Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4827/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Hüquq və X9” X6rşı iş üzrə (Açar sözlər: müraciətə baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X9” X6rşı “müraciətə baxılmasının nəticələsinin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2102/2024 nömrəli 27 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Hüquq və X7” X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçi “Hüquq və X7” X12 Hüquqi tədqiqat şöbəsi, hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul olunmuşdur. 2.2-ci bəndinə əsasən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. 2.4-cü bəndinə əsasən işci 05 yanvar 2023cü il tarixindən işə başlayır.
2. 22 dekabr 2023-cü il tarixli, 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubunda göstərilmişdir ki, İddiaçı ilə “Hüquq və X7” X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin müddəti 30 dekabr 2023-cü il tarixində bitir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanmış əmək müqavaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 20-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam veriləcəkdir.
3. “Hüquq və X7” X8 26 dekabr 2023-cü il tarixli, 220/K nömrəli əmrinə əsasən hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı (aparıcı mütəxsəssiz) İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 20-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam verilməsi əmr edilmişdir.
4. İddiaçı şikayətlə müraciət edərək, bildirmişdir ki, “o, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində təsbit olunan əmək hüquqlarımın davamlı və sistematik olaraq Hüquq və X4 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı - baş mütəxəssis vəzifəsində işləyən Şahid (bundan sonra Ə.İ.M.) tərəfindən pozulması səbəbindən yazılı şəkildə müraciət etmək məcburiyyətindədir. 13 dekabr 2023-cü il tarixində keçirilən qiymətləndirmə zamanı ona Ə.İ.M-in 2023-cü ilin oktyabr ayının sonlarında İnstitutun Hüquq və kadrlar şöbəsinin müdiri Nümayəndə yanına gedərək, barəsində əsassız fikirlər bildirməsi haqqında məlumat verilmişdir. Həmin məlumata görə guya ki, o Ə.İ.M-i İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən kobud şəkildə itələmişdir. Halbuki həmin vaxt Ə.İ.M. İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən, o, şəxsin giriş qapısından çəkilməyini 3-4 saniyə gözləmiş, Ə.İ.M-in otağın giriş qapısından çəkilmədiyini görüncə sol əlini çiyninə sivil formada qoyaraq onu ehmalca kənara çəkmişdir. Əslində Ə.İ.M-in onun otağa girmək istədiyini gördüyü halda belə otağın giriş qapısının qarşısında dayanması və oradan çəkilməməsinin yeganə məqsədi onu neqativ xarakterli hərəkətlərə təhrik etmək cəhdi idi. O, yaratdığı vəziyyətlə onu inzibati xəta və ya cinayət xarakterli əməllərə təhrik etmək istəyirmiş. Ümumiyyətlə, Ə.İ.M-in barəmdə Nümayəndə şər-böhtan xarakterli məlumat verməsinin birbaşa məqsədi onun tez bir zaman ərzində işdən azad edilməyinə, ən pis halda isə müddəti 30 dekabr 2023-cü il tarixində bitəcək əmək müqaviləsinin uzadılmamasına nail olmaqdır. Ə.İ.M-in barəmdə Nümayəndə şərböhtan xarakterli məlumat verməsi ilə o, iş yerindəki işgüzar nüfuzuna xələl gətirməyə uğursuz cəhd etməklə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələri yerinə yetirməmişdir. Ümumiyyətlə, bu kimi neqativ hallar sağlamlığına mənfi təsir göstərməklə normal və sağlam əmək şəraitində işləməyinə maneə olur. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqları davamlı şəkildə pozulur. İlk öncə onu bildirir ki, Ə.İ.M. ilə olan stabil münasibətləri onun İnstitutdakı işçilər arasında barəsində apardığı anti-reklam kampaniyası və diskreditasiya "siyasəti” nəticəsində korlanmışdır. Belə ki, Ə.İ.M. 2023-cü ilin yanvar ayından etibarən əsassız olaraq barəsində “xain”, “ona kürək söykəmək olmaz", "təhlükəli adam" və buna bənzər həqiqəti ifadə etməyən fikirlər söyləyərək qanuni mənafelərini pozmuşdur. Onun Həmin qanunsuz hərəkətləri iddiaçının kollektiv arasındakı işgüzar nüfuzunu birmənalı şəkildə ləkələməyə yönəlmişdir. Ə.İ.M-in barəmdəki qanunsuz hərəkətləri ona məlum olduqdan sonra onunla bütün münasibətləri kəsmişdir. Bundan hiddətlənən Ə.İ.M. müəyyən şəxslər vasitəsi ilə onunla söhbət etmək istədiyini bildirmişdir. Bu səbəbdən Ə.İ.M. ilə 2023-cü ilin fevral ayında İnstitutun 9 saylı otağında söhbət edərkən ona münasibətlərinin daha əvvəlki kimi olmayacağını və barəmdə səsləndirdiyi fikirlərin şər-böhtandan başqa bir şey olmadığını bildirmişdir. Həmin söhbət zamanı Ə.İ.M-ə onun İslam dini pərdəsi altında gizlənərək (özünü ictimaiyyətə ibadət əhli kimi təqdim etməsi, addımbaşı İslam dinindən danışması, dini ayinlərin (namaz) icrasını ictimaiyyətin diqqətinə çatdırması və digər hallar), şeytani əməllərlə, yəni İslam dinində günah əməllərdən hesab edilən qeybətlə məşğul olduğunu diqqətinə çatdırmışdır. Təəssüflər olsun ki, Ə.M. İnstitutda qeybət, dediqodu və müxtəlif intriqalarla məşğul olmağı “işgüzar" həyatının başlıca amalına çevirmişdir. Ə.İ.M. bu yolla özünə işdə sərf etməyən və ya ona səbəbli-səbəbsiz "maneə" olan şəxsləri neytrallaşdırmağa çalışır. Buna dair digər faktlar yazılı şəkildə təqdim edəcəyim digər müraciətdə öz əksini tapacaqdır. Qeyd olunan qanunsuz əməlləri ilə mənim Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç" bəndində təsbit olunan əmək hüquqlarını davamlı şəkildə pozaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələri yerinə yetirməmişdir. Odur ki, Ə.İ.M. tərəfindən ona yönəlmiş olan və sistematik şəkildə təkrarlanan qanunsuz əməllərinin (iş yoldaşının qanuni mənafelərini pozması) qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən biri görülməsi, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqlarının təmin edilməsi, Ə.İ.M-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və "f" bəndləri ilə üzərinə düşən əsas vəzifələrə əməl etməsi tələb edilməsi, Ə.İ.M-i İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən hansı şəraitdə və hansı formada itələdiyi barəsində xidməti araşdırma aparılmasını xahiş etmişdir.”
5. “Hüquq və X7” X8 30 dekabr 2023-cü il tarixli “müraciətə baxılmasının nəticəsi barədə” məktubda göstərilmişdir ki, şikayətiylə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciət edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir.
6. İddiaçı “İş yoldaşlarının əmək hüquqlarının və qanuni mənafelərinin pozulması və əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi ilə bağlı” şikayətinin araşdırılması barədə xidməti araşdırmadan görünür ki, Hüquq və X4 Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - aparıcı mütəxəssis İddiaçı 14 dekabr 2023-cü il tarixində yazılı şikayət edərək, Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - baş mütəxəssis Şahid 2023-cü il oktyabr ayının sonlarında İnstitut rəhbərliyinə onun barəsində əsassız məlumatlar verdiyini bildirmişdir. İddiaçı bununla bağlı şikayətində bildirmişdir ki, guya Şahid İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən onu kobud şəkildə itələyıb. Həmin vaxt Şahid İnstitutun 14 saylı otağının giriş qapısında dayanarkən, onun giriş qapısından çəkilməsini 3-4 saniyə gözləmiş, lakin Şahid otağın giriş qapısından çəkilmədiyinı görüncə sol əlini onun çiyninə sivil formada qoyaraq ehmalca kənara çəkdiyini bildirmişdir. İddiaçı şikayətində Şahid otağın giriş qapısında dayanmasının məqsədinin onu neqativ xarakterli hərəkətə təhrik etmək olduğunu bildirmişdir. Onun məqsədinin 30 dekabr tarixində bitəcək əmək müqaviləsinin müddətinin uzadılmamasına nail olmaq olduğunu bildirmişdir. İddiaçı şikayətində Şahid öz qanunsuz əməlləri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "ç” bəndində təsbit olunan əmək hüquqlarını davamlı şəkildə pozaraq, Əmək Məcəlləsinin 10-cu maddəsinin "e" və "f" bəndləri ilə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmişdir. Şikayətlə bağlı araşdırma aparılmış, araşdırma zamanı Şahid izahat verərək, İddiaçı şikayəti ilə tanış olduğunu bildirərək, burada ona qarşı göstərilənlər əsassız olduğu üçün onları rədd etdiyini bildirmişdir. İzahatla İddiaçı 22 dekabr saat 12.30-da tanış edilmiş və tanış olması barədə qeyd yazaraq imzası ilə təsdiq etmişdir. M.Əliyev izahatında İddiaçı ona və digər iş yoldaşlarına qarşı mənfi münasibətinin olmasını, şöbədə bir neçə nəfərlə danışmadığını, İnstitutun 1-cı mərtəbəsində üz-üzə gələrkən İddiaçı 2 dəfə onun üzərinə gələrək insident yaratmağa cəhd etdiyini görərək kənara çəkildiyini və insidentin qarşısını aldığını bildirmişdir. Şahid izahatında İddiaçı şikayətində özünün onun iradəsinə zidd olaraq, ona heç nə demədən “sol əlimi onun çiyninə qoyaraq... kənara çəkmişəm" fikrinin absurd olduğunu, insanın onu görmədiyi halda heç nə demədən saymazyana əli ilə itələyib keçməsinin qeyri-etik davranış olduğunu bildirmişdir. Bununla bağlı İnstitut rəhbərliyinə müraciət etməsi nəticəsində İddiaçı sağlamlığına mənfi təsir etməsi barədə şikayətində göstərdiyinin tam əsassız və böhtan xarakterli olmasını qeyd etmişdir. Şikayət araşdırılarkən tərəflərin izahatlarını təsdiq edən şahidlərin olub-olmaması Şahid və İddiaçı soruşulmuş, lakin şikayətdə və izahatda yazılanları təsdiq edən şahidlərin olması müəyyən edilməmişdir. Araşdırma zamanı İddiaçı və Şahid öz izahatlarında 14 saylı otağın qarşısında baş verənləri təsdiq etsələr də, məsələyə fərqli yanaşmaları olmuşdur. Lakin tərəflər arasında mənfi münasibətin olması nəticəsində hər hansı bir hadisə baş verməmiş, əmək intizamı pozulmamış, iş yoldaşlarının əmək hüquqlarının və qanuni mənafelərinin və əmək qanunvericiliyinin tələblərinin pozulması baş verməmişdir. Şahid 14 saylı otağın giriş qapısının qarşısında dayanarkən baş verənlər barədə rəhbərliyə məlumatını İddiaçı özü də bildirmişdir: o, Şahid İnstitutun 14 saylı otağının giriş qapısında dayanarkən, onun giriş qapısından çəkilməsini 3-4 saniyə gözləmiş,
1. Əliyevin otağın giriş qapısından çəkilmədiyini görüncə sol əlini onun çiyninə sivil formada qoyaraq ehmalca kənara çəkdiyini bildirmişdir. Lakin, Şahid F Ələkbərovun onun iradəsinə zidd olaraq hərəkət etdiyini bildirmişdir. Şahid tərəfindən İnstitut rəhbərliyinə şifahi şəkildə iş yoldaşı tərəfindən əmək hüquqlarının pozulması barədə müraciət edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "ç" bəndinə əsasən, həyatının, sağlamlığının və əməyının mühafizəsını təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. Həmin hüquqlardan İddiaçı özü də istifadə edərək şikayət vermişdir. Araşdırma zamanı nə Şahid, nə də İddiaçı barəsində şikayətdə göstərilən hallarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini zəruri edən amillər müəyyən edilməmişdir. Şahid Əmək Məcəlləsinin 10-cu maddəsi ilə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verməmişdir. Tərəflərin bir-birinə qarşı mənfi münasibətlərinin olması müəyyən edilmişdir, lakin işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verilmədiyindən intizam tənbehinin verilməsi üçün əsaslar movcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, İşəgötürən, işçi qüvvədə olan Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilə bilərlər. Göstərilənlərə əsaslanaraq, hesab edirik ki, Hüquq və X4 Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - aparıcı mütəxəssis İddiaçı 14 dekabr 2023-cü il tarixli şikayətində Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - baş mütəxəssis Şahid intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2023-cü il tarixli Ş (ƏFTHİHİ) – 2/2023 nömrəli müraciətdə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 4 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 35-ci bəndində Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində təsbit olunan əmək hüquqlarının İnstutun Hüquqi tədqiqat şöbəsində hüquqi tədqiqatçısı – baş mütəxəssis vəzifəsində işləyən Şahid tərəfindən davamlı və sistematik olaraq pozulması səbəbindən həmin dövrdə işlədiyi təşkilatın rəhbəri X1 14 dekabr 2023- cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli şikayətlə (daxilolma nömrəsi : 199) yazılı formada müraciət etmişdir. Yazılı müraciətində Şahid tərəfindən ona yönəlmiş olan və sistematik şəkildə təkrarlanan qanunsuz əməllərinin (iş yoldaşının qanuni mənafelərini pozmasl) qarşısının alınması məqsədilə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci bəndində Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqlarının təmin edilməsini, Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələrə əməl edilməsinin tələb edilməsini və onu institutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən hansı şəraitdə və hansı formada “itələməyiylə” əlaqədar səsləndirdiyi iddialarla bağlı ixdməti araşdırmanın başlanılmasını xahiş etmişdir. 14 dekabr 2023-cü il tarixli şikayətini təşkilatın rəhbərinə yazılı formada təqdim etdikdən 8 gün sonra, yəni 22 dekabr 2023-cü il tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinə çağırılaraq, ona işgötürənlə başladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023-cü il tarixində xitam veriləcəyi ilə əlaqədar 22 dekabr 2023-cü il tarixli 002/07-503 nömrəli xəbərdarlıq təqdim olunmuşdur. Bununla da pozulmuş olan əmək hüquqlarının təmin edilməsi məqsədilə X5 sədri X1 etdiyi yazılı müraciətə görə elə onun özü tərəfindən təqibə məruz qalaraq əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 30 dekabr 2023-cü il tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinin müdirinin otağına dəvət olunaraq, ona 14 dekabr 2023-cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli şikayətinə baxılmasının nəticəsi ilə bağlı 30 dekabr 2023-cü il tarixli 002/07-517 nömrəli sənəd təqdim olunmuşdur. Həmin sənədin üçüncü abzasında “şikayətinizlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciət edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir” sözləri qeyd edilmişdir. 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin “b” bəndinə isitnad olaraq, “Hüquq və X7” X12n 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri ilə xitam verilmişdir. İnstitut rəhbərliyi müraciətinə baxarkən, Şahid İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayandığı zaman onu hansı şəraitdə və hansı formada “itələməyiylə” bağlı səsləndirdiyi iddiaları həmin şəxsin 22 dekabr 2023-cü il tarixli yazılı izahatını nəzərə almasalar, faktiki olaraq araşdırmadan bu qənaətə gəlinib ki, “Şikayətinizlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciəy edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir”. İnstitut rəhbərliyi faktiki heç bir araşdırma aparmadan onun əmək hüquqlarının və qanuni mənafelərinin pozulmadığı, əksinə olaraq Şahid əmək hüquqlarının və qanuni mənafeyinin tərəfindən pozulması qənaətinə gəlmişdir. Halbuki İnstitut rəhbərliyi gəldiyi nəticə ilə bağlı heç bir əsaslı dəlil və sübut gətirə bilməmişdir.
9. Şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, aralarındakı problem qeyri-müəyyən olan səbəblərdən ötrü yaranmışdır. Şəxs o, və iş yerindəki digər əməkdaşlarla ünsiyyətdə olmayıb, onlarla danışmayıb. Bu vəziyyət yay və payız aylarına qədər onu narahat etməyib. O, öz işini görürmüş. Bağlı olduğu şöbənin müdirindən nə iş gördüyü haqqında məlumat alırmış. Sadəcə onu əlaqəndirən işlərdə məlumat alırmış. Bu vəziyyat avqust ayına qədər belə davam edib. Həmin vaxt iş yerində dəhlizdə gedərkən İddiaçı üzərinə tərəf gəldiyini görüb. O, kənara çəkilməyə məcbur olaraq, iddiaçıya yol vermişdir. O, da rəhbərliyə bunu bildirmişdir. Sentyabr ayında eyni dəhlizdə eyni hadisə yaşanmışdır. O, yenə iddiaçıya qarşı təmkinli davranmışdır. Oktyabr ayında isə onu, itəliyərək keçmişdir. Bu məsələ ilə bağlı yenə rəhbərliyə yaxınlaşmışdır. Rəhbərliyə İddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Həmin danışığın rəhbər şəxsin yanında baş tutmasını istədiyini qeyd etmişdir. İddiaçı həmin danışıq baş tutmadan əvvəl məzuniyyətə çıxmış və bu danışıq baş tutmamışdır. Həmin hadisədən vaxt keçdiyi üçün üzərinə getməmişdir. Dekabr ayında İddiaçı onun barəsində şikayət verdiyini öyrənmişdir. Bu məsələ ilə bağlı izahatı alınmışdır. Qarşı tərəfdən izahat alınıb-alınmaması ilə bağlı məlumatı yoxdur. Ona heç bir xəbərdarlıq olunmayıb. Yaranmış vəziyyətlə bağlı ona məlumat verilmişdir və o, da izahat vermişdir. Ehtiyac olduğu halda şahidlərində dindirilə biləcəyini də demişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 may 2024-cü il tarixli 2(004)-2102/2024 nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia rədd edilmişdir.
11. Məhkəmə iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək belə hesab etmişdir ki, İddiaçı cavabdeh "Hüquq və X7" X10 ünvanladığı xx.xx.2023-cü il tarixli Ş(ƏFT-HİHİ) 2/2023 nömrəli müraciəti (şikayəti) cavabdeh tərəfindən tam, hərtərəfli, obyektiv və qanunauyğun şəkildə araşdırılmış, nəticəsi barədə qanunamüvafiq qaydada iddiaçıya məlumat verilmişdir. İddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2, 186.3, 287, 288-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun təqdim etdiyi mötəbər sübutlara və verdiyi izahatlara MPM-nin 88-ci maddəsinin tələblərinə zidd olaraq qərəzli və subyektiv hüquqi qiymət vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 12, bənd “e”. Əmək münasibətləri sahəsində işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq işəgötürənin əsas vəzifələrindən hesab olunur.
19. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
20. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
21. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının müraciətinə baxılarkən qanunvericiliyin tələbləri pozulmamışdır.
31. İddiaçı onunla eyni müəssisədə işləyən Şahid hərəkətləri nəticəsində onun əmək hüquqlarına və mənafelərinə zərər dəyməsi barədə şikayət ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsi, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqlarının təmin edilməsi, Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və "f" bəndləri ilə üzərinə düşən əsas vəzifələrə əməl etməsinin tələb edilməsi, Şahid İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən hansı şəraitdə və hansı formada itələdiyi barəsində xidməti araşdırma aparılmasını xahiş etmişdir.
32. İddiaçının şikayəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciət edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2102/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.