Məhkəmə qərarları › İş №2(103)-484/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-484/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-484/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, əqdlərin etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia cavabdehin) nümayəndəsi-vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia iddiaçının) nümayəndəsi-vəkili Sarıyev Əjdər Hakim oğlunun, üçüncü şəxs X3 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı “əmlak” tələbinə dair ilkin, həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2022 saylı 25 avqust 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı ilə "xxxx" MMC arasında 09 fevral 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşlər.

Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı “əmlak tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini xahiş etmişdir.

3. İlkin iddia üzrə iddia onunla əsaslandırılmışdır ki, onunla, yəni İddiaçı ilə "xxxx" MMC arasında Kooperativ binada mənzil tikintisi haqqında 09 fevral 2015-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Qlobal SF” MMC tərəfindən İddiaçı verilmiş 09 fevral 2015-ci il tarixli maliyyə arayışlarından görünür ki, o, yuxarıda adları sadalanan mənzillərin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur.

4. Həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əqdlərin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və "xxxx" MMC adından İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzilə aid müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-yə müraciət etdikdən sonra aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı təqdim etdiyi müqavilələr üzrə "xxxx" MMC-nin kassasına hər hansı bir ödəniş daxil olmamış, həmçinin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin mübahisələndirilən mənzillər "xxxx" MMC tərəfindən başqa şəxslərə satılmış və həmin alıcılar tərəfindən mənzillərin dəyəri "xxxx" MMC-nin kassasına ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilən müqavilələrin hansı şəraitdə və kim tərəfindən tərtib edilməsi barədə "xxxx" MMCdəhər hansı məlumat mövcud deyildir. Hesab edirlər ki, qeyd edilən müqavilələr əhəmiyyətsiz əqdlər nəticəsində əldə edildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2022 saylı 25 avqust 2023cü tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin ilkin iddia ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Habelə qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi mübahisə predmeti olan mənzillərin başqa şəxslərə satılması barədə məlumat versə belə buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386, 427.2, 442, 443.1, 445.2.1, 324.1, 337.1 və 337.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2022 saylı 25 avqust 2022-ci tarixli qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göstərilən maddi hüquq normasının tələbndən göründüyü alıcı daşınmaz əmlakın dəyəri olan, müqavilədə göstərilən pul məbləğini satıcıya ödəməyə borclu olsa da, bunu təsdiq edən, əsaslı şübhədən kənar hər-hansı bir sübutu təqdim edə bilməmişdir. Məhkəmənin istinad etdiyi Maliyyə arayışının həqiqi sənəd olmadığı, həmin sənədin səlahiyyətli şəxs tərəfindən verilmədiyi barədə məlumatı cavabdeh məhkəməyə bildirmişdir. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, apellyasiya şikayətində göstərdiyi kimi səlahiyyəti olan şəxs tərəfindən mənzillər satılmamışdır. Amma buna baxmayaraq mənzillərin sonrakı satıcılarla bağlanmış müqavilələri MTK tərəfindən ləğv edilir. Möhür MTK-ya məxsusdur. Bununla bağlı MTK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Mənzillərlə bağlı MTK-nın möhürü ilə İsmayılov Vasif tərəfindən müqavilələr imzalanmışdır. Digər mənzillər iddiaçıya artıq təhvil verilmək üzrədir. Barəsində barışıq sazişi bağlanmamış mənzil başqa şəxsə satılmışdır, lakin bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmirik. Bu mübahisəli mənzilin əvəzinə başqa binada sahəsi daha geniş olan mənzili iddiaçıya təklif etsələr də o razılaşmadı.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1511/2022 saylı 25 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, faktiki olaraq barəsində mübahisəsi gedən mənzili alsalar da, qarşı tərəf bu mənzili təhvil verməkdən imtina edir. Bu mənzili hər hansı şəxsdən deyil, hüquqi şəxsdən almışlar. Müqaviləni kim imzalayır – bu hüquqi şəxsin daxili problemidir. Bu halın arqument kimi göstərilməsi düzgün deyil. Əvəzinə təklif edilən mənzil hələ tikilməkdədir. Ona görə iddianın bu hissəsi ilə əlaqədar hər hansı razılığa gəlməmişik. 14.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 hazırki mübahisənin həllini, iddianın predmeti olan mənzilin ona aidiyyəti olmadığı üçün məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixi 2(103)-484/2023 saylı qərardadl ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2022 saylı 25 avqust 2023-cü il tarixli qətnaməsi həm ilkin iddia, həm də qarşılıqlı iddia üzrə qismən - “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 15-ci mərtəbəsindəki 100 saylı, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzil; 2-ci bloku, 15-ci mərtəbəsindəki 101 saylı, ümumi sahəsi 72 kv.m olan 1 otaqlı mənzil; 2-ci bloku, 15-ci mərtəbəsindəki 103 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzil və 2-ci bloku, 6-cı mərtəbəsindəki 41 saylı, ümumi sahəsi 102 kv.m olan 2 otaqlı mənzillər”ə aid hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin “ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzilin təhvil verilməsi” tələbinə dair ilkin, həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “həmin mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

22. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada)mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

23. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqlabağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığıandan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Qeyd edilməlidir ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 32.Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

33. İş materiallarından göründüyü kimi, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binanın 2-ci bloku, 3-cü mərtəbəsindəki 19 saylı, ümumi sahəsi 94 kv.m olan 2 otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən, iddiaçı ilə MTK arasında bağlanmış 09 fevral 2015-ci il tarixli müqaviləyə əsasən cavabdehin mübahisə predmeti olan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq həmin mənzilin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsini qeyd etmişdir. 35.Apellyasiya baxışı zamanı, cavabdeh iddiaçının təhvil verilməsini tələb etdiyi mübahisəli mənzilin MTK ilə digər şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyini bildirsə də, müvafiq müqaviləni və ya bu mənzilin müqavilə üzrə real olaraq başqa şəxsə təhvil verilməsini, o şəxs tərəfindən mübahisəli əmlaka təmir etməyə başlamaqla yiyələnməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 36.Bundan başqa apellyasiya icraatı zamanı işə baxılarkən işin hallarını ətraflı araşdırmaq məqsədilə yerli baxışın keçirilməsi labüd hesab edilmiş, mübahisə predmeti olan mənzilin yerləşdiyi binaya baxış keçirilərkən, 19 saylı mənzilin qapısının bağlı olduğu müəyyən olunmuş, mənzilə daxil olması mümkün olmamışdır. Həmçinin mənzilin qapısının texniki quruluşundan içəridə təmir işlərinin aparılmaması güman olunmuşdur.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə, bununla da müqavilə ilə onun üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsinə istinadən ilkin iddianı təmin edərkən məsələyə haqlı olaraq Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarına uyğun olaraq hüquqi qiymət vermişdir. 38.Qarşılqlı iddia ilə əlaqədar kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı bağlanmış müqavilələr üzrə mənzillərin təhvil verilməsini təklif etməklə faktiki olaraq bu müqavilələrin etibarlı olduğunu, ilkin iddianı etiraf etdiyini ifadə etmişdir. Beş mənzilin dördü barəsində tərəflər razılığa gəlmiş, bununla əlaqədar onların arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. 39.Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, habelə sübutetmə vəzifəsinin bölgüsü baxımından müqavilənin etibarlı olmamasına dəlalət edən halları sübut etmək vəzifəsinin ona istinad edən şəxsə aid olduğunu, tərəfindən isə qarşılıqlı iddianın əsaslı olduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə edilməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız olduğu üçün rədd etməklə düzgün nəticəyə gəlmişdir. 40.Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2022 saylı 25 avqust 2022ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar