Məhkəmə qərarları › İş №2(103)-4801/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4801/2022

25.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4801/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-731/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bahdur qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailəsinin ünvan 1 ünvanında yerləşən zəbt etdikləri 158/159 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli. 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli. 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəznində 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmış və qeyd edilən mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yataqxana 1 saylı XT MKTB-nin balansına və istismar edilməsi üçün həmin Biriyin 154 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Sonradan 154 saylı Mənzil-Kommunal İstismar Sahəsi ləğv edilərək xidməti dairəsində olan binalar 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli. 83 saylı sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında Qaradağ rayonunun ərazisində yerləşən və 119 saylı Mənzil-Kommunal İstismarındakı yaşayış binaları, invertarları daxil olmaqla bütün aktivləri ilə birlikdə qeyd olunan sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Вirliyiinin balansına və xidmət dairəsinə verilmişdir.Tərəfimizdən müəyyən olunmuşdur ki. Bakı şəhəri. Qaradağ rayonu. Sahil qəsəbəsi. Şahlar Əsgərov küçəsi. 1 saylı Yataqxananın birinci mərtəbəsində yerləşən iki otaqlı 158 və 159 saylı mənzillərə Cavabdeh1 ailə üzvləri ilə birlikdə heç bir sənəd olmadan yerləşib yaşayırlar. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(002)- 731/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən 158/159 saylı mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-731/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəblərdən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir: Hesab edir ki, məhkəmə baxışı zamanı iddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair sonuncuların guya sözügedən ünvanda yerləşən mənzili heç bir razılıq olmadan zəbt etmələri barədə iddiaçının əsaslandığı hallar tam, hərtərəfli araşdırılmamış və öz təsdiqini tapmamışdır. Bildirir ki, qardaşı Cavabdeh1 və onun ailə üzvləri 2013-cü ildən həmin binada məskunlaşıb yaşayırlar. O, anası Cavabdeh2 və oğlu Cavabdeh4 ilə birlikdə 2019-cu ildən sözügedən ünvana gəlmiş, imkansızlıq ucbatından həmin binaya xidmət edən MKİS-in o vaxtkı rəhbərliyinin razılığı ilə yaşayış üçün istifadəyə tam yararlı olmayan, bərbad vəziyyətdə olan həmin mənzildə yerləşmişlər. Həmin vaxt mənzilin əsaslı təmirinə 3.000 manata qədər xərc çəkib öz hesablarına təmir etdirmişlər. Lakin sənədləşmə işlərinə MKİS tərəfindən əlavə vəsait tələb edildiyindən müvafiq sənəd ala bilməmişlər. Mənzildən istifadə müddətində bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəmişlər. Sonradan sənədləşmə ilə bağlı MKİS-in rəhbərliyinə son illər ərzində dəfələrlə müraciət etsələr də, hər dəfə onlara müxtəlif bəhanələr gətirərək yaxın zamanlarda məsələnin həll ediləcəyi barədə yalan vədlər vermişlər. Qeyd etdikləri halları həmin binada onlarla birlikdə yaşayan qonşuları – X9, X5, X1 və X3 da təsdiq edirlər. Belə ki, cavabdeh və digər ailə üzvləri 2019-cu ildən göstərilən mənzildə yaşamaqları barədə qonşuların iştirakı ilə akt tərtib edib məhkəməyə təqdim etsələr də qəbul edilməmiş və nəzərə alınmamış, məhkəmə baxışı zamanı həmin qonşuların əlavə şahid qismində məhkəməyə çağırılıb dindirilmələri barədə dəfələrlə vəsatət qaldırsalar da, lakin hər dəfə bu barədə, eləcə də işin tam və hərtərəfli araşdırılması üçün mənzilə yerində baxış keçirilməsi ilə əlaqədar vəsatətləri məhkəmə tərəfindən heç bir əsaslandırma olmadan təmin edilməmişdir. Bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı öz ərizəsində mənzildən çıxarılma ilə bağlı iddia tələblərini guya cavabdehlər tərəfindən həmin mənzilin zəbt edilməsi ilə əsaslandırmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Komminal Təsərrüfat Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli Sərəncam və ona 2 saylı Əlavənin məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən 158/159 saylı mənzillər Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyinə verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Əmr və xx.xx.2015-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən 158/159 saylı mənzillər Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş, təhvil alınmışdır. Qonşularının da təsdiq etdiyi kimi, həmin mənzildə 2019-cu ildən MKİS rəhbərliyinin razılığı və icazəsi ilə yerləşib yaşayırlar. Əgər həmin mənzil tərəfilərindən heç bir razılıq və icazə olmadan, özbaşına zəbt edilmişdirsə, onda hansı səbəbdən bu barədə onlara ötən müddətdə hər hansı rəsmi xəbərdarlıq edilməmiş, eləcə də 4 ilə yaxın müddətdə müvafiq dövlət orqanlarına rəsmi müraciət olunmamışdır. Bu və digər suallara məhkəmə baxışı zamanı iddiaçı tərəfindən heç bir əsaslı cavab verilməmişdir. Axı necə ola bilər ki, 4 ilə yaxın müddətdə bir ailə “mənzili özbaşına zəbt edə”, lakin bu məsələdə həmin binaya kommunal xidmət göstərən orqanın bundan heç bir məlumatı olmasın. Bu tamamilə məhkəmə kollegiyasının iclasında iddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X6 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. absurddur, inanılmazdır. Hesab edirəm ki, iddiaçının tələbi qanunsuz və əsassızdır, birbağa mənim və digər ailə üzvlərimizin konstitusion hüquqlarımızın pozulmasına yönəlmişdir. İddiaçı orqan aztəminatlı bir ailə kimi bizim konstitusion mənzil hüquqlarımızın gerçəkləşdirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməklə vaxtında müvafiq sənədləşdirmə işlərini aparmaq əvəzinə müxtəlif vasitələrlə mənzil hüquqlarımızın pozulmasına şərait yaratmışdır. Məhkəmə baxışı zamanı guya onun və digər ailə üzvlərinin özbaşına mənzili zəbt etməkləri, heç bir razılıq olmadan mənzildən istifadə etmək barədə iddiaçının əsaslandığı hallar tam, hərtərəfli aydınlaşdırılmamış və məhkəmənin yanlış nəticə çıxarmasına səbəb olmuşdur. Mənzilin cavabdehlər tərəfindən özbaşına zəbt edilməsi halı ümumiyyətlə sübut olunmamışdır. Uzun müddət ərzində mənzilin cavabdehlərin mənzildən sahibliyində və istifadəsində olması bu halı birmənalı olaraq təkzib edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 heç bir hüquq və vəzifələrinə toxunmur. İş üzrə cavabdeh Məmmədova Gülbənzi apellyasiya şikayətində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə 2019-cu ildən sözü gedən ünvana gəlmiş, həmin binaya xidmət edən MİKS-nin o vaxtkı rəhbərliyin razılığı ilə yaşayış üçün istifadəyə tam yararlı olmayan, bərbad vəziyyətdə olan həmin mənzilə yerləşiblər və mənzilin əsaslı təmirinə müəyyən xərc çəkiblər. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 1 saylı evin (yataqxananın), 158/159 saylı mənzildə 2019-cu ilə ədər Ağdam rayonundan məcburi köçkün olan X7 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayıblar. Həmin idə bu məcburi köçkün ailəsi dövlət tərəfindən ayrıca bir mənzillə təmin olunmuşlar. Mübahisəli mənzil 2019-cu ildən boşaldılıb həmin binaya xidmət göstərən 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilmişdir. Mənzil fondunun qorunması prinsipi ilə həmin vaxtdan mənzilin giriş qapısı kilidlənib möhürlənmişdir. Mənzil təhvil-təslim zamanı yaşayış üçün tam yararlı idi və cavabdeh tərəfindən əsaslı təmir üçün heç bir xərc çəkilməyib. Bildirir ki, həmin dövrdən bu günə qədər Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyi dəyişdirilməmişdir. Mövcud pandemiya ilə əlaqədar 2020-2021-ci illərdə humanizm prinsipinə əsaslanaraq tərəflərindən iddia qaldırılmamışdır. Cavabdehlər mütəmadi olaraq mənzilin boşaldılması ilə bağlı xəbərdar olmuşlar, lakin heç bir nəticə əldə edilməmişdir. Hüqları pozulmuş balanssaxlayıcı bir qurum kimi, Dövlət mənzil fondunun qorunması məqsədilə cari ilin əvvəlində məhkəməyə meraciət edərək, öz hüquqlarını müdafiə etmişlər. Qaradağ rayon məhkəməsi də idiaları əsasında haqlı bir qərar qət etmişdir. Cavabdehlərin mübahisəli mənzilə dair heç bir hüquqi sənədi mövcud deyil, hətta onların yataqxanada passport qeydiyyatı belə yoxdur. Hesab edirlər ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 22 iyul 2022-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, 25 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Komminal Təsərrüfat Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli Sərəncam və ona 2 saylı Əlavənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyinə verilmişdir. İş materiallarında olan 0xx.xx.2015-ci il tarixli Əmr və xx.xx.2015-ci il tarixli təhviltəslim aktının məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən 158/159 saylı mənzil Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş, təhvil alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzil dövlət mülkiyyət olmaqla, iddiaçı Qaradağ Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşayır. Lakin cavabdehlər tərəfindən mübahisə predmeti olan mənzilin onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən 158/159 saylı mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya bir daha qeyd edir ki, bu dəlillər formal mülahizələrlə əsaslandırılmışdır.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzil dövlət mülkiyyət olmaqla, iddiaçı Qaradağ Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.Birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşayır. Lakin cavabdehlər tərəfindən mübahisə predmeti olan mənzilin onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(002)- 731/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar