Məhkəmə qərarları › İş №2(103)-4836/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4836/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4836/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndəvə Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Xəlilov (Verdiyev) Fərid Aqil oğlu, X1, Cavabdeh4 və Cavabdeh6 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-512/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Xəlilov (Verdiyev) Fərid Aqil oğlu, X1, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 142604,66 ABŞ dollar məbləğində əsas kredit borcu, 11845,73 ABŞ dolları faiz borcu, 18389,39 ABŞ dolları penya, cəmi 172839,78 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh6 məxsus “Ford Transit” markalı (buraxılış ili 2011, şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip yük) **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, Cavabdeh5 məxsus olan “X3” markalı ( buraxılış ili 2007, şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) 90- TL-981 dövlət qeydiyyat nişanlı yük avtomobilinə, “Fiat Qubo” markalı ( buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh1 MMCdən, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-512/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 142604,66 (yüz qırx iki min altı yüz dörd ABŞ dolları altmış altı sent) ABŞ dollar məbləğində əsas kredit borcunun, 11845,73 (on bir min səkkiz yüz qırx beş ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz borcunun, 14260 (on dörd min iki yüz altmış) ABŞ dolları cərimənin, cəmi 168710,39 (yüz altmış səkkiz min yeddi yüz on ABŞ dolları otuz doqquz sent) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh6 məxsus “Ford Transit” markalı (buraxılış ili 2011, şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip yük) 99-XU481 dövlət qeydiyyat nişanlı yük avtomobilinə, Cavabdeh5 məxsus olan “X3” markalı (buraxılış ili 2007, şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, “Fiat Qubo” markalı (buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunacaq pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan ümumi qaydada tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun və digər cavabdehlərin iştirakı olmadan işə baxmış və işin mahiyyətini tam və hərtərəfli araşdırmadan yalnız iddiaçının tələbinə əsaslanmış qərar qəbul etmişdir. Məhkəmə qətnamədə göstərilən avtomobillərin girovda olmasını nəzərə almamış, kredit götürənin əmlakları barədə araşdırma aparmamışdır. Həmin avtomobilər ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kredit götürənin əmlakının olub-olmamasını ,kreditin ödəməməsinin səbəblərini araşdırmamışdır. O, göstərilən kredit müqaviləsinə uyğun zamin olsa da əmlak məsuliyyətini öz üzərinə götürməmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər kollegiya iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı ASC ilə bağlanmış 002LCAR171510002 saylı xx xxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 24 ay müddətinə illik 12% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 265 000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh6 ilə xx xxxx 2017-ci il tarixli 002LCAR171510002/İ saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan «FORD TRANSİT» markalı (buraxılış ili 2011, Şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip vaqon) **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ipoteka ilə yüklü edilmişdir. Həmçinin Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh5 ilə xx xxxx 2017-ci il tarixli 002LCAR171510002/İ3 saylı, 002LCAR171510002/İ4 saylı, ipoteka müqavilələri bağlanmış və ona məxsus olan «X3» markalı (buraxılış ili 2007, Şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, «FİAT QUBO» markalı (buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlu ilə iddiaçı arasında bağlanmış 002LCAR171510002Z saylı xx xxx 2017-ci il tarixli və 002LCAR171510002Z1 saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyətləri öz üzərilərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MMC hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 741-ci madəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh2 şikayətində banka borcunun olmamasını, tərəfindən ödənişlərin edildiyini qeyd etsə də bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Bu halları sübut etmək yükü isə cavabdehin üzərinə düşür. Odur ki, iddia tələbində göstərilən faiz və cərimə borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-512/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar