Məhkəmə qərarları › İş №2(103)-4823/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4823/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4823/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl olunması öhdəliyinin Cavabdeh oğunun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(005)- 2195/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli 2(103)- 3175/2021 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)- 2195/2020 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, müvafiq apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmadığından geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilən məhkəmənin qətnaməni yolladığı poçt zərfinin üzərindəki SS690532960AZ nömrəli ştrix kod əsasında azerpost.az internet adresindən çıxarılan məlumatdan görünür ki, məhkəmənin qətnaməsi olan zərf poçta 20.11.2020-ci il tarixdə təqdim edilmiş, həmin qətnamə iddiaçıya rəsmi olaraq 06.12.2020-ci il tarixdə saat 12:28-də çatdırılmışdır. Eyni zamanda hazırki şikayətə əlavə edilən bir digər sənəd, yəni, SS612292065AZ nömrəli poçt qəbzinin üzərində olan möhürdən görünür ki, qətnamədən apellyasiya şikayəti 05.01.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsini 06.12.2020-ci il tarixdə əldə edən iddiaçının həmin qətnamədən şikayət verməsi üçün qanunvericiliklə müəyyən edilən müddət 06.01.2021-ci il tarixdə başa çatırdı ki, iddiaçı bu tarixdən 1 gün əvvəl poçt vasitəsi ilə öz şikayətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qərardadında apellyasiya şikayətinin geri qaytarılmasının əsaslarından digəri olan dövlət rüsumu barədə qəbzdəki çatışmamazlıqla bağlı isə qeyd edilməlidir ki, nə Məcəllədə nə də ki, ‘‘Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsinin imperativ norması yoxdur. Qanunvericilik yalnız şikayətə dövlət rüsumunun ödənilməsini və məbləğini qeyd edərək bu hərəkəti etmək öhdəliyini müəyyən edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, şikayətə əlavə edilən məhkəmənin qətnaməni yolladığı poçt zərfinin üzərindəki SS690532960AZ nömrəli ştrix kod əsasında azerpost.az internet adresindən çıxarılan məlumatdan görünür ki, məhkəmənin qətnaməsi olan zərf poçta 20.11.2020-ci il tarixdə təqdim edilmiş, həmin qətnamə iddiaçıya rəsmi olaraq 06.12.2020-ci il tarixdə saat 12:28-də çatdırılmışdır. Eyni zamanda hazırki şikayətə əlavə edilən bir digər sənəd, yəni, SS612292065AZ nömrəli poçt qəbzinin üzərində olan möhürdən görünür ki, qətnamədən apellyasiya şikayəti 05.01.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apelyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, göründüyü kimi məhkəmə qətnaməsini 06.12.2020-ci il tarixdə əldə edən iddiaçı, qətnamədən apellyasiya şikayətini 05.01.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim etməklə, qanunvericiliklə müəyyən edilən müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsinin qərardadında apellyasiya şikayətinin geri qaytarılmasının əsaslarından digəri olan dövlət rüsumu barədə qəbzdəki çatışmamazlıqla bağlı isə kollegiya qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat, 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.4.1-ci maddəsinin tələbinə görə apelyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 (əlli) faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, göründüyü kimi, qanunvericilikdə dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsinin imperativ norması yoxdur. Qanunvericilik yalnız şikayətə dövlət rüsumunun ödənilməsini və məbləğini qeyd edərək bu hərəkəti etmək öhdəliyini müəyyən edir. İş materiallarından da göründüyü kimi, apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış 15 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X2 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-2195/2020 nömrəli qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)- 2195/2020 nömrəli qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar