Məhkəmə qərarları › İş №2(103)-4806/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4806/2025

20.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4806/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürülmə”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, birinci iş üzrə cavabdeh ( birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “ mənzilə köçürmə” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X18 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh M.Zamanova iddiaçının anasıdır. O atası Ə.Zamanov ilə xx.xx.1993-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 3 övladları anadan olmuşdur. İddiaçı və digər uşaqlar Rusiya Federasiyasında anadan olmuş və sonradan Azərbaycana gəlmiş və valideynlərinin birgə nikah dövründə, cavabdeh olan anası M.Zamanovanın adına alınmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdülər və hal-hazırda da bu ünvan onların daimi yaşayış yerləri olmaqla, bu ünvanda qeydiyyatdadırlar. Bu mənzil xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-də yerləşən, sahəsi 30,6 kv.metr olan 1 otaqlı mənzil cavabdehin adınadır. Lakin o onu və əlil olan qardaşı V.Zamanovu bu mənzilə buraxmır, bundan başqa həmin mənzili başqa şəxslərə kirayəyə verməklə onların bu mənzildən istifadə etməsinə süni əngəllər yaradır, bu səbəbdən də daimi yaşayış yerindən məhrum olmuşdurlar.

2. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X18 qarşı cavabdehlər X16 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 19/3, mənzil 23-dən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində səhər saatlarında şəxsi işləri ilə əlaqədar yaşadığı və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxmışdır. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını öz açarı ilə açmaq istəmiş, lakin qapı içəridən bağlandığından aça bilməmişdir. Qapını döymüş və evə onun icazəsi olmadan daxil olan qızı İddiaçı ona qışqırdı ki, “gəlmə, bura sənin evin deyil”. 1 saat ərzində içəri daxil olmaq cəhdləri baş tutmadıqda məcbur olub 102-yə zəng edib şikayət etmiş, 102-dən sonra polis əməkdaşları gəlib və nə qədər çalışsalar da qızı onu içəri buraxmamışdır. Polis sahə müvəkkili onu gecəni polis bölməsində gözləməyi dəvət etdi ki, səhər saat 9-da evə onun daxil olmağını təmin edəcək. Növbəti gün səhər saat 9-da onu evə aparmağı söz versələr də, həmin sahə müvəkkili heç bir hərəkət etmədi. Məcbur olub günorta saat 14:00-da onun kabinetinə yaxınlaşmışdır ki, onu evə yerləşdirsin, lakin o laqeyid şəkildə ona bildirmişdir ki, qızı problem yaratdığından bunu bacarmayacaq. İddiaçı da məcbur olub Sabunçu RPİ-nin rəisi Fazil müəllimin qəbuluna gətmişdir. Fazil müəllim 19-cu PBnin rəisi Tural müəllimlə onun yanında telefon əlaqəsi yaradıb tapşırıq verdi ki, ona evə daxil olmağa köməklik göstərsinlər. İddiaçı da 19cu PB-nə qayıdanda orda ona bildirdilər ki, əməkdaşlar yoxdur, köməklik göstərə bilməyəcəklər. Məcbur qalaraq qonşunun həyətindən öz həyətinə daxil olmuşdur. Bu zaman qızı əlində belin sapı tərəfi ilə üzərinə hücüm edərək başına, qollarına zərbələr endirdi. Artıq həmin anı dəqiq xatırlamır necəsə beli əlindən ala bilmiş və o, başından hicabını qopardaraq saçlarını yolmağa başlamış və eyni anda ona zərbələr endirirdi, üzərindəki paltarları da cırmışdır. Hadisə zamanı qonşuya qışqırdı ki, Afət 102-ni çağır. O an qapı yenidən döyüldü və qız polislərin gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçağı pilləkəna qoydu. Bunu hətta sahə müvəkkili Rəfael və qonşular da görmüşdür. Rəfael ozü şəxsən bıçağı göturub qonşunun həyətinə tərəf atdı və heç nə demədən çıxıb getmişdir. Daha sonra 103 gəldi onu müayinə etdi. İddiaçı 4 dəfə 102-yə zəng etdikdən sonra gecə saat 23:00 radələrində sahə müvəkkili ilə təhqiqatçı gəlib ondan izahat aldılar. Sonra qızın yanına evə daxil olub ondan izahat aldılar. İddiaçı hələ də bayırda qalmışdır, içəri daxil ola bilmirdi. Polislər bayıra çıxanda o, onlardan xahiş etdi ki, onunla birlikdə içəri girib paltar götürməyə icazə versinlər. Lakin Ramil və Rəfael adlı hər iki polis onu itələyərək bayıra atdılar və qıza dedilər ki, qapını bağlasın. Hazırda ekspertizadan keçmişdir. Bu halların davam etməsi böyük bir faciə ilə nəticələnə bilər. Çünki bu artıq birinci dəfə deyil. Oğlu Röyal və keçmiş əri də onu oxşar vəziyyətə salmışdılar. Hazırda oğlunun barəsində ona xəsarət yetirdiyinə görə məhkəmədə ona məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi gedir. Keçmiş əri X21 ona xəsarət yetirdiyinə görə onun da barəsində cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət işi açılmışdır. X8 Federasiyasının vətəndaşıdır. Lakin İddiaçı onu buraya gətirərək özü ilə birgə həmin evdə yaşayır. Balaca oğlu Vəli də bacısının təsiri altındadır və ondan da real təhlükə gözləyir. Çünki o da iddiaçını kuçə sözləri ilə təhqir edərək hədə qorxular gəlir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra hakimiyyəti ona İddiaçı barəsində qısa müddətli mühafizə orderi verilib. xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsi ona Zamanov Ləman barəsində uzun müddətli (180 gün) mühafizə orderi verib. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra hakimiyyəti ona Zamanov Əli və Zamanov Royal barəsində qısa müddətli mühafizə orderi verib. Hazırda cavabdehlər ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Bu azmış kimi onu evə buraxmırlar, cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 19/3, mənzil 23-də heç vaxt yaşamayıblar. Həmin mənzil hal hazırda kirayə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli seriya RX №********** saylı dövlət reysterindən çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev 19/3 23 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. Bakı şəhəri 134 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2022-ci il tarixli 124 saylı arayışdan gorunür ki, cavabdehlər həmin ünvanda yaşamırlar.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və X18 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstiutsiyasının 13, 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddəsinə ; Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər – X1 Ləman Əli qızının anasıdır. Mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 X5 2015-ci ildən xüsusi mülkiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mübahisəli mənzil X13 ilə X17 birgə nikahı dövründə əldə etdikləri əmlak hesab edilmiş və hər birinin mənzil üzərində ½ hissədə payları müəyyən edilmişdir. Hazırda birinci iş üzrə iddiaçı mənzildə qeydiyyatda olduğu üçün onun həmin mənzildə yaşamaq hüququnu olduğuna əsaslanaraq mübahisəli mənzilə köçürülməsini, birləşdirilmiş iş üzrə iddiaçı isə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir . İşin mübahisəsiz hallarına əsasən, mübahisəli mənzil 2015-ci ildə əldə olunmuş və birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı və X22 həmin tarixdən qeyd olunan mənzilə pasport qeydiyyatına alınmışlar. İddiaçı köçmək istədiyi evə mülkiyyət və ya istifadə hüququ müəyyən edilmir, onun mübahisəli mənzilə buraxılmaması, yəni məhrum edilməsi qanuni olmuşdur. Belə olan halda, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmamışdır. Qanun pozuntusu olmadığından onun nəticələrindən də söhbət gedə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı mübahisəli mənzildə pasport qeydiyyatındadır. İddiaçı həmçinin məhkəmədə bildirmişdir ki, o və digər ailə üzvləri birlikdə əvvəllər hazırda anasının və atasının payları müəyyən edilmiş mübahisəli mənzildə yaşamışdırlar. şəxsin mənzildə pasport qeydiyyatının olması faktı öz-özlüyündə onun həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil. İddiaçı mübahisəli mənzildə əvvəllər daima yaşaması barədə dedikləri isə işin hər hansı həqiqi halları və mötəbər dəlili ilə öz təsdiqini tapmır. Beləliklə, işin faktiki hallarına əsasən, birinci iş üzrə İddiaçı mübahisəli mənzildə yaşaması və onun həmin mənzildən daima əsaslarla istifadə hüququnun yaranması öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını o cümlədən, istifadə hüququnun mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birinci iş üzrə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-dən istifadə hüququnun olması müəyyən edilmədiyindən, onun mənzilə köçürülmə barədə iddiası əsassızdır və təmin edilməməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı birləşdirilmiş iddia üzrə cavabdeh X16 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23-dən istifadə hüququnun olması müəyyən edilməmişdir. Belə ki, işin faktiki hallarına əsasən, cavabdeh V.Zamanovun mübahisəli mənzildə yaşaması və onun həmin mənzildən daima əsaslarla istifadə hüququnun yaranması öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara yekun olaraq məhkəmə bildirir ki, birləşdirilmiş iş üzrə cavabdehlər İddiaçı və V.Zamanovun mənzildən istifadə hüququ müəyyən edilməmişdir. Belə olan təqdirdə isə olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası əsassızdır və təmin edilməməlidir .

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzil X7 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışının surətinə əsasən, İddiaçı xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzildə qeydiyyatdadır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2018-ci il tarixli arayışının surətinə əsasən, X10 xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, 23 saylı mənzildə qeydiyyatdadır. - 04 nömrəli xx.xx.2022-ci il tarixli qısa müddətli mühafizə orderin surətinə əsasən, X1 Ləman Əli qızı tərəfindən məişət zorakılığına məruz qalmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 2049 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətinə əsasən, vətəndaş Cavabdeh üst dodaq nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, hər iki bazunun sol saidin və hər iki əlin qançır və sıyrıqlaı müəyyən edildi.Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 1937 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vət. Cavabdeh sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma; burun, boyun, sağ gözün bayır bucağının, sol bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; - AZ-İ № 422436 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, X21 ilə X10 arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsinin surətinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, 1959- 1989-cu məhəllə, Ə.Əliyev küçəsi, K-Tikilisi, Giriş-2, ev 26, mənzil 705 ünvanında qeydiyyatda olan X2 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsi, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsi, ərizəçini təhqir etməsi, icazəsiz olaraq ərizəçinin video və şəkillərinin çəkilməsi, ərizəçiyə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, eyni zamanda ərizəçiyə yaxınlaşması, ərizəçi ilə hər hansı ünsiyyət qurması, telefon əlaqəsi yaratması, ərizəçini izləməsi, evinə yaxınlaşması İddiaçı qadağan edilməsi, İddiaçı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətinin izah edilməsi qət edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı xx.xx.2022- ci il tarixli qərardadının surətinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6823/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində qeyd olunmuş “Nərimanov rayonu, 1959-1989-cu məhəllə, Ə.Əliyev küçəsi, K- Tikilisi, Giriş-2, ev 26, mənzil 705” sözləri “Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23” sözləri kimi oxunması qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin 2(008)-7260/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən, məişət zorakılığı törətmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6823/2022 saylı qətnaməsinin ərizənin İddiaçı evə yaxınlaşmasının qadağan edilməsinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ərizənin qismən təmin edilməsi, ərizənin məişət zorakılığı törətmiş şəxs İddiaçı evə yaxınlaşmasının qadağan edilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3-də yerləşən 23 saylı mənzil ilkin olaraq X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 2V-1-452 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-266 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1686/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən, iddiaçı X21 və cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5464/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərara əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinə dair X17 ½ və X5 ½ hissədə paylarının müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 34772.50 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qərardan həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun X3 tutulan məbləği ilə bağlı hissədə dəyişdirilmiş, iddiaçıdan tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37150 manat hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Birləşdirilmiş birinci iş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-16/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,ev 19/3-də yerləşən 23 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə və konstitusiya məhkəməsinin qərarlarına istinadən qeyd edilmişdir ki, işə baxan məhkəmə qeyd olunan mənzilin 2015-ci ildə alınmasına istinad edərək belə qənaətə gəlmişdir ki, guya onların həmin mənzilə istifadə hüququ yoxdur, halbuki cavabdehlə onlar yeni ailə münasibətlərinə daxil olmamış və bu münasibətlər onlar doğulduğu vaxtdan yaranmış və ailə münasibətlərinə xitam verilməsi ilə bağlı hər hansı bir sübut (valideynlik hüququndan məhrum etmə, ləyaqətsiz vərəsə və s.) olmadığı halda məhkəmə bu münasibətlərə xitam verilməsi qənaətinə gəlmişdir. Bundan başqa bu əmlak yalnız Cavabdeh deyil, ataları Ə.Zamanova da məxsusdur və hər birinin mənzil üzərində payları ½ hissədə müəyyən olunmuşdur, yəni cavabdehlə yanaşı atalarının bu mənzil üzərində istifadə,sahiblik, və sərəncam hüquqları vardır.Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 83/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu,Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 (mubahisəli mənzil) və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinə dair X17 ½ və X5 ½ hissədə paylarının müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 34772.50 manat hissəsinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5464/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun X3 tutulan məbləği ilə bağlı hissədə dəyişdirilmiş, iddiaçıdan tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun 37150 manat hissəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X17 xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır, məhkəmə ataları Ə.Zamanovu hazırki iş üzrə 3-cü şəxs qismində cəlb etməklə onun da fikrini öyrənməli və bu məsələyə qiymət verməli idi, lakin məhkəmə bunu etməmiş,yalnız qarşı tərəfin xeyrinə olan sübutlara əsaslanmaqla və sadalanan normaları düzgün təfsir etməməklə hazırki qətnaməni çıxarmışdır. Bu mənzildə qeydiyyatdadırlar və bu mənzildə yaşamış, lakin qarşı tərəfin təzyiqlərindən sonra bu mənzildən çıxarılmış, hazırda da iddiası qeydiyyatda olduğu mənzilə köçürülməyidir ki, digər mülkiyyətçi olan atası buna etiraz etmir, lakin məhkəmə onun mövqeyini öyrənmədən hazırki mübahisəyə qiymət vermiş və ümumiyyətlə onu və əlil olan qardaşını bu mənzilə istifadə hüququ olmayan şəxs kimi tanımışdır.Məhkəmə hazırki mübahisəyə birtərəfli mövqe nümayiş etdirmiş və onlar mənzil mübahisəyə birtərəfli mövqe nümayiş etdirmiş və onlar mənzil hüquqları təminat belə verməmişdir. Hətta cavabdeh bu mənzilin tərkib hissəsinə olan istifadə hüquqları istisna etməyərək bu hüquqlarına xitam verilməsini iddia etmiş, məhkəmə bir qədər də irəli gedərək olmayan hüquqa xitam verilmədiyini qeyd edərək onun iddiasına münasibət bildirmişdir. Qarşı tərəf guya özünün qardaşı R.Zamanov tərəfindən döyüldüyünü qeyd etmiş,hətta ekspert rəyini də qətnaməyə köçürmüşdür,halbuki həmin materialın qardaşına qarşı şər və böhtan olması təsdiq edilmiş və qardaşı haqqında olan cinayət işinə xitam verilmişdir. Mühafizə orderinə gəldikdə isə belə bir mühafizə orderi ona da verilmiş və bununla bağlı məhkəmə aktının olmasına baxmayaraq məhkəmə yalnız qarşı tərəfin sübutlarını daha üstün sübut kimi qəbul etməklə həmin sübutlara istinad edərək hazırki qətnaməni çıxarmışdır. Bu hallar da qəbul edilmiş qətnamənin qanunsuz olmasına dəlalət edir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, mübahisəli mənzilin onun mülkiyyətində olduğunu, İddiaçı həmin mənzilə dair istifadə hüququnun olmadığını, cavabdehlərin ona məxsus olan digər- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən onu döyərək çıxartdıqlarını və orada yaşadıqlarını,hazırda da həmin fərdi yaşayış evinə onun daxil olmasına imkan vermədiklərini, qızı ilə münasibətləri korlandığından ümumiyyətlə bir evdə yaşamalarının mümkün olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

7. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı və X17 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Qeyd edilməlidir ki, Cavabdeh və X21 qətnamədən şikayət vermədiyindən, mübahisə edilən hissə yalnız İddiaçı mənzilə olan hüququdur. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələblərinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 12.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları;8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları;8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə;8.0.5. mənzil-tikinti kooperativində üzvlük;8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 13.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən: 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

14. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.

15. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir .77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbələrinə uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, İddiaçı mübahisəli mənzilə pasport qeydiyyatının olması onu istifadə hüququnun olması anlamına gəlmir. Onun mübahisəli mənzilə dair mülkiyyət , istifadə hüququ olmadığından həmin mənzilə köçməsi üçün hər hansı hüquq əsas da müəyyən edilmir. Mülkiyyət üzrə hüquq münasibətlər yaranan zaman 2015 – ci ilə təsadüf etdiyindən və İddiaçı ailə üzvləri ilə mübahisəli mənzildə yaşaması təsdiq edilmədiyindən sonuncunun mülkiyyətçilərlə notarial qaydada razılığı, habelə müvafiq olaraq dövlət reyestrində qeydiyatı olmadığından istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Hüququn müəyyən edilmədiyi vəziyyətdə də şəxsin mənzilə köçürmək mümkünlüyü istisna edilir.

17. Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar