Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4800/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, cavabdeh "X5" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "X5" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1499/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, "X5" ASC-yə, "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, etibarnamə əsasında cavabdehlər "X5" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinin və "xx.xx.2012-ci il tarixli 32Uİ/12 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında" xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1499/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 14:40-a təyin edilmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, Sabunçu rayon məhkəməsinin 2(008)-1499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir, mülki işi məhkəmə baxışından çıxardaraq apellyasiya şikayətinin əlavə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "X5" ASC-nin nümayəndəsi X3 işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və digər cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 şikayətinin mülki prosessual qanunvericiliyinin müvafiq məzmun tələblərinə riayət edilməsinə səlahiyyət həddində qiymət verilməsi üçün iddiaçının apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 288, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4800/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh1 apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(103)-4800/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4800/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver