Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4833/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), X6 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, Bakı şəhəri Pirallahı rayon Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin rəis müavini Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası və Probasiya Xidməti Baş İdarəsi, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin keçmiş işçisi, hal-hazırda Pirallahı rayon Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin rəis müavini Cavabdeh2 və Nizami rayonu Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsinin icra məmuru Cavabdeh3 qarşı "pul” tələbinə dair mülki işə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4735/2019 saylı işi üzrə 05.11.2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar iddia ərizəsi ilə 08.07.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixdəki 2(005)-1733 saylı qətnaməsinə əsasən, "xxxx” MMC tərəfindən onlara ödəniləcək 38400 AZN pulun halhazırdakı dəyərinin devolivasiyaya görə 71328 AZN sayılması, devolivasiyaya görə qətnamə çıxarılacaq 71328 AZN-nin onlara ödənişinə cavabdeh kimi Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası və Probasiya Xidməti Baş İdarəsinə qoyulması, Pirallahı rayonunun İcra və Probasiya şöbəsinin rəis müavini, ədliyyə mayoru Oktay İsayevdən 3840 AZN geri alınmasının təmin edilməsi, barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi və Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh3 onlara vurduğu maddi və mənəvi ziyana görə aylıq əmək haqqının 3 misli qədər onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: İddiaçı1 tərəfindən imzalanmış 03.11.2016- ci il tarixli qəbzin surətinə əsasən, Ağayev X3 Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli icra vərəqəsi üzrə "xxxx” MMC-dən tutulmalı olan 38400 manat məbləğində puldan həm özünə, həm də digər şəxslər arasında bölüşdürülməsi məqsədilə 5249 manatı nağd şəkildə götürmüşdür (səh.72); Nizami Rayon Məhkəməsinin 8(007)-827/2017 saylı,13.07.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Cavabdeh3 təqdimatı rədd edilmişdir (səh.82); Nizami Rayon Məhkəməsinin 8(007)-827/2017 saylı, 29.12.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Cavabdeh3 təqdimatı rədd edilmişdir (səh.84); 30.03.2018-ci il tarixli aktın surətinə əsasən, borclu "xxxx” MMC ünvan 1 ünvanında fəaliyyət göstərmir, həmçinin qanuni təmsilçisi Yıldırım Çağlı qeyd edilən ünvanda yaşamır (səh.88); 09.04.2018-ci il tarixli icra edilməyən icra sənədinin qaytarılması haqqında qərarı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Cavabdeh3 10.10.2016-cı il tarixli qərarla icraata başlanılan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 25.06.2015-ci il tarixli icra sənədi Nərimanov Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır (səh.89). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4735/2019 saylı işi üzrə 05.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələrinə; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qətnaməsinin icra olunmaması iddiaçının iddia etdiyi kimi icra məmurları - Cavabdeh2 və Cavabdeh3 hərəkətsizliyi ilə bağlı deyildir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, icra məmurları qətnamənin icrası ilə bağlı tədbirlər görmüşdür. Lakin borclu "xxxx” MMC-nin fəailiyyətini dayandırması və onun adına pul vəsaiti, daşınmaz əmlak, qiymətli kağızlar və nəqliyyat vasitəsinin aşkar olunmaması səbəbindən icra sənədi icra edilmədən geri qaytarılmışdır. Bundan əlavə, iddia ərizəsində icra məmuru Cavabdeh2 5240 manat puldan 2840 manatını götürdüyü qeyd edilsə də, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 "xxxx” MMC-dən tutulmalı olan 38400 manat məbləğində puldan həm özünə, həm də X7, X8, İddiaçı2, X5, İddiaçı3 və İddiaçı4 arasında bölüşdürülməsi məqsədilə 5249 manatı nağd şəkildə götürməsinə dair qəbzi imzalamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2(004)-4735/2019 saylı qətnaməni ləğv edərək işə mahiyyəti üzrə yenidən baxaraq ədalətli qərar qəbul edilməsini, törətdikləri qanun pozuntusuna görə vətəndaşların qanunla qorunan mənafeyinə əhəmiyyətli zərər dəydiyinə, rüşvət alma faktının mövcudluğuna və əməldə vəzifə səhlənkarlığı olduğuna görə dövlət məmurları barəsində əlavə olaraq xüsusi qərardad çıxarılaraq Respublika Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 385.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Nizami rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayon məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(005)-1733 saylı qətnaməsini rüşvət almaqlarına baxmayaraq bilərəkdən icra etmədiklərinə görə həmin əməkdaşlara görə onların baş idarələrinin (Yasamal rayon ərazisində yerləşdiyi üçün) qətnamənin icrasına cavabdeh qoyulması üçün Yasamal rayon məhkəməsinə müraciət etmiş, bu iki əməkdaş (icra məmurları: Cavabdeh3 və İsayev Oktay) rüşvət almalarına, süründürməçiliyə yol verdiklərinə, bilərəkdən funksional vəzifələrini icra etməkdən boyuq qaçırdıqlarına görə qanunlara görə bədəlini ödəsinlər. Məhkəmə qərarları Baş İcra və Probasiya idarəsi pul tələbinə cavabdeh kimi qoyulsun. Onlar icra məmuru X9 götürdüyü pulun geri qaytarılmasını və iş üzrə qərardad çıxarılaraq prokurorluğa göndərilməsini, icra məmuru Cavabdeh3 isə dəfələrlə rüşvət istəməsini, bilərəkdən qətnaməni icra etməməsi ilə vurduğu ziyanın bədəlini ödəməsini istəmişlər. Belə məntiqi nəticə hasil etmək olar ki, Ədliyyə nazirliyinin əməkdaşları rüşvət tələb edə və rüşvət ala da bilərlər. Onlar məhkəmədə rüşvət aldıqlarını qismən də olsa etiraf etdilər. Məmurların qeyri-qanuni hərəkətlərini, eləcə də funksional vəzifələrinin icrasına cavabdeh olan Məhkəmə qərarları İcra və Probasiya Baş İdarəsinin icra haqqında Azərbaycan Respublikası Qanununun 88-ci maddəsinə görə cavabdeh kimi qoyulmasını xahiş etmişlər Ədalət və humanistlik prinsipi yaddan çıxaraq demək olar ki, hakim tərəfindən əməkdaşlar müdafiə edildi. Məhkəmə baxışı zamanı bildirdilər və məhkəmədə məlum oldu ki, Nərimanov Rayon Məhkəməsi “xxxx” MMC tərəfindən iddiaçılara pul ödənilməsinə dair 2 qətnamə çıxarmışdır. Onlar qətnamədən 2 ay sonra çıxan qətnamə Oktay İsayev tərəfindən icra edilmiş, icradan qalan artıq 5240 AZN pula ondan qəbz almışdır. Ancaq həmin məbləğin 2840 AZN-i Cavabdeh2 tərəfindən götürülmüşdür. Məgər o inkar etmişdir ki, qəbzi o imzalamamışdır? X16 inkar edir ki, pulu götürməyib? (Məhkəmənin stenoqramına yenidən baxın). Ona sualla müraciət edə bilinər ki, nəyə görə bir məhkəmə qərarı icra edilir, biri yox? Nəyə görə üç ay müddətində 2-ci məhkəmə qərarını icra etməmişdir? Məhkəmə qərarlarının icrasına Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa görə 2 ay vaxt verilir. Nizami rayon İcra və Probasiya şöbəsinin əməkdaşı Cavabdeh3 məhkəmə baxışı zamanı onlara yox, məhkəməyə aydınlıq gətirə bildi ki, nəyə görə müddəti bitmiş icra müqaviləsinə əsasən icraatı dayandırmış, Nizami rayon məhkəməsinin hakimi Habil Əhmədov tərəfindən yanlış qətnamə çıxarmasına imkan yaratmış, nəyə görə aktda göstərilən əmlaklara dair məhkəməyə təqdimat verməmiş, nəyə görə üzərinə həbs qoyulmuş əmlakların saxlamağa verilmiş şəxs tərəfindən çıxarıb aparılmasına dair polis və ya öz istintaq orqanlarına məlumat verməmişdir? Bu suallara əməkdaşın cavabını onlar eşitmədilər. Əsas kimi göstərilən bank hesablarına (“xxxx” MMC-nin) və nəqliyyat vasitəsinin olub-olmasına dair sorğunu Nərimanov rayon İcra və Probasiya şöbəsinin əməkdaşı göndərmiş, “xxxx” MMC-nin hüquqi ünvanına olan sorğunu isə 1-ci dəfə iş Nizami rayon İcra və Probasiya şöbəsində olduqda o əməkdaş göndərmişdir. Məhkəmə qətnaməsi tam qərəzlidir və obyektiv həqiqət təhrif olunmuşdur.Yuxarıda sadalananları nəzərə alaraq yenə fikrinin üzərində dayanırlar. Azərbaycan RK və Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun tələblərinə əsasən Nərimanov RM-nin 2(005)-1733/2015 saylı qətnaməsini bilərəkdən icra etmədiklərinə, yayındıqlarına, funksional vəzifələrini icra etməyərək aşağıdakı bəndlərdə göstərilən tələbləri icra etməli olduqları halda icra etməmişlər: 1)"xxxx" MMC - inşaat apardığı ərazinin kimə məxsusluğu və o ərazinin kimdən icarəyə götürdüklərinə dair icarə müqaviləsini rəsmi olaraq əldə etməmişlər (X11 Şəhərdən icarəyə götürmüşdülər ödəmədiklərinə görə mübahisə gedirdi); 2)"xxxx" MMC ilə "xxxx" ASC ilə bağlanmış 09.08.2012-ci il tarixli YJC-2012-01 saylı müqaviləni əldə etməmişlər. Aydınlaşdırmamışlar ki, hansı texniki imkanlarına, əmlaklarına görə "xxxx" ASC 40 mln-luq tikinti- quraşdırma işini "xxxx" MMC-yə həvalə etmişdir; 3)Onlara pulun müqabilində vermək istədikləri 50 m uzunu, 10 m enində olan sendviç paneli ofis binasının kimə aid olmasını müəyyən etməmişlər. Belə ki, "xxxx" MMC tikinti qurtardıqdan sonra tikinti meydançasında qalan ofis, yeməkxana, yataqxana, anbar binalarını, "xxxx" MMC-yə satmışdır; 4)Bu ofis binasının üzərinə Nizami Rayon Məhkəməsinin hakimi Habil Əhmədov tərəfindən 2016-cı il tarixdə 8(007)-1008/2016 saylı qərarla Nərimanov Rayon Məhkəməsinin 23 nəfərin iddiasının təminatı üçün olan 11 sentyabr 2015-ci il tarixli 2(005)-3121/85 saylı qətnaməsinin icra edilməsi üçün həbs qoymuşdur. Şikayətçilərin tələbləri təmin olunduqdan sonra bu ofis binası artıq qalmışdır. Dəfələrlə deyilsə də onların pul tələblərinin ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(005)-1733/2015 saylı qətnaməsinin icra edilməsi üçün Nizami rayon məhkəməsinə təqdimat göndərmədilər və istəmədilər. Yalan danışaraq onları aldatdılar ki, onlara ofis binasını verdikdən sonra sənədləşdirmə aparacaqlar; 5) 2 və 3 noyabr 2016-cı il tarixdə ASAN Xidmətdə yerləşən notarius xidmətindən (Reyestr nömrələri TE - 60726; TE - 60884) ustalardan onun adına etibarnamə götürülməsini tələb etdilər. Məqsəd tək onun tərəfindən iltizam verilsin ki, 2840 AZN o götürür, ustalara paylayacaq. Tək-tək ustalarla danışmağın çətin olduğunu bilirdilər. Bunu onların əvvəlki 23 nəfər xxxxa da tətbiq etmişlər. Əməllərini həyata keçirmək üçün bir nəfərə etibarnamə verdirmişlər. Bir daha xidmət haqqı olaraq notariusa 2 dəfəyə 22,80 AZN keçirərək ziyana salmışlar. 6) Bizə aid qətnamənin icrası üçün 23 nəfərə aid qətnamənin icrası təmin edildikdən sonra (iddiaçıların tələbi tam təmin edildikdən sonra) qalan 5240 AZN pul bizə verərkən gözə görünməz xərc adı ilə 2840 AZN götürmüşlər. Nə qətnaməni icra etmişlər, nə də pulu qaytarmışlar; 7)"xxxx" MMC-nin əmlakına iddia edən "Eray YS TLŞ"-nin bunlara təqdim etdiyi müqaviləni oxumamış və aşkar etməmişlər ki, bu müqavilənin etibarlığı 12.08.2014cü ildə bitmişdir. 8) Banka sorğu göndərilərək "xxxx" MMC-nin tərəfindən "Eray YS TLŞ"yə "xxxx" MMC-yə icarəyə və ya əmlakın özününküləşdirilməsinə görə nə qədər məbləğ ödəməsi aydınlaşdırılmamışdır; 9) 5 nəfər vergi və 2 nəfər polis əməkdaşlarının iştirakı ilə "xxxx" MMC-nin əmlakına baxış keçirərək üzərinə həbs qoyulması üçün tərtib edilmiş akt barəsində qanun tələbi ilə 24 saat müddətində, ümumiyyətlə indiyə qədər Nizami Rayon Məhkəməsinə təqdimat verməmişlər. 10)Əmlaka dair akt bağlayaraq, bağlandıqdan sonra etibar edərək saxlanmağa verdikləri "xxxx" MMC-yə heç bir aidiyyatı olmayan adamlar tərəfindən 18 ədəd kondisioner çıxarılıb aparılmış, bu barədə Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 52.4 maddəsinin tələbinə əsasən əmlak və cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişlər; 11)Mart 2017-ci ildə ona bildirmişlər ki, baş idarədən icazə alıblar, sabah lazımi sənədləşdirmə aparmaqla ofis binasını, vaqon relslərini, trubaları onlara verəcəklər. Ona görə onlar əmlakı söküb aparmaq üçün kran, maşınlar və fəhlələr gətirməlidir. Əmlakın alıcıları 2 kran, 3 maşın, 25 fəhlə gətirdilər, hətta yarana biləcək münaqişənin qarşısını almaq üçün polis bölməsindən 2 nəfər polis zabiti dəvət edildi. Bütün dedikləri hazır olduqları halda dediklərini etməyərək əmlakları "xxxx"yə heç bir aidiyyatı olmayan şəxsə həvalə etdilər. Alıcılar saat 16:00-a kimi orada vaxt itirdilər. Heç bir iş görülməsə də nəqliyyat vasitələrinin sürücüləri, kranovşiklər, fəhlələr onlar işləyib-işləməməklərinin fərqinin olmadığını bildirdilər və gündəlik danışılan əmək haqqını tələb etdilər. Onlar alıcılardan 2000 AZN pul tələb etdilər. Alıcılar da dəyən ziyanın yarısını, yəni 1000 AZN-i ondan aldılar. İcra məmurlarının qorxaqlığına görə yenidən o, 1000 AZN ziyana düşdü. 12) Nərimanov Rayon Məhkəməsinin qətnaməsini oxumamışlar. Orada məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, "xxxx" MMC baş ofisi İstanbulda yerləşən "xxxx" MMC-nin Bakı filialıdır. 2 dövlətin Ədliyyə Nazirlikləri arasında 2002-ci ildə qarşılıqlı köməyə görə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən pulu burada ala bilmirdilərsə, baş ofisdən tələb etməli idilər. Etmədilər. 13) Əmlakın olmamasına dair hətta yalançı tərtib edilmiş akt barəsində Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 3 gün müddətində tələbkara məlumat verməli idilər, verməmişlər. 14) Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən onlara ödəniləcək 38400 AZN-i təmin edə bilərək əmlaka dair Nizami Rayon Məhkəməsinin əmlak siyahısı verməmiş, yəni 7000 və ya 8000 AZN satışdan sonra çıxara biləcək turba barəsində Nizami rayon Məhkəməsinə təqdimat vermiş. Onu da sübuta yetirə bilməmişlər ki, bu "xxxx"-nin əmlakıdır. Bilərəkdən bizi illərlə məhkəmələrdə süründürmüşlər. Şərh edilənlərə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, göstərilən xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmalı və yeni, ədalətli qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, Nərimanov Rayon Məhkəməsi “xxxx” MMC tərəfindən iddiaçılara pul ödənilməsinə dair 2 qətnamə çıxartdığını, çıxan qətnamənin Oktay İsayev tərəfindən icra edildiyini, icradan qalan artıq 5240 AZN pula ondan qəbz alındığını, ancaq həmin məbləğin 2840 AZN-i Cavabdeh2 tərəfindən götürüldüyünü, sonra həmin pulu yerinə qaytarmadığını, sonra 4 ay qətnaməni icra etmədiyini, 2017-ci ilin mart ayında Baş İdarədən icazə alındığını, onun 2 kran, fəhlələr gətirdiyini, həmçinin 2 polis zabiti ilə birlikdə həbs qoyulmuş əmlakların götürülməsi üçün mübahisəli yerə getdiklərini, orada sendvic panelinin olmadığını, həmçinin 56 adda əmlakın yerində olmadığını, kondisionerlərin də satılıb aparıldığını, orada icra məmuru Cavabdeh3la mübahisə etdiklərini, oradan geri qayıtdıqlarını, sonradan Habil Əhmədovun borulara həbs qoyduğunu, əmlaka həbs qoyulduqdan sonra əmlakın satışa çıxarılmalı olduğunu, lakin icra məmuru tərəfindən satışa çıxarılmadığını, sonradan İradə adlı xanımın gələrək əmlakları “xxxx” MMC-yə icarəyə verdiklərini, bu barədə Oqtaya və Habil Əhmədova ərizə təqdim etdiyini, həmçinin sendviç panelinin “Eray” firmasına məxsus olması barədə müqavilə təqdim etdiyini, lakin həmin müqavilənin müddəti bitsə də, hakimin əmlakın üzərində olan həbsi götürdüyünü, 2 saylı İnzibati-İqtisadi Məhkəməsində icra məmurlarının hərəkətləri ilə bağlı iddia qaldırdığını, bu barədə məhkəmə qərardadı olduğunu, “xxxx” MMC 500000 manat pul məbləğində pul verməklə əmlakları “xxxx” firmasından aldığını, Vergilər Nazirliyinə sorğu verildiyini və “xxxx” MMC-nin Türkiyədəki “Kutay” firmasının filialı olduğunu, icra vərəqəsinin geri qaytarılmasından və əmlakların üzərindən həbsin götürülməsinə dair qərardaddan şikayət vermədiyini, “xxxx” MMC-nin hal-hazırda fəaliyyət göstərmədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının 05.06.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, İcra sənədinin 2016-cı il tarixdə onun icraatına qəbul edildiyini, əmlaklara baxış keçirildiyini, əmlakların siyahıya alındığını, həbs qoyulduğunu, sonradan məhkəmə qərardadı ilə əmlakların üzərinə qoyulmuş həbsin götürüldüyünü, icra vərəqəsinin geri qaytarılmasından və həbs götürülən zaman iddiaçılar tərəfindən narazılıq olmadığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, 10.10.2016-cı il tarixdə Nərimanov rayon İcra Şöbəsində işlədiyi vaxtda icraatına icra sənədinin daxil olduğunu, iddiaçının hesabına 5249 manat pul məbləği ödənildiyini, sonra vəzifə üzrə onun yerinin dəyişdirildiyini, həmçinin bu məsələnin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığı, iddiaçıların hər şeydə günahı onda gördüyünü, ancaq özlərinin qərardaddan şikayət vermədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində müəyyən olunur ki: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktuba əsasən, müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 25.06.2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx Taahhüt vəTicarət Limited Şirkəti” MMC-dən 38.400 manat məbləğində pul vəsaiti, Ramin Sadıqov, Rəsul Rəsulov, Fıroni İbrahimov, Araz Alıyev, İddiaçı3, İddiaçı4 və İddiaçı1 xeyrinə müştərək qaydada tutulmalıdır. Qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə Nizami rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddətində təmin .edilmədiyindən məcburi icra tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində digər tələbkarlar da daxil olmaqla İddiaçı1 xeyrinə cəmi 5249 manatın ödənilməsi təmin edilmişdir. Bundan sonra borcluya məxsus daşınar əmlaklar aşkar edilərək Nizəmi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə üzərlərinə həbs qoyulmuş, lakin həmin məhkəmənin 13.07.2017-ci il tarixli qərardadı ilə sözügedən əmlakların üzərindən həbs götürülmüşdür. Daha sonra Nizamı Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qərardadından tərəfinizdən verilmiş apeilyasiya şikayəti təmin edilərək, iş üzrə materiallar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsə də, Nizami Rayon Məhkəməsinin 29.12.2017-ci il tarixli qərardadı ilə şikayət yenidən təmin edilməmişdir. İcraat zamanı aidiyyəti təşkilatlardan alınan məlumata əsasən borclu “xxxx Taahhüt və Ticarət Limited Şirkəti” MMC-nin fəaliyyətinin dayandırıldığı, habelə onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmadığından sözügedən icra sənədi icra məmurunun 09.04.2018-ci il tarixli qərarı ilə “icra haqqında" Qanunun 23.1.3-cü maddəsinə əsasən icrasız məhkəməyə qaytarılmış və bu barədə tərəflərə müvafiq məlumat verilmişdi. Həmçinin müraciətdə göstərdiyi icra məmurunun qanunazidd hərəkətləri ilə bağlı xüsusatlar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Dövlət məmuruna qarşı şər-böhtan xarakterli hərəkətlərin edilməsi qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. İcra məmurunun qanunsuz hesab etdiyi hərəkətlərindən və ya hərəkətsizliyindən (qərarından) aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Əlavə olaraq izah olunur ki, "icra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; MM-nin 14, 21, 385-388, 439, 739-745, 1091-1095; MPM-in 14.2, 76.1, 77, 80 - 82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçılara aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisəli münasibətlərin və ərz edilənlərin sübutedici əsasını cinayətinzibati, inzibati icraat və prosessual tədbirlərin nəticəsindən irəli gələn araşdırma predmetləri təşkil etdiyindən hazırki mülki icraat çərçivəsində təqdim edilən dəlillərin araşdırılması səlahiyyət baxımından yolverilməzdir və qiymət verilməsi üçün qeyd edilən araşdırmaların əsaslı sübutunu təşkil edən təqdimat mövcud deyildir. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 392, 393 və 405-406-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4735/2019 saylı işi üzrə 05.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4833/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4833/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver