Məhkəmə qərarları › İş №2(103)-4834/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4834/2025

16.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4834/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4834/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı X4 cavabdeh “X16” MMC-yə qarşı “əmrin dəyişdirilməsi və s. tələbinə dair” mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-153/2024 nömrəli 07 may 2024-cü il tarixli qətnaməsindən iddiaçıİddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3644/2025 nömrəli 29 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr Məmmədov Hümbət, Aslanov Həmzə, Nəsibov Zaur, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədzadə Səbuhi, Mirzəyev Ümüd, Şirinov Sabir, Aslanov Həmzə və İsgəndərova Aygün tərəfindən Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən direktor müavini Əlağa Kərimova ünvanladıqları müraciətdə İddiaçı barəsində narazılıqlarını və şikayətlərini bildirmişlər.

2. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ******* nömrəli, 3-cü kurs “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul tələb etmiş, bununla bağlı rəhbərlik tərəfindən araşdırılma aparılmışdır. İddiaçı rəhbərliyin otağına dəvət olunmuş, o öz səhvini etiraf etmiş və şifahi üzr istəmişdir.

3. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ******* nömrəli, 3-cü kurs “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirayə çıxarılmışdır. İddiaçı Sadiq qızının tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirəyə çıxarılmışdır. İddiaçı pul tələb etməsi məsələsi araşdırılması üçün nəzarətə götürülmüşdür. Məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər tələbələrə psixoloji təsir etməmək, tədris binasının daxilində hay-küy salaraq tədris prosesini pozmamaq məqsədi ilə İddiaçı müvəqqəti olaraq xx.xx.2025-ci il tarixdə qrupdan kənarlaşdırılmış və tədris binasına buraxılmamışdır.

4. Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin daxili intizam komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli protokoldan görünür ki, İstehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul yığılmasının müzakirəsi aparılmış, İddiaçı məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər müvəqqəti olaraq qrupdan kənarlaşdırılması, bütün sənədlər araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilməsi, İddiaçı qrupu müvəqqəti olaraq istehsalat təlimi ustası Xəyalə Soltanovaya tapşırılması və bu məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat verilməsi qərara alınmışdır.

5. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 10 nömrəli iclasın Protokolundan Çıxarışdan görünür ki, İddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

6. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin ləğv edilməsinə əsas: Mərkəzin ******* nömrəli qrup tələbələrinin məlumatı, Daxili İntizam Komissiyasının 01 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, Həmkarlar İttifaqı Komitəsinin 10 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, akt və X7 Komitəsinə göndərilən təqdimat. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli K-46 nömrəli, Əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X23 istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında xx.xx.2025-ci il tarixli K-46 nömrəli əmrin ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi, 330 manat hüquqi yardıma görə və 100 manat məhkəməyə müraciət üçün çəkdiyi xərclərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X23 istehsalat təlim ustası vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində vəzifə funksiyalarını layiqincə yerinə yetirmiş, hər hansı intizam tənbehinə məruz qalmamış, əksinə müxtəlif vaxtlarda yazılı və şifahi təşəkkürlər almışdır. xx.xx.2025-ci il tarixdə K-46 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh idarə verdiyi xx.xx.2025-ci il tarixli K-46 nömrəli Əmr Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilmişdir. Ümumiyyətlə cavabdeh bu prosesi Əmək Məcəlləsinin tələblərinə hər hansı məhəl qoymadan öz bildiyi formada idarə etmişdir. İlk növbədə iddiaçı hər hansı əsas olmadan işdən kənarlaşdırılmış və xx.xx.2025-ci il tarixində əmək funksiyalarımı icra edə bilməmişdir. 84-cü maddəsinin 5-ci və 6-cı abzaslarına əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası və əmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Halbuki əmrdə ümumi qaydada 70-ci maddənin ç bəndinə istinad edilmiş, 72-ci maddəyə isə ümumi formada göndərilmə verilmiş, lakin işçini əmək funksiyalarının icrasında yol veridiyi pozuntunun konkret nədən ibarət olması haqqında konkret bir əsaslandırma əksini tapmamışdır. Əmək Müqaviləsinə xitam verilməsi zamanı Məcəllənin digər tələbləri də pozulmuşdur. Belə ki, əmrin surəti yalnız vəkilim tərəfindən rəsmi sorğu verildikdən sonra ona təqdim edilmiş, son haqq-hesab 4 gün gecikmə ilə xx.xx.2025-ci ildə ödənilmiş, əmək kitabçası isə hələ də təqdim edilməmişdir. Bundan əlavə iddiaçı qanuni əsas olmadan işəgötürənin mülahizəsi əsasında işdən kənarlaşdırılmış və əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iş yerinə daxil ola bilməmişdir. Digər tərəfdən, əmək müqaviləsinə xitam verilən gün sağlamlıq vəziyyəti ilə əlaqədar əmək funksiyalarımı yerinə yetirə bilməmiş və bununla əlaqədar həkim arayışı da əldə etmişdir.

9. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 təhsil alan X9 atası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehriban və peşəkar yanaşdığını, ərizəni oğlunun yazmadığını, yazsa belə təsirə məruz qaldığını bildirmişdir.

10. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 təhsil alan Mirzəyev Ümüdün anası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehriban, peşəkar yanaşdığını, ərizəni oğlu təsirə və digər tələbələrin təsirinə məruz qalaraq yazdığını bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 Həmkarlar İttifaqının katibi olduğunu, İddiaçı müəllim yoldaşı olaraq tanıdığını, İddiaçı ilə bağlı iclas 14 fevral 2025-ci il tarixində keçirildiyini, tələbələr İddiaçı şikayət etdiklərini, onlar da bu məsələni aydınlaşdırmaq məqsədi ilə iclas təşkil etdiklərini, tələbələrin səs yazısını da dinlədiklərini, səs yazılarında konkret pul tələb etmə faktının öz əksini tapdığını, İddiaçı bunu etiraf etmədiyini bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 Həmkarlar İttifaqının üzvü olduğunu, 13 və 14 fevral 2025-ci il tarixlərində günün birinci yarısında iclas təşkil etdiklərini, İddiaçı ilə müzakirə apardıqlarını, iclasın gündəliyində İddiaçı tələbələrdən hər hansı məvaacibin toplanması olduğunu, tələbələr təcrübə üçün gənclər evinə getmələrinə görə məvacib toplandığını, sədrlərinin yığılan məvacibin tələbələrə geri qaytarılmasını təklif etdiyini, ilk dəfə təcrübə proqramı üçün məvacib toplanması ilə rastlaşdığını, iddiaçını 2019-cu ildən bəri tanığını, ümumi olaraq yaxşı müəllim olduğunu və belə bir halnan rastlaşan zaman cox təəcübləndiyini bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı əvvəldən tanımadığını, kollektivdə necə biri olmağı ilə bağlı məlumatı olmadığını, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşkil edildiyini, iddiaçıdan pulları tələbələrə geri qaytarılmasını təklif edildiyini, lakin İddiaçı bu təklifi qəbul etmədiyini, iddiaçının həmin iclasda iştirak edərək, şikayətləri qəbul etmədiyini, bununla bağlı şəxsən hər hansı araşdırma aparmadığını və iddiaçının işdən kənarlaşdırılmasına razılıq verilməsi ilə bağlı təyziq olmadığını bildirmişdir.

14. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı tanığını, tələbə yoldaşı olduqlarını, kollektivdə mehriban biri olduğunu, nüfuzunun yaxşı olduğunu, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşkil edildiyini, iclasda 1 sədr, 4 üzv və İddiaçı iştirak etdiyini, iclasın gündəliyində İddiaçı tələblələrdən pul tələb etməsi olduğunu, əvvəl iddiaçı barəsində belə bir şikayət olmadığını və ilk başda eşidəndə inanmadığını bildirmişdir.

15. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 Həmkarlar İttifaqının sədri olduğunu, 2024-cü ilin iyun ayında Həmkarlar İttifaqına yenidən seçildiyini, İddiaçı mərkəz yaranandan bəri tanıdığını, iddiaçının hər kəslə münasibətinin normal olduğunu, 14 fevral 2025-ci il tarixdə iclas təşkil edildiyini, iclasın gündəliyində rəhbərliyin məktubunda göstərilən, tələbələrdən istehsalat təcrübəsinə əsasən pul tələb etməsi məsələsi müzakirə edildiyini, həmçinin pul tələb etməsi də sübut edildiyini, şifahi qaydada üzr istəməsi də qeyd edildiyini, iclasda bir neçə tələləbinin yazdığı məlumatlar, səs yazılarının araşdırıldığını, pul verilməsə tələbələrin imatahana buraxılmayacağı faktı öz əskinin tapdığını, əvvəl də iddiaçı ilə bağlı şikayətlər olduğunu, lakin rüşvət məsələsi ilə bağlı ilk dəfəydi şikayət daxil olduğunu bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən şahid X20 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 təhsil alan tələbə olduğunu, 1-ci və 2-ci kursda İddiaçı ustaları olduğunu, onlardan fond düzəltmək, sinif üçün ləvazimat almaq, öz mənafeyi üçün pul tələb etdiyini, 3-cü kursda imtahana yaxın pulu tələb etdiyini, 3cü kursda onlara dərs keçmədiyini, ondan pul almadığını, bu günədək gənclər evində təcrübə üçün 30 manat, ümumilikdə isə 50 manat pul aldığını və təxminən tələbələrdən 2000-2400 manat pul aldığını bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, iddiaçının ondan pul tələb etdiyini, onlara qaib yazılmamasından ötrü pul tələb etdiyini, 3 il aralıqla onlardan pul tələb etdiyini, imtahan üçündə 300 manat pul tələb etdiyini, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda 80 manat, 3-cü kursda 60 manat pul verdiklərini, dəvamiyyətdə problem yarandığı üçün pul tələb etdiyini, ərizəni 2025-ci ilin fevral ayında yazdıqlarını, digər tələbələr qorxduqlarından ərizə yazmadıqlarını,Yeganə müəllimənin təqribən 2000 manatdan çox pul aldığını və ona verdiyi pulları geri istədiyini bildirmişdir.

18. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X23 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, İddiaçı ondan dərsə gəlməməklə bağlı 100 manat, imtahanla bağlı 300 manat tələb etdiyini, 2025-ci ilin fevral ayında maddi vəziyyəti yaxşı olmadığı üçün ərizə yazdığını, ərizədə 1-ci kursdan bəri olan bütün hadisələri yazdığını, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda isə 80 manat pul verdiyini, gənclər evində təcrübə proqramı üçün 10 manat pul veridiyini, daha sonra gənclər evində başqa tələbələr və rəhbərliyindən soruşan zaman pul verilməsinin zəruri olmadığını öyrəndiyini bildirmişdir.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 may 2025-ci il tarixli 2(008)-3644/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia rədd edilmişdir.

20. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2020-ci ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X23 istehsalat təlim ustası vəzifəsində işləmişdir. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək 14 fevral 2025-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etsə də, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə (şahid ifadələri, səs yazısı ilə) tam təkzib olunmuşdur. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır.

21. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edirki ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddianın rədd edilməsinə əsas kimi konkretlikdən uzaq şəkildə, sadəcə ümumi olaraq iş materiallarına istinad etmiş və birtərəfli şəkildə iddiaçının hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin pozulduğu qənaətinə gəlmişdir, bu nəticəyə gəlmək üçün konkret nəyə əsaslandığını qeyd etməmişdir. Eyni zamanda, iddiaçının cavabdehin normal iş ahəngini pozması ilə bağlı gəlinən nəticə də iş materiallarına əsaslanmamaqla, kobud ümumiləşdirmə xarakteri daşıyır, çünki məhkəmədə verilmiş şahid ifadələrində aparılan araşdırmanın cavabdehin iş ahəngini pozması ilə bağlı hər hansı ifadə mövcud deyil, eyni zamanda məhkəmə prosesi zamanı şahidlərin ifadəsində cavabdehin onlara təsir etməsi açıq-aşkar qeyd edilmişdir. Məhkəmə, iş üzrə cavabdehin əmri verərkən yol verdiyi pozuntulara məhəl qoymamaqla cavabdeh tərəfindən verilən əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozmaqla verilməsi faktını nəzərdən qaçırmış, eyni zamanda əmrin qeydiyyatında yol verilən pozuntuya diqqət ayırmamışdır. Belə ki, məhkəmənin təşəbbüsü ilə cavabdehin əmrlər kitabı məhkəməyə gətirilmiş, əmrin həmin kitabdakı nömrəsi ilə, iddiaçının vəkilinə rəsmi qaydada təqdim edilmiş əmrlərin (niyə iki əmrin tərtib olunması isə digər diqqətçəkən məqamdır) nömrələrinin uyğun gəlməməsi faktı aşkar edilmiş, lakin məhkəmə qərar verərkən bu məqama ümumiyyətlə diqqət ayırmamışdır. Digər bir məsələ, məhkəmənin əmək hüququnun publik xarakteri ilə bağlı olaraq əmək müqaviləsinə xitam verilməsi əmrinin əsaslandırılmasının və bu zaman Əmək Məcəlləsinin konkret maddəsi (72-ci maddə) üzrə müəyyən edilmiş imperativ siyahıya əsaslanmanın cavabdehin öhdəliyində olması ilə bağlı hala ümumiyyətlə hər hansı fikir bildirmədən, sadəcə işdə cavabdehin xeyrinə ifadə verən şahidlərin ifadələrinə əsaslanmaqla işi birtərəfli araşdırmasıdır və sübutlara kompleks yanaşmamasıdır. İş üzrə şahid ifadələrindəki ziddiyyətlər, şahidlərin bir qisminin cavabdehin iddialarını müdafiə etməsi, digər şahidlərin isə iddiaçının mövqeyini təsdiqləməsi məsələsi də məhkəmənin diqqətindən yayınmış, iş üzrə qərar verərəkən yalnız cavabdehin iddialarını təsdiq edən ifadələr əsas götürülmüşdür. Məhkəmə iddiaçının tələblərinin işdə olan sübutlarla (şahid ifadələri və səs yazıları) ilə təkzib edildiyini qeyd edir, lakin bu qeyddən məlum olur ki, məhkəmə işi səthi araşdırmışdır. Belə ki, ilk növbədə, şahidlərin ifadələrində iddiaçının xeyrinə ziddiyyət var, digər tərəfdən isə məhkəməyə təqdim edilmiş səs yazılarında iddiaçının öz xeyri üçün hər hansı pul vəsaiti tələb etməsi halı mövcud deyildir. Digər məqam isə, məhkəmənin əmrin iddiaçının xəstəlik səbəbi ilə işdə olmadığı gündə verilməsi, həmçinin cavabdehin yalnız şifahi mülahizə əsasında və Əmək Məcəlləsində qeyd edilmiş qayda nəzərə alınmadan işçini işdən kənarlaşdırmasıdır. Göründüyü kimi, işçiyə qarşı ciddi bir qərəz formalaşmış və bu proseslərin yekunu olaraq onun barəsində qanunsuz və əsassız əmr verilmişdir. Məhkəmə isə işə kompleks yanaşaraq bütün sübutları bir-biri ilə əlaqəli qiymətləndirmək əvəzinə yalnız cavabdehin xeyrinə olan ifadələri əsas götürməklə qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

27. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

31. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

41. Müəyyən edilmişdir ki, tələbələrdən bir qismi iddiaçının onlardan əvvəlki tədris ilində, eləcə də 2025-ci ilin yanvar-fevral aylarında pul tələb etməklə, onlara hədəqorxu gələrək, müxtəlif məbləğlərdə pul almışdır. Bu hallar tələbələr tərəfindən cavabdehə ünvanlanan müraciətlərlə, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

42. Apellyasiya şikayətinin dəlili kimi göstərilmiş şahid ifadələri arasındaki ziddiyətə münasibətdə kollegiya qeyd edir ki, ziddiyyət təşkil edən ifadələr məlumat verən tələbələr deyil, onların valideynləri tərəfindən verilmişdir.

43. Şahid qismində izahatı alınmış tələbələr daha əvvəl verdikləri məlumatları təsdiq etmişlər, məhkəmə araşdırması zamanı onlara hər hansı təsir edilməsi, bu cür məlumat verməyə məcbur edilmələri müəyyən edilməmişdir.

44. İş materiallarından göründüyü kimi iddiaçının hərəkətləri barədə cavabdehin daxili intizam komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə iclası keçirilmiş, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən həmkarlar ittifaqı komitəsinə müraciət edilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə dair komitənin razılığı alınmışdır.

45. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı şəxsən iştirak etmişdir.

46. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.

47. Bundan əlavə iddiaçı əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli SN 00008 seriyalı vərəqə təqdim etsə də, kollegiya bu halı qəbul etmir. Belə ki, Vərəqədən görünür ki, iddiaçı 14 fevral 2025-ci il tarixdə “KRX”- X8 yoluxmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı işlədiyi qurumda barəsində çağırılmış 12 fevral 2025-ci il tarixli iclasda iştirak etmişdir. Bundan sonra 14 fevral 2025-ci il tarixdə keçirilən həmkarlar ittifaqı komitəsinin iclasında da şəxsən iştirak etmişdir.

48. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

49. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3644/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar