Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-481/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la bank arasında bağlanmış 24.06.2009-cu il tarixli 04L000002310 saylı kredit xətti müqaviləsinə, 09.12.2015-ci il tarixli 04L000002310S saylı sazişə və onun əsasında bağlanmış 17.04.2013-cü il tarixli 04R000010270 saylı kredit razılaşmasına vaxtından əvvəl xitam verilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 04R000010270 saylı kredit razılaşması üzrə 28 035 ABŞ dolları 98 sent məbləğində kredit borcu, 11 047 ABŞ dolları 08 sent faiz və 23 181 ABŞ dolları 19 sent məbləğində cərimə olmaqla, cəmi 62.264 ABŞ dolları 25 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 saylı evin 82 saylı mənzilinə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; cəmi 62.264 ABŞ dolları 25 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına banka ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması; mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, İslamova (Nəsirli) Aynur Qabil qızının və Cavabdeh6 həmin mənzildən çıxarılması; mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 ilə bank arasında bağlanmış 24.06.2009-cu il tarixli 04L000002310 saylı kredit xətti müqaviləsinə, 09.12.2015-ci il tarixli04L000002310S saylı sazişə və onun əsasında bağlanmış 17.04.2013-cü il tarixli04R000010270 saylı kredit razılaşmasına vaxtından əvvəl xitam verilməsi, 28 035 ABŞ dolları 98 sent məbləğində kredit borcu, 11 047 ABŞ dolları 08 sent məbləğində faiz, 2000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 41 083 ABŞ dolları 06 sentin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 3 saylı evin 2-ci mərtəbəsində 66,4 m2 ümumi, 39,7 m2 yaşayış, 26,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı 82 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 120 000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin banka ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq banka ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, İslamova (Nəsirli) Aynur Qabil qızının və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, əmlakın boşaldılması, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və borcunun düzgün hesablanaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini borc məbləğlərinin düzgün hesablanmadığı, ölkədə baş vermiş devolvasiya nəticəsində borcunu ödədyə bilmədiyinin nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətini müdafiə edərək ədalətli qərar çıxarılmasını, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmiş, bununla belə sonradan həmin nümayəndə ərizə təqdim edərək mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini göstərməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti Cavabdeh1 alınaraq müvafiq hesaba köçürülməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-128/2019 saylı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh1tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmiş olduqları dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-481/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-481/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver