Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4814/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə ("xxxx" MMC-nin “X10 Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “işə bərpa, mənəvi zərər, xəstəlik vərəqəsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-627/2024 saylı, 31 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndə müxtəlif vəzifələrdə çalışmışdır.
2. İşəgötürənlə işçi İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5072-2 saylı əmək müqaviləsinə 5072-2/15 saylı əlavədən görünür ki, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən aşağıdakı dəyişikliklər edilir: İşçi 31 saylı komandaya ƏÖ-nin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilir.
3. SOCAR Cavabdeh intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00474 nömrəli əmri ilə 31 saylı komandanın rəisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
4. "xxxx" MMC-nin X10 Mərkəzinin əmək qabiliyyətinin olmaması vərəqələrinə görə, İddiaçı kəskin nevrosteniya diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik vərəqələri verilmişdir.
5. Xəstəlik vərəqəsini vermiş "xxxx" MMC-nin “X10 Mərkəzinin həkim terapevti X5 xəstəlik vərəqələrini verərkən etdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixli 22 nömrəli əmrlə töhmət verilmişdir.
6. İddiaçı ambulator rejimi pozduğuna görə ona verilmiş yuxarıda qeyd edilən xəstəlik vərəqələri ləğv edilmişdir.
7. SOCAR Cavabdeh 14M1/3-1K-222/2023 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri ilə 31 saylı komandanın rəisi İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı ("xxxx" MMC-nin “X10 Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı işə bərpa və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində çıxardığı, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə 14-2-11/3- 1K- 222/2023 nömrəli əmrinin ləğv edilməsi; onun Cavabdehndə işə bərpa olunmağı; məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi; xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi üçün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi; cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 AZN (iyirmi min manat) pul məbləğinin Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Tələbdə göstərilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə ARDNŞ (SOCAR) Cavabdehnə işə qəbul olunmuşdur. Həmin tarixdən etibarən müxtəlif vaxtlarda bir neçə dəfə vəzifə dəyişikliyi olsa da, bu, yalnız daha yuxarı vəzifəyə keçirilməyi ilə əlaqədar olmuş və həmin müddətdə heç bir ciddi intizam tənbehi almamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində SOCAR Cavabdehndə 31-ci komandaya əməyin ödənilməsinin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh xx.xx.2007-ci il tarixində “Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh” adı ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2009-cu il tarixdə adı dəyişdirilərək “Cavabdeh” adı ilə dövlət reyestrinə daxil edilmişdir. Yəni, Cavabdeh, AR Dövlət Neft Şirkəti (bundan sonra SOCAR adlandırılacaq) tabeliyində yaradılmış hüquqi şəxsdir və bu günədək, əsasən, SOCAR-ın və tabeliyindəki qurumların binalarının, ərazilərinin və digər əmlaklarının mühafizəsi sahəsində fəaliyyət göstərməkdədir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdeh barəsində bəhs edilərkən, “SOCAR Cavabdeh” adından istifadə olunması halında hər hansı yanlış anlaşılma, ixtilaf və ya qeyri-dəqiqlik kimi başa düşülməməsini əvvəlcədən xahiş edir. 2022-ci ilin sonlarından səhhətində problemlər yarandığına görə, müalicə almaq məcburiyyətində qalmışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixindən başlayaraq, müxtəlif vaxtlarda bir neçə dəfə müddəti uzadılmaqla, ən sonuncusu xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixinədək olan dövr üçün işdən azad edilməyini nəzərdə tutan SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” alıb iş yerinə təqdim etməklə, əmək fəaliyyətindən müvəqqəti azad olmuşdur. Lakin 2023-cü ilin oktyabr ayının 1-də xəstəlik vərəqəsini iş yerinə təqdim etdikdən bir neçə gün sonra iş yerindən ona bildirdilər ki, onun təqdim etdiyi Əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik) vərəqəsi etibarlı deyil və buna görə onun işdən azad ediləcəyini dedilər. O, səhhətinin hələ də yaxşılaşmadığına baxmayaraq, iş yerinə geri qayıdıb işə çıxa biləcəyini ARDNŞ (SOCAR) Cavabdehndə aidiyyəti yuxarı rəhbərliyə və İnsan Resurları şöbəsinə bildirsə də, ona artıq işdən azad olunacağını və işə gəlməməyini dedilər. xx.xx.2023-cü il tarixində onu iş yerinə dəvət edərək, SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi sədrinin, həmçinin orada olan Cavabdeh insan resursları və hüquq şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ona bildirildi ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrdə o, işdə olmalı olduğu halda, heç bir üzrlü səbəb olmadan iş buraxmış və buna görə də, barəsində işdən azad olunma növündə intizam təhbehi tətbiq ediləcək. O, həmin iclasda işdən azad edilməyi ilə razılaşmayaraq, bunun əsassız olduğunu, onun səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə işdən müvafiq xəstəlik vərəqəsi əsasında azad olduğunu bildirdiyində isə onlar ona, təqdim etdiyi “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olduğunu, bununla bağlı guya xx.xx.2023-cü il tarixli 129 №-li məktubun daxil olduğunu dedilər. O, bununla razılaşmayaraq, həmin məktubun hansı əsasla və nəyə görə həmin məzmunda verildiyini soruşduqda isə, öyrəndi ki, ona Əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmiş tibb mərkəzinə SOCAR Cavabdeh tərəfindən daha əvvəlki tarixlərdə məhz onunla bağlı müraciət olunmuş və sonra həmin məktub alınmışdır. O, həmin iclasda ona qarşı ittihamlar ilə razılaşmayaraq, xəstəlik vərəqəsinin etibarsızlığı barədə məktubun əsaslı olmadığını, xəstəliyinin müalicəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə iş buraxdığını, tibb müəssisəsinin sonrakı məktubunun onun müalicə almağı faktını heç cür təkzib etmədiyini bildirdi. Görünür ki, SOCAR Cavabdeh tərəfindən həmin tibb mərkəzinə müraciət olunaraq, ona verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olduğunu bəyan edilməsi üçün təzyiq göstərilmişdir. Çünki həmin xəstəlik vərəqəsində onun xəstəliyi göstərilməklə, xəstəliyə görə işdən müvəqqəti azad olunmağı əsaslandırılmışdır. Belə ki, onun iş yerinə təqdim etdiyi SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” məhz həmin tibb müəssisəsinin Həkim Müalicə Komissiyasının sədri R.İ.Mikayılov tərəfindən təsdiq edilmişdir. O, isə həmin xəstəlik vərəqəsinə əsasən işdən azad olduğuna inanmış (çünki, həqiqətən xəstəlikdən və verdiyi kəskin ağrılardan əziyyət çəkirdi) və göstərilən müddətdə işə çıxmayaraq, uzun müddətli müalicə almışdır. Sonradan tibb müəssisəsinin bəhs olunan xx.xx.2023-cü il tarixli 129 №-li məktubu barəsində əldə etdiyi məlumatlara görə, həmin məktubda SOCAR Cavabdeh onunla birlikdə cəmi 10 (on) nəfər işçilərinə həmin tibb müəssisəsi tərəfindən verilmiş ayrı-ayrı 10 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin etibarsız olması qeyd olunmuşdur. Sözügedən işçilərdən isə yalnız onun barəsində xəstəlik vərəqəsinin etibarsızlığı əsas gətirilərək, xəstəliyi müddətində üzrsüz səbəbdən iş buraxmağına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı intizam tənbehi tətbiq edilmiş, digər əməkdaşların xəstəlik vərəqələrinin etibarsızlığına görə isə əvvəlcə yalnız bir neçəsinə töhmət elan edilsə də, sonradan həmin töhmətlər ləğv edilmiş və heç bir digər əməkdaş barəsində intizam tənbehi verilməmiş, onların hamısı işə buraxılmışlar. Həmçinin, əldə etdiyi məlumata görə, müvafiq tibb müəssisəsi xəstəlik vərəqələrinin etibarsız olduğunu məktubla bildirməyə məcbur edilmişdir. Belə ki, etibarlı xəstəlik vərəqələrinin etibarsız olduğunu qeyd etməsi üçün tibb müəssisəsinə SOCAR Cavabdeh (insan resursları şöbəsinin rəisi) tərəfindən hədə-qorxu gəlinmiş, guya SOCAR Cavabdeh bir neçə əməkdaşının məhz həmin tibb müəssisəsindən xəstəlik vərəqəsi almasının şübhə yaratdığı və buna görə, həmin tibb müəsssisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcəyi bildirilmişdir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan məktubda ondan başqa digər 9 (doqquz) nəfərə verilmiş xəstəlik vərəqələrinin “etibarsız” qeyd olunmasına baxmayaraq, yalnız onun barəsində, özü də, ƏM-nin 70. maddəsinin ç) bəndi üzrə əmək müqaviləsinə xitam verilməsinə dair intizam tənbehi verilməsi, özlüyündə, olduqca şübhəli haldır və məhz onun barəsində belə qərar (əmr) çıxarılması, ona qarşı SOCAR Cavabdeh qərəzli mövqe tutduğunu aydın əks etdirir. Həmin görüşdən sonra, o, işdən azad olunduğunu öyrənib, iş yerindən ona əmək kitabçasını təqdim etmək üçün çağırılmağını gözləməyə başladı. Nəhayət, xx.xx.2023-cü il tarixində o, elektron hökumət portalında şəxsi kabinetinə daxil olaraq, orada əmək müqaviləsinə xitam verildiyi barədə məlumatı gördü və həmin gün SOCAR Cavabdehnə gedərək, belə məlumatın həqiqi olub-olmadığını soruşduqda, orada insan resursları şöbəsindən ona işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixində əmr çıxarıldığını bildirdilər və dedilər ki, əmək kitabçasını, əmək müqaviləsinin və digər sənədlərinin nüsxəsini sonra gəlib götürməlidir. xx.xx.2023-cü il tarixdə onu SOCAR Tİ-nin insan resursları şöbəsindən zəng edərək, idarəyə çağırdılar. O, həmin tarixdə yenidən idarəyə getdi və ona işdən azad olunmağı barədə 14-2-11/3-1K-222/2023 nömrəli əmrin surətini işəgötürən tərəfindən imzalanmamış vəziyyətdə, əmək müqaviləsinin və ona əlavələrin surətlərini (əslləri təqdim olunmadı) işdən rəsmi olaraq azad olunduğu tarixdən 4 (dörd) gün sonra təqdim etdilər. Barəsində çıxarılmış əmrin məzmunu ilə tanış olarkən, ona qarşı qərəzli mövqeyin olduğunu bir daha orada gördü. Yuxarıda qeyd etdiyi əsassız ittihamlar ilə yanaşı, orada guya ona xəbərdarlıq verilməsi, işə geri çağırılmağı ilə əlaqədar dəfələrlə bildiriş, zəng edilsə də mümkün olmadığı qeyd edilmişdir ki, bunların həqiqəti əks etdirmədiyini nəzərə çatdırır. Belə ki, onun işlək telefon nömrəsi idarədə mövcud olmuşdur və xəstəlik vərəqəsinin bitməsindən sonrakı mübahisəli dövrdə bir neçə dəfə onunla əlaqə saxlanılmış, idarəyə dəvət olunmuşdur. Hətta 14-2-11/3-1K222/2023 nömrəli əmrin mətnində onun xx.xx.2023-cü il tarixdə iş yerinə gəldiyi barədə qeyd də mövcuddur. Yuxarıda da qeyd etdiyi kimi, o, əmrdə əsassız olaraq göstərildiyi kimi, 4 ay müddətində əsassız iş buraxmamışdır. xx.xx.2023-cü il tarixdən etibarən onun işə gəlməməyinin əsl səbəbi, xəstəliyə görə müvəqqəti işdən azad olduğu müddətin sonunda ona iş yerindən işdən azad olunacağı üçün artıq işə gəlməməyinin bildirilməsi olmuşdur. Lakin işdən azad edilməyi məsələsinin bu qədər uzun müddətdə həyata keçirilməsi, son anadək onun işdən azad edilməyi üçün qanuni əsasların olmadığından ehtiyat etdiklərini və bunun üçün ona xəstəlik vərəqəsi vermiş tibb müəssisəsinə təzyiq göstərilməsi də daxil olmaqla, qanunsuz olaraq, işdən azad edilməyi üçün zəmin hazırladıqlarını deməyə əsas verir. Bu, həmçinin, onun xəstəliklə əlaqədar işdən azad olduğu müddətdən sonrakı dövrdə, guya özbaşına iş buraxdığını əsaslandırmaları üçün zəmin hazırlamaq məqsədini daşımışdır. İşlədiyi dövr ərzində həmişə işinə məsuliyyətlə yanaşmış biri olaraq, vicdanlılıq, ədalətlilik prinsiplərini rəhbər tutmuş və əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinin qorunması, kollektivdə intizamın subordinasiyanın qorunması məqsədilə ən yüksək işgüzarlıq keyfiyyətlərini təmin etmişdir. Bu səbəbdəndir ki, bu günədək heç bir ciddi intizam tənbehi almadan, nümunəvi işçi olaraq çalışmışdır. Onun işdən azad edilməyinin də intizamsızlıq və əmək funksiyalarının pozulması halı ilə əlaqədar olmadığını, əsassız olaraq, guya üzrsüz səbəbdən iş buraxmağı ilə əlaqədar olması, yuxarıda qeyd etdiklərinin həqiqi olduğuna inanmaq üçün kifayətdir. Bundan əlavə, ona son haqq-hesab ödənilərkən, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu dövr olan xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməmişdir. Belə ki, əmək fəaliyyətindən müvəqqəti azad olunduğu dövr üçün ona müavinətin hesablanması üçün Cavabdeh əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinəti öz hesabına ödəməklə yanaşı, qalan dövr üçün müavinətin ödənilməsi üçün qanunveriliklə müəyyən edilmiş öhdəliklərini icra etməmişdir. Nəticədə, ona zərər vurulmuş, o, gəlirdən məhrum olduğu üçün borc almaq məcburiyyətində qalmışdır. O, ailədə yeganə qazanc əldə edən şəxsdir. Onun himayəsində həyat yoldaşı və iki uşağı ilə yanaşı, əmək qabiliyyəti olmayan, yaşlı valideynləri də vardır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində nəinki o, işindən məhrum olmuş və ailəsi yeganə qazancından məhrum omuşdur. Cavabdehndə sonuncu vəzifə üzrə aylıq vəzifə maaşı, xx.xx.2022-ci il tarixli 5072-2/16 saylı əlavə üzrə 1934 AZN (bir min doqquz yüz otuz dörd manat) təşkil etmişdir. Bundan başqa, əmək haqqına, müntəzəm olaraq, hər təqvim ayı üçün əlavələr hesablanmışdır. Cavabdeh ona qarşı yol verdiyi hüquqlarının pozuntusu nəticəsində məcburi iş buraxdığı ötən aylar ərzində onun maliyyə vəziyyəti pisləşmiş, o və ailəsi halal zəhməti nəticəsində almalı olduğu qazancdan məhrum olmuşdur. Bu isə öz növbəsində, onun dolanışıq üçün borca girməyi ilə, ailəsinin güzəranının kəskin pisləşməsi ilə nəticələnmişdir. Bütün bunlar onun psixi sarsıntılar və mənəvi iztirablar keçirməyinə gətirib çıxarmış, Cavabdeh tərəfindən ona qarşı yol verilən ədalətsizlik və hüquqlarının kobud pozuntusu əsəblərinin korlanmasına və səhhətində nevroloji problemlərin yaranmasına yol açmışdır. Odur ki, məhkəmənin diqqətinə çatdırır ki, o, Cavabdeh tərəfindən hüquqlarının pozulmasından irəli gələrək, çox çətin vəziyyətdədir və baş verənlər nəticəsində 20000 AZN (iyirmi min manat) məbləğində mənəvi zərərə məruz qalmışdır. Hesab edir ki, Cavabdeh ona qarşı prinsip apararaq, ayrı-seçkilik edərək, ona qarşı təzyiqlər göstərilərək, əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi, xəstəliyə görə ona ödənilməli müavinət, məcuri iş buraxma dövründə əmək haqqı məbləği ödənilməyərək hüquqlarının pozulması müqabilində, Cavabdeh tərəfindən ona mənəvi zərərin əvəzi qismində 20 000 AZN (iyirmi min manat) ödənilməlidir. İşdən əsassız olaraq azad edilməyi və pozulmuş hüquqlarının bərpa edilməsi üçün X7 Xidmətinə yazılı şikayət vermişdir. Həmçinin, ona xəstəlik vərəqəsi verən tibb müəssisəsi barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə əvvəlcə xx.xx.2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif, daha sonra isə xx.xx.2024-cü il tarixində mediasiya prosesinə dəvət göndərilmişdir, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarına 2 saylı Əlavə,“Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 4-cü hissəsində müəyyən olunur ki, şəxs xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İxtisaslar üzrə şöbələri olan tibb müəssisələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir (8. hissə). Xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər (9. hissə). Təqdim etdiyi xəstəlik vərəqəsində (“Əmək qabiliyyətinin olmaması vərəqəsi”) xəstəlik vərəqəsinin verilməsinə dair qanunvericiliyin tələblərinə əməl olunduğunu görünə bilər. Belə ki, o, xəstəliyinin müalicəsi müddətində müntəzəm olaraq müayinələrdən keçmiş və xəstəliyinin sağalması üçün təyin olunan müddətlər həkim rəyi əsasında, sonuncusu xx.xx.2023-cü il tarixində olmaqla, bir neçə dəfə uzadılmışdır. Həmin xəstəlik vərəqəsinin sonradan etibarsız hesab olunması nəticəsində, hüququn vicdanlılıq prinsipi nəzərə alınmaqla, onun xəstəlik vərəqəsinin həqiqiliyinə inanaraq, xəstəlik vərəqəsində müəyyən olunmuş işdən azad olma müddətində işə getməməyinin işəgötürən tərəfindən üzrsüz hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12. maddəsinin 1. hissəsinin g) bəndində, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək-əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi qeyd edilmişdir. Onun xx.xx.2023-cü il tarixində işdən azad edilməyi barədə əmrin surəti imzasız və möhürsüz halda, əmək kitabçası ilə birlikdə yalnız xx.xx.2023-cü il tarixdə, yəni əmrin çıxarıldığı tarixdən 4 gün sonra ona təqdim olunmuşdur. Həmin sənədləri təhvil almağı ilə bağlı işəgötürənin əmək kitabçalarının təhvil verilməsi kitabında xx.xx.2023-cü il tarixində imza etmişdir. Beləliklə, cavabdeh tərəfindən barəsində əmək müqavilənin ləğv edilməsi haqqında çıxarılmış əmr, həmçinin, prosessual normalar pozulmaqla çıxarıldığı üçün qanunsuzdur və ləğv edilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə, əsassız və qanunsuz olaraq verilmədikdə, işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh tərəfindən heç bir əsas olmadan, ona əmək haqqı məbləği ödənilməmiş və bununla, əmək müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə düşən vəzifə və öhdəliklərin icrasından əsassız olaraq imtina olunmuşdur. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20 000AZN (iyirmi min manat) məbləğin Cavabdeh tərəfindən ona ödənilməsinə dair tələbini qanuni və əsaslı hesab edir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-627/2024 saylı, 31 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin qismən təmin edilərək işəgötürən (SOCAR-ın) Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3-1K222/2023 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı (SOCARın) Cavabdeh 31 saylı komandasının rəisi vəzifəsinə bərpa edilməsi və 01 oktyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (2023-cü ilin 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlər nəzərə alınmaqla) ona ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsinin cavabdeh (SOCAR-ın) Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməsi; ödənilmiş mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsinin cavadeh (SOCAR-ın) Cavabdehndən tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə ARDNŞ (SOCAR) Cavabdehnə işə qəbul olunmuş, əmək fəaliyyəti dövründə müxtəlif vaxtlarda bir neçə dəfə vəzifə dəyişikliyi olmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixində SOCAR Cavabdehndə 31ci komandaya əməyin ödənilməsinin 15-ci dərəcəsi üzrə komanda rəisi vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfin mövqeyindən görünür ki, Abuzərov X3 İdarəsində sonuncu iş yeri Tİ-nin 31 saylı komandasının (H.Əliyev adına X14-strateji obyekt) rəisi vəzifəsində işləyərkən Tİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00147 saylı əmri obyektin mühafizəsini təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyi üçün töhmət almış və sonrakı fəaliyyətində xidməti işində aşkarlanmış ciddi nöqsanlarla bağlı araşdırmanın nəticələri əsasında (buraxılış rejimini kobud surətdə pozaraq buraxılış rejimi Qaydalarının tələblərini icra etmədiyi) və əvvəllər intizam tənbehi olduğuna görə onun barəsində toplanmış materiallar əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə riayət olunaraq Həmkarlar İttifaqının razılığını almaq məqsədilə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Tİ HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 168 №-li Qərarı ilə onun barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq vermişdir. Muəyyən edilmişdir ki, iddiaçının adına olan və cavabdehə təqdim edilmiş Baş Səhiyyə Mərkəzinin 16 saylı poliklinikasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "bel ağrısı” diaqnozu ilə, işə başlamalı xx.xx.2022-ci il, “X11” xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin respirator xəstəliyi” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin nevrosteniya” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü tarixdə və 2 saylı X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, “General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “bel-oma radikulitinin kəskinləşməsi diaqnozu, işə başlamalı xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətinin olmaması vərəqələri əsasında işdə olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, SOCAR Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlayaraq özünü doğrultmayan əməkdaşlarının barəsində ciddi qərar qəbul edildiyi anda onların tibb müəssisələrində üz tutaraq müxtəlif diaqnozlar üzrə və uzun müddətli olmaqla “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək yayınmaları və bu yayınmaların aylarla davam etməsininin intensiv xarakter daşıması həmin vərəqələrin hansı yolla əldə edilməsi ilə bağlı müəyyən şübhələr yaratması ilə əlaqədar iddiaçının, eləcə də digər əməkdaşların “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin verilməsində şübhəli məqamlar olmasını nəzərə alaraq məsələlərin araşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. «General Hospital» Tibb Mərkəzinin SOCAR Tİ-nin işçiləri İddiaçı verilmiş SN ******* və digər 7 əməkdaşlarının xəstəlik vərəqələrinin əsassız verilməsi müəyyən edildiyindən əmək qabiliyyətinin olmaması vərəqələri ləğv edilərək həkim-terapevt X5 töhmət verilməsinə dair xx.xx.2023-cü il tarixli məktubu cavabdehə daxil olduqdan sonra artıq işdə olan iddiaçıya məktubla bağlı məlumat verilərək onun izahat yazılmasından imtina etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən heç bir üzrlü sayacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsası olmadan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğunu nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə xitam verilməsinə razılıq vermişdir. Lakin cavabdeh tərəfin izahatlarından görünür ki, Həmkarlar İttifaqı Komitəsinin qərarının olmasına baxmayaraq iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməyərək hər bir halda üzrlü səbəb varsa İdarəyə gəlib təqdim olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə “XƏBƏRDARLİQ BİLDİRİŞİ” "xxxx" MMC şirkəti vasitəsilə İddiaçı İdarəyə təqdim etdiyi ünvana göndərilmiş, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin nüməyəndəsi ilə birlikdə İdarənin işçiləri “XƏBƏRDARLİQ BİLDİRİŞİ”ni İddiaçı əlbəəl verilməsi üçün yaşadığı ünvana getmiş, onunla telefon əlaqəsi saxlanılmış, lakin həmin bildirişi ona təqdim etmək mümkün olmamışdır. Beləliklə də, cavabdeh tərəf sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunmasını təsbit edən «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında» AR NK-nin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 1-ci hissəsinə əsasən İddiaçı 4 aydan artıq müddət ərzində heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə hərəkətlərini AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ”ç” bəndinə əsasən Tİ-nin xx.xx.2023-cü il tarixli 14-2- 11/3-1 K-222-2023 saylı əmri ilə xitam verilmişdir. İddiaçı hazırda həmin əmrin qanuniliyini mübahisələndirərək tələbinin əsası kimi 2023-cü ilin oktyabr ayının 1-də ona iş yerinə təqdim etdiyi Əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqəsi) etibarlı olmaması üçün işdən azad ediləcəyini bildirmələrini, lakin işdən çıxarılmamasını, xx.xx.2023-cü il tarixində onu iş yerinə dəvət edərək, SOCAR Cavabdeh Həmkarlar İttifaqı Komitəsi sədrinin, həmçinin orada olan Cavabdeh insan resursları və hüquq şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrdə o, işdə olmalı olduğu halda, heç bir üzürlü səbəb olmadan iş buraxdığına görə də barəsində işdən azad olunma növündə intizam təhbehi tətbiq ediləcəyini, onun isə xəstəlik vərəqəsinin etibarsızlığı barədə məktubun əsaslı olmadığını, xəstəliyinin müalicəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə iş buraxdığını, tibb müəssisəsinin sonrakı məktubunun onun müalicə almağı faktını heç cür təkzib etmədiyini bildirməsini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan məktubda ondan başqa digər 9 (doqquz) nəfərə verilmiş xəstəlik vərəqələrinin “etibarsız” qeyd olunmasına baxmayaraq, yalnız onun barəsində, özü də, ƏM-nin 70-ci maddəsinin ç) bəndi üzrə əmək müqaviləsinə xitam verilməsinə dair intizam tənbehi verilməsinin qanunsuz olmasına istinad etmişdir. Həmçinin müəyyən edilir ki, 2 saylı X1 SN 00007 seriyalı, ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi də daxil olmaqla işdən azad edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, eləcə də Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Birinci instansiya mövqeyində göstərib ki, İddiaçı xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə işdən azad edilməsinə dair cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, bu dəlillər müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “X10 Mərkəzinin nümayəndəsi X2 izahatının məzmunu ilə tam təkzib edilir. Belə ki, müəyyən edilmişdir ki, SOCAR Tİ-nin işçisi İddiaçı ambulator rejimi pozduğuna görə ona verilmiş SN ******* seriya nömrəli xəstəlik vərəqəsinin ləğv edilməsi və bununla bağlı həkim-terapevt X5 töhmət verilməsi heç də həmin xəstəlik vərəqələrinin qeyri-səhih və ya saxta olması ilə bir bağlılığı olmamışdır. İddiaçı həqiqətən də xəstəliyi ilə əlaqədar müayinə və müalicə edilmiş, sadəcə ambulator rejimin pozulması hallarına yol vermiş, vaxtlı-vaxtında gəlib yoxlamalardan keçmədiyinə görə xəstəlik vərəqəsi ləğv edilmiş, bu əsaslara görə də həkim-terapevt X5 töhmət verilmişdir. «Seymur-M” MMC-nin “X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda SOCAR Tİ-nin işçisi İddiaçı adına xəstəlik vərəqəsinin ləğv edilməsi onun əsassız verilməsi ilə əsaslandırılsa da, bu əsassızlığın nədən ibarət olması açıqlanmamışdır. Lakin məhkəməyə təqdim edilmiş məktublarında ləğvin əsası kimi ambulator rejimin pozulması göstərilmişdir. Verilmiş izahatdan da görünür ki, ambulator rejimin pozulması xəstənin yoxlamalara vaxtında gəlməməsi ilə müəyyən edilir – ambulator kartoçkada qeydiyyat aparılır, gəlmədiyi günlər göstərilir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verərək bu nəticəyə gəlib ki, iddiaçının adına olan xəstəlik vərəqəsinin ləğv edilməsi tibbi əsaslarla deyil, vərəqəni verən tibb müəssisəsinin daxili prosedur qaydalarının pozulması səbəbindən baş verdiyindən, bu hal onun üzürsüz səbəbdən işə çıxmaması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçının və uzun müddətli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında işdə olmayan digər işçilərin bu vərəqələrin verilməsi ilə bağlı apardığı araşdırmalar (sorğular verilməsi) nəticəsində iddiaçının xəstəlik vərəqələrinin əsassız verilməsi müəyyən edilməklə yanaşı, onun adına olan əmək qabiliyyətinin olmaması vərəqələrinin ləğv edilərək həkim-terapevt X5 töhmət verilməsinə dair «General Hospital» Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu əldə edildikdən sonra iddiaçının adına olan SN ******* saylı xəstəlik vərəqəsinin dövründə onun üzrsüz səbəbdən işə çıxmamasını əsas götürərək, ona intizam tənbehi vermək məqsədilə qanunla müəyyən edilmiş qaydalar əsasında əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərmiş və sonuncu xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə əmək münasibətinə xitam verilməsinə razılıq vermişdir. Lakin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh bu müqaviləyə xitam verməyərək bunu iddiaçının hər bir halda üzrlü səbəbə dair müvafiq sənədinin təqdim oluna bilməsi ehtimalı ilə izah etmiş və bu məqsədlə də iddiaçının ünvanına rəsmi bildiriş göndərmiş, hətta nümayəndələrinin belə onun evinə getməsini göstərmişdir. Məhkəmə, cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu müqaviləyə xitam verməməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri buna dair müvafiq sənədlər təqdim etməsinə baxmayaraq inandırıcı saymır. Belə ki, cavabdehin mövqeyindən yanaşıldıqda artıq o, iddiaçının “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin “General Hospital” tibb mərkəzi tərəfindən ləğv edilməsinə dair məktubunu almaqla onun xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işə üzrsüz səbəbdən çıxmamasına tam əmin olduğu halda, xx.xx.2023-cü il tarixi də daxil olmaqla sonrakı yaxın tarixlərdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrini qəbul edə bilərdi. Lakin, cavabdehin özlərinin bildirdiyinə görə, iddiaçının xx.xx.2023-cü il tarixdən də işə gəlmədiyi halda, xx.xx.2023-cü il tarixə kimi göstərdiyi qaydada barəsində əmr verməyərək gözləmə mövqeyində olmasına dair izahatları məhkəmə səmimi verilən izahatlar kimi qəbul etmir. Məhkəmə, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayır və qeyd edir ki, cavabdeh tərəfin iddiaçının 02 oktyabr - 01 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlilləri işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmamasının səbəbi cavabdehin iddiaçının adına olan xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılmasının və işdən azad edilməsinin şifahi qaydada ona bildirmələri olmuşdur. Məhz bu baxımdan məhkəmə iddiaçının bununla bağlı izahatlarını inandırıcı sayır. Çünki, işin materiallarından görünür ki, “X10 Mərkəzinin məktubu xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, əgər iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdən üzrsüz səbəblərdən işə çıxmamışdırsa, “X10 Mərkəzi»nin məktubunu gözləməyə zərurət olmadan onun barəsində intizam tənbehinin görülməsi üçün kifayət qədər əsas var idi. Lakin göründüyü kimi, cavabdeh “X10 Mərkəzinin məktubunun xx.xx.2023-cü il tarixdə daxil olmasından sonra hətta iddiaçını İdarəyə dəvət edərək ondan müvafiq izahat almağa da cəhd etmiş və bu halı aktlaşdırmışdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü tarixə kimi işə çıxmamasının səbəbi həm cavabdehin təşəbbüsü, həm də 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olmuşdur. Məhkəmə xüsusi olaraq qeyd edib ki, iddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixə kimi işə çıxmaması nə Tİ Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən göndərilmiş təqdimatda öz əksini tapmamış, nə də ki, sonuncunun xx.xx.2023cü il tarixli 191 saylı qərarı ilə müzakirə edilməmişdir. Həmin qərarla iddiaçının yalnız ləğv edilmiş xəstəlik vərəqəsində göstərilən müddət, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsas olmadan göstərilən müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngin pozulması müzakirə olunmuşdur. Lakin iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmrdə onun xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət deyil, 4 aydan artıq müddət ərzində, yəni, xx.xx.2023-cü il tarixindən əmr verilən tarixə kimi işə üzürsüz səbəbdən çıxmaması göstərilərək hərəkəti (hərəkətsizliyi) qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Halbuki, qeyd olunduğu kimi cavabdeh işəgötürən tərəfindən Tİ Həmkarlar İttifaqı Komitəsinə göndərilən təqdimatda və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarından aydın görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində işə çıxmaması məsələsi müzakirə edilmişdir. Yuxarıda göstərilən işin müəyyən edilmiş halları məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, SOCAR-ın Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli əmri əsassız qəbul edilməklə iddiaçının hüquqları pozulmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilərkən onun hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndində nəzərdə tutulan hal olmadığından cavabdeh-işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə ləğv edilməklə işdən azad olunması kimi intizam tənbehi verilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən , iddiaçı barəsində olan SOCAR-ın Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-11/3- 1K-222/2023 nömrəli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı, 01 oktyabr 2023-cü il tarixindən hesablanmaqla işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Lakin məhkəmə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qənaətinə gələrkən 2023-cü ilin noyabr ayında iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlərinin hazırki qətnamənin icrasından kənar qaydada cavabdeh tərəfindən ödənilməli olmasını nəzərə almışdır. Həmçinin, məhkəmə iddia tələblərinin xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi üçün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçıya son haqq hesab ödənilərkən, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməməsinin səbəbi onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X10 X6 Komissiyasının qərarı olmuşdur. Belə ki, iddiaçının göstərilən tarixlərdə səhhətində olan problemlərlə bağlı xəstə olması faktı müəyyən edilsə də, onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X10 X6 Komissiyasının qərarı məhkəməyə təqdim edilməsə də, xəstəlik vərəqəsinin ləğv edilməsi müvafiq məktublarla həm məhkəməyə, həm də işəgötürənə bildirilmişdir. Məhkəmənin qənaətinə görə xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin iddiaçıya ödənilməsi Komissiyanın sözügedən qərarının mübahisələndirildiyi halda onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi halında mümkün ola bilər. Odur ki, məhkəmə hazırda iddianın qeyd edilən hissəsinin təmin edilməsini mümkün hesab etmir və iddiaçıya qeyd edilən ödənişləri tələb etməsi üçün həmin qərarın qanuniliyini mübahisələndirmək hüququnun olmasını izah edir. Məhkəmə, iddia tələblərinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 AZN (iyirmi min manat) pul məbləğinin tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə qeyd edib ki, iddiaçı məhkəmə iclasında cavabdehin qanunsuz hərəkətləri nəticəsində psixiki sarsıntılar və mənəvi iztirablar keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın hissəsində rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qətnaməni iddianın təmin olunan hissəsində qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işə baxarkən, işin bütün faktiki hallarını araşdırmamış, araşdırılmış hallara və iş üzrə mövcud sübutlara lazımi qiymət verməmiş, cavabdehin konstitusion hüquqlarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, Abuzərov X3 İdarəsində sonuncu iş yeri kimi Tİ-nin 31 saylı komandasının – Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə strateji obyektlər siyahısına daxil olan H.Əliyev adına X12 rəisi vəzifəsində işləmişdir. Xidməti işində aşkarlanmış ciddi nöqsanlarla bağlı araşdırmanın nəticələri əsasında (buraxılış rejimini kobud surətdə pozaraq buraxılış rejimi Qaydalarının tələblərini icra etmədiyindən) və barəsində əvvəllər intizam tənbehi olduğuna görə (Tİ-nin xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00147 saylı əmr - obyektin mühafizəsini təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yerinə yetirdiyi üçün), onun barəsində toplanmış materiallar (qeyd olunmalıdır ki, İddiaçı oqlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə çıxmamış və İdarəyə Baş Səhiyyə Mərkəzinin 16 saylı poliklinikasının "bel ağrısı” diaqnozu ilə "əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim etmiş və xx.xx.2022-ci il tarixdə işə çıxmışdır) əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə riayət olunaraq Həmkarlar İttifaqının razılığını almaq məqsədilə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. Tİ HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 168 №-li Qərarı ilə onun barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq vermişdir. Tİ HİK-nin Rəyasət Heyətinin iclasına xx.xx.2023-cü il tarixdə dəvət olunmuş və iştirak etmiş, xx.xx.2023-cü il tarixdə İdarəyə gələrək xx.xx.2023-cü il tarixdə İdarəyə gələcəyini bildirmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmağı xahiş etmiş, onun uzun müddət ərzində İdarədə işlədiyi nəzərə alınaraq buna razılıq verilmiş, lakin İddiaçı xx.xx.2023-ci il tarixdən naməlum səbəbdən işə çıxmamış (İdarəyə gəlməmiş) və sonralar ardıcıl olaraq xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “X11” xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin respirator xəstəliyi” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə, “General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “kəskin nevrosteniya” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü tarixdə və 2 saylı X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqələrini kənar şəxs vasitəsi ilə İdarəyə təqdim etmiş, işə çıxmamasında davam edərək İddiaçı bir daha “General Hospital” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “bel-oma radikulitinin kəskinləşməsi diaqnozu, işə başlamalı xx.xx.2023-cü il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqəsi” İdarəyə təqdim etmişdir. Lakin "General Hospital” Tibb Mərkəzinin direktoru R.İ.Mikayılov xx.xx.2023-cü il tarixli 129 nömrəli Tİ-yə ünvanlanmış məktubunda göstərmişdir ki, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək SN ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi” ləğv edilmişdir və həkim-terapevt X5 “töhmət” intizam tənbehi verilmişdir. Qeyd olunmalıdır ki, özünü doğrultmayan əməkdaşları barəsində ciddi qərar qəbul edildiyi hallarda onlar tibb müəssisələrinə üz tutaraq müxtəlif diaqnozlar üzrə və uzunmüddətli olmaqla “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək aylarla yayındıqlarına və belə halların intensiv xarakter daşıdığına və bir neçə əməkdaşa vərəqələr “General hospital” tibb mərkəzi tərəfindən verilməsində şübhəli məqamların olduğunu nəzərə alaraq məsələnin araşdırılması üçün Tİ-nin rəhbərliyi xx.xx.2023-cü il tarixdə rəsmi məktubla Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Mustafayevə və Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İcraçı direktoru cənab Vüqar Qurbanova sorğular göndərmiş və xx.xx.2023-cü il tarixdə “General Hospital” Tibb Mərkəzinin direktoru R.İ.Mikayılov tərəfindən Cavabdehnə və Səhiyyə Nazirliyinə göndərilmiş məktubda bildirilmişdir ki, həkim-terapevt X5 xəstələri tam müayinə etmədiyi üçün ona “töhmət” intizam tənbehi verilmişdir. Tİ-nin rəhbərliyi rəsmi məktublarla AR SN-ə və AR TƏBİB-ə yuxarıda qeyd olunanlarla bağlı təkrar xx.xx.2023-ci il tarixdə sorğular göndərmişdir. "General Hospital” Tibb Mərkəzinin direktoru R.İ.Mikayılovun xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubu ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə Tİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş, məktubla tanış edilmiş və izahat yazması təklif olunmuş, lakin İddiaçı hazırda xidmətdə olmadığını, müalicə aldığını bildirərək izahat yazmaqdan imtina edərək İdarəni tərk etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsası olmadan 4 aydan çox müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğunu nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Tİ Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilməsi və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə xitam verilməsinə razılıq vermişdir. Hər bir halda üzrlü səbəb varsa İdarəyə gəlib təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə “XƏBƏRDARLİQ BİLDİRİŞİ” "xxxx" MMC şirkəti vasitəsilə İddiaçı İdarəyə təqdim etdiyi ünvana göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin nüməyəndəsi ilə birlikdə İdarənin işçiləri “XƏBƏRDARLİQ BİLDİRİŞİ”ni İddiaçı əlbəəl verilməsi üçün yaşadığı ünvana getmiş, evinin qapısını döydükdə açan olmamış, telefon vasitəsilə ona məxsus ********** nömrəsinə zəng vurulmuş, lakin İddiaçı tərəfindən telefona cavab verilməmiş və bu barədə akt tərtib olunmuşdur. Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında AR NK-nin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 1-ci hissəsinə əsasən “Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.” Bununla da İddiaçıqub oğlunun hərəkətləri (hərəkətsizlikləri) (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, İddiaçı 4 aydan artıq müddət ərzində işə gəlməmişdir) AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ”ç” bəndinə əsasən Tİ-nin xx.xx.2023-cü il tarixli 14-2-11/3-1 K-222-2023 saylı əmri ilə xitam verilmişdir. Lakin Səbail Rayon Məhkəməsi işə baxarkən, etirazın əsaslı dəlillərini düzgün qiymətləndirməmiş, iddiaçının formal izahatına əsaslanaraq rəsmi dövlət idarəsinin mövqeyini və nümayəndəsinin izahatını “səmimi” hesab etməmiş, iddiaçı tərəfindən hələ xəstəliyi olsa belə strateji əhəmiyyətli idarədə rəis vəzifəsində işləməsi, vəzifəsi üzrə kifayət qədər təlimatlı olması (təlimatlı olmaq vəzifəsi birbaşa vəzifəsindən irəli gəlir), “müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinin yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunması hallarını bilə-bilə səhlənkarlıq və etinasızlıq göstərərək, müayinələrə getməməsi, getməməsinin nəticələrini bilməsi və ya bilməli olması, nəhayətdə bu hərəkətlərinin onun işini itirməsi ilə nəticələnə biləcəyini bilməsi və ya bilməli olması, bununla belə şüurlu şəkildə qeyd edilən hallara yol verməsi hallarına düzgün qiymət verməmiş, cavabdehin izahatına olan münasibətinə istinadən “səmimi” hesab etmişdir. Nəticədə, bu hissədə düzgün olmayan qərar qəbul edərək, iddia tam rədd edilməli olduğu halda iddianı qismən təmin etmişdir. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, guya noyabr ayında təqdim etdiyi bülleteni dəfələrlə təqdim etsə də, idarə qəbul etməyib, poçtla bülleteni göndərib lakin İdarə qəbul etməyib, ona şifahi olaraq araşdırma prosesi getdiyindən işə buraxılmadığı bildirilib. Halbuki, iddiaçı məhkəmə proseslərində büllüeteni poçtla göndərdiyi barədə ümumiyyətlə heç nə deməmişdir. Əksinə, cavabdeh tərəfindən dəfələrlə müxtəlif vasitələrlə iddiaçı ilə əlaqə saxlanmağa cəhd olunmuş, o, isə əlaqələrdən yayınmış, poçtla heç bir məktubu və ya digər göndərişi idarəyə daxil olmamış, bununla bağlı iddiaçı özü də məhkəməyə hər hansı göndərilməni təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə prossesində isə hakimin özü ona “bülleteni götürmürdülərsə, rəsmi məktubla-poçtla göndərə bilərdiniz” deyə bildirmişdi. Həmçinin qeyd edilməlidir ki, iddiaçı rəis olmuşdur və o, işə, çox rahat şəkildə gəlibgetmək imkanında olmuşdur. Digər işçilər kimi rəislərin idarəyə daxil olması üçün turniket qoyulmur, rəis zavoda, ordakı otağına rahat şəkildə qalxır və otağından idarədə yerləşən növbətçi hissəyə işdə olması barədə məlumat verir və işə başlayır. Odur ki, onun işə çıxmasının qabağını heç kim ala bilməz, o, işdən azad olunmadığı dövrdə kimsə onun zavoda daxil olmasına, işləməsinə qadağa qoya, mane ola bilməzdi. Əgər bu fakt olmuşdusa, lazımi müraciətlər, şikayətlər edərdi. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, ambulator rejimə uyğun olaraq müayinələrdən keçdiyini, bülletenin ləğv edilməsi barədə heç bir sənədləşmə olmadığını, bülletenin ləğv edilməsi qaydalarının pozulduğunu, Səhiyyə Nazirliyinə bununla bağlı məlumat verilmədəyini, bununla bağlı prokurorluq orqanına şikayət etdiyini və araşdırma aparıldığını qeyd etsə də, işdə olan sənədlərlə iddiaçının dediklərinin tam əksi sübut olunmuşdur. Belə ki “General Hospital”ın rəsmi məktubları və əmri ilə iddiaçıya verilən bülletenin ləğv edildiyi, həmin bülleteni verən həkimin barəsində töhmət intizam tənbehi verildiyi aşkar göstərir ki, onun hərəkətləri AR NK-nin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə müəyyən olunmuş “Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.” tələbinə uyğun deyildir. Buna görə də, İddiaçı hərəkətləri, xəstəliyinin olması sözügüdən əmrin ləğvi üçün heç bir halda əsas ola bilməz. Məhkəmə isə əsassız olaraq, bu hissədə araşdırma apararkən, iddiaçının “əmək qabiliyyətini itirməsi” vərəqəsinin (bülletenin) ləğv edildiyi halını düzgün qiymətləndirməyərək, Cavabdeh işdən çıxarma barədə əmrini qanunsuz hesab etmişdir. Halbuki, dolayısı ilə iddianın digər – “iddia tələblərinin xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi” hissəsində məhkəmə özü də “xəstəlik vərəqəsinin ləğv edilməsi”ni əsas gətirərək iddianın həmin hissədə təmin edilməsinin mümkün olmadığı qənaətinə gəlməklə aşkar göstərir ki, “xəstəlik vərəqəsinin ləğv olunması” mübahisəli deyildir və məhkəmədə müəyyən olunmuşdur. Məhkəmə qətnaməsində göstərilir: “...iddia tələblərinin xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ona ödənilməsi üçün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçıya son haqq- hesab ödənilərkən, SN 00007 № 0978570saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməməsinin səbəbi onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X10 X6 Komissiyasının qərarı olmuşdur. Belə ki, iddiaçının göstərilən tarixlərdə səhhətində olan problemlərlə bağlı xəstə olması faktı müəyyən edilsə də, (1-ci baxışda ola bilsin ki o, xəstə olsun, lakin 2 ay müddət ərzində vaxtında müayinəyə gəlmədiyi və müvafiq proseduralardan keçmədiyi halda ona xəstəlik vərəqəsi vermək qanunsuzdur) onun adına olan xəstəlik vərəqəsinin ləğv edilməsinə dair "xxxx" MMC-nin “X10 X6 Komissiyasının qərarı məhkəməyə təqdim edilməsə də, xəstəlik vərəqəsinin ləğv edilməsi müvafiq məktublarla həm məhkəməyə, həm də işəgötürənə bildirilmişdir. Məhkəmənin qənaətinə görə xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin iddiaçıya ödənilməsi Komissiyanın sözügedən qərarının mübahisələndirildiyi halda onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi halında mümkün ola bilər. Odur ki, məhkəmə hazırda iddianın qeyd edilən hissəsinin təmin edilməsini mümkün hesab etmir və iddiaçıya qeyd edilən ödənişləri tələb etməsi üçün həmin qərarın qanuniliyini mübahisələndirmək hüququnun olmasını izah edir.” Maraqlı sual ortaya çıxır, necə olur ki, məhkəmə qərar qəbul edərkən, “xəstəlik vərəqəsinin ləğv edilməsi”nə əmrin ləğvi hissəsində başqa yanaşma irəli sürür, “xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ödənilməsi” hissəsində isə başqa yanaşma irəli sürür və iddiaçıya həmin ləğvə əsas olan sənədin mübahisələndirilməsini məsləhət görür. Halbuki, həmin məsləhəti elə əmrin ləğv edilməsi hissəsində qeyd etməli və bunun əsasında iddianı bütünlüklə rədd etməliydi. Bu bir daha məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsini sübut edir. Məhkəmə həmçinin hesab etmişdir ki, əgər iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdən üzrsüz səbəblərdən işə çıxmamışdırsa, “X10 Mərkəzi»nin məktubunu gözləməyə zərurət olmadan onun barəsində intizam tənbehinin görülməsi üçün kifayət qədər əsas var idi. Lakin cavabdeh “X10 Mərkəzinin məktubunun xx.xx.2023-cü il tarixdə daxil olmasından sonra hətta iddiaçını İdarəyə dəvət edərək ondan müvafiq izahat almağa da cəhd etmiş və bu halı aktlaşdırmışdır. Buna görə də, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi həm cavabdehin təşəbbüsü, həm də 2- 14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olmuşdur. Cavabdeh məhkəmənin bu yanaşmasını qətiyyən qəbul etmir və hesab edir ki, bu mövqeyi bildirməklə, məhkəmə açıq-aşkar bərabərlik prinsiplərini pozmuşdur. Belə ki, əvvəla iş materiallarından da görünür ki, 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsinin idarəyə verilməsini təsdiq edən heç bir sənəd, sübut yoxdur. Əgər xəstəlik vərəqəsi həmin dövrdə (noyabr 2023) var idisə, iddiaçı onu idarədən qəbul etmədikləri halda poçt vasitəsilə də göndərə bilərdi ki, bunu məhkəmə prosesində hakim özü də iddiaçıya bildirdi və soruşdu, iddiaçı isə tutarlı bir cavab vermədi. Digər tərəfdən iddiaçı həmin xəstəlik vərəqəsini 2024-cü ilin fevral ayında elektron qaydada məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə iclasları zamanı, aprel ayında elektron kabinet vasitəsilə təqdim edilmişdir. Buradan da aşkar görünür ki, əgər həmin sənəd iddiaçıda olsaydı, heç olmazsa məhkəməyə müraciət edərkən, sənədi iddia ərizəsinə əlavə edərdi. Bundan başqa, bu halda belə yenə də 01 oktyabr-02 noyabradək tarixlərində işburaxmanın üzürlü hesab edilməsi üçün hər hansı bir üzürlü səbəbi təsdiq edən sənəd olmamışdır. Həmçinin məhkəmə kifayət qədər ciddi bir idarə olan cavabdehin, öz idarəsində uzun müddət çalışan, rəis vəzifəsində olan, həmin vaxta qədər bütün xəstəlik vərəqələrini 15-30 gün gecikdirmələrlə təqdim edən əməkdaşına hümanistlik göstərib onu gözləməsini işin faktiki hallarına düzgün qiymət vermədən sanki kobud pozuntu kimi qiymətləndirmiş və “əmrin ləğv edilməsi, işə bərpa” iddiasının təmin edilməsi üçün əsas hesab etmişdir. O da qeyd olunmalıdır ki, məhkəmə iddianı təmin etdiyi hissədə gəldiyi nəticəni əsaslandırarkən mövqeyinə dair qətnamədə göstərmişdir: “məhkəmə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü sayılacaq səbəb göstərmədən işə çıxmadığına görə işdən azad edilməsinə dair cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, bu dəlillər müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “General Hospital” Mərkəzinin nümayəndəsi X2 izahatının məzmunu ilə tam təkzib edilir.” Məhkəmənin qeyd edilən mövqeyi işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, "xxxx" MMC-nin “General Hospital” Mərkəzinin nümayəndəsi və həm də direktoru olan X4 məhkəmə verdiyi izahatında etirazda göstərilənləri təsdiq etmişdir. İddiaçının şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi Socar-ın Təhlükəsizliyi İdarəsinə ünvanladığı məktubda “General Hospital” Tibb Mərkəzindən SOCAR-ın Cavabdeh rəhbərliyinə ünvanlanmış məktubda iddiaçıya verilmiş SN0978570 seriya nömrəli “əmək qabiliyyətinin olmaması” vərəqəsinin əsassız verildiyi, bununla əlaqədar Mərkəzin həkim terapefti X9 barəsində intizam tənbeh tədbiri tətbiq olunduğunun qeyd edildiyi, bu və xx.xx.2023-cü il tarixində (4 aydan çox müddət) heç bir üzürlü səbəb göstərmədən işə çıxmamağı səbəbindən İdarənin işəgötürəni ilə aralarında xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 80-ci maddəsinin tələbləri gözlənilməklə xitam verildiyi bildirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2 və 71.3. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. a bəndi. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Maddə 186. 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır.
24. Belə ki, işdə olan sübutlarla, o cümlədən apellyasiya şikayətinin dəlilləri və ona əlavə edilmiş sənədlərlə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur.
25. Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
26. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması əsası ilə ləğv etmişdir.
27. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əlbətdə ki, ən azından 02 oktyabr 2023cü ildən (2-14 noyabr 2023-cü il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü nəzərə alınmasa belə) 07 dekabr 2023-cü ilədək iddiaçının işə gəlməməsi iş yerində işin normal ahəngini pozmaya bilməzdi.
28. Birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.2023- cü il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üzrə olan əmək qabiliyyətinin olmaması vərəqəsinin ləğv edilməsinin onun qeyri-səhih və ya saxta olması ilə bir bağlılığı olmadığına dair mövqeyi ilə mahiyyət etibarı ilə apellyasiya instansiyası məhkəməsi də razılaşır. Çünki qeyd olunan vərəqənin ambulator rejim qaydalarının pozulmasına görə ləğv edildiyi iş materialları ilə təsdiq olunur. Bu hal isə iddiaçının həmin dövrdə əmək qabiliyyətinin olmamasını inkar etmir. Ən azından bu ana qədər nə tibb müəssəsinin və ona nəzarət edən qurumların, nədəki hüquq mühafizə orqanlarının yaxud məhkəmənin bu barədə, yəni iddiaçının həmin dövrdə əmək qabiliyyətinin olmasını təsdiq edən qərarı yoxdur.
29. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsi sırf həmin dövrə görə ləğv edilməmişdir. Ən azından 02 oktyabr 2023-cü ildən (2-14 noyabr 2023-cü il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü nəzərə alınmasa belə) 07 dekabr 2023-cü ilədək də iddiaçı işə gəlməmişdir. Cavabdeh isə «General Hospital» Tibb Mərkəzinin xx.xx.2023cü il tarixli məktubu əldə edildikdən sonra iddiaçının yalnız xəstəlik vərəqəsinin dövründə üzrsüz səbəbdən işə çıxmamasına görə deyil, həm də heç bir üzrlü səbəb olmadan 02 oktyabr 2023-cü ildən işə çıxmamasına görə də ona intizam tənbehi vermək məqsədilə qanunla müəyyən edilmiş qaydalar əsasında əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə həmkarlar ittifaqı komitəsinə təqdimat göndərmiş və xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə əmək münasibətinə xitam verilməsinə həmkarla ittifaqı razılıq vermişdir(bax.i.v.101-105). Ancaq birinci instansiya məhkəməsinin qənaətindən belə çıxır ki, həmkarlar ittifaqı komitəsinə göndərilən təqdimat və komitənin razılığı yalnız xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə görə olmuşdur.
30. Cavabdehin iddiaçı barəsində əmək müqaviləsinə xitam vermək üçün xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək üzrlü səbəbə dair müvafiq sənədin təqdim oluna bilməsi ehtimalına görə gözləmə mövqeyində olması da başadüşülən olmalıdır. Çünki iddiaçı 16 yanvar 2023-cü ildən davamlı olaraq çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etməklə faktiki olaraq əmək müqaviləsi ləğv edilənədək əmək hüquqlarından sui-istifadə edərək işə çıxmamışdır. Bu faktların özü cavabdehi lazımı diqqətlilik və ehtiyatlılıq göstərməyə məcbur edirdi. Çünki əmək qanunvericiliyinin imperativ tələbinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi əmək qabiliyyətinin olmadığı dövrdə ləğv edilə bilməz. Ona görə də cavabdehin bu məqsədlə iddiaçının ünvanına rəsmi bildiriş, hətta nümayəndələrinin belə onun evinə göndərməsi anlaşılan olmuşdur. Məhkəmənin isə cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu müqaviləyə xitam verməməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri buna dair müvafiq sənədlər təqdim etməsinə baxmayaraq inandırıcı saymaması, üstəlik nümayəndəsinin bu dövrdə gözləmə mövqeyində olmasına dair izahatlarının səmimi verilən izahatlar kimi qəbul etməməsi özü başadüşülən olmamışdır. Çünki bu cür vəziyyətdə məhkəmə cavabdehin təqdim etdiyi sənədləri inandırıcı saymırsa və nümayəndəsinin izahatını səmimi hesab etmirsə, onda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gözləmə mövqeyində olmasında hansı hüquqa zidd marağının olduğunu da müəyyən etməli idi, ancaq etməyib yaxud etmək üçün hansısa əsas olmayıb. Ona görə də cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsini qeyd edilən əsasla ləğv edənədək Əmək Məcəlləsinin 79 və 189-cu maddələrinin tələblərini pozmaması üçün 17 noyabr 2023-cü ildən 07 dekabr 2023-cü ilədək olan müddətdə əlavə araşdırma aparması zəruri və əsalı olmuşdur. Çünki iddiaçı da bununla bağlı, yəni hansı tarixlərdə əmək qabiliyyətini müvəqətti itirib-itirməməsi barədə cavabdehə məlumat verməmiş yaxud da bilərəkdən vermək istəməmişdir.
31. Bundan əlavə, məhkəmənin iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayması, cavabdeh tərəfin isə iddiaçının 02 oktyabr - 01 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlillərinin işin araşdırılmış halları ilə öz təsdiqini tapmaması barədə mövqeyi də ziddiyyətlidir. Çünki iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayır, cavabdeh tərəfin isə iddiaçının 02 oktyabr - 01 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlillərinin işin araşdırılmış halları ilə öz təsdiqini tapmaması qənaətinə gəlir. Ancaq iddiaçının həmin dövrdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi bir faktdır. Nədənsə məhkəmə yenə də mövqeyini iddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmamasının səbəbi cavabdehin iddiaçının adına olan xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılmasının və işdən azad edilməsinin şifahi qaydada ona bildirmələri ilə bağlı iddiaçının izahatlarını inandırıcı sayması ilə əsaslandırıb. Lakin iddiaçının xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılması yaxud işdən azad edilməsinin şifahi qaydada ona bildirilməsi həqiqi olsa belə bu hallar onun 02 oktyabr 2023-cü ildən işə gəlməməsinə əsas vermirdi. Başqa sözlə, iddiaçı işdə ola-ola da cavabdehin araşdırma aparmasına hər hansı bir maneə ola bilməzdi, əksinə işdə olması araşdırmanın keyfiyyətinə müsbət təsir edərdi. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi 2- 14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olsa da, cavabdehin təşəbbüsü olmamış və ola da bilməzdi. Çünki iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Birdəki, apellyasiya şikayətində göstərildiyi kimi iddiaçının tutduğu vəzifə onu işə kiminsə buraxmaması dəlilni də təkzib edir. Ancaq bu hal da iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki bu barədə yalnız iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatı mövcuddur. İddiaçının bəyan etdiyi həqiqi idisə ən azından həmin dövrdə bu barədə aidiyyəti orqanlara, o cümlədən əmək müfəttişliyinə məlumat verə bilərdi yaxud bəyan etdiyi hal baş vermişdirsə hansısa formada bunu rəsmiləşdirə və məhkəməyə də sübut qismində təqdim edə bilərdi, ancaq etməmişdir. 32.Bunlardan başqa, iddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixə kimi işə çıxmaması həmkarlar ittifaqı komitəsinə işəgötürən tərəfindən göndərilmiş təqdimatda öz əksini tapmaması və komitənin xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə müzakirə edilməməsi barədə məhkəmənin gəldiyi nəticə də həmin sənədlərin məzmununu təhrif edib. Çünki təqdimatda və qərarda iddiaçının 16 yanvar 2023-dən xidmətə çıxmadığı açıqaşkar göstərilir. Demək ki, təqdimat verilən və qərar qəbul edilən günədək olan dövr həm də 02 oktyabrdan 02 noyabr 2023-cü ilədək olan dövrü əhatə etmiş olur. Başqa sözlə, təqdimat və qərar yalnız 22 iyul 2023-cü ildən 01 oktyabr 2023-cü ilədək olan dövrə görə verilməmişdir. Ona görə də cavabdehin iddiaçı barəsində verdiyi xx.xx.2023-cü il tarixli əmrdə onun xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət deyil, 4 aydan artıq müddət ərzində, yəni, xx.xx.2023-cü il tarixindən əmr verilən tarixə kimi işə üzrsüz səbəbdən çıxmaması göstərilərək hərəkətinin (hərəkətsizliyi) Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin pozuntusu kimi qiymətləndirməsi ən azından 02 oktyabr 2023-cü ildən 02 noyabr 2023-cü ilədək olan dövr üçün düzgün olmuşdur.
33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-627/2024 saylı, 31 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əməyin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-627/2024 saylı, 31 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı işə bərpa və əməyin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.