Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-482/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 nümayəndəsi X1 və iddiaçıların vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Şərur MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC ilə İddiaçı3 arasında bağlanmış 21 dekabr 2006- cı il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 23 saylı 2 otaqlı, ümumi sahəsi 94 kv.m-dən ibarət olan mənzilini İddiaçı3 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materialları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, mənzilin dəyəri 42300 ABŞ dolları təşkil edir və mənzilin dəyərindən 15000 ABŞ dolları ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 01 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 12 saylı 2 otaqlı, ümumi sahəsi 91 kv.m-dən ibarət olan mənzilini İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materialları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, mənzilin dəyəri 57000 ABŞ dolları təşkil edir və mənzilin dəyərindən 43000 ABŞ dolları ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 04 fevral 2008-ci il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 21 saylı 3 otaqlı, ümumi sahəsi 117 kv.m-dən ibarət olan mənzilini İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materialları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, mənzilin dəyəri 51.998 manat təşkil edir və həmin məbləğ tam ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış 19 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 52 saylı 3 otaqlı, ümumi sahəsi 112 kv.m-dən ibarət olan mənzilini İddiaçı4 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materialları və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, mənzilin dəyəri 37000 manat təşkil edir və həmin məbləğdən 30.000 manat ödənilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013cü il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X2 və qeyriləri tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə yaradaraq həmin dəstənin üzvləri ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən binada eyni mənzili bir neçə şəxsə satmaqla dələduzluq etmiş və 960 nəfərin pulunu mənimsəməklə onlara ziyan vurmuşdur. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli hökmü ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 zərərçəkmiş şəxs qismində cəlb edilmiş, mülki iddiaçılar İddiaçı3 iddiası qismən, İddiaçı4 iddiası tam təmin edilmiş, Cavabdeh2 MTK tərəfindən İddiaçı3 12.900 manat, İddiaçı4 30.000 manat ödənilməsi hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı tarixli qərarı ilə hökm həmin hissədə ləğv edilərək mülki iddia üzrə icraata xitam verilmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilərək, mülki iddialar baxılmamış saxlanılmışdır. Eyni zamanda, Bakı Şəhəri İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK-nın rəhbərliyi aldadılmış payçıların "xxxx" MMC ilə bağladıqları müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun 85.000 kvadrat metr mənzil verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 30 iyul 2019-cu il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Şərur MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 01.08.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etmək, İddiaçı2 "xxxx" MMC ilə bağladığı 04.02.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 117 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 09 sentyabr 2019-cu il tarixdə iddiaçılar İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Şərur MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə İddiaçı3 "xxxx" MMC ilə bağladığı 21.12.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzillə təmin etmək, İddiaçı4 "xxxx" MMC ilə bağladığı 19.01.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını (37.000 manat - 30.000 manat = 7.000 manat) 7.000 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələblərinin əsası aşağıdakılardan ibarət olmuşdur: İddiaçılar müxtəlif tarixlərdə aşağıda sadalanacaq mənzil-tikinti müqavilələri ilə "xxxx" MMCdən mənzillər və qeyri-yaşayış sahələri aldılar: İddiaçı1 01.08.2007-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında tikdiyi binanın 6 blok 2, mərtəbə 3, ümumi sahəsi 91 kv.metr olan 12 nömrəli, 2 otaqlı mənzilə görə ilkin olaraq 20.000 ABŞ dolları, daha sonra 2007-2008-ci illər ərzində 37.000 ABŞ dolları ödəmiş; İddiaçı2 04.02.2008-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında tikdiyi 14 mərtəbəli binanın blok 1, mərtəbə 4, ümumi sahəsi 117 kv.metr olan 21 nömrəli, 3 otaqlı mənzilə görə birdəfəlik 51.948 manat ödəmiş; İddiaçı3 21.12.2006-cı il tarixli müqavilə əsasında "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında tikdiyi 14 mərtəbəli binanın mərtəbə 3, ümumi sahəsi 94 kv.metr olan 23 nömrəli, 2 otaqlı mənzilə görə ilkin olaraq 15.000 ABŞ dolları, daha sonra 2007-2008-ci illər ərzində 27.300 ABŞ dolları ödəmiş; İddiaçı4 19.01.2010-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi 18 ünvanında tikdiyi 14 mərtəbəli binanın blok 3, mərtəbə 8, ümumi sahəsi 112 kv.metr olan 52 nömrəli, 3 otaqlı mənzilə görə razılaşdırılmış müqavilə məbləğinin 30.000 manatını ödəmiş, qalan 7.000 manatı isə məlum üzrlü səbəbdən ödəyə bilməmişdir. Yuxarıda qeyd edilən müqavilələr üzrə "xxxx" MMC öhdəlik götürmüşdür ki, ünvan 2 ünvanında tikdiyi 1 və 3 girişli binalardan müqavilələrdə nəzərdə tutulan mənzilləri və qeyri-yaşayış sahələrini tikərək, iddiaçılara təhvil verdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müqavilə üzrə üzərlərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş və "xxxx" MMC-yə ödəməli olduqları məbləği hələ binalar hazır olmasa belə tam ödəmişlər. İddiaçı4 müqavilə üzrə üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, mənzilə görə razılaşdırılmış müqavilə məbləğinin 30.000 manatını ödəmiş, qalan 7.000 manatı isə məlum üzrlü səbəbdən ödəyə bilməmişdir. Buna baxmayaraq "xxxx" MMC iddiaçılarla bağladığı müqavilələr üzrə üzərinə düşən öhdəliyi mənzil sahələrini sonadək tikərək iddiaçılara təhvil verməmişdir. 2012ci ildə onlara məlum olmuşdur ki, "xxxx" MMC tikdiyi binalardan eyni mənzillər və qeyri-yaşayış sahələri bir neçə nəfərə satılmış və buna görə də onun vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və onlar həbs edilmişlər. Bununla bağlı iddiaçılar istintaq orqanına müraciət etmiş, onlara deyilmişdir ki, siyahı üzrə onları istintaqa dəvət edəcək və onları zərərçəkmiş şəxs qismində tanıyacaqlar. Bu ərəfədə onlara məlum olmuşdur ki, "xxxx" MMC və onun dələduzluq yolu ilə aldatdığı yaxın vətəndaşın yaşadığı ciddi problem və bu problemdən doğan gərginlik ölkə başçısı, X6 cənablarının diqqətini cəlb etmiş, Prezident bu problemin bütünlüklə həll edilməsi, "xxxx" MMCnin aldatdığı bütün şəxslərin mülkiyyət probleminin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir. Bu göstəriş əsasında cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 MTK və digər dövlət qurumları arasında müvafiq müqavilə bağlanmış və "xxxx" MMC-nin hərəkətlərindən ziyan çəkən bütün şəxslərin əmlak probleminin həlli Cavabdeh2 MTK-ya həvalə edilmişdir. Həmin Müqavilənin (Razılaşmanın) “Müqavilənin predmeti və tərəflərin öhdəlikləri” bölməsində göstərilir ki, “Yaranmış neqativ vəziyyəti, irəli sürülmüş şifahi təklifləri, rəyləri və ilkin razılıqları nəzərə alaraq və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən çəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə Müqavilə (razılaşma) tərəfləri və iştirakçıları aşağıda göstərilən öhdəlikləri öz üzərlərinə götürürlər. Müqavilənin 7-ci bəndi üzrə cavabdeh Bakı səhər İcra hakimiyyəti "xxxx" MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yasayıs massivi, M.Xivabani küçəsi 18 saylı binanın yaxınlığında yerləşən 0.60 ha torpaq sahəsində yüksək mərtəbəli yasayış binalarının tikintisinin layihələndirilməsi barədə Bakı səhər İcra Hakimiyyəti Başçısının 26.12.2008-ci il tarixli, 688 saylı Sərəncamın, "xxxx" MMC-nin razılığı və Cavabdeh2 MTK-nin müraciətinə rəğmən "xxxx" MMC-nin adından Cavabdeh2 MTK-nın adına keçirilməsini, 9-cu bəndə görə Fövqəladə Hallar Nazirliyinin müvafiq müsbət layihə-ekspertiza və kompleks müayinə rəyləri və tələb olunan digər mütləq ilkin sənədlər əsasında, ərazidə "xxxx" MMC tərəfindən inşa olunmuş və tikinitisi yarımçıq qalmış bir ədəd bir girişli və 1 ədəd 3 girişli iş binalarının tikintisinin davam etdirilməsi üçün Cavabdeh2 MTK-ya icazə verilməsi, 10-cu bəndə görə tikintisi yarımçıq qalmış 1 və 3 girisli yaşayıs binalarından və 4 ha torpaq sahəsində tikiləcək binalardan ("xxxx" MMC-nin aldadılmış alıcılarına veriləcək mənzillərin cəmi üzrə) Bakı səhər icra Hakimiyyətinə çatan 10%-lik mənzil payından imtina edir. Müqavilənin (Razılaşmanın) Cavabdeh2 MTK-nın öhdəlikləri üzrə 13-37-ci bəndlərində Cavabdeh2 MTK aşağıdakı öhdəlikləri götürüb: -23-cü bəndə görə mənzillərin "xxxx" MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş alıcıları tərəfindən məskunlaşdırılması üçün şəraitin yaradılmasını, -26-cı bəndə görə tikintisi yarımçıq qalmış 1 ədəd 1 girisli və 1 ədəd 3 girişli yaşayış binalarının öz balansına qəbul edilməsi, -29-cu bəndə görə "xxxx" MMC tərəfindən inşası tamamlanmamış 1 girişli və 3 girişli tikiniti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sənədləşmə isləri başa çatdıqdan sonra və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmdə başa çatdırılmasını, -31-ci bəndə görə "xxxx" MMC-nin payçılarına Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin (Cavabdeh3 MTK, “Qlobal Azəri” "xxxx" MMC, "xxxx" MMC) inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kvadrat metri 400 manatdan az olmamaq şərtilə təmin edilməsini, -34-cü bəndə görə "xxxx" MMC-nin payçılarına veriləcək mənzillərin bir kvadrat metrinin 400 manatdan artıq dəyərləndirilməyəcəyini və mənzilin 1 kvadrat metri üçün 400 manatdan aşağı müqavilə bağlamış alıcılardan 400 manat səviyyəsinə çatdırılmaqla əlavə ödənişlərin tələb edilməsini və sairləri öhdəsinə götürmüşdür. Həmin müqavilənin (Razılaşmanın) qeyd edilən bəndlərindən göründüyü kimi, "xxxx" MMCnin onlarla bağladığı müqavilələr üzrə icraçı kimi onlar sifarişçilərin-iddiaçıların qarşısında götürdüyü bütün öhdəliklər, o cümlədən mənzillər və qeyri-yaşayış sahələrinin tikilərək, onlara təhvil verilməsi öhdəliyi Cavabdeh2 MTK-nın öhdəliyinə verilmişdir. Buna görə onların da vəsaiti olan 2 ədəd yarımçıq tikili qeyd edilən Müqavilənin 26-cı bəndinə əsasən cavabdeh "xxxx" MTK-nın balansına verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27.10.2015-ci il tarixli hökmü ilə İddiaçı4 Cavabdeh2 MTK-ya qarşı 30.000 manat iddia tələbi tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.03.2016-cı il tarixli, 1(103)-105/2016 saylı qərarı ilə sözügedən hökmün iddiaçıya aid hissəsi ləğv edilmiş, mülki iddia üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Aİi inin 03.11.2016-cı il tarixli, 1(102)-1412/2016 saylı qərarı ilə adı çəkilən qərarın nəticə hissəsində dəyişiklik edilərək “icraata xitam verilsin” müddəası “həmin hissədə baxılmamış saxlansın” müddəası ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin iddiaçılar X4 və qeyrilərinin cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Cavabdeh2 Mənzil-Tikinti Kooperativliyinə qarşı "mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair" mülki iş üzrə 11.05.2018-ci il tarixli, 2(103)-4396/2018 saylı qərardadına əsasən Cavabdeh2 MTK-nın yuxarıda qeyd edilən müqavilə (Razılaşma) əsasında üzərinə götürdüyü öhdəliyin icra olunmasının müəyyən edilməsi üçün təyin edilmişdir. Audit yoxlaması ilə bağlı "xxxx" MMC-nin auditorları tərəfindən tərtib olunmuş 08.10.2018-ci il tarixli audit aktı müəyyən edilmişdir ki, Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən aldadılmış şəxslərə "xxxx" MTK-nın vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə mənzillərin verilməsi zamanı iddiaçılara mənzillər verilməmiş, zərər başqa qaydada ödənilməmişdir. Halbuki, digər şəxslərə dəymiş zərərin həcmindən artıq ölçüdə sahələr verilmişdir. Nəticədə iddiaçılara ümumilikdə 1.255,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən verilməmişdir. Belə olan halda cavabdeh necə iddia edə bilər ki, o, 16 dövlət qurumu ilə bağladığı Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir? Cavabdehin istinad etdiyi Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi M.Y.Hüseynov tərəfindən imzalanaraq təsdiq olunmuş siyahı cinayət işinin heç bir cildində, o cümlədən şikayətdə göstərildiyi kimi, cild 20, iş vərəqi 74- 111-də olmamışdır. Yəni iş materialları arasında belə sənəd yoxdur. Əgər dogrudan da belə sənəd varsa, qoy onda cavabdeh onu məhkəməyə təqdim etsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli, 121 saylı Səzəncamında qeyd edilir ki, “Aidiyyatı dövlət qurumları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar "xxxx" MMC-yə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci iil tarixli 688 saylı Sərəncamı və 12305 saylı inşaat pasportu Cavabdeh2 MTK-nın adına rəsmiləşdirilsin. İddiaçılarla Cavabdeh2 MTK arasında olan öhdəlik əvvəla yuxarıda adı çəkilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.03.2012-ci il tarixli, 121 saylı Sərəncamı ilə, habelə müvafıq dövlət orqanları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilə (Razılaşma)'' əsasında yaranmışdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Səzəncamı ilə iddiaçılara da məxsus əmlak payı bütünlüklə Cavabdeh2 MTK-ya verilmiş, sonuncunun üzərinə vəzifə qoyulmuşdur ki, "xxxx" MMC-nin rəhbər şəxslərinin qanunsuz əməllərindən zərər çəkən bütün şəxslərə dəymiş zərəri ödəsin, yəni onların "xxxx" MMC ilə bağladıqları müqavilələr üzrə öhdəliyi yerinə yetirsin. Həmçinin iddiaçılarla bağlanmış müqavilələr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Bu halda həmin müqavilələr üzrə “İcraçı”nın bütün öhdəlikləri qeyd edilən müqaviləyə görə Cavabdeh2 MTK-nın üzərinə düşüb. Deməli Cavabdeh2 MTK onlarla bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş ölçüdə mənzilləri onlara təhvil verməlidir. "xxxx" MMC-nin vəzifələri şəxsləri barəsində aparılan istintaq işi üzrə zərərçəkmiş şəxs qismində tanınsalar da, nə ibtidai istintaq zamanı, nə də işin məhkəmə baxışında onlara dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün heç bir tədbir görülməmiş, dövlət qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməmiş, Cavabdeh2 MTK həmin müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. Halbuki, iddiaçılar "xxxx" MMC ilə bağladıqları müqavilər üzrə üzərlərinə düşən əsas öhdəliyi, yəni sifarişçisi olduqları mənzil sahəsinə görə pay haqqını tam və ya qismən ödəyərək müqavilədə nəzərdə tutulmuş mənzil sahələrinə mülkiyyət hüququ əldə etmişdirlər. Bakı Apellyasiya Məhkəməsi MK-nın 28.12.2018-ci il tarixli, 2(103)-4396/2018 saylı qətnaməsi ilə onlarla bərabər cinayət işində zərərçəkmiş şəxs olan 15 nəfərin eyni cavabdehlərə qarşı eyni iddia tələbləri təmin edilmiş, Ali Məhkəmənin MK-nın 23.07.2019-cu il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2020 nömrəli iş üzrə 23 yanvar 2020ci il tarixli qərardadı ilə hər iki mülki iş eyni icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 nömrəli, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, “Şərur MTK, Cavabdeh3 MTK, Cavabdeh4 MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçılar ilə "xxxx" MMC arasında ayrıayrılıqda bağlanmış müvafiq "xxxx"lərə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi və ya ona yaxın ərazidə mənzilləri alıcılara verməyi, payçılar (iddiaçılar) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. "xxxx" MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh2 MTK ilə digər aidiyyəti qurumlar arasında imzalanmış razılaşmaya əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürmüşdür. Nəticə etibarilə, cavabdeh Cavabdeh2 MTK tərəfindən 1036 nəfər vətəndaşa 86.000 kv.m yaşayış sahəsi təhvil verilmişdir. Göründüyü kimi, razılaşma əsasında Cavabdeh2 MTK tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmişdir. Habelə, iddiaçılar istinad etdikləri müvafiq "xxxx"lər cavabdeh MTK ilə deyil, "xxxx" MMC arasında bağlanmışdır. Zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh2 MTK üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Qeyd edilən razılaşmadan savayı, iddiaçılar ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinin digər əsasları mövcud olmamışdır. Halbuki, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə olduğu halda, "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh2 MTKnin iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız bilinib rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə "Şərur” MTK tərəfindən 1036 nəfərə ümumilikdə 86.000 kv.metr yaşayış sahəsinin təhvil verilməsi barədə siyahı təqdim edilməmişdir. İddiaçılar bu şikayətin 1.2-ci bəndində qeyd edilən nəticə ilə qətiyyən razılaşmır ona görə ki, əvvəla onlar əminliklə bildirirlər ki, Cavabdeh2 MTK sözügedən cinayət işindən zərər çəkən 1036 nəfər vətəndaşa qeyd edilən 85.000 kv. metr yaşayış sahəsi verməmişdir. Çünki, işdə bu halı təsdiq edəcək heç bir mötəbər və təkzib edilməz sübut növü yoxdur. Belə ki, məhkəmə bu nəticəyə gəlmək üçün işdə olan və iddiaçıların iştirak etmədiyi - "X7” MMC-nin auditoru A.Ağayev tərəfindən tərtib edilmiş birtərəfli, əsassız və mötəbər sübutlara söykənməyən 10.06.2020-ci il tarixli akta istinad etmişdir. Sözügedən audit zamanı guya 133 ədəd müqavilə "Şərur” MTK-nın arxivindən tapıldığından bu hal deməyə əsas verir ki, 11.665 kv.metr yaşayış sahəsi 1036 nəfər zərərçəkmiş şəxsin siyahısına əsasən "Mur-Ay” MMCdən mənzil almış vətəndaşlara verildiyi müəyyən olunmuşdur. Qətiyyətlə bildirirlər ki, həmin akt tamamilə fərziyyələr əsasında tərtib edilmişdir. Ona görə ki, akta alavə olunmuş siyahıda adları göstərilənlərin şəxsiyyəti araşdırılmamış, siyahıdakılardan kimlərin əvvəlki cinayət işi üzrə (Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013cü il tarixli, 1 (101 )- 72/13 saylı hökmü ilə) zərərçəkmiş şəxs olub-olmamasını, onlara adı çəkilən MTK tərəfindən mənzillərin hansı qaydada verilməsini müəyyən etməmişdir. Bundan başqa və ən əsası, iddiaçıların zərərçəkmiş olduğu cinayət işi üzrə - 105 nəfər, (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü. Bu hökmlə İddiaçı4 "Şərur” MTK-ya qarşı 30.000 manat iddia tələbi tam, İddiaçı3 nümayəndəsi Şahbazov Mahir Vəkil oğlunun iddia tələbi isə qismən - 12.900 manat həcmində təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi CK-nın 09 mart 2016-cı il tarixli. 1(103)-105/2016 saylı qərarı ilə sözügedən hökmün hər iki mülki iddiaçıya aid hissəsi ləğv edilmiş, mülki iddia üzrə icraata xitam verilmiş. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 03 noyabr 2016-cı il tarixli. 1(102)- 1412/2016 saylı qərarı ilə adı çəkilən qərarın nəticə hissəsində dəyişiklik edilərək icraata xitam verilsin müddəası "həmin hissədə baxılmamış saxlansın” müddəası ilə əvəz edilmişdir) "xxxx" MMC-nin rəhbərlərinin əvvəlki cinayət işi (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/13 saylı işi üzrə isə 960 nəfər zərərçəkmiş şəxs olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cii il tarixli, 1 (101 )-72/l3 saylı hökmündə 960 nəfər zərərçəkmiş şəxsə dəymiş zərərlə bağlı cinayət işinin cild 18, iş vərəqi 341-346-da olan Razılaşma müqaviləsinin 44-cü bəndinə istinad edilib. Qeyd edilən hökmdə göstərilib ki, 960 zərərçəkmiş şəxsdən 77 nəfərinə dəymiş zərər ödənilməyib və məhkəmə bu sayda zərərçəkən şəxsə tələblərini mülki mühakimə icraatı qaydasında vermək barədə izah verib. Sonradan apellyasiya instansiyası məhkəməsinin 1 (103)-69/2015 saylı, 11 yanvar 2015-ci il tarixli qərarı ilə həmin 77 nəfərdən 12 nəfər zərərçəkmiş şəxsin mülki iddiaları təmin edilmiş. 65 nəfər zərərçəkmiş şəxsin isə mülki iddia tələbi qeyri-müəyyən qalmışdır. Beləliklə, sadə riyazi hesablamaya görə əvvəlki cinayət işi üzrə 960 zərərçəkmiş şəxsdən 77-nin zərəri ödənilməmiş, 12nin isə sonradan ödənildiyi halında: 960 - 77 +12 = 895 nəfər edir. Belə olan halda Cavabdeh2 MTK hansı əsasla iddia edə bilərdi ki, o, 1036 nəfərə 86.000 kvadrat metr mənzil vermişdir? Hətta iddiaçıların zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə 105 nəfər vətəndaşı əvvəlki cinayət işində olan 895 zərər çəkmiş şəxslə birlikdə hesablayanda yenə də (895+105 - 1000) 1036 nəfər etmir. Deməli cavabdehin istinad etdiyi '‘siyahıda” "Mur-Ay” MMC tərəfindən aldadılmış şəxslərə "Şərur” MTK tərəfindən mənzil verilmiş şəxslərin sayı saxtalaşdırılaraq şişirdilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli. 2(103)- 4396/2018 saylı qərardadı ilə '‘Şərur” MTK-nm yuxarıda qeyd edilən müqavilə (Razılaşma) əsasında üzərinə götürdüyü öhdəliyin icra olunmasını - "xxxx" MMC-nin qanunsuz hərəkətlərindən ziyan çəkən zərərçəkmiş şəxslərə mənzillərin verilməsi audit yoxlanması ilə araşdırılmış, müəyyən edilmişdir ki, bu prosesdə xeyli qanunsuzluqlar olmuş, ona görə də cavabdeh "Şərur” MTK onlara mənzillər verməkdən yayınmışdır. Hazırkı iddiaçılarla eyni cinayət işində zərər çəkmiş şəxs olan 15 nəfər iddiaçının eyni cavabdehlərə qarşı eyni iddia tələbi üzrə apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında audit yoxlaması aparılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 08 oktyabr 2018-ci il tarixli “Audit Aktı”nın 2-ci bəndində göstərilir ki, bəzi hallarda "xxxx" MMC ilə bir mənzil almaq üçün bir müqavilə bağlamış şəxslərə Cavabdeh2 MTK tərəfindən iki müqavilə bağlanaraq onlara əlavə olaraq artıq yaşayış sahələri verilmişdir. Həmin Aktın 3-cü bəndində göstərilir ki, 43 halda "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə mülki işin materiallarında olan Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən yaşayış sahələri verilmişdir. Həmin Aktın 4-cü bəndində göstərilir ki, "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış 8 şəxsə Cavabdeh2 MTK tərəfindən bağlanmış müqavilələrə əsasən də yaşayış sahələri verilmişdir. Həmin Aktın 5-ci bəndində göstərilir ki, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən "xxxx" MMC ilə yaşayış sahəsi almaq üçün bir müqavilə bağlamış şəxslərə müqavilədə göstərilmiş sahədən artıq sahə verilməsi halları da aşkar edilmişdir. Həmin Aktın 6-cı bəndində göstərilir ki, mülki işin materiallarında olan, Cavabdeh2 M T K tərəfindən təqdim edilmiş siyahıya (cədvələ) əsasən mülki işin materiallarında müqaviləsi olmayan 337 şəxsə də yaşayış sahəsinin (28291,43 kv.metr ) verilməsi nəzərə alınmışdır. "xxxx" MMC ilə alıcılar arasında bağlanmış müqavilələrlə müqayisədə 916 halda 7019,16 kv. metr, "xxxx" MMC ilə müqavilə olmadığı təqdirdə siyahıya əsasən 125 halda 11246,35 kv metr, cəmisi 18265,51 kv. metr yaşayış sahəsi alıcılara çox (artıq) verilmişdir. Həmin Aktın 7-ci bəndində göstərilir ki, eyni zamanda araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh2 MTK və ona yaxın şirkətlər tərəfindən "xxxx" MMC ilə bağlanmış müqavilələrə nisbətən alıcılara 229 halda cəmi 5737,45 kv. metr az yaşayış sahəsi verilmişdir. Belə olan halda cavabdeh və onun tərəfindən təşkil edilmiş adı çəkilən audit aktı necə iddia edə bilər ki, Cavabdeh2 MTK 16 dövlət qurumu ilə bağladığı Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir? İddiaçılar bu şikayətin 1,3-cü bəndində qeyd edilən nəticə ilə qətiyyən razılaşmır ona görə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29 mart 2012-ci il tarixli, 121 saylı Səzəncamında qeyd edilir ki, “Aidiyyəti dövlət qurumları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar "xxxx" MMC-yə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 saylı Sərəncamı və 12305 saylı inşaat pasportu Cavabdeh2 MTK-nın adına rəsmiləşdirilsin. İddiaçılarla Cavabdeh2 MTK arasında olan öhdəlik əvvəla yuxarıda adı çəkilən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29 mart 2012-ci il tarixli, 121 saylı Sərəncamı ilə, habelə müvafiq dövlət orqanları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilə (Razılaşmadan) əsasında yaranmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8125/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddialar təmin edilmiş, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 01.08.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzil ilə;. - İddiaçı2 "xxxx" MMC ilə bağladığı 04.02.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 127 kv.metr olan mənzil ilə; İddiaçı3 "xxxx" MMC ilə bağladığı 21.12.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzil ilə; İddiaçı4 "xxxx" MMC ilə bağladığı 19.01.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını 7.000 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzil ilə təmin etmək vəzifəsinin qoyulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılara öz hesabına 85.600 kvadrat metr mənzil verməklə bütün öhdəliyini yerinə yetirmişdir. Hazırki iddiaçılarla MTK arasında hər hansı müqavilə olmadığından onlar qarşısında heç bir öhdəliyin icrasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3621/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçılardan İddiaçı4 "xxxx" MMC ilə bağladığı mənzil tikintisi müqaviləsi üzrə ödədiyi pulun MMC-dən onun xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə ilə Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair hissədə iddia rədd edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mülki iş üzrə aldığı audit rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85.000 kv. metr yaşayış sahəsi verilməsini üzərinə götürmüş və 85272.3 kv. metr yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. həmin audit rəyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi yeni audit rəyi almadan digər mülki iş üzrə audit rəyinə istinad edərək iddiaları təmin etmişdir. Halbuki, həmin audit rəyi ilə hazırki iş üzrə iddiaçılara mənzil verilməsini və ya verilməməsini mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildir. Həmin audit rəyində bəzi alıcılara bağladığı müqavilələrdə nəzərdə tutulmuş mənzillərin ölçülərinə uyğun verildiyi, bəzi alıcılara həmin ölçüdən artıq verildiyi, bəzilərinə isə ümumiyyətlə verilmədiyi barədə gəlinən nəticə ümumi olaraq ifadə edilmiş və yalnız həmin rəyin alındığı mülki iş üzrə iddiaçılara mənzil verilmədiyi konkret olaraq göstərilmişdir. Apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin sübutların aid edilməsi və sübuların mümkünlüyü barədə müddəalarına əməl etmədən, digər məhkəmə mübahisəsi üzrə alınmış və hazırki iş üzrə iddiaçılarla bağlı xüsusatları aydınlaşdırmayan audit rəyinə istinad etməklə, qanuni və əsaslı hesab edilməyən nəticəyə gəlmiş, eyni zamanda İddiaçı4 iddiasını təmin edərkən yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 nümayəndəsi X1 və iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh2 MTK tərəfindən götürülmüş öhdəliyin tam icra edildiyini, "xxxx" MMC tərəfindən aldadılmış 1036 nəfərin Cavabdeh2 MTK tərəfindən 85272 kv.m yaşayış sahəsi ilə təmin edildiyini, artıq MTK-nın balansında bina qalmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarınaəsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1- ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin (ikinci baxış) mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələbləri qismən təmin edilməli, İddiaçı4 tələbləri rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Hazırki işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - İddiaçılar "xxxx" MMC ilə mənzil tikintisi müqavilələri bağlamışlar. Həmin müqavilələr üzrə "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilməmiş və mənzillər alıcılara (iddiaçılara) təhvil verilməmişdir. - Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə "xxxx" MMC-nin direktoru X2 və qeyriləri etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməkdə təqsirli bilinmişlər. - "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış 1036 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27.10.2105-ci il tarixli hökmü ilə hazırki iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 zərərçəkmiş şəxs qismində tanınmışdırlar. - Hazırki iş üzrə iddiaçılardan İddiaçı4 və İddiaçı3 cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş, yekun məhkəmə aktı ilə iddiaları baxılmamış saxlanılmışdır. - İddiaçı4 mülki icraat qaydasında iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı4 tərəfindən mənzil tikintisi üçün "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq İddiaçı4 ödənilməsi qət edilmişdir. - 16 dövlət orqanı və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK-nın rəhbərliyi zərərçəkmiş şəxslərin "xxxx" MMC ilə bağladıqları müqavilə əsasında almalı olduqları mənzillərin sahəsinə uyğun 85.000 kvadrat metr mənzil verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh2 MTK ilə başqa zərərçəkmiş şəxslər arasında oxşar məzmunlu məhkəmə mübahisəsi zamanı təqdim edilmiş 08 oktyabr 2018-ci il tarixli audit rəyindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə mənzillərin verilməsi zamanı həmin iş üzrə iddiaçılara mənzillər verilməmiş və zərər başqa qaydada ödənilməmişdir. Həmin audit rəyi ilə hazırki iş üzrə iddiaçılara mənzil verilməsini və ya verilməməsini mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildir. Həmin audit rəyində bəzi alıcılara bağladığı müqavilələrdə nəzərdə tutulmuş mənzillərin ölçülərinə uyğun verildiyi, bəzi alıcılara həmin ölçüdən artıq verildiyi, bəzilərinə isə ümumiyyətlə verilmədiyi barədə gəlinən nəticə ümumi olaraq ifadə edilmiş və yalnız həmin rəyin alındığı mülki iş üzrə iddiaçılara mənzil verilmədiyi konkret olaraq göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar "xxxx" MMC ilə ayrıayrılıqda müqavilə bağlayaraq dəyərlərini ödəməklə mənzillərə sahib olmaq arzusunda olmuşdurlar. Lakin, nəticədə "xxxx" MMC tərəfindən aldadılaraq müqavilə üzrə sahib olmalı olduqları mənzilləri əldə edə bilməmişdirilər. "xxxx" MMC-nin vəzifəli şəxslərinin hərəkətləri barəsində cinayət işi açılmış, iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Sonradan isə "xxxx" MMC-nin vəzifəli şəxslərinin hərəkətləri nəticəsində mindən çox vətəndaşa dəymiş ziyan müqabilində mənzillərin təhvil verilməsi aidiyyatı dövlət qurumları tərəfindən Cavabdeh2 MTK-ya tapşırılmışdır. Birinci instansiya məhkəməsi “X7” MMC-nin auditoru X8 tərəfindən Cavabdeh2Mənzil Tikinti Koperativi ilə bağlanmış AT-043 saylı 10.03.2020-ci il tarixli müqaviləyə əsasən mübahisəli yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə aparılmış auditin nəticələri barədə 10.06.2020-ci il tarixli akta əsaslanmaqla Cavabdeh2 MTK tərəfindən Razılaşma əsasında üzərinə götürdüyü öhdəliyi icra etdiyini əsas gətirmişdir. Lakin, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini tam və ətraflı həll etmədən qərar qəbul etmişdir. Məhkəmə, ilkin olaraq, cinayət işləri üzrə zərərçəkmiş şəxslərin dəqiq dairəsini müəyyən etməli və Cavabdeh2 MTK tərəfindən məhz həmin cinayət işləri üzrə zərərçəkmiş şəxslərə münasibətdə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilib-yetirilməməsi araşdırılmalı idi. İşdə olan audit aktlarından, həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadəsi alınmış auditorların ifadələrindən də aydın görünür ki, Cavabdeh2 MTK-nın “Razılaşma”nın icrası ilə icra hərəkətlərində qeyri-dəqiqliklər mövcuddur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə “Razılaşma”nın icrası ilə əlaqədar verilmiş mənzillərin “hansı müqavilələr üzrə kimlərə hansı ölçülərdə verilməsi” ilə bağlı siyahının mövcud olduğunu bildirsə də, məhkəmə tərəfindən bu siyahının təqdim edilməsi tələb edilmiş, dəfələrlə məhkəmə iclası bu səbəbdən təxirə salınmış, hətta məhkəmə iclaslarının təxirə salınması iddiaçıların etirazına səbəb olmuşdur, buna baxmayaraq cavabdeh tərəfindən bu sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması mübahisəsiz olduğundan və Cavabdeh2 MTK da "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə yaşayış sahəsinin verilməsini öz öhdəsinə götürdüyündən Cavabdeh2 MTK-nın iddiaçılar qarşısında öhdəliyi yaranmışdır. Bundan başqa məhkəmə kollegiyası iş üzrə kassasiya instansiya məhkəməsinin mövqeyindən çıxış edərək, işin faktiki hallarını araşdırmaqla bildirir ki, Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş siyahıda göstərilən şəxslərə “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh2 MTK arasında imzalanmış müqavilədə (Razılaşmada) göstərildiyi qaydada yaşayış sahələri verilməmişdir. Belə ki, 08 oktyabr 2018-ci il tarixli audit aktından göründüyü kimi bəzi hallarda müqavilələrdə olan miqdardan artıq, bəzi hallarda isə az yaşayış sahələri, eləcə də "xxxx" MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə də yaşayış sahələri verilmişdir ki, həmin halın mövcudluğu, hazırki iş üzrə iddiaçılara yaşayış sahəsi verilməməli olduğu anlamına gələ bilməz. Qeyd olunan artıq yaşayış sahələrinin verilməsi məhz Cavabdeh2 MTK-nın öz risk sahəsinə aid olmuşdur ki, bu məqamda Cavabdeh2 MTK öz hüquqlarından sui-istifadə edərək bəzi şəxslərə əlavə pul müqabilində artıq yaşayış sahələri vermişdir. Məhkəmə kollegiyasının Cavabdeh2 MTK-nın nümyəndəsi qeyd edilən halı, Cavabdeh2 MTK tərəfindən tikilmiş binalardakı mənzillərin sahələrinin "xxxx" MMC-nin vətəndaşlarla bağladığı müqavilələrdəki müvafiq sahələrlə üst-üstə düşməməsi ilə əsaslandırsa da, bu əsas da cinayət işi üzrə zərərçəkmiş şəxslərə mənzillərin verilməməsinin əsası kimi çıxış edə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iddia tələblərinə ümumilikdə qiymət verərək hesab edir ki, Cavabdeh2 MTK "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85000 kv.metr yaşayış sahəsi verilməsini üzərinə götürsə də, cavabdeh tərəfindən təqdim edilmiş aktla 85272,3 kv.metr yaşayış sahəsi verərək öhdəliyi tam icra etməsi görüntüsü yaratmaqla, həmin hal Cavabdeh2 MTK-nın müvafiq qurumlarla razılaşdırdığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin yerinə yetirməsi və razılaşdırılmış yaşayış sahəsindən artıq yaşayış sahəsi verilməsi anlamına gəlmir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçıların (İddiaçı4 istisna olmaqla) hazırki tələblərini mahiyyəti üzrə əsaslı hesab edir və onların iddiasına cavab verən şəxs Cavabdeh2 MTK-dır. İddiaçılar tələblərini Bakı şəhəri İcra Hakimiyyətinə, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə yönəltsələr də, kollegiya iddianı bu hissədə əsaslı hesab etmir. Belə ki, müvafiq razılaşma üzrə zərərçəkmiş şəxslərə mənzillərin verilməsi üzrə öhdəlik yalnız Cavabdeh2 MTK-nın üzərinə qoyulmuşdur. Kollegiya qeyd edir ki, İddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin edilməsini xahiş etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, İddiaçı3 tərəfindən müqavilə üzrə ödənilməli olan 42300 ABŞ dolları məbləğində puldan 15000 ABŞ dolları ödəniş edilmişdir. Bununla da, alınmış mənzil üçün ödənilməmiş cəmi 27300 ABŞ dolları borcu qalmışdır. İddiaçı3 müvafiq qalıq məbləği, yəni 27300 ABŞ dolları məbləğində pulu Cavabdeh2 MTK-ya ödəməli və Cavabdeh2 MTK ödəniş həyata keçdikdən sonra iddiaçını Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etməlidir. İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin edilməsini xahiş etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 saylı, 27 oktyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilir ki, onun tərəfindən müqavilə üzrə ödənilməli olan 57000 ABŞ dolları məbləğində puldan 43000 ABŞ dolları ödəniş edilmişdir. Bununla da, alınmış mənzil üçün ödənilməmiş cəmi 14000 ABŞ dolları borcu qalmışdır. İddiaçı1 müvafiq qalıq məbləği, yəni 14000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 MTK-ya ödəməli və Cavabdeh2 MTK ödəniş həyata keçdikdən sonra iddiaçını Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etməlidir. İddiaçı3 və İddiaçı1 tərəfindən müqavilə üzrə qalıq borc məbləğinin Cavabdeh2 MTK-ya ödənilməsi və Cavabdeh2 MTK tərəfindən onların mənzillə təmin edilməsi hərəkətləri eyni anda icra edilməlidir. İddiaçı3 və İddiaçı1 iddia tələblərində müqavilə ödənilməli olan məbləğin tam ödənildiyini qeyd etsələr də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 117 kv.metr olan mənzillə təmin edilməsini xahiş etmiş və onun tərəfindən mənzilin dəyəri tam şəkildə ödənildiyi işin mübahisəsiz halıdır. Belə olan halda, İddiaçı2 Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 117 kv.metr olan mənzillə edilməlidir. Məhkəmə kollegiyası, iddianın İddiaçı4 aid hissəsində qeyd edir ki, İddiaçı4 münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə ki, İddiaçı4 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilə üzrə ödənilmiş məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2(004)-11717/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış 19 yanvar 2010-cu il tarixli müqaviləyə əsasən ödənilmiş 30000 manat, gecikdirilmiş müddətə görə 10000 manat, cəmi 40000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 MTK-dan İddiaçı4 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2017-ci il tarixli, 2(103)- 4811/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2(004)-11717/2016 saylı qətnaməsi Cavabdeh2 MTK-ya münasibətdə ləğv edilərək iddia tələbinin ona münasibətdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2017-ci il tarixli, 2(103)-7143/2017 saylı qərarı ilə İddiaçı4 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı4 tərəfindən mənzil tikintisi üçün "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq İddiaçı4 ödənilməsi qət edilmişdir. Belə olan halda İddiaçı4 iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaları qismən təmin edilsin. İddiaçı4 iddiası rədd edilsin. İddiaçı1 "xxxx" MMC ilə bağladığı 01.08.2007-ci il tarixli müqavilə əsasında ödəməli olduğu 14000 ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) Cavabdeh2 MTK-ya ödənildikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etmək vəzifəsi Cavabdeh2 MTK-nın üzərinə qoyulsun. İddiaçı3 "xxxx" MMC ilə bağladığı 21.12.2006-cı il tarixli müqavilə əsasında ödəməli olduğu 27300 ABŞ dolları məbləğində pul Cavabdeh2 MTK-ya ödənildikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzillə təmin etmək vəzifəsi Cavabdeh2 MTK-nın üzərinə qoyulsun. İddiaçı3 və İddiaçı1 tərəfindən müqavilə üzrə qalıq borc məbləğinin Cavabdeh2 MTK-ya ödənilməsi və Cavabdeh2 MTK tərəfindən onların mənzillə təmin edilməsi hərəkətləri eyni anda icra edilsin. İddiaçı2 "xxxx" MMC ilə bağladığı 04.02.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 117 kv.metr olan mənzillə təmin etmək vəzifəsi Cavabdeh2 MTK-nın üzərinə qoyulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-482/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-482/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver