Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4829/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı2 Yusif oğlunun, onun vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 15 mart 2021-ci tarixli, 2(004)-481/2019 saylı qərardadından iddiaçılar İddiaçı2 Yusif oğlu və İddiaçı1 Yusif oğlu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Yüzasif oğlu Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(103)-15707/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş Yasamal rayon Məhkəməsinə geri qaytarılmışdır. Yasamal rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(004)-481/2019 saylı qərardadı ilə Cavabdeh apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 mart 2021-ci tarixli, 2(004)-481/2019 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Yüzasif oğlu tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 mart 2021-ci tarixli, 2(004)-481/2019 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 07 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh iki il keçəndən sonra məhkəməyə ərizə təqdim edərək, Yasamal rayon məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilərək işin Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, cavabdehin məqsədi sadəcə olaraq müddəti uzatmaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili müddətin bərpasına dair müraciət edərək bildirdi ki, gödərilən poçt zərfinin məhkəmədə işə əlavə edilməyib. Ona görə də belə götünür ki, sanki vaxt ötürülüb. Əslində isə qəbz var və həmin qəbz də iş materiallarına əlavə edilmişdir. Qəbzdən görünür ki, şikayət 27 noyabr 2019-cu ildə poçta təhvil verilmişdir. Zərf işə əlavə edilmədiyi üçün şikayətə Apelyasiya məhkəməsində baxılarkən görsənib ki, şikayət verilmənin son günü 28.11.2019-cu il tarixi olsa da, şikayət məhkəməyə 02.12.2019-cu il tarixdə daxil olub. Bu səbəbdən də Apelyasiya məhkəməsi şikayəti geri qaytarıb və nəticə etibarə ilə də şikayətə bu günə qədər baxılmayıb. Bakı şəhəri Yasmal rayon məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(004)-481/2019 saylı qərardadı ilə əsassız olaraq cavabdeh Əliyarov Нəmid Məsim oğlunun ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdehin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmə müddəti bərpa edilmişdir. Qeyd edilən qərardadın surəti iddiaçılara 30 mart 2021-ci il tarixdə təqdim edilmişdir. Ona görə də, məhktəmənin 15.03.2021-ci il tarixli qərardadı ləğv edilıməlidir. Belə ki, qarşı tərəfin göstərdiyi kimi müddətin bərpasına dair ərizəyə qəbzi və zərfin surətini o özü təqdim etməli idi. Əgər vaxtında təqdim olunmamışdırsa, bu onun öz günahıdır. Bundan əlavə cavabdeh Yasamal rayon İcra Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişi 28 oktaybr 2019-cu ildə qəbul etmiş və şəxsən özü imza etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Yusif oğlu və onun vəkili X4 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 mart 2021-ci tarixli, 2(004)-481/2019 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsi Cavabdeh ərizəsi əsasında 28.10.2019-cu il tarixdə verilmişdir. Müddətin bərpasına dair ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, o, Yasamal rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(004)-481/2019 saylı qətnaməsindən apelyasiya şikayətini 27.11.2019-cu il tarixdə poçta vermişdir. Beləliklə də o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 Yusif oğlu və İddiaçı1 Yusif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 15 mart 2021-ci tarixli, 2(004)- 481/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4829/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4829/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver