Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4840/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3645/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 vəlb olmaqla “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, 12 saylı evin, 19 saylı paylı mülkiyyət olan mənzilinin onun və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı "mənzilin naturada bölgüsü" tələbinə dair e-2(008)- 3645/2025 saylı mülki iş vardır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 12, ümumi sahəsi 84.6 kv.metr olan 19 saylı mənzil anası rəhmətə getdikdən sonra xx.xx.2018-ci il tarixdə anası X1 vərəsələri kimi o və qardaşları Cavabdeh və İddiaçı qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 12, ümumi sahəsi 84.6 kv.metr olan mənzilin ona 2/4 hissəsi miras qalmışdır. Bundan sonra qardaşları ilə razılaşmışdır ki, o evdən olan miras payını onlara bağışlasın və onlar qısa müddət ərzində evi satıb ona da ev alacaqdılar. O, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 12, ümumi sahəsi 84.6 kv.metr olan 19 saylı mənzil miras payı olan 2/4 payını qardaşları Cavabdeh və İddiaçı 4 saylı Bakı "Asan xidmət" mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş Miras payın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqavilədən sonra Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən **********69- 05101-093022 reyestr nömrəli İddiaçı ********** qeydiyyat nömrəli və Cavabdeh ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Lakin, cavabdehlər sözlərinin üzərində dayanmamış, evi satmamışlar, hər dəfə evi satışa çıxarıldığını, ancaq alıcının olmamasını ya da alıcının satış üçün nəzərdə tutulmuş qiymətdən az təklif etdiyindən satışın baş tutmamasını deyirdilər. Bu yaxınlarda isə öyrənmişdir ki, ev satıldıqdan sonra ümumiyyətlə ona ev almaq fikirləri yoxdur, ona heç bir ödəniş etməyəcəklər. İddiaçı X4 Cavabdeh, İddiaçı, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında e2(008)-4661/2025 saylı mülki iş vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e- 2(008)-4661/2025 saylı mülki iş üzrə qərar qəbul edilib qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmalıdır. İddiaçı X4 Cavabdeh, İddiaçı, "Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan e-2(008)-4661/2025 saylı mülki iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəsini alanadək İddiaçı Cavabdeh qarşı "mənzilin naturada bölünməsi” tələbinə dair e-2(008)-3645/2025 saylı mülki iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3645/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 cəlb olunmaqla “mənzilin naturada bölgüsü” tələbinə dair mülki iş üzrə icraata iddiaçı X4 Cavabdeh, İddiaçı, "Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-4661/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 256.0.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, iş materiallarından məlum olur ki, iddiaçı X4 Cavabdeh, İddiaçı, "Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə, 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisinə qarşı "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına e-2(008)-4661/2025 nömrəli mülki iş qəbul edilmişdir. Beləliklə, hazırki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına olan e- 2(008)-4661/2025 nömrəli mülki işlə əlaqədar olduğundan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına e-2(008)- 4661/2025 nömrəli mülki işə baxılıb yekun qərar çıxarılanadək hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. Apellyasiya şikayətinin, ona qarşı etirazın dəlilləri, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə çəkişmə prinsipinə əməl edilməklə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 169.4, 268.1, 269.1, 269.2, 269.3, 397.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, verdiyi iddia üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ilkin olaraq hakim X4 həmin məhkəmədə digər hakimdə olan 2(008)- 4661/2025 saylı mülki iş üzrə vəkili və nümayəndəsinin göndərdiyi ərizəsini elan edəndən sonra,çəkişmə prinsipinə əməl etmədən və onun etirazını nəzərə almadan icraatında olan e-2(008)-3645/2025 saylı mülki işin icraatını dayandırdı. Hakim MPM-nin 169.3 və 169.4-cü maddələrinin tələblərini pozmuş hər iki işin bir-biri ilə əlaqəli olduğunu müəyyən etməmiş və Cavabdeh,X5 iştirakını təmin etməmiş və çəkişmə prinsipinə əməl etməməklə tələsik qərardad qəbul etmişdir.Bu da mülki işin baxılmasının əsassız uzanmasına və süründürülməsinə səbəb olmuşdur. Hakim bununla maraqlı şəxsin qanunsuz əməllərinə şərait yaratmışdır. Belə ki, maraqlı şəxs işə baxılmasını süni şəkildə uzatmaq məqsədilə qardaşı Cavabdeh təşəbbüsü ilə belə bir iddia vermişdir. Halbuki, xx.xx.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə payını iki qardaşına könüllü vermişdir və bunu ərizəsində də göstərmişdir.Qanunla müəyyən olunmuş iddia müddəti coxdan keçmişdir.Onun belə bir iddianı verməkdə məqsədi məhz onun iddia tələbinə baxılmasını süni surətdə uzatmaqdır. Belə olan halda məhkəmə tərəflərin iştirakını təmin edib, çəkişmə prinsipinə əməl etməklə bir-biri ilə əlaqəsi olan hər iki işi birləşdirməli və bir icraatda baxmalıydı. Lakin,hakim göstərilən prosessual normanın tələblərinə əməl edib həmin məhkəmədə olan digər mülki işi də icraata götürərək bir icraatda baxmaq əvəzinə,iddia tələbim üzrə işin icraatını dayandırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3645/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən: 43.1.Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X3 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 254-258,267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya hesab edir ki, hazırkı prosessual mərhələ iş üzrə icraatın dayandırlması üçün əsaslar yoxdur. Bunun əksinə hər iki mülki iş bir-biri ilə əlaqəli olaraq işlər birinci instansiya məhkəməsinin icraatında olduğundan və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü işlərin (əlaqəli tələblərin) birləşdirilməsi məqsədə müvafiq olduğundan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan e-2(008)-4661/2025 saylı mülki işlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatından olan 2(103)-3645/2025 saylı mülki işin birləşdirilməsi məsələsinin müzakirəsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməklə mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3645/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İşlərin bir icraatda baxılması (mümkünlüyünün müzakirəsi) üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan 2(103)-3645/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-4840/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4840/2025
11.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver