Məhkəmə qərarları › İş №2(103)-4802/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4802/2024

29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4802/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2201/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 ərizə və vəsatətlə müraciət edərək, ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda vəsatətində, hazırki işin obyektiv baxılması hər tərəfin sənədlərinin (Torpaq sahəsinin plan və ölçüsü) öyrənilməsini və ekspertizanın keçirilməsini ehtiva edir. DƏDK və Reyestri Publik hüquqi şəxs tərəfindən iddiaçıya həmin sənəd verilməmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 il tarixli, e-2-1(112)-2324/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı sənədin verilməsi qərara alınmışdır. Reyestr Xidməti apellyasiya şikayəti vermis, hazırda iş Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır (2-1(103)-2737/2024 saylı iş, sədrlik edən hakim S.Səlimova). Növbəti məhkəmə baxışı 07 avqust 2024 il tarixə təyin edilmişdir. Onu da qeyd edir ki, icraat daxilində müvəqqəti təminat tədbiri barədə xx.xx.2024 il tarixli qərardad qəbul edilmişdir. Bu da mülkiyyəti real qəsddən müdafiəsinə xidmət etmişdir. Belə ki, Cavabdeh (cəlb etdiyi şirkət işçiləri) mübahisəli yerə daxil olaraq orada işlər aparmaq istəmiş və İcra məmurlarının qanuni müdaxiləsi nəticəsində bunun qarşısı alınmışdır. Səmərəli məhkəmə müdafiəsinin və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində baxılmaqda olan 2-1(103)-2737/2024 saylı işin baxış predmeti olan məsələ üzrə yekun məhkəmə aktı qəbul olunadək hazırki iş üzrə icraat dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2201/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "mülkiyyətin müdafiəsi” tələbi barədə iddiasına dair e-2(003)- 2201/2024 saylı mülki işə icraat Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 il tarixli, e-2-1(112)- 2324/2024 saylı qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qərardadda İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, mülki iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin plan-ölçüsü (iddiaçıya münasibətdə) sənədi mövcud deyildir. Mübahisə predmeti olan torpaq sahəsinin plan-ölçüsü sənədinin mövcud olmaması hazırki iddianın hərtərəfli, tam və obyektiv araşdırılması çətinliklər yaradılmasına səbəb olacaqdır. Halbuki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Buna görə də, mübahisə predmeti olan torpaq sahəsinin plan - ölçüsünün verilməsi ilə bağlı iddia üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 il tarixli, e- 2-1(112)-2324/2024 saylı qərarı qanuni qüvvəyə minənədək hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. İş üzrə icraat zamanı müəyyən edilmişdir ki: - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 il tarixli, e-2-1(112)-2324/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsinə dair "Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 il tarixli, e-2-1(112)-2324/2024 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2737/2024 saylı qərardadı ilə işə baxılması xx.xx.2024-cü il tarixə, saat 11:15-ə təyin edilmişdir. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh şikayət vermiş və Xəzər Rayon Məhkəməsinin e-2(003)-2201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127; Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 254.1.4; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinadən qeyd edilmişdir ki, hal-hazırda mülki iş üzrə tərəflərindən məhkəməyə bütün sübutlar (texniki passport və çıxarış) təqdim olunmuşdur. Lakin qarşı tərəfdən mülki mübahisənin həlli üçün kifayət qədər vaxt olmasına baxmayaraq, hər hansı bir sübut təqdim edilməmişdir. Bu halda mülki iş üzrə icraatın dayandırılması zərurəti yoxdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya diqqətə çatdırır ki, Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən: 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa. 254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etdikdə. 254.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 254-258,267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Halbuki, hazırki mülki işə inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan (qeyd edilən) iş həll edilməyincə işə baxmaq mümkün deyildir və bunun əksini cavabdeh sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2201/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar