Məhkəmə qərarları › İş №2(103)-4848/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4848/2023

18.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4848/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), x oğlunun katibliyi, cavabdeh xnın iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1384/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı "ləyaqətsiz vərəsə elan edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1384/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Mülki işin apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Mamedli Nurana iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş “apellyasiya şikayətindən imtina” barədə ərizəyə etiraz etmədiyini bildirdi və təmin olunmasını xahiş etdi.

6. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçıların nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1 İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Göründüyü kimi, iddiaçıların apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıların apellyasiya şikayətindən imtina olunması barədə ərizəsi təmin edilməli və onlara münasibətdə mülki işin apellyasiya icraatına xitam verilməlidir.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1384/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Mamedli Nurana və Cavabdeh2 qarşı “ləyaqətsiz vərəsə elan edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına iddiaçılara münasibətdə xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar