Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4829/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxan Rayon Məhkəməsi, iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3151/2024 saylı mülki işə baxılıb qurtaranadək dayandırılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1 və 254.1.4-cü maddələrinin mənasına görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. MPM-in 256.0.3-cü maddəsinə görə, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3151/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh LPO "xxxx" ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh LPO "xxxx" ASC-nin iddiaçılara qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-791/2024 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilmiş, iş məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “borcun ödənilməsi tələbi barədə” iddiasının əsasını Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 791/2024 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş hallar və həmin hallara əsasən Binəqədi Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə təşkil edir. Binəqədi Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən həmin iş üzrə iddiaçılardan biri olan Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mümkün hesab edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılacaq həmin 2(103)-3151/2024 saylı mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minməyənədək hazırki işin icraatına əsas olmuş iddianın həlli mümkün deyil. Çünki qeyd edilən həmin iş üzrə qəbul edilə biləcək məhkəmə aktı ilə müəyyən olunacaq hallar hazırki işin nəticəsinə təsir göstərə bilər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Hazırki işin həllinin digər işin nəticəsindən asılı olmaması ilə bağlı iddiaçının şikayətinin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi üçün əsas müəyyən edilmir. Buna görə də, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4829/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4829/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver