Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4846/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə qərarından tələbkar İddiaçı vərəsələri X2 və X3 tərəfindən verilmiş şikayətə baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli 04 may 2023-cü il tarixli qərardadından icra məmuru Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar İddiaçı vərəsələri X2 və X3 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə qərarından məhkəməyə ərizə verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini təkrar olaraq Nərimanov rayon İcra şöbəsinə göndərilməsini və icra sənədinin qısa zaman müddətində icra edilməsinin nəzarətə götürülməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4241/2019 nömrəli xx.xx.2019-cu il qətnaməsinə əsasən tələbkar İddiaçı ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması borclu Cavabdehnə həvalə edilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi Nərimanov rayon İcra şöbəsinin icraatına xx.xx.2020ci il tarixdə daxil olmuşdur. Nərimanov rayon İcra şöbəsi icra vərəqəsinin uzun müddət ərzində icra etməyərək və icra edilməsi üçün heç bir qanuni tədbir görməyərək xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədini Məhkəməyə qaytarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli 04 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi üçün yenidən Nərimanov rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan icra məmuru Nümayəndə verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın vərəsələri məhkəmə iclasında iştiraklarının təmin edilməsini xahiş etsələr də, Kollegiya qeyd edir ki, şikayət üzrə işə məhkəmə iclasında baxılması üçün əsaslar müəyyən edilmədiyindən yazılı icraat qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Nümayəndə “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərara əsasən icra məmuru icra sənədinin icrasını təmin etmək mümkün olmadığından “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə istinad etmişdir. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə haqlı olaraq göstərmişdir ki, hazırki iş üzrə icra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 nömrəli 04 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4846/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4846/2023
25.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver