Məhkəmə qərarları › İş №2(103)-4809/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4809/2021

06.07.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4809/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin bağlanması tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)-451/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 5 saylı evin 8 saylı mənzilinin alqı-satqısına dair onunla "xxxx" ASC arasında müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 5 saylı evin 8 saylı mənzili əvvəllər "xxxx" ASC tərəfindən ona satılmış, mənzilin dəyəri kimi 25 iyul 2012-ci il tarixli, KAP-İ-12/108 saylı kredit müqaviləsinə əsasən həmin ASC-yə ödənilmiş 61345,77 manat pulu ASC nəğd yolla götürmüşdür. Sonradan "xxxx" ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək alqı-satqı müqaviləsinin ləğvinə nail olmuşdur. Bundan sonra o, məhkəməyə müraciət edərək mənzilin alınmasına və təmirinə çəkilmiş xərcin əvəzi kimi 82000 manat pulun həmin ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli 2 (005)-501/2016 il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq "xxxx" ASC-dən onun xeyrinə 63000 manat pul tutulması qət edimişdir. Qeyd olunan kredit məbləğini nəzərə almaqla onunla "xxxx" ASC arasında artıq 10 ilə yaxındır ki yaşadığı mənzilə dair yeni alqı-satqı müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC ilk iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı həmin ASC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanındakı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan 8 saylı mənzilin alınmasına dair ASC ilə 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə "xxxx" ASC ona qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015ci il tarixli 2(008)-2985/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Daha sonra İddiaçı "xxxx" ASC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, mənzilə görə ödədiyi 32027,92 manat, 25.07.2012-ci il tarixli Kap-İ-12/108 saylı kredit müqaviləsinə əsasən ASC-yə ödənilmiş 61345 manat 77 qəpik, mənzilin təmirinə çəkdiyi 40000 manat, dəymiş mənəvi zərərə görə 10000 manat olmaqla cəmi 143373 manat 69 qəpik pulun həmin ASC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli 2(005)-501/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənzilin alınması üçün ödənilmiş 32027,92 manat, təmir işlərinin dəyəri kimi 30929 manat, ödənilmiş dövlət rüsumu kimi 30 manat pulun "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" ASC-nin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi Nərimanov Rayon İcra şöbəsi tərəfindən icra olunmuş, mənzilin alınması üçün ödənilmiş 32027,92 manat, təmir işlərinin dəyəri olan 30929 manat və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış həmin ASC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595 saylı məhəllədə yerləşən 5 saylı binanın 8 saylı mənzilinin alınmasına dair 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına, mənzilin boşaldılaraq "xxxx" ASC-yə qaytarılmasına dair qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsi, eləcə də İddiaçı 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında həmin ASC-dən aldığı mənzilə görə ödədiyi pulun və mənzilin təmirinə görə çəkilmiş xərcin "xxxx" ASC-dən tutularaq ona verilməsinə dair qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi vardır. Qeyd olunanları nəzərə alaraq İddiaçı mənzilin alqı-satqı müqaviləsinin bağlanması tələbinə dair iddiası əsassız olduğu üçün rədd ediməlidir. "xxxx" ASC isə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış həmin ASC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595 saylı məhəllədə yerləşən 5 saylı binanın 8 saylı mənzilinin alınmasına dair 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına, mənzilin boşaldılaraq "xxxx" ASC-yə qaytarılmasına dair qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsi, eləcə də İddiaçı 25 avqust 2011-ci il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında həmin ASC-dən aldığı mənzilə görə ödədiyi pulun və mənzilin təmirinə görə çəkilmiş xərcin "xxxx" ASC-dən tutularaq ona verilməsinə dair qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsi olmasına baxmayaraq, hazırda da İddiaçı qanunsuz olaraq "xxxx" ASC-yə məxsus həmin mənzildə yaşayır. İddiaçı 25 avqust 2011-cı il tarixli, 14570 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında aldığı mənzilin pulunu vaxtlı-vaxtında ödəmədən, mənzili təmir edərək 9 ildən artıqdır ki, həmin mənzildə yaşayır. Bununla da, İddiaçı 9 ildir ki, "xxxx" ASC-yə ziyan vurur və ASC-nin hesabına əsassız varlanır. O bu müddət ərzində kirayədə yaşamış olsaydı, hər ay minimum 300 manat kirayə haqqı ödəməklə 9 ildə (108 ay) 32400 manat kirayə haqqı ödəməli idi. Deməli "xxxx" ASC mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi, 9 ildə ən azı 32400 manat qazanc əldə edə bilərdi. Bu səbəbdən İddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)- 451/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Həmin qətnamədən "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına və maddi hüquq normalarına uyğun əsaslandırılmadığına görə qanunsuz və əsassızdır. Qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna və İddiaçı "xxxx" ASC-yə məxsus mənzili boşaltmamaqla şirkətə ziyan vurması iş materialları ilə kifayət qədər təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)-451/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsindən görünür ki, “X1 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi məhəllə 2595-də 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzilin alqı-satqısına dair 25 avqust 2011-cı il tarixli, 14570 saylı müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq “X1 Korporasiyası” ASC-yə təhvil verilməsi, cavabdeh İddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X1 Korporasiyası” ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 noyabr 2015-ci il tarixli 2(103)-7583/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01 aprel 2016-cı il tarixli 2(102)-1143/2016 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 noyabr 2015-ci il tarixli 2(103)- 7583/2015 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllədə yerləşən 5 saylı evin 1-ci blokundakı 8 saylı mənzilin alınması üçün ödənilmiş 32027,92 manat, aparılmış təmirtikinti işlərinin dəyəri 30929 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 aprel 2017-ci il tarixli 2(103)-3196/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2(005)-501/2016 saylı qətnaməsindən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 6 sentyabr 2017-ci il tarixli 2(102)-5962/2017 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 aprel 2017-ci il tarixli 2(103)- 3196/2017 saylı qətnaməsindən hər iki tərəfin verdiyi kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədləri qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissəsinin yoxlanılması ilə məhdudlaşır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, İddiaçı evi "xxxx" ASC-yə geri qaytarmamaqla faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutları qarşılıqlı iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, mənzildə cavabdeh tərəfin hüquqlarının əmələ gəlməsi tərəflər arasında müqavilə münasibətləri əsasında yarandığından, sonradan şəxsin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin mövcudluğu əsassız varlanma ilə bağlı iddia tələbinin əsaslarını istisna edir. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə qarşılıqlı iddianı rədd edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. “X1 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi məhəllə 2595-də 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzilin alqı-satqısına dair 25 avqust 2011-cı il tarixli, 14570 saylı müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılaraq “X1 Korporasiyası” ASC-yə təhvil verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)-2985/2015 saylı qətnaməsinin, həmin qətnamənin qüvvədə saxlanılması haqqında Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 noyabr 2015-ci il tarixli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 01 aprel 2013-cı il tarixli qərarının mövcud olmasına baxmayaraq, İddiaçı həmin mənzildə yaşamaqda davam etməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia ərizəsində İddiaçı iddia qaldırılan tarixə, yəni 8 oktyabr 2020-ci il tarixə qədər həmin mənzildə 10 ilə yaxındır ki, yaşadığını göstərmişdir. İş materiallarında olan “X5” tərəfində verilmiş 05.07.2021-ci il tarixli 315/PL saylı arayışdan görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən inşa olunmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən 5 saylı evin 8 saylı mənzilini 2012-ci ildə təmir etmiş, 2021-ci ilin aprel ayına kimi orada yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yenə həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməli olması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi 01 aprel 2016-cı il tarixdən (Ali Məhkəmənin bu işlə bağlı qərar çıxardığı tarixdən) 2021-ci ilin aprel ayınadək İddiaçı "xxxx" ASC-yə məxsus mənzildə hər hansı haqq ödəmədən qanunsuz yaşaması sübuta yetirilmişdir. Kollegiya hesab edir ki, İddiaçı yaşadığı mənzilə görə kirayə haqqı ödəməməklə həmin ASC-nin hesabına əsassız varlanmışdır. Bundan əlavə, mənzil həmin dövrdə "xxxx" ASC-yə təhvil verilmədiyinə görə ASC adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC qarşılıqlı iddianı irəli sürməkdə haqlı olmuşdur. Mənzilin "xxxx" ASC-yə qaytarılmaması nəticəsində vurulmuş ziyanın məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Qarşılıqlı iddiaçı "xxxx" ASC iddia ərizəsində İddiaçı həmin mənzildə 9 il ərzində (108 ay) qanunsuz yaşadığını bildirsə də, kollegiya hesab edir ki, İddiaçı həmin mənzildə qanunsuz yaşamasının başlanğıcı həmin işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarının çıxarıldığı 01 aprel 2016-cı il tarixdən hesablanmalı və mənzildə qanunsuz yaşama dövrü qarşılıqlı iddianın verildiyi 12 noyabr 2020-ci il tarixədək, yəni 4 il 7 ay (55 ay) müəyyən edilməlidir. Qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi internet məlumatlarından görünür ki, həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqı şəraitindən asılı olaraq 250, 400, 500, 650 manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı iddia ərizəsində mənzilin orta kirayə haqqı kimi 300 manat hesab etmişdir. İddiaçı 55 ay ərzində "xxxx" ASC-yə məxsus evdə qanunsuz yaşaması müəyyən edildiyindən, vurulmuş ziyanın məbləği 55x300=16500 manat məbləğində müəyyən olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və qarşılıqlı iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)- 451/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı 16500 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar