üçün məhkəmə hesab etmişdir ki, onun müqavilə üzrə 150,46 kv.m mənzil üçün razılaşdırılmış məbləğdən qalıq borcu ödəməli olmasına dair MTK-nın iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda sadalanan müvafiq normaları baxımından əsaslıdır. Məhkəmə həmçinin MTK-nın iddiasının həmin borca hesablanmış faizin (dəbbənin) də cavabdehdən onun xeyrinə tutulmasına dair iddia tələblərinin əsaslandırılması ilə razılaşır və hesab edir ki, İddiaçı ilə MTK arasında bağlanmış müqavilə üzrə cavabdeһin üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirilməməklə borcun ödənilməsindən yayınması kimi һərəkətləri qanunsuz һesab edilməklə, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan borcu və həmin borca hesablanmış faizin (dəbbənin) ondan tutularaq MTK-ya ödənilməsi tələbi əsaslıdır.
37. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh MTK-nın xeyirnə ödənilməli olan müqavilə üzrə borcun və faiz (dəbbə) borcunun məbləği hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MTK öz iddia tələbində İddiaçı adına verilmiş ÇBÜ № Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində 3000 rəqəminin 9000 rəqəminə düzəldilməsini mübahisələndirərək İddiaçı borc məbləğinin 15500 (102353-86853) manat olduğunu göstərmişdir. Lakin sonradan İddiaçı tərəfindən ödənilən məbləğin “Kassa mədaxil orderinin qəbzlərinin əsllərinə əsasən 9000 manatdan ibarət olduğu apellyasiya icraatı zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspetizası nəticəsində əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2025-ci il tarixli 5/1028 nömrəli rəyinə əsasən təsdiq edilmişdir. Başqa sözlə ÇBÜ № Seriyalı, 000825 saylı kassa mədaxil orderində (o cümlədən iş materiallarında olan digər kassa mədaxil orderləri nəzərə alınmaqla) əlxətti ilə yazılan-"Məbləğ" sözündən sonra "9000.00" rəqəminin "9" rəqəmində, bundan sonra mötərizənin içində sözlə yazılmış "doqquz min" sözünün hərflərində və "Kassaya mədaxil edilmişdir" sözündən sonra "9000.00" rəqəminin “9” rəqəmində hər hansı bir düzəliş edilib-edilmədiyi qeyd edilən ekspert rəyi ilə yoxlanılmış və İddiaçı adına verilmiş ÇBÜ № Seriyalı, 000825 nömrəli kassa mədaxil orderin üzərində olan "Məbləğ" və "Kassaya mədaxil edilmişdir" qrafalarındakı "9000.00" rəqəmlərindəki “9” rəqəmində, mötərizənin içərisində olan “doqquz min” sözündə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s) müəyyən edilməmişdir. İddiaçı adına verilmiş ÇBÜ № Seriyalı, 000824, ÇBÜ № Seriyalı, 000825, ÇBÜ № Seriyalı, 000826, ÇBÜ № Seriyalı, 000827, ÇBÜ № Seriyalı, 000828, ÇBÜ № Seriyalı, 000830 saylı kassa mədaxil orderlərin üzərlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.
39. Beləliklə məhkəmə kollegiyası ekspert rəyinin mötəbərliyini qəbul edərək hesab edir ki, birləşdirilmiş iddia tələbi üzrə cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulmalı olan borcun məbləği 9500 manat, həmin borca hesablanmış faiz (dəbbə) 8550 manat (15500- 6000=9500; 60x(9500x1.5:100)=8550 manat) təşkil edir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi əsas və faiz (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdeh İddiaçı 9500 manat məbləğində borc və həmin borca hesablanmış 8550 manat faiz (dəbbə), cəmi 18050 manat iddiaçı Cavabdeh MTK-nın xeyrinə tutulmalıdır. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
41. İş üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul iddiaçı Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı müqavilə üzrə ödənilməmiş 9500 manat və həmin məbləğə hesablanmış 8550 manat faiz (dəbbə), cəmi 18050 manat iddiaçı Cavabdeh MTK-nın xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Sənədlərin məhkəmə-texniki eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul iddiaçı Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.