Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4825/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2032/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2032/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı 24.12.2011-ci il təvəllüdlü X3 və 28.11.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddiaçı ilə barışdığını, apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hazırda cavabdehlə barışdığını, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin ərizəsini nəzərdən keçirib hesab edir ki, başqa əsaslar müəyyən edilmədiyindən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2032/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməli, dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2032/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin, Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2(103)-4825/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4825/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver